Sual 3.
darəetmə aktlarına qoyulan tələblər və onlara riayət edilməməsinin nəticələri. Daxili
işlər orqanlarının aktları
darəetmə aktları icra hakimiyyətinin həyata keçirilməsinin hüquqi forması olduğu
üçün idarəetmə aktların qəbul edilməsinə müəyyən tələblərin qoyulması nəzərdə
tutulmuşdur. Onlardan əsası ondan ibarətdir ki, idarəetmə aktı qanunçuluq prinsipinin
178
tələblərinə ciddi uyğun olmaqla, qanunlar əsasında və onların icrası üçün qəbul edilir.
Qanuna uyğun olmayan idarəetmə aktları ləğv edilməlidirlər. Bununla yanaşı onlar dövlət
hakimiyyəti orqanların və yuxarı təbəqəli orqanlarının aktlarına da zidd ola bilməz.
darəetmə aktlarının qəbul edilməsinə qoyulan tələblər aşağıdakılardır:
1. darəetmə aktları səlahiyyətli orqan tərəfindən, onun səlahiyyətləri çərçivəsində
qəbul edilməlidirlər.
Ə
gər orqan və ya vəzifəli şəxs tərəfindən qəbul edilmiş akt yuxarı orqan və ya vəzifəli
şə
xsin səlahiyyətlərinə aid olan məsələlər üzrə qəbul edilibsə, onda həmin idarəetmə aktı
ləğv edilməlidir, çünki həmin akt orqanın səlahiyyətlərinə aid olmayan məsələlər üzrə qəbul
edilmişdir.
darəetmə aktlarının qəbul edilməsinə qoyulan bu tələbə riayət olunması bütün dövlət
idarəetmə orqanlarının fəaliyyətinin uyğunlaşdırılmasının əsas şərtidir. darəetmə aktı
vətəndaşların hüquqlarını pozmamalı və digər dövlət orqanlarının aktlarına zidd olmamalıdır.
Ə
gər qəbul edilmiş aktın nəticəsində dövlət orqanlarının səlahiyyətlərində və ya
orqanın səlahiyyətləri və vətəndaşların hüquqları (vəzifələri) arasında ziddiyyət yaranıbsa
onda ya yuxarı orqanın aktı tətbiq edilir və ya bu aktlar bir orqanın aktlarıdırsa o zaman
axırıncı qəbul edilən akt tətbiq edilir.
2. darəetmə aktı vətəndaşların, qeyri-hökumət təşkilatların, aşağı təbəqəli orqanların
və tabeçilikdə olan orqan və müəssisələrin hüquq və qanuni maraqlarını pozmamalıdır.
3. darəetmə aktının hüquqi cəhətdən əsaslandırılması tələb olunur. Bu o deməkdir ki,
qəbul edilmiş akt qanuna və ya yuxarı təbəqəli orqanın normativ aktına istinad etməlidir,
yəni aktın hüquqi cəhətdən əsaslandırılması mütləqdir. Akt qanunda və yuxarı orqanın
aktında nəzərdə tutulan məqsədlərə uyğun olmalıdır, ona görə ki, qəbul edilən idarəetmə aktı
məhz elə onların icrası üçün də qəbul edilir. qtisadi məsələlər həll edilərkən akt həmçinin
də iqtisadi cəhətdən əsaslandırılmalıdır.
4. darəetmə aktı müəyyən olunmuş qaydada qəbul edilməlidir. Məsələn, kollegial
orqan tərəfindən qəbul edilən aktlar, bu orqanların iclasında kvorum olduqda müzakirə
olunmalıdır, yəni adi və ya ixtisaslaşdırılmış (üçdə ikisindən az olmamaqla) səs çoxluğu
olduqda qəbul edilir.
Vahid rəhbərlik əsasında idarə olunan orqanlarda müzakirəsi tələb olunmayan
məsələlər üzrə aktlar orqanların rəhbərləri tərəfindən bir tərəfli qaydada qəbul edilirlər, lakin
onların da qəbul edilməsi zəruriyyətini yaradan bütün hallar dəqiq öyrənilməlidir.
Lazım olan hallarda onlar mütəxəssislərlə razılaşdırıldıqdan sonra və ya layihə
məsləhətçi (məşvərətçi) orqanın iclasında müzakirə edildikdən sonra qəbul eidlməlidir
(məsələn, nazirliklərin kollegiya iclaslarında və s.).
5. darəetmə aktı müəyyən edilmiş formada dərc edilməli və zəruri hallarda
imzalanmalıdır. Aktın forması (strukturu, ″dili″ və ifadə olunma üsulu) onun məzmununa
aktiv surətdə təsir göstərir. O, idarəetmə subyektini işin həllinə xüsusi diqqətlə yanaşmasına
vadar edir. Belə ki, iş üzrə qəbul edilən qərarın əsaslandırılması tələbi, idarəetmə subyektini
aktın qəbul edilməsinin səbəblərini əsaslı surətdə öyrənməyə məcbur edir. Qəbul edilmiş
aktın qanuna istinad etməsi tələbi, idarəetmə subyektini ″aktın qanuniliyi″ nöqteyi-nəzərdən
akta dəqiqliklə yanaşmağa vadar edir. Aktın imzalanması tələbi, idarəetmə subyektinin onun
məzmununa görə məsuliyyətini, cavabdehliyini müəyyən edir.
Deməli, aktın formasına riayət etmə məsələsi, texniki məsələ deyil, o idarəetmə işinin
düzgün həll edilməsinin əhəmiyyətli amilidir.
179
6. darəetmə aktı müəyyən olunmuş qaydada qüvvəyə minir. darəetmə aktları bir
qayda olaraq, dərc olunduğu andan qüvvəyə minir. Bəzi hallarda idarəetmə aktı özündə
qüvvəyə minmə müddəti göstərir. Bəzən aktlarda onların qüvvədə olma müddəti göstərilir,
onun başa çatması ilə onların təsiri dayandırılır və ya rəsmi surətdə uzadılır.
7. Bəzi hallarda idarəetmə aktlarının müəyyən müddətlərdə qəbul edilməsi müəyyən
edilə bilər. Məsələn, Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 36-cı
maddəsində göstərilmişdir ki, ″36.1. nzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən
geci iki ay keçənədək verilə bilər…″ nzibati tənbehin tətbiq edilməsi də müvafiq qərarın
qəbulu ilə həyata keçirilir.
8. Bəzi idarəetmə aktları, yalnız yuxarı orqanın xüsusi icazəsi olduqda qəbul edilə
bilər.
9. Müəyyən edilmiş hallarda ayrı-ayrı idarəetmə aktlarının sonradan yuxarı təbəqəli
orqan tərəfindən təsdiq edilməsi tələb olunur.
10. darəetmə aktları səlahiyyətlərin bölüşdürülməsi və operativ rəhbərliyin tələblərinə
müvafiq olmalıdır.
11. Xüsusi hallarda aktın təyinatından və məzmunundan asılı olaraq o, əlavə tələblərə
müvafiq olmalıdır.
12. darəetmə aktı dəqiq, ümumi formada başa düşülən dildə ifadə olunmalıdır. O,
icraçılar qarşısında duran vəzifələri müəyyən etməlidir.
Dövlət idarəetmə sahəsində idarəetmə aktlarının ″düzgünlüyü prezumpsiyası″
mövcuddur. Bu o deməkdir ki, idarəetmə aktı qanunla müəyyən edilmiş tələblərə riayət
olunmaqla qəbul edilir və deməli, o ləğv edilənə qədər hamı üçün məcburidir.
Yuxarıda göstərilən tələblərin pozulduğu halda, idarəetmə aktları qeyri-qanuni sayıla
bilər və pozuntunun xarakterindən asılı olaraq onlar əhəmiyyətsiz və mübahisəli sayıla bilər.
darəetmənin əhəmiyyətsiz aktları – qanunsuz aktlar olub, hüquqi yararsızlığı o
dərəcədə aydındır ki, onlar icra edilə bilməzlər. Onlar hüquqi nəticələr yaratmır, dövlət
qulluqçuları onları icra etmək hüququna malik deyillər və bundan başqa, onların icrasına
görə məsuliyyət daşıyırlar.
Ə
həmiyyətsiz akt – idarəetmə aktı kimi o, dərc edildiyi andan hüquqi qüvvəyə malik
olmur.
Aktlar aşağıdakı hallarda əhəmiyyətsiz hesab edilirlər:
a) qanunun pozulmasına birbaşa göstəriş olduqda;
b) inzibati xətalar haqqında işlərin aidiyyatlılığı ciddi surətdə pozulduqda (bu halda
inzibati özbaşınalıqdan danışmaq olar, məsələn, D O-nın rəisi, Azərbaycan Respublikası
XM-nin 310-cu maddəsi, ″Polis işçisi və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe
olmama″ əlamətləri ilə inzibati xəta haqqında işə baxaraq, 35 gün müddətində inzibati həbs
tətbiq etmişdir. Burada Azərbaycan Respublikasının XM-nin 301, 310 və 360 maddələrinin
tələblərinin pozulması aşkar görünür);
c) aktın qəbul olunması üçün qanuni əsas olmadıqda (ərizə, təqdimat və s.);
ç) aktın qəbul olunma müddəti pozulduqda;
d) aktda cinayətin törədilməsinə birbaşa göstəriş olduqda.
Ə
həmiyyətsiz aktlarla yanaşı, idarəetmənin mübahisəli aktları da ola bilər. Bu elə
aktlardır ki, onlar mütləq icra edilməlidirlər, lakin qanunla müəyyən edilmiş qaydada
onlardan şikayət və ya protest verilə bilər. Belə aktın müqəddəratı haqqında məsələ onu
qəbul edən orqan tərəfindən həll oluna bilər, əgər bu orqan göstərilən qanun pozuntularının
180
yol verilməsini qəbul edirsə və onları bilavasitə özü aradan götürürsə, bəzi hallarda bu aktın
müqəddəratı haqqında məsələ yuxarı orqan və ya məhkəmə tərəfindən həll edilir. Belə aktın
qiymətləndirilməsi nəticəsində onda aşkar olunan səhvlər aradan qaldırıldıqdan sonra o,
qanuni və ya etibarlı sayıla bilər.
darəetmə aktlarına qoyulan tələblər pozulduqda hansı nəticələr yarana bilər?
darəetmənin hüquqi aktı – qanunvericiliyin pozulması ilə qəbul edildiyi hallarda,
aktın özü üçün müəyyən hüquqi nəticələr yaranır. Belə nəticələr aşağıdakılar ola bilər:
idarəetmənin hüquqi aktlarının təsirinin dayandırılması, dəyişdirilməsi və xitam olunmasıdır.
Deməli, idarəetmə aktının qəbul edilməsi zamanı qanunçuluğun pozul-ması aktın
dayandırılması (dəyişdirilməsi və ləğvi) kimi nəticələrin yaranması-na səbəb olur. darəetmə
aktının dayandırılması (dəyişdirilməsi və ləğvi) üçün əsas kimi aktdan prokuror tərəfindən
protestin verilməsi, aktdan şikayətin verilməsi, icranın yoxlanmasının nəticələri, mətbuat
məlumatları və s. çıxış edə bilər. Bir sözlə, bu və ya digər hərəkətlər idarəetmə aktının
qeyri-qanuni olması haqqında məntiqi nəticəyə gəlməyə imkan verir.
darəetmə aktının bütövlükdə, həm də onun ayrı-ayrı hissələrinin (maddələrinin,
bəndlərinin) təsirini dəyişmək, dayandırmaq və ləğv etmək olar. Dəyişikliklər etmək üçün bir
qayda olaraq aktı qəbul etmiş orqan və ya vəzifəli şəxs tərəfindən yeni qərarın qəbul edilməsi
tələb olunur.
Aktın təsirinin dayandırılması həm xüsusi qərarın qəbul edilməsi yolu ilə, həm də
″
hüquqi avtomatizm″ əsasında mümkündür. Aktın müəllifi aktın təsirini qanuna uyğunluq və
məqsədəuyğunluq baxımından dayandıra bilər. Aktın təsiri, həmçinin də müəyyən ərazidə
dayandırılması mümkündür.
Aktın təsirinin qurtarması faktiki və hüquqi ola bilər.
Ə
gər qüvvədə olma müddəti başa çatdısa və hüquqi nizamasalma vacibliyi aradan
qaldırılıbsa yeni akt qəbul eidlmədən aktın təsir qüvvəsi faktiki olaraq qurtarır.
Aktın təsir qüvvəsinin hüquqi cəhətdən qurtarması birbaşa və dolayı ola bilər. Birinci
halda, akt birbaşa ləğv edilir, ikinci halda isə yenisi qəbul olunur, onun qüvvəyə minməsi ilə
köhnə akt öz hüquqi qüvvəsini itirir.
Ümumi qaydaya görə idarəetmə aktını qəbul edən orqan və yuxarı orqan (vəzifəli
şə
xs) ləğv edə bilər. Bundan başqa, bir çox aktları məhkəmələr də qanunsuz hesab edə bilər.
Beləliklə, səlahiyyətli orqanların (vəzifəli şəxslərin) məsuliyyətinin artırılması
məqsədi ilə ümumi qayda müəyyən olunub ki, onların aktlarını yuxarı orqanlar, yalız
qanunçuluq nöqteyi-nəzərinə görə ləğv edə bilərlər. Xüsusi səlahiyyətli orqanlara gəldikdə
isə, onların qərarlarını yuxarı orqanlar nəinki qanunçuluq baxımından, həm də
məqsədəuyğunluq baxımından ləğv etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tabeçilik qaydasında aidiyyatında olan
orqanların aktlarını ləğv etmək hüququna, yerli icra hakimiyyətinin başçıları isə tabeliyində
olan struktur bölmələrinin və orqanlarının aktlarını ləğv etmək hüququna malikdirlər.
Daxili işlər orqanlarının aktları
Daxili işlər orqanları onların üzərinə qoyulmuş funksiyaları həyata keçirərkən, hüquqi
aktlar qəbul edirlər. Bu aktlar inzibati (idarəetmə) fəaliyyətin, həmçinin də təhqiqatın və
istintaqın həyata keçirilməsi ilə əlaqədar qəbul edilir. Təhqiqat və istintaqın həyata
keçirilməsi zamanı daxili işlər orqanları cinayət-prosessual xarakterli hüquqi aktlar qəbul
181
edirlər. Onların qəbul edilməsi qaydası cinayət-prosessual qanunvericiliyi ilə nizamlanır.
D O tərəfindən qəbul edilən aktların əksəriyyəti dövlət idarəetmə aktlarına aiddir. Bu
aktların xüsusiyyəti ondan ibarətdir ki, onlar daxili işlər sahəsində, ictimai qaydanın
mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində yaranan məsələlərin həllinə
və nizamlanmasına yönəlmişdir.
Daxili işlər orqanları normativ və fərdi idarəetmə aktları qəbul etməyə də
səlahiyyətlidirlər. D O tərəfindən normativ aktların qəbul edilməsi daxili işlər sahəsində
yaranan ictimai münasibətlərin nizamlanmasının vacibliyi ilə şərtləndirilir. D O-nun
səlahiyyətli rəhbərləri əmrlər, təlimatlar, əsasnamələr, nizamnamələr və digər normativ aktlar
qəbul edirlər. D O-nun normativ yara-dıcılıq səlahiyyətləri eyni deyil, onun həcmi bu
orqanın D O-nın ierarxiya sis-temində tutduğu yerdən, onun funksiyasından asılı olaraq
müəyyən edilir. Belə ki, mərkəzi orqanlar (Azərbaycan Respublikası D N, Naxçıvan MR
D N) yerli daxili işlər orqanlarına nisbətdə, normativ aktların qəbul edilməsində daha çox
hüquqlara malikdirlər. Azərbaycan Respublikası Daxili şlər Nazirli-yi normativ akt qəbul
edərkən, Daxili şlər Nazirliyinin struktur bölmələrinin (baş idarələrin, idarə və bölmələrin)
səlahiyyətlərini, ayrı-ayrı vəzifəli şəxslərin (D O növbətçilərinin, polis sahə inspektorlarının
və s.) səlahiyyətlərini müəyyən edir.
Azərbaycan Respublikası D N-in normativ aktları ilə ayrı-ayrı iş istiqamətləri və
məsələləri üzrə D O-nun işinin təşkili və fəaliyyəti qaydası nizamlanır (pasport sisteminin,
icazə sisteminin və s.). Naxçıvan Muxtar Respublikasının Daxili şlər Nazirliyi öz
səlahiyyətləri çərçivəsində dövlət hakimiyyəti orqanlarının aktlarını və Azərbaycan
Respublikası Daxili şlər Nazirliyinin aktlarını rəhbər tutaraq, normativ aktlar qəbul edir.
Fərdi idarəetmə aktları isə D O tərəfindən daxili işlər sahəsində yaranan konkret
hüquqi mübahisəli məsələlərin həlli ilə bağlı olaraq, qəbul edilir.
stənilən daxili işlər orqanı bu və ya digər həcmdə fərdi idarəetmə aktlarını qəbul
etmək hüququna malikdir. D O-nun fərdi aktları – nizamlayıcı və hüquqmühafizəedici aktlar
qəbul edirlər. Hüquqi norma əsasında qəbul edilən nizamlayıcı aktlar konkret ictimai
münasibətləri nizamlayır, hüquqi münasibəti iştirakçılarının subyektiv hüquq və vəzifələrini
müəyyən edirlər. Məsələn, vətəndaşa odlu silah əldə etməyi icazə verən idarəetmə aktı, bu
vətəndaşla silah satan mağaza arasında yaranan münasibətləri nizama salır. D O fərdi
idarəetmə aktları qəbul etmək yolu ilə daxili işlər sahəsində, ictimai qaydanın mühafizəsi və
ictimai təhlükəsizliyin təmin olunması sahəsində ictimai münasibətlərin inkişafı prosesinə
aktiv surətdə təsir göstərirlər.
D O-nun hüquq-mühafizə xarakterli fərdi aktları hüquq normaları ilə nizamlanan
ictimai münasibətlərin mühafizəsinə yönəlib və onların toxunul-mazlığının təmin edilməsinə
xidmət edir. Bu aktlar vasitəsilə vətəndaşların, or-qan,müəssisə və təşkilatların hüquq və
qanuni maraqları mühafizə olunur.
da-rəetmənin hüquq mühafizəetmə aktları
hüquqpozmanın dayandırılması haq-qında tələb (göstəriş) kimi, hüquqpozmanın qarşısının
alınması, inzibati məs-uliyyətə cəlb edilməsi, inzibati tənbehin tətbiq edilməsi kimi qəbul
edilə bilər.
D O-nun idarəetmə aktları yazılı, şifahi və konklyudent formada ola bilər. Onlar
müddətli və müddətsiz, mərkəzi və yerli daxili işlər orqanlarının aktı kimi ola bilərlər.
D O-nun bütün aktları, dövlət idarəetmə aktlarına qoyulan tələblərə müvafiq
olmalıdırlar.
182
N Ə T C Ə
Nəticə etibarı ilə qeyd etmək istərdim ki, idarəetmənin hüquqi aktı – bu, dövlət
idarəetmə fəaliyyətinin vəzifə və funksiyalarını həyata keçirmək məqsədilə inzibati-hüquq
münasibətlərinin yaranmasına, dəyişməsinə və xitam olunmasına və ya inzibati hüquq
normalarının müəyyən olunmasına yönəlmiş, icra hakimiyyətinin səlahiyyətli subyektinin
qanuna Əsaslanan, bir tərəfli hüquqi hakimiyyətli iradəsini ifadə edən rəsmi sənəddir.
darəetmə aktlarının təsnifatı hüquqi nizamasalma mexanizmindəki təyinatına görə,
hüquqi xüsusiyyətlərinə görə, ifadə formasına, qüvvədə olma müddətinə, onları dərc edən
orqanlara, qüvvədə olma ərazisinə və səlahiyyətlərinin xarakterinə görə müxtəlif növlərə
bölünürlər.
Bundan əlavə, idarəetmə aktlarının effektivliyi şərtləri: onların məqsədəuyğunluğunu,
qanuniliyi və mədəniliyidir.
darəetmə aktlarına qoyulan tələblərin və onlara riayət olunması böyük əhəmiyyət
kəsb edir, ona görə ki, əks halda bu növ aktlar heç bir hüquqi qüvvəyə malik olmurlar.
Qeyd etmək istərdim ki, bu mövzu hüquqşünasların fəaliyyətində həm nəzəri, hə də
təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir. Çünki gündəlik fəaliyyətlərində onlar bilavasitə
vəzifə və funksiyalarını qanunlara və qanun qüvvəli aktlara əsaslandıraraq, həyata keçirirlər.
Bundan əlavə, qanun və qanunqüvvəli aktlardan başqa, onlar digər xidməti sənədlərdən də
geniş istifadə edirlər. Buna görə də, bunları bir-birindən fərləndirməyin böyük əhəmiyyəti
vardır.
Mövzu № 11: ″″″″ nzibati mə suliyyə t və inzibati xə ta″″″″
P L A N :
G R Ş
1.
nzibati məsuliyyətin anlayışı və əsas xüsusiyyətləri.
2.
nzibati xətanın anlayışı və onun əlamətləri.
3.
nzibati məsuliyyətdən azad etmə.
NƏT CƏ
Ə
D Ə B Y Y A T:
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi.
3.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.
4.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi.
5.
″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 fevral 1998-ci il.
6.
″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsi tədbirləri haqqında″ Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 09 avqust 1994-cü il.
7.
″Azərbaycan
Respublikasının
Cinayət
Məcəlləsinin
Kommentariyası″.
F.Y.Səməndərovun redaksiyası ilə. Bakı, ″Digesta″, 2001.
8.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
9.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
183
10.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ II hissə. Dərs vəsaiti. Bakı,
2006.
11.
E.Abdullayev. ″Vətəndaşların inzibati məsuliyyəti″. Dərs vəsaiti. B.,1992.
12.
″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti. AR D N-in Polis Akademiyası. Bakı, 2002.
13.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
14.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
15.
V.R.Kisin. ″Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə″. Dərs
vəsaiti. Moskva, 1991.
16.
A.M.Staxov. "Administrativnaə otvetstvennostğ”. Dərs vəsaiti. Moskva, 2004
G R Ş
Hüquq məsuliyyəti şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafelərinin müdafiəsinin
mühüm vasitələrindən biridir. O hüquq normalarının tələbləri pozulduqda, hüququn
tələblərini pozana qarşı dövlət məcburiyyəti tədbirlərinin tətbiqində ifadə olunur.
Hüquq məsuliyyətinin əsas əlaməti onun dövlət tərəfindən müəyyən olunmasında və
səlahiyyətli orqanlar tərəfindən tətbiq edilməsindədir. Törədilmiş hüquq pozuntusunun
xarakterindən asılı olaraq hüquq məsuliyyəti intizam, inzibati, maddi, mülki və cinayət
məsuliyyət növlərinə ayrılırlar. Hüquq məsuliyyətinin hər bir növü özünəməxsus dövlət
məcburiyyət tədbirlərinə və onların tətbiqinin xüsusi qaydasına malikdir.
Bu mühazirənin mahiyyəti ondan ibarətdir ki, onun vasitəsi ilə hüquq məsuliyyətinin
növlərindən biri olan inzibati məsuliyyət, onun əsas əlamətləri və tətbiq edilməsi qaydası
haqqında nəzəri biliklər açıqlanacaq. nzibati məsuliyyət hüquq məsuliyyətinin növlərindən
biri olduğu üçün o, həm də hüquq məsuliyyətinə xas olan əlamətlərə də malikdir.
Hüquq məsuliyyəti hüquqpozma törətmiş şəxsə qarşı hüquq normaları sanksiyalarının,
onlarda əks olunmuş müəyyən məsuliyyət tədbirlərinin tətbiqindən ibarətdir. Müasir
cəmiyyətdə hüquq məsuliyyəti ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin
təmin edilməsinə, vətəndaşların qanuna hörmət, hüquqauyğun davranışın zəruriliyi və
faydalılığının dərk edilməsi ruhunda tərbiyə olunmasına yönəlmişdir.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin 22-ci və 23-cü maddələri
ilə inzibati məsuliyyətin tətbiq edilməsinin məqsədləri və onun tətbiqini ifadə edən inzibati
tənbehlərin növləri müəyyən edilmişdir. Digər tərəfdən isə inzibati xətalar qanunvericiliyi ilə
inzibati məsuliyyəti tətbiq etməyə səlahiyyəti olan səlahiyyətli orqanların (vəzifəli şəxslərin)
dairəsi və onun tətbiq edilməsi qaydası müəyyən edilmişdir.
nzibati məsuliyyətin əsasını inzibati xəta təşkil etdiyi üçün bu günkü mühazirəmizin
mövzusunun vasitəsi ilə inzibati xəta, onun tərkibi və əsas əlamətləri barədə də nəzəri
biliklər əldə etmiş olacağıq.
Mühazirəmizin mövzusu vasitəsi ilə əldə edəcəyiniz biliklərin sizin gələcək
fəaliyyətinizdə həm nəzəri, həm də təcrübi əhəmiyyət kəsb edəcək. Çünki bu biliklərə
yiyələnməklə siz, gələcəkdə öz xidməti vəzifələrinizi yerinə yetirərkən XM-nin 4-cü
184
maddəsində müəyyən edilmiş inzibati xətalar qanunvericiliyinin prinsiplərinə riayət etmiş və
XM-nin 21-ci maddəsinin tələblərini yerinə yetirmiş olarsınız.
Sual 1.
nzibati məsuliyyətin anlayışı və əsas xüsusiyyətləri
nzibati məsuliyyət hüquqi məsuliyyətin növlərindən biri olaraq səlahiyyətli orqan və
ya vəzifəli şəxslər tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq
olunması ilə ifadə olunur.
nzibati məsuliyyət hüquqi məsuliyyətin növlərindən biri olaraq sonuncuya xas olan
bütün əlamətlərə malikdir:
- dövlət hakimiyyətinin həyata keçirilməsini və hüquq qaydalarının qorunmasını təmin
edən vasitədir;
- hüquq normalarının sanksiyalarının tətbiqindən ibarətdir;
- hüquqa zidd olan təqsirli əməlin nəticəsidir;
- hüquqpozan şəxsin və onun törətdiyi əməlin ictimaiyyət tərəfindən pislənməsi ilə
müşayiət edilməsidir;
- hüquq pozan şəxs üçün mənfi nəticə yaradan mənəvi və maddi xarakterli
məcburetmə tədbirləri ilə bağlıdır;
- müvafiq prosessual formalarda həyata keçirilir.
Bununla yanaşı inzibati məsuliyyətin özünə məxsus xüsusiyyətləri də mövcuddur ki,
bu da inzibati məsuliyyəti digər məsuliyyət növlərindən fərqləndirməyə kifayət qədər əsas
verir. Bunlar aşağıdakılardır:
1. nzibati məsuliyyət Azərbaycan Respublikasının XM-nin 1-ci maddəsinə əsasən
Azərbaycan Respublikasının nzibati Xətalar qanunvericiliyi ilə müəyyən edilir. Deməli o
özünün normativ hüquqi əsasına malikdir.
nzibati məsuliyyətin normativ-hüquqi əsası dedikdə, inzibati tənbehlərin tətbiqini
nizamasalan hüquq normalarının sistemi başa düşülür.
Məzmununa görə onları:
-
maddi-hüquqi;
-
inzibati-prosessual;
-
təşkilati normalara bölmək olar.
Onlar aşağıdakılardır:
a) inzibati məsuliyyətin ümumi məsələlərini nizamlayan normalar (inzibati xətalar
qanunvericiliyinin sistemini, inzibati məsuliyyətin əsaslarını və subyektlərini, inzibati
tənbehlərin sistemini və s. müəyyən edən normalar );
b) inzibati xətaların tərkibini müəyyən edən normalar;
v) inzibati xətalar haqqında işlərin icraatını müəyyən edən normalar;
q) müvafiq icra hakimiyyəti orqanlarının, yetknlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyaların və inzibati yurisdiksiyanın digər subyektlərinin
yaranma qaydasını, onların hüquqi vəziyyətini müəyyən edən normalar.
nzibati məsuliyyətlə əlaqədar olan normalar inzibati hüququn müstəqil institutunu
təşkil edir. Bundan fərqli olaraq, cinayət məsuliyyəti yalnız qanunla müəyyən edilir, intizam
məsuliyyəti əmək qanunvericiliyi ilə, həmçinin də ayrı-ayrı kateqoriya fəhlə və qulluqçuların
vəziyyətini müəyyən edən müxtəlif qanun və qanunqüvvəli aktlarla, maddi məsuliyyət əmək
185
qanunvericiliyi, mülki qanunvericiliklə və ayrı-ayrı hallarda isə inzibati hüquq normaları ilə
müəyyən edilir.
2. nzibati məsuliyyətin əsasını inzibati xəta təşkil edir. Cinayət məsuliyyətində
cinayətin, intizam məsuliyyətinin yaranmasında intizam xətasının, maddi məsuliyyətdə isə
maddi ziyanın vurulması və ya mülki-hüquqi deliktin (hüquqpozmanın) olması vacibdir.
3. nzibati məsuliyyətin subyektləri fiziki və hüquqi şəxslər ola bilər. Cinayət və
intizam məsuliyyətinin subyekti fiziki şəxslərdir. Orqan və təşkilatların intizam məsuliyyəti
haqqında məsələ isə hələ də müzakirəlidir. Lakin onun qaldırılması əsaslıdır, çünki icra
hakimiyyəti orqanlarının istefası, ictimai birliklərin qanunsuz fəaliyyətlərinin dayandırılması
və s. nəzərdə tutulur. nzibati məsuliyyətin subyekti kimi fiziki şəxslər qismində vətəndaşlar,
vəzifəli şəxslər, yetkinlik yaşına çatmayanlar və s. şəxslər ola bilərlər.
4. nzibati xətaya görə inzibati tənbehlərin tətbiqi nəzərdə tutulmuşdur. Cinayətlərə
görə cinayət cəzaları, intizam xətalarına görə intizam tənbehləri tətbiq edilir, maddi
məsuliyyət isə əmlak sanksiyalarının tətbiqi ilə ifadə olunurlar.
5. nzibati tənbehlər müxtəlif orqan və vəzifəli şəxslər tərəfindən tətbiq edilirlər. Bu
orqan və vəzifəli şəxslər Azərbaycan Respublikasının XM-nin 357-ci maddəsinə əsasən
aşaqıdakılardı:
- rayon (şəhər) məhkəmələri;
-
yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar;
-
seçki komissiyaları;
-
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları;
-
Azərbaycan Respublikasının Milli Bankı.
Hüquq məsuliyyətinin digər növlərinin tətbiqi isə qanunvericiliklə aşaqıdakı kimi
müəyyən edilib. Məsələn: cinayət cəzaları yalnız məhkəmə tərəfindən, intizam tənbehləri
intizam hakimiyyətinə malik olan orqan və vəzifəli şəxslərin səlahiyyətləri çərçivəsində,
maddi məsuliyyət tədbirləri məhkəmələr tərəfindən tətbiq edilir.
6. nzibati tənbehlər orqan və vəzifəli şəxslərə tabe olmayan və inzibati xəta törədən
şə
xslərə qarşı tətbiq edilir. Bu əlamətə görə inzibati məsuliyyət intizam məsuliyyətindən
fərqlənir. Burada işçilərə qarşı tətbiq edilən tədbirlər hakimiyyət – tabeçilik qaydasında
yuxarı orqan (vəzifəli şəxs) tərəfindən tətbiq edilir.
7. nzibati tənbehin tətbiq edilməsi məhkumluğa və işdən çıxarılmağa səbəb olmur.
nzibati xətalar qanunvericiliyinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs
tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişsə, o,
inzibati məsuliyyətə cəlb edilməmiş sayılır.
8. nzibati tənbehlər Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə
müvafiq olaraq tətbiq edilir. Cinayət işlərinə cinayət-prosessual qanunvericiliyi əsasında,
maddi məsuliyyət haqqında işlərə mülki mühakimə icraatı qaydasında baxılır.
9. nzibati tənbehlərin tətbiq edilməsi haqqında çıxarılmış qərardan Azərbaycan
Respublikasının XM-nin 430-cu maddəsinə əsasən inzibati və ya məhkəmə qaydasında
ş
ikayət, o çümlədən protest verilə bilər.
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri inzibati
məsuliyyətin müəyyən edilməsi zamanı rəhbər tutulur. Bu prinsiplər Azərbaycan
Respublikası XM-nin 4-cü maddəsində göstərilmişdir.
Bunlar aşağıdakılardır:
186
-
insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi
(Azərbaycan Respublikası XM-nin 5-ci maddəsi);
-
qanunçuluq prinsipi (Azərbaycan Respublikası XM-nin 6-cı maddəsi);
-
qanun qarşısında bərabərlik prinsipi (Azərbaycan Respublikası XM-nin 7-ci
maddəsi);
-
təqsirsizlik prezumpsiyası prinsipi (Azərbaycan Respublikası XM-nin 8-ci
maddəsi);
-
ədalətlilik prinsipi (Azərbaycan Respublikası XM-nin 9-cu maddəsi);
-
inzibati xətaların qarşısının alınması prinsipi (Azərbaycan Respublikası XM-nin
10-cu maddəsi).
Dostları ilə paylaş: |