II FƏSĠL
DAXĠLĠ TĠCARƏT
XVIII əsrin birinci yarısında üç böyük dövlətin siyasi və iqtisadi
mənafelərinin toqquşması ilə əlaqədar olaraq Azərbaycan ərazisinə İran, Türkiyə
və Rusiya qoşunlarının müdaxiləsi, İran şahlarının iqtisadi və mənəvi təzyiqləri,
əhaliyə edilən ikiqat istismar, şübhəsiz, ölkənin iqtisadiyyatına ağır zərbə endirirdi.
Lakin buna baxmayaraq, Azərbaycanın zəngin təbiəti, Avropa ilə Asiya arasındakı
əlverişli coğrafi mövqeyi ölkənin iqtisadiyyatının mühüm sahələrindən biri olan
ticarətin aparılması üçün az da olsa şərait yaradırdı. Ölkənin ən ağır günlərində
belə bəzi tacirlər ticarət üçün öz yurdlarını tərk edib, başqa ölkələrə gedirdilər
104
.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, orta əsrlərdə ticarət ən gəlirli qazanc
mənbələrindən biri olduğu üçün bu və ya digər ölkələr arasında baş verən
müharibələr nəticəsində ticarətin müvəqqəti olaraq dayandırılması hər iki tərəfin
gəlirinin azalmasına səbəb olurdu. M. Çulkov yazır ki, belə hallarda müharibə edən
dövlətlər öz aralarında danışıq apararaq ticarət karvanlarının gediş-gəlişinə
maneçilik törətmirlər
105
.
Bu barədə C. Hanvey də maraqlı məlumat verir: «Türklərlə iranlılar ticarət
münasibətlərində o qədər xeyir əldə edirdilər ki, onların arasında bağlanılan
102
И. Г. Гербер. Замечания клонящиеся к истинной выгоде Ва шего Величества в тех завоеванных
персидских провинциях, которые по персидским трактатам остались за его Величеством
Всероссийским. Bах: М. А. Полиевктов. Проект хозяйственной эксплоатации оккупированных в
XVIII в. Россией прикаспийских областей Кавказа. Материалы по истории Грузии и Кавказа,
вып. IV, Тбилиси, 1937, səh. 283.
103
Г. Б. Абдуллаев . Из истории северо-восточного Азербайджана в 60—80 гг. XVII в., Бакы, səh.
11; F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, səh. 5.
104
C. Hanvey. Göstərilən əsəri, səh. 413.
105
M. Çulkov. Göstərilən əsəri, II cild, II kitab, səh. 596.
26
qarşılıqlı müqavilə sayəsində həmin dövlətlərin bir-biri ilə apardıqları uzun-uzadı
müharibələr zamanı belə (ticarət) karvanlarına toxunulmurdu»
106
.
Əlbəttə, belə bir müqavilənin olması həqiqətə uyğun olsa da, onun
müharibə edən ölkələrin qoşunları tərəfindən soyuqqanlıqla həyata keçirilməsi çox
şübhəlidir. Lakin bununla belə ayrı-ayrı dövlətlərin belə hallara yol verməsinin özü
ticarətin bu və ya digər ölkənin iqtisadiyyatı və maddi bazası üçün nə kimi rol
oynadığını aydın göstərir. Məlum olduğu kimi, ölkənin təsərrüfat həyatında feodal
istehsal üsulu hökm sürdüyü bir dövrdə şəhərlərin iqtisadi bazasını əsas etibarı ilə
sənətkarlıq və ticarət təşkil edirdi. Lakin ibtidai və kustar üsulla aparılan
sənətkarlığa nisbətən ticarətin bir sıra üstünlüyü var idi. Əvvələn, sənətkarlar əsas
etibarı ilə daxili bazarın ehtiyacını ödədikləri halda, tacirlər onların hazırladıqları
əşyanı xarici bazarlara çıxarırdılar; ikincisi, sənətkarlıqla yalnız yerli sənətkarlar
məşğul olduqları halda, ölkənin ticarətinin inkişafında yerli tacirlərdən
(sövdəgərlərdən) əlavə, xarici ölkələrin tacirləri də əhəmiyyətli rol oynayırdılar;
üçünçüsü, xarici bazarda sənətkarların hazırladıqları mallara nisbətən, xammala
daha çox ehtiyac olduğu üçün, ticarətdən daha artıq qazanc əldə edilirdi.
Bütün bu amillər orta əsrlərdə şəhər təsərrüfatında ticarəti ön sıraya
çıxarırdı. Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da ticarət
əsas etibarı ilə şəhərlərdə aparılırdı. Lakin XVIII əsrin birinci yarısında ölkə vahid
dövlət halında olmadığı üçün, onun vahid iqtisadi mərkəzi də yox idi.
Şübhəsiz, belə olduqda XVIII əsrin birinci yarısının ticarətindən bəhs
edərkən təmərküzləşmiş yeganə bazar haqqında danışmağa da dəyməz.
V. İ. Leninin hələ iqtisadi cəhətcə vahid dövlət halına düşməmiş Rusiya
üçün söylədiyi sözləri XVIII əsrin birinci yarısındakı Azərbaycana tamamilə tətbiq
etmək olar: «...dövlət ayrı-ayrı «torpaqlara», qismən də, hətta knyazlıqlara
bölünmüşdü ki, bunlar da keçmiş muxtariyyətin canlı izlərini idarə etmək
xüsusiyyətlərini, bəzən öz xüsusi qoşunlarını..., gömrük sərhədlərini və i. a.
saxlamışdı»
107
. V. İ. Lenin bütün belə vilayətlərin, torpaqların və knyazlıqların
birləşməsindən bəhs edərək yazırdı ki, «buna səbəb vilayətlər arasında
güclənməkdə olan mübadilə, tədriclə artmaqda olan əmtəə tədavülü, kiçik yerli
bazarların bir Ümumrusiya bazarı halında təmərküzləşməsi idi»
108
.
Azərbaycanda isə öyrəndiyimiz dövrdə belə bir tarixi proses olmamışdır.
Ölkə siyasi və iqtisadi cəhətdən pərakəndə bir şəkildə idi.
Lakin buna baxmayaraq, Azərbaycanın ayrı-ayrı şəhərləri ya özünün
106
C. Hanvey. Göstərilən əsəri, səh. 7.
107
V. İ. Lenin. «Xalq dostları» nədir və sosial-demokratlara qarşı onlar necə mübarizə edirlər, əsərləri I
cild, səh.149.
108
Yenə orada.
27
tutduğu əlverişli coğrafi mövqe və yaxud da istehsal etdiyi malların sayəsində həm
daxili, həm də xarici ticarətdə əhəmiyyətli rollardan birini oynayırdı.
Avropadan Asiyaya gedən tranzit ticarət yolunda yerləşən Azərbaycan hələ
xeyli qədimdən Avropa və Yaxın Şərq ölkələrinin siyasi və iqtisadi həyatında
mühüm rol oynamışdır. Məhz buna görə də təsadüfi deyildir ki, vaxtı ilə
Azərbaycanda müvəqqəti olaraq hökmranlıq edən farslar, ərəblər, türklər,
monqollar ölkəni soyub talan etdikləri halda, karvan yollarının bərpa olunmasına,
ticarət yollarında karvansaraların inşa və bərpa edilməsinə, çayların üzərində
körpülər salınmasına və s. bu kimi məsələlərə böyük əhəmiyyət verirdilər.
Karvan yollarında külli miqdarda tikilmiş karvansaraların qalıqları,
körpülər, ticarət meydanları, ovdanlar və s. vaxtı ilə Azərbaycanda qızğın ticarət
aparılmasının canlı şahididir
109
.
XVIII əsrin axırı və XIX əsrin əvvəllərinin müəllifi P. Zubov Azərbaycanın
ticarət əlaqələrindən bəhs edərkən Azərbaycan şəhərlərində hələ xeyli qədimdən
qızğın ticarət getdiyini göstərir və bunu bütün yol boyu uzanıb gedən
karvansaraların qalıqları ilə sübut edir
110
. XVIII əsrin iyirminci illərində
Azərbaycanda olmuş Con Belin yazdığına görə, Azərbaycan ərazisində çox böyük
karvansaralar olmuşdur. O düşdüyü karvansarada 500 adam var imiş
111
. Korneli de
Bruin Şamaxıda ikinci mərtəbəsində 40 otaq olan bir karvansarada yaşaması
barədə xəbər verir
112
.
Ticarət əsasən şəhərlərdə aparıldığı üçün karvan yolları da bu və ya digər
şəhərdən keçirdi. Lakin ticarət əhəmiyyəti daha böyük olan şəhərlərdən bir deyil,
müxtəlif istiqamətlərə bir neçə karvan yolları keçirdi. Məsələn, Təbrizdən təkcə
şimala doğru 4 yol gedirdi
113
.
Təbriz – Mərənd - Culfa.
Təbriz - Cəbrail.
Təbriz - Biləsuvar.
Təbriz - Astara.
Lakin bunlardan daha rahat və əlverişlisi Təbriz - Mərənd - Culfa yolu
olduğu üçün adətən karvanların çoxu elə həmin yoldan keçirdi.
Təbrizdən Qara dəniz vasitəsi ilə Avropaya gedən yol Naxçıvandan
109
ЦГАДА, фонд Ермоловых, siyahı 1, iş 322, vərəq 67; Ч. Бел. Велегш путешествил через Россию
в разные Азиатские земли, а именно в Испаган, в Пекин, в Дербент и Константинополь, перевел
с франц. М. Попов, СПб, 1776, səһ. 52-53; И. Лерх. Сведения о втором путешествии в Персию,
совершенном в 1745-1747 гг. (перевод с немецкого Абезгуза), Azərb. SSR ЕА TİЕА, inv. 489, səһ.
56.
110
П. Зубов. Картина Кавказского края принадлежащего России и сопредельных к нему земель,
СПб, ч. I I I , 1838, səһ. 67.
111
C. Bel. Göstərilən əsəri, səh. 52.
112
Korneli de Bruin. Göstərilən əsəri, səh. 12.
113
А. В. Фон-Гребнер. Торговые дороги Закавказья, СПб, 1896, səһ. 46.
28
keçirdi. Bu yol ən qısa yollardan biri sayılırdı
114
. Naxçıvan və Culfa tərəfdən Araz
çayının üzərindən keçən körpülər bu yolu xeyli rahatlaşdırırdı
115
.
Avropa ilə bir çox Yaxın Şərq ölkələrini birləşdirən Təbriz - Mərənd - Culfa
- Naxçıvan və b. şəhərlərdən keçən yollardan əlavə, Azərbaycan ərazisindən digər
yollar da keçirdi. Bu yollardan birini M. V. Fexner özünün «XVI əsrdə rus
dövlətinin Şərq ölkələri ilə ticarəti» adlı kitabında göstərmişdir. Doğrudur, M. V.
Fexnerin məlumatı nisbətən əvvəlki dövrə aiddir. Lakin öyrəndiyimiz dövrdəki
yolların XVIII əsrdə deyil, daha əvvəllər çəkildiyini nəzərə alaraq, XVI əsrdə
Azərbaycan şəhərlərindən keçən karvan yollarını göstərmək olar. XVI əsrdə
Rusiyadan İrana gedən yol aşağıdakı şəhərlərdən keçmişdir
116
:
ġəhərlərin adı
Məsafə, kmlərlə
Yol, gün hesabı ilə
Cəmi
gəmilərdə
karvanlarda
Moskva-Həştərxan
3312
40
-
40
Həştərxan-Nizabad
təqribən 650
7-9
-
7/9
Nizabad-Şabran-
Şamaxı
110
-
7
7
Şamaxı—Ərdəbil
325
-
10
10
Ərdəbil-Qəzvin
350
-
11-11
11—12
Qəzvin-Hörmüz
1200
-
42
42
Bəzən ticarət karvanları Rusiyadan Azərbaycana yalnız karvan yolları ilə
gəlirdi. Çox güman ki, belə hallar yalnız qış aylarında Həştərxan limanı donduğu
zaman baş verirmiş.
Həştərxandan Azərbaycana aşağıdakı karvan yolları ilə mal gətirilirdi
117
:
ġəhərlərin adı
Məsafə. kmlərlə
Yol, gün hesabı ilə
Cəmi
karvanla
arabalarla
Həştərxan-Terek
şəhərciyi
təqribən 450
-
təqribən 10
10
Terek şəhərciyi-
Tərki
240
5
1
6
Tərki-Dərbənd
140
-
3
3
Dərbənd-Şabran
170
6-8
-
6-8
Şamaxı
təqribən 1000
11-13gün
14 gün
gün
114
Передняя Азия в документах, Серия памяти проф. Ю. Н. Марра, кн. 1. Нахичеванские
рукописные документы XVII-XIX вв., Тифлис 1936, səһ. 10.
115
М. Велиев. Азербайджан, (Физико-географический, этнографический и зкономический
очерк), Бакы, 1921, səһ. 158.
116
М. В. Фехнер. Торговля русского государства со странами Востока в XVI веке, М., 1952, səһ.
36.
117
M. V. Fexner. Göstərilən əsəri, səh. 41.
29
M. V. Fexnerin XVI əsr üçün göstərdiyi karvan yolları XVIII əsrin birinci
yarısında da mövcud idi. Bunu 1730 və 1740-cı illərdə iki dəfə Azərbaycanda
olmuş İ. Lerxin verdiyi məlumatlardan müəyyən etmək olar. İ. Lerxin yazdığına
görə həmin dövrdə Avropa ilə Şərq ölkələri arasında ticarət əsasən aşağıdakı
karvan yolları ilə aparılırdı
118
.
Həştərxan – Qızlar - 1500 verst
Qızlar - Tərki
Tərki - Dərbənd -115 «
Dərbənd – Bakı – 231 «
Bakı – Şamaxı -145 «
Şamaxı – Cavad – 45 «
Cavad - Lənkəran – 164 «
Lənkəran - Rəşt – 222 «
Lakin XVIII əsrdən etibarən Rusiyanın Xəzər dənizindəki fəaliyyəti
çoxaldıqdan sonra Azərbaycana gələn karvan yollarının əhəmiyyəti nisbətən
azaldı. Buna eyni zamanda Azərbaycana Türkiyə və İran tərəfindən edilən ardı
kəsilməyən silahlı basqınlar da böyük təsir göstərmiş oldu. Lakin buna
baxmayaraq, Azərbaycanın bir çox şəhərləri, xüsusilə Şamaxı, Təbriz, Gəncə,
Bakı, Ərdəbil və başqaları yenə də karvan yollarının düyüm nöqtəsi kimi
fəaliyyətdən qalmırdı. Həmin şəhərlər arasında Bakı daha əlverişli mövqe tuturdu.
Bu şəhər həm karvan yollarının üstündə yerləşirdi, həm də gözəl təbii limana malik
idi.
Bakıda olmuş bir çox orta əsr səyyahları onun məşhur şəhər olduğunu
119
,
əlverişli limanda yerləşdiyini, yüksək keyfiyyətli ağ və qara neft, eləcə də duz və
zəfəranla zəngin olduğunu göstərirlər
120
. XVIII əsrin əvvəllərində Bakıda olmuş
fransız missionerlərindən Maz, Başu, Fleriu və başqaları öz xatirələrində yazırlar
ki, bəzən Xəzər dənizi «Bakı dənizi» də adlandırılırdı. Bu isə Bakı şəhərinin Xəzər
dənizi vasitəsi ilə aparılan ticarətdə nə kimi mövqe tutduğunu bir daha göstərir.
Onlar yazırlar: «Bakı... Xəzər dənizinin sahilində yerləşir, (şəhər) öz adını bu
dənizə verdiyi üçün onu Bakı dənizi də adlandırırlar»
121
.
118
İ. Lerx. Göstərilən əsəri, səh. 461.
119
Yenə orada, səh. 129.
120
Korneli de Bruin. Göstərilən əsəri, səh. 50; İ. Lerx. Göstərilən əsəri, səh. 61; J. Sook. Voyages and
travels through the Russion Empire Tartary, and Part of the Kingdom of Persia, p. 379 -383; Bax: S. B.
Aşurbəyli. Баку XVI-XVIII в. пo описаниям путешественников, «Изв. AH Азерб. ССР», № 1, 1947,
səһ. 70; C. Hanvey. Göstərilən əsəri, səһ. 261; Донесение французского полномоченного министра
де Кампредона к королю 20 сентября 1723 г., СИРИО, т. 49, səһ. 384.
121
Выдержки из Letters curieuses et edifianters etc (de le Maze, Bachond, Fleurian etc) (t ərcüməsi
Abezquzundur) Azərb. SSR EA TİEA, inv. 471, səh. 17. Müqayisə et: Путешествие одного
миссионера (Voyages d'un Missionnaire de le compagine de Jesus (tərcüməsi Abezquzundur), Azərb.
SSR EA TİEA, inv. 474, səh. 10.
30
Həmin missionerlər şəhərin sərvətini belə təsvir edirlər: «Onun (Bakının)
ətrafı yumşaq torpaqdan ibarətdir və zəfəranla çox zəngindir, lakin onun (əsas)
neməti faydalı qazıntılardan ibarətdir. Bunları quyular təşkil edir ki, onlardan da o
qədər çox mənfəətli neft çıxarırlar ki, şahın (bu sahədə) ildə aldığı gəlir 12.000
tümənə və ya 600.000 abbasıya çatır, abbası təqribən 20 suya, tümən isə 50 livrə
bərabərdir»
122
.
Bakıda ibtidai üsulla istehsal olunan neft təkcə Azərbaycanda istifadə
edilmirdi. Tuluqlara doldurulmuş Bakı nefti hər gün at, qatır, dəvə və yaxud da
gəmi karvanları vasitəsi ilə uzaq şəhərlərə aparılıb baha qiymətə satılırdı
123
. Fransız
missionerləri Bakı nefti haqqında da maraqlı məlumat verirlər: «Neft bir növ
yağdır, su ilə birlikdə yerdən çıxarılır, lakin sonra onu ayırıb, kanallar vasitəsi ilə
axıdırlar. O (neft) qara və ağ olur. Ağ yüksək qiymətləndirilir, daha yaxşı satılır və
xaricə aparılır; qaradan isə yerlərdə istifadə olunur, ona (əhalinin) heyfi gəlmir, baş
barmağın qalınlığında fitillə onu lampalarda yandırırlar»
124
.
Bəhs etdiyimiz dövrə aid olan mənbələrin birində yazılmışdır: «Bakının
ətrafında çoxlu miqdarda neft bulaqları vardır. Bu, bir növ qara və çox asanlıqla
yanan yer yağıdır.... Mən bulaq suyuna bənzərini də görmüşəm»
125
. Məlumdur ki,
neft heç də yerdən şəffaf halda çıxmır. Lakin yuxarıda misal gətirdiyimiz
gəlmələrin müəllifi C. Bel «bulaq suyuna bənzər» neftin mövcud olduğunu xəbər
verir. Çox güman ki, C. Bel bu sözləri yazdıqda ağ nefti (kerosini) nəzərdə tutur.
Buradan elə bir nəticəyə gəlmək də olar ki, yerli əhali nefti ayırmaq yolu ilə ondan
şəffaf rəngli ağ neft alırmış. Bu barədə səyyah İ. Lerx də məlumat verir. O yazır ki,
əhali nefti ayırmaqla ondan «spirtə» bənzər ağ neft alır. Şübhəsiz, İ. Lerx burada
adi kerosini nəzərdə tutmuşdur. Müəllif neftin xüsusiyyəti haqqında belə məlumat
verir: «Neft tez yanmır, o tünd qonur rəngdədir, amma, o, ayrılarkən açıq sarı
rəngə çalır. Ağ neft bir qədər bulanıqdır. Lakin ayrılıqda spirt kimi şəffaf olur və
çox tez alovlanır»
126
. Başqa bir mənbə də hələ XVIII əsrin əvvəllərində bakılıların
nefti ayırıb, ondan şəffaf yanacaq aldığını göstərir. XVIII əsrin ilk çağlarında
Bakıda olmuş fransız missionerlərindən biri yazır ki, neft «...araq kimi alovlanır və
hər şeyi yandırır»
127
.
122
Выдержки из Letteres curieuses et edifianters etc (de le Maze, Bachond, Fleurian etc) (t ərcüməsi
Abezquzundur) Azərb. SSR EA TİEA, inv. 471, səh. 17. Müqayisə et: Путешествие одного
миссионера (Voyages d'un Missionnaire de le compagine de Jesus (tərcüməsi Abezquzundur), Azərb.
SSR EA TİEA, inv. 474, səh. 10.
123
Дж. Спилмaн. Путешествие через Россию в Персию двух английских джентльменов, которые
отправились в 1739 году, имея цель изучения того, каким образом может вестись из Астрахани
по Каспийскому морю торговля Великобритании (перевод с англ. Абезгуза) НАИИ, инв.
483, səһ. 10; Bах: S. Aşurbəyli. Göstərilən əsəri, səh. 69.
124
«Выдержки...», səh. 14.
125
C. Bel. Göstərilən əsəri, səh. 49.
126
İ. Lerx. Göstərilan əsəri, səh. 85.
127
Пyтешествиe одного миссионера...., səh. 6.
31
Əsas etibarı ilə qabaqcıl Qərbi Avropa ölkələrindən gəlmiş səyyahların neft
haqqında söylədikləri fikirlərdən belə bir qənaətə gəlmək olar ki, Azərbaycanda
yerli əhali hələ XVIII əsrin əvvəllərində nefti ayırıb, ondan kerosin aldığı halda,
bəzi Avropa ölkələrində neft haqqında mükəmməl təsəvvür belə yox idi.
Çox güman ki, kənd təsərrüfatında olduğu kimi, neft işində çalışan
rəiyyətlər də ağır istismara düçar olurdular. Bunu aşağıdakılar bir daha sübut edir.
Şah Soltan Hüseynin 1711-ci ildə verdiyi fərmandan
128
məlum olur ki,
Bakının neft və duz mədənlərini icarəyə vermişdir. Məlumdur ki, icarədar dövlət
xəzinəsinə verdiyi pulun ödənilməsi və bu işdən ikiqat və daha artıq gəlir əldə
etmək üçün mövcud olan istismarı daha da şiddətləndirəcəkdir.
XVIII əsrin birinci yarısında Bakı ətrafında böyük zəfəran sahələrinin,
çoxlu neft quyularının olması və eyni zamanda bu şəhərin məhsullarına bir çox
yerlərdə böyük ehtiyac olması haqqında səyyah Con Kuk da məlumat verir. O
yazır: «Burada böyük sahələrdə zəfəran əkilmişdir... Əhali quru torpaq və ya qumla
qatışdırılmış neftdən savayı, başqa yanacaqdan istifadə etmir. Neft və zəfəran bu
şəhərin əsas ticarət mallarını təşkil edir. Xəzər dənizi boyu yerləşən vilayətlərin
çoxunda qara neftdən əlavə, başqa yanacaqdan istifadə edilmir; onlar (əhali) onu
lampalarda yandırırlar»
129
.
Abşeronda əkilən pambıq və yetişdirilən baramalar şəhərdə toxuculuğun
müəyyən qədər inkişafına kömək etmişdi. Belə ki, Bakı bazarında gətirilmə
mallardan başqa neft, zəfəran, duzla yanaşı, Bakıda toxunulmuş müxtəlif parçalar,
xüsusilə xalça, palaz və bez də satılırdı
130
.
XVIII əsrin birinci yarısında ticarət sahəsində Azərbaycan şəhərləri arasında
Şamaxı da mühüm yerlərdən birini tuturdu.
Azərbaycanın ən qədim şəhərlərindən biri sayılan Şamaxı Qərbdən Şərqə
gedən karvan ticarət yollarının düyüm nöqtəsində yerləşirdi. Mənbələrdə Şamaxı
şəhərinin Asiya və Avropa tacirləri ilə qızğın ticarət aparması haqqında zəngin
məlumat vardır
131
. Məhz buna görə də Şamaxı şəhəri təkcə Azərbaycan və ya
Zaqafqaziyada deyil, habelə beynəlxalq miqyasda aparılan ticarətdə də əhəmiyyətli
rol oynayırdı. Şamaxı şəhərinin ticarət aləmində belə bir mövqe tutmasında yüksək
keyfiyyətli Şirvan ipəyinin mühüm rol oynadığını xüsusilə qeyd etmək lazımdır.
1715-1722-ci illər arasında iki dəfə Şamaxıda olmuş C. Bel şəhəri belə təsvir edir:
«Şamaxı şəhəri qırxıncı şimal enliyində yerləşir. Qədimdə o, Midiyanın bir
hissəsini təşkil edirdi. Hazırda isə Şirvan adlanan böyük bir əyalətin paytaxtıdır.
Şəhər dağın ətəyində amfiteatr şəklində salınmışdır... O (Şamaxı), böyükdür, lakin
128
AKAK Tiflis, II cild, I cildə əlavə. səh. 1077.
129
S. B. Aşurbəyli. Göstərilən məqaləsi, səh. 70.
130
QAAO, fond 394, iş 539, vərəq. 18.
131
C. Bel. Göstərilən əsəri, səh. 60; «Выдержки...», səh. 21, Bax: S. Aşurbəyli. Göstərilən məqaləsi,
səh. 68.
32
canişinin, hakimin
132
və bəzi varlı tacirlərin evlərindən başqa (şəhərdə) evlər pis
tikilmişdir. Onun küçələri dar və əyridir. Şəhərin əsas əhalisini iranlılar təşkil
edirlər
133
. Orada həmçinin varlı kürsü və ermənilər vardır. Yerli əhali türk dilində,
məmurlar isə fars dilində danışırlar»
134
.
Müəllif daha sonra şəhərin ticarətindən bəhs edərək yazır: «Bu şəhərdə
(Şamaxıda) xüsusilə xam ipəklə böyük ticarət aparılır. Ətraf qəzalardan toplanan
xam ipək ingilislərin və hollandiyalıların İsfahanda təsis etdikləri şirkətlər
tərəfindən alınır və böyük bir qismi Hələb şəhərinə göndərilir. Burada
(Şamaxıda) həmçinin pambıq da satılır. Lakin yerli əhali onu özü alır və ondan
müxtəlif parçalar toxuyur»
135
.
Şamaxı ətrafında yetişdirilən buğda, arpa, üzüm və bir çox müxtəlif
meyvələr
136
də şəhər bazarına gətirilirdi. Xristianlar Şamaxı üzümündən dadlı
şərab hazırlayırdılar
137
.
Bəzi səyyahlar Şamaxı şəhərində eyni zamanda xəz və dəri ilə güclü ticarət
aparıldığını söyləyirlər
138
. Tülkü xəzi əsas etibarı ilə Həştərxan vasitəsi ilə
Rusiyaya, eləcə də Ərzurum vasitəsi ilə Türkiyə və oradan da Qərbi Avropa
ölkələrinə aparılırdı
139
.
Fransız missionerləri Şamaxı şəhərinin beynəlxalq ticarətindəki rolundan
bəhs edərək yazırlar: «Bu şəhər böyük ticarət şəhəridir. Moskvadan və İrandan
gətirilən malların
saxlanıldığı
yerdir. Rusların (Moskovitlərin) burada
karvansaraları və ya mağazaları vardır. Onlar öz ölkələrindən buraya qalay, mis,
xəz və s. mallar gətirirlər. İranlılar və hindlilər oraya (Şamaxıya) ipək və pambıq
parçalar, zərxara, zərbafta və ipək saplar gətirirlər. Tatarlar (Şamaxı bazarında) at
və qul satırlar
140
. Fransız missionerləri Şamaxıda olarkən, görünür, şəhərdə güclü
ticarət gedirmiş. Çünki onlar orada bir çox xarici ölkələrdən gəlmiş tacirlərə
təsadüf etmələrindən bəhs edirlər. «Şamaxıda həmişə müxtəlif xalqların
nümayəndələri olur, bu şəhər Rusiyadan və Polşadan İrana keçid yoludur»
141
.
Həmin missionerlər fikirlərini tamamlayaraq, Şamaxının beynəlxalq ticarətdə
tutduğu mövqeyi haqqında belə yazırlar:
132
Məhkəmə hakimi nəzərdə tutulmuşdur.
133
Bir çox orta əsr müəllifləri kimi C. Bel də, Azərbaycan o zaman İran hakimiyyəti altında olduğu
üçün, azərbaycanlıları iranlı adlandırır.
134
S. Bel. Göstərilən əsəri, səh. 59; Bax: «Выдержки...», səh. 22.
135
C. Bel. Göstərilən əsəri, səh. 60.
136
C. Bel. Göstərilən əsəri, səh. 60; Korneli de Bruin. Göstərilən əsəri, səh. 22.
137
C. Bel. Göstərilən əsəri, səh. 60; Korneli de Bruin. Göstərilən əsəri, səh. 22.
138
«Выдержки...», səh. 21.
139
Yenə orada, səh. 24.
140
Yenə orada.
141
Yenə orada, səh. 30.
33
«Bu şəhər Rusiyada (Moskoviyada), İsveçrədə və Hollandiyada ticarət
edənlərin görüş yeridir. Məhz buna görə də bura həmişə gəlib-gedən əcnəbilərlə
dolu olur»
142
.
Şamaxı şəhəri, qeyd etdiyimiz kimi, Şərq ölkələri ilə də qızğın ticarət
aparırdı. Bu barədə fransız missionerləri belə yazırlar: «Burada (Şamaxıda) cəmi
200-ə yaxın hindli vardır; onlar burada çox geniş ticarət aparır və ən varlı tacir
hesab olunurlar»
143
.
1722-1723-cü illərdə I Pyotrun Azərbaycana yürüşü zamanı rus
qoşunlarının tərkibində olmuş ingilis zabiti H. P. Bryus Şamaxı şəhərini
Zaqafqaziyanın ən böyük və əhalisi çox olan şəhəri hesab edir
144
. H. P. Bryusun
burada mübaliğəyə yol verməsinə baxmayaraq, onun sözlərindən Şamaxının
əhəmiyyətli bir şəhər olduğunu müəyyən etmək çətin deyildir. H. P. Bryus daha
sonra yazır: Şamaxıda bütün Şərq xalqlarının şirkətləri vardır və bu səbəbə görə də
şəhərə bütün ölkələrdən gəlirlər»
145
.
Əgər XVIII əsrin birinci yarısında Azərbaycana yadelli işğalçılar basqın
etməsəydilər, bəlkə də Şamaxı şəhərinin ticarət sahəsindəki rolu daha böyük olardı.
Məsələ burasındadır ki, yuxarıda qeyd edildiyi kimi, 1712 və daha sonra 1721-ci
illərdə Şamaxı şəhəri Hacı Davud və Surxay xanın dəstələri tərəfindən darmadağın
edilmişdir
146
. 1723-cü ildə isə Şamaxıya türk ordusu daxil olmuşdur. 1734-cü ildə
Şamaxı şəhərinə daha böyük qəza üz vermişdir. Məlum olduğu kimi, həmin ildə
Şamaxı Nadirin qoşunları tərəfindən darmadağın edilmiş, əhalisi isə Ağsuya
köçürülmüşdü. Ağsu az bir zamanda qala hasarları ilə əhatə olunduqdan sonra
«Yeni Şamaxı» adını almışdır. Beləliklə, Azərbaycanın ən qədim, zəngin və
məşhur şəhərlərindən biri olan Şamaxı şəhəri 1734-cü ildən başlayaraq müvəqqəti
də olsa, bir ticarət mərkəzi kimi öz əhəmiyyətini itirdi. Bu vəzifə həmin vaxtdan
etibarən Yeni Şamaxının öhdəsinə düşdü
147
. Lakin çox keçmədən Yeni Şamaxıya
da «Köhnə Şamaxı» kimi qəza üz verdi. 1743-cü ildə Nadir şahın hakimiyyətinə
qarşı Şirvanda baş verən üsyanı yatırtmaq üçün gələn İran qoşunları tərəfindən
Yeni Şamaxı dağıdıldı və 15 minə yaxın əhalisi məhv edildi
148
.
Şübhəsiz, Şamaxı şəhərinə üz verən belə bir qəza onun ticarət sahəsindəki
əhəmiyyətini aşağı salmaya bilməzdi.
XVIII əsrin birinci yarısında iki dəfə Azərbaycanda olmuş İ. Lerx 1745-
1747-ci illər arasında «Yeni Şamaxı»-nın ticarətini belə izah edir: «Şəhərdə tacirlər
142
«Выдержки...», səh. 34.
143
Yenə orada, səh. 24.
144
Bax: S. B. Aşurbəyli. Göstərilən məqaləsi, səh. 68.
145
Bax: S. B. Aşurbəyli. Göstərilən məqaləsi, səh. 68.
146
A. Bakıxanov. Göstərilən əsəri, səh. 102; Y. H. Cəlalyan. Göstərilən əsəri, I hissə, səh. 3; Обозрение
Российских владений за Кавказом... III hissə, SPb, 1836, səh. 147.
147
F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, Bakı, 1960, səh. 36-37.
148
Yenə orada, səh. 37.
34
üçün palçıqdan üç xarab karvansara tikilmişdi. O zaman qatma-qarışıqlıq üzündən
və ölkənin hər yerində olduğu kimi, burada da həddindən artıq pul (gömrük)
alındığından (Şamaxıda) tacir az idi»
149
.
Lakin bütün bunlara baxmayaraq, Şamaxıda şəhər təsərrüfatının əsasını
təşkil edən sənətkarlıq və ticarət heç də tamamilə sıradan çıxmamışdı. Bir çox
mənbələr Şamaxı şəhərində hazırladıqları malları daxili və xarici bazarlarda şöhrət
tapan ipəkçilər, toxucular, misgərlər, sərraclar, başmaqçılar, bürünc və mis
üzərində gözəl naxışlar çəkən nəqqaşlar, silah hazırlayanlar və s. sənətkarların
dükanlarında qızğın iş getdiyi haqqında məlumat verirlər. İ. Lerx yazır ki, Nadir
şahın qoşunlarının Şamaxıya gəlməsi ilə əlaqədar olaraq silah hazırlayan
sənətkarların işi daha da çoxalmışdı
150
.
İ. Lerx Şamaxının ticarət əlaqələrindən bəhs edərək yazır: «Gəncədən
(Şamaxıya) çoxlu ipək gətirilir». Lakin səyyah Şamaxının özündə ümumiyyətlə az
parça toxunulduğunu göstərir. «Müxtəlif rəngli yaşıl, qırmızı, göy zolaqlı və gözəl
görünüşə malik olan ipək «movlardan başqa (şəhərdə) az parça toxunur»
151
. Sonra
İ. Lerx yerli əhalinin həmin parçalardan gözəl köynəklər tikməsindən, hətta özünün
də həmin köynəklərdən geydiyindən bəhs edir
152
.
XVIII əsrin birinci yarısında Azərbaycan şəhərləri arasında mühüm ticarət
mərkəzi kimi şöhrət tapan şəhərlərdən biri də Gəncə idi.
Mənbələrin verdiyi məlumata görə, XVIII əsrin birinci yarısında Gəncə
Zaqafqaziya şəhərləri içərisində ən yaraşıqlı və böyük şəhərlərdən biri idi. Bağlı-
bağatlı və yaraşıqlı küçələri olan Gəncə şəhəri yaşıllıqlara bürünmüşdü. Səyyah
Avril Filip Gəncəyə gəlişini belə izah edir: «Biz oraya (Gəncəyə) baharın
ortalarında gəldik, saysız-hesabsız çiçəkli və yarpaqlı ağaclarla örtülən evlərin
görünüşünü yaşıllıq daha da gözəlləşdirirdi, mən belə bir valehedici mənzərə
görməmişdim»
153
. 1703-cü ildə Gəncədə olmuş səyyah Korneli de Bruin şəhəri
belə təsvir edir: «(Gəncə Şamaxıdan) dörd dəfə böyükdür, (şəhərdə) əksəriyyəti
ikimərtəbədən ibarət olan çoxlu daş ev, yaraşıqlı geniş küçələr, gözəl bazarlar,
böyük karvansaralar və bəylərbəyinin geniş sarayı vardır, şəhərin içindən gözəl çay
axır, (Gəncədə) çoxlu bağ, yaxşı şərab, həddən artıq meyvə mövcuddur; ağacları -
akasiya, sərv və şam ağaclarından ibarətdir. (Gəncəni bu yerlərin) ən əhəmiyyətli
şəhərlərindən biri hesab etmək olar»
154
.
Gəncə şəhərinin yerləşdiyi rayon dəmir, mis, qurğuşun, duz və s. faydalı
qazıntılarla da zəngin idi. Bu təbii zənginlik öz növbəsində Gəncə şəhərində
149
İ. Lerx. Göstərilən əsəri, səh. 61 (ikinci səyahət).
150
İ. Lerx. Göstərilən əsəri, səh. 62.
151
Yenə orada.
152
Yenə orada.
153
Avril Phillipe. Voyages en divers e'tats d'Europe et d'Asic. Voyage de Tartorie livre second, (fransız
dilindən tərcüməsi S. Aşurbəylinindir), TİEA, inv. 477, səh. 1.
154
Korneli de Bruin. Göstərilən əsəri, səh. 23.
35
sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. Gəncə şəhərində hazırlanan
sənətkarlıq əşyaları təkcə daxili bazarda satılmırdı, həmin mallar eyni zamanda
xarici bazar üçün də ixrac edilirdi. Gəncədən həm metal məmulatı, həm xammal və
həm də hazır əşya şəklində xarici bazarlara mal aparılırdı
155
.
Gəncə ətrafında mövcud olan zəngin kobalt yataqları şəhərdə metal işləmə
və boyaqçılıq sənətinin inkişafı üçün şərait yaradırdı
156
.
Gəncədə sənətkarlığın digər sahələrinin məhsulları da daxili və xarici
bazarlarda şöhrət qazanmışdı. Gəncə sənətkarlarının hazırladıqları məhsulların
xarici bazarlarda şöhrət tapmasından bəhs edərkən Gəncə ipəyini, ipək və pambıq
parçalarını da qeyd etmək lazımdır.
Bir çox Qərbi Avropa müəllifləri xarici bazarlarda Zaqafqaziyadan gətirilib
satılan ipəyi ―Seta Gangia‖, yəni «Gəncə ipəyi» adlandırırlar
157
. Bu isə Gəncədən
xaricə aparılan ipəyin miqdarca çox, keyfiyyətcə yüksək olduğunu göstərən
dəlillərdəndir.
A. P. Volınski Azərbaycanda olarkən Gəncə tacirlərindən biri ona Gəncədə
heç də Şamaxıdan az ipək istehsal edilmədiyini söyləmişdir. Tacir bildirmişdir ki,
«Gəncə tacirləri ildə xaricə 100 tay ipək göndərirlər...»
158
.
Gəncədən xam ipək və ipək saplardan başqa, ipək parçalar da ixrac edilirdi.
Gəncədə toxunan ipək parçalardan mov, darai və başqaları xarici bazarda şöhrət
tapmışdı. Gəncə şəhərinin ətrafında texniki bitkilərdən pambıq da yetişdirilirdi.
Lakin becərilən pambıq aşağı növdən olduğuna görə, ondan hazırlanan parçalar
keyfiyyət etibarı ilə fərqlənmirdi. Ona görə də pambıq parçalar əsasən yerli
əhəmiyyət daşıyır
159
, xam ipək və ipək parçalar kimi xaricə ixrac edilmirdi.
Gəncə bazarında təkcə yerli sənətkarların hazırladıqları mallar deyil, eyni
zamanda, qonşu vilayətlərdə, Rusiyada, həmçinin bir çox Şərq və Qərbi Avropa
ölkələrində hazırlanan mallar da satılırdı. Məhz özünün zəngin bazarı sayəsində
Gəncə şəhəri beynəlxalq ticarətdə şöhrət qazanmışdı.
Gəncə şəhərinin bir ticarət mərkəzi kimi inkişaf etməsində onun tutduğu
coğrafi mövqeyin də böyük rol oynadığını qeyd etmək lazımdır. Çox güman ki,
fransız iezuiti Avril Filip məhz bunu nəzərə alaraq yazmışdır: «Gəncənin tutduğu
mövqe ticarət sahəsində çox əlverişli olduğu üçün orada hər zaman müxtəlif
ölkələrdən gələn çoxlu əcnəbiyə təsadüf etmək olur»
160
. Lakin Azərbaycanın
ərazisində gedən türk—İran müharibələri başqa şəhərlər kimi, Gəncə şəhərinin də
həm tikintilərinə, həm də təsərrüfatına ağır zərbə endirmişdi. XVIII əsrin 45-47-ci
illərində Gəncədə olmuş səyyah İ. Lerx şəhərin ona buraxdığı təəssürat haqqında
155
М. М. Алтьман. Гянджа с 1606 по 1804 гг., Azərb. SSR EA TİEA, inv. 1891, səh. 47.
156
Yenə orada.
157
M. M. Altman. Göstərilən əsəri, səh. 38.
158
ÇQADA, fond 77, iş 3, vərəq 420-421.
159
M. M. Altman. Göstərilən əsəri, səh. 46.
160
Avril Filip. Göstərilən əsəri, səh. 1.
36
belə yazır: «Gəncə (əvvəllər) böyük şəhər olmuşdur, lakin hazırda o çox
dağılmışdır, (şəhərdə) yalnız uçulub dağılmış evlər və karvansaralar görünürdü»
161
.
Azərbaycanın ən böyük şəhərlərindən biri də Təbriz idi. «Təbriz
Azərbaycanın tarixən əmələ gəlmiş ticarət mərkəzidir»
162
. Təbriz özünün tutduğu
coğrafi və strateji mövqeyi sayəsində Şərq ilə Qərb arasında yeganə rahat
yoldur
163
. Bu şəhər təkcə Azərbaycanda deyil, həmçinin bütün Yaxın Şərqdəki
şəhərlər arasında həm zənginliyi, həm də ticarətinə görə istisna təşkil edirdi.
Təbrizdən keçən böyük iqtisadi əhəmiyyətə malik olan karvan yolları
164
orta
əsrlərdə onun inkişafında mühüm rol oynamışdır. XIX əsr müəlliflərindən N.
Kurov Təbrizin böyük ticarət əhəmiyyətinə malik olmasından bəhs edərək yazır:
«İranın Avropa ilə apardığı ticarətdə ən mühüm məntəqə hələ xeyli qədimdən
Azərbaycanın Təbriz şəhəri hesab olunurdu. Belə əhəmiyyətə özünün coğrafi
mövqeyi,... və Trabzon tranzit yolunda yerləşməsi... sayəsində malik
olmuşdur...»
165
. Hələ xeyli qədimdən Təbrizin zəngin bazarı bir çox ölkələrin
tacirlərini özünə cəlb etmişdi. Azərbaycan müvəqqəti olaraq İran dövlətinin əsarəti
altına düşdüyü bir zamanda Təbriz şəhəri nəinki öz ticarət əhəmiyyətini itirmiş,
hətta İranın paytaxtı İsfahanı belə bu sahədə geridə qoymuşdu. Məhz buna görə də
təsadüfi deyildir ki, İran hakimiyyəti dövründə də bir çox orta əsr müəllifləri, o
cümlədən səyyahlar Təbrizin böyük şəhər olmasından bəhs edirlər. 1717-ci ildə
Təbrizdə olmuş rus səfiri A. P. Volınskinin yazdığına görə, şəhərdə 36.000-ə yaxın
daş və palçıqdan tikilmiş ev mövcud olmuşdur
166
.
XVIII əsrin 40-cı illərində Azərbaycanda olmuş ingilis C. Hanvey
böyüklüyü etibarı ilə Təbrizin ikinci şəhər və Cənub-qərbi Azərbaycanın paytaxtı
olduğunu qeyd etməklə bərabər yazır ki, təqribən 1721-ci il martın 26-da baş verən
zəlzələ nəticəsində Təbrizdə 100.000-ə yaxın adam həlak olmuşdur
167
. Həm A. P.
Volınskinin və həm də C. Hanveyin gətirdikləri rəqəmlərin artıq dərəcədə
şişirdilməsinə baxmayaraq, XVIII əsrin birinci rübündə Təbrizin böyük şəhər
olması barədə heç bir şübhə qalmır. Təbriz eyni zamanda iqtisadi cəhətdən də
zəngin şəhər olmuşdur. A. P. Volınski Təbrizin gəlirindən bəhs edərək yazır ki,
vaxtı ilə Təbriz şəhəri də daxil olmaqla dövlət Təbriz vilayətindən 100.000 tümən
gəlir əldə edirdi
168
. Təbriz şəhərinin Səfəvi dövlətindəki şəhərlər arasındakı
üstünlüyündən M. Çulkov da bəhs edir. O yazır ki, İsfahan bazarlarının qəşəng və
böyük olmasına baxmayaraq, bütün İranda ən böyük və zəngin bazar Təbrizin
161
İ. Lerx. Göstərilən əsəri, səh. 126.
162
A.V. fon Qrebner. Göstərilən əsəri, səh. 45.
163
İslam ensiklopediyası, IV cild, səh. 583 (ingilis dilində).
164
A.V. fon Qrebner. Göstərilən əsəri, səh. 45.
165
Sitat A. V. fon Qrebnerin əsərindən götürülmüşdür, səh. 44.
166
A. P. Volınskinin jurnalı, səh.17.
167
C. Hanvey. Göstərilən əsəri, səh. 114. Qeyd etmək lazımdır ki, həmin zəlzələ haqqında digər
mənbələrdən hələlik heç bir məlumat əldə edilməmişdir. Bu barədə yalnız C. Hanvey bəhs edir.
168
A. P. Volınskinin jurnalı, səh. 18.
37
bazarı sayılırdı. Bu şəhərdə on beş min dükan vardır. Təbriz bazarı «qeysəriyyə»,
yəni «şah bazarı» adlanır
169
. Təbrizin ticarətdəki əhəmiyyətindən bəhs edərkən M.
Çulkov belə yazır: «İsfahanın özü də daxil olmaqla bütün İran dövlətində Təbriz
kimi zəngin və məşhur ticarət şəhəri yoxdur, (Təbriz) təkcə İran daxilində deyil,
həmçinin Rusiya, Türkiyə, Tatarıstan, Hindistan və habelə Qara dəniz sahilləri ilə
ticarət aparır»
170
. Lakin 1725-ci ildə uzun sürən müqavimətdən sonra Təbrizə
soxulan türk qoşunları şəhəri darmadağın etdikləri kimi onun ticarətinə də ağır
zərbə endirdilər.
Yuxarıda haqqında bəhs edilən şəhərlərlə yanaşı, Azərbaycanın bir çox
şəhərləri, o cümlədən Ərdəbil, Naxçıvan, Dərbənd, Lənkəran ticarət əhəmiyyətli
şəhərlər idi. Bu şəhərlərdən bəzilərinin qış vaxtlarında daxili bazar kimi əhəmiyyəti
daha da çoxalırdı. Misal üçün, Ərdəbili götürək. Ərdəbil Təbrizə görə kiçik və
ticarət aləmində ikinci dərəcəli bir şəhər idi. Lakin qış aylarında, xüsusilə yağan
yağışların üzündən Təbrizdən birbaşa Astaraya getmək mümkün olmadıqda,
karvanlar Ərdəbildə qalmalı olur və beləliklə də, şəhərdə ticarət xeyli canlanırdı.
Lakin günəşin çıxması ilə dağlardakı cığırlar quruduqda karvanlar Ərdəbil şəhərini
tərk edirdilər
171
. Lakin bununla belə orta əsr mənbələri Ərdəbildən dəvə karvanları
ilə İzmir, Hələb və İstanbula mal aparılması haqqında məlumat verir
172
.
Şəhərlərdə ticarət əsasən bazarlarda aparılırdı. Bu da ona görə idi ki, yerli
hakimlərin nəzarətçilərinin bazara satmaq üçün gətirilən malların üzərində gözü
olsun, satıcı və alıcılardan lazımi gömrük toplamaq işi yüngülləşsin. Məsələ
burasındadır ki, satmaq üçün gətirilən maldan həm şəhərə daxil olmaq və həmçinin
də bazar meydanında satmaq üçün ayrıca gömrük alınırdı. Birinci — rahdari, ikinci
isə mizan (ölçü-çəki) gömrüyü adlandırılırdı. Mizan pulu bazarda mizan tərəzisinə
baxan mizandar tərəfindən toplanılırdı. Bazara gətirilən hər hansı bir mal tərəzidə
çəkilir, sonra isə malın keyfiyyət və ağırlığına görə mal sahibindən pul alınırdı.
Rahdari gömrüyü bir qədər mürəkkəb idi. Bu vergini təkcə şəhərdə deyil, bir
şəhərdən başqasına gedəndə də vermək lazım gəlirdi. Əks təqdirdə rahdarlar
(torpaqbasdı vergisini toplayanlar) taciri yolunu davam etməyə qoymurdular.
Tacirlər mallarını şəhərdən çıxardıqları üçün verdikləri rahdaridən əlavə,
neçə şəhərdən keçsəydilər, həmin yerlərdə gömrük verməli olacaqdılar. Rahdari
gömrüyün miqdarı müxtəlif idi və hər şeydən əvvəl, aparılan malın sayı, ağırlığı və
hansı bazarda satılacağından asılı olurdu.
Məsələn, Rəştdən Təbrizə Ərdəbil vasitəsi ilə mal aparan tacir Rəştdə,
Laşemadanda, Kesmədə
173
və Kəskərədə rahdari verməli idi. Parçadan ibarət qatır
169
M. Çulkov. Göstərilən əsəri, səh. 600.
170
Yenə orada.
171
A.V. fon Qrebner. Göstərilən əsəri, səh. 46.
172
Словарь коммерческий... перевод с франц. Левшина, ч VII, М., 1792, səһ. 440.
173
Rus dilində yazılmış bu sənəddə çox güman ki, bir çox yer və şəhər adları təhrif olunmuşdur. Buna
misal olaraq İsfahan – «Гиспогани», Reşt - «Ряш» və başqa adların yazılışını göstərmək olar. Yəqin
38
və at yükündək 40 qəpik, eşşək yükündən 20 qəpik, çəkilməli olan at və qatır
yükündən 20 qəpik, eşşək yükündən isə 10 qəpik gömrük alınırdı
174
. Bəndlər
məntəqəsində
175
parçadan ibarət qatır va at yükündən 30 və ya 40 qəpik, eşşək
yükündən 15-20 qəpik, çəkilməli mallardan ibarət olan at və qatır yükündən 20,
qəpik, eşşək yükündən isə 10 qəpik gömrük alınırdı
176
.
Ərdəbil şəhərində parçadan ibarət olan at və qatır yükündən 40 qəpik, eşşək
yükündən 20 qəpik, çəkilən mallardan ibarət olan at və qatır yükündən 15 qəpik,
eşşək yükündən isə 10 qəpik həcmində rahdari alınırdı.
Keçid məntəqəsi olub, lakin ticarət əhəmiyyəti olmayan yerlərdə rahdari
gömrüyü ticarət daha qızğın gedən şəhərlərə nisbətən az alınırdı. Misal üçün, Saruf
keçid məntəqəsi ilə Təbrizi götürək. Sarufda parçadan ibarət at və qatır yükünə
görə 20 qəpik, eşşək yükünə görə 10 qəpik, çəkilməli at və qatır yükünə görə 10
qəpik, eşşək yükünə görə 5 qəpik gömrük alındığı halda, Təbriz şəhərlərində
müvafiq olaraq həmin mallardan 1 manat, 1 manat 20 qəpik və 50-60 qəpik rahdari
alınırdı. Bundan əlavə, tacir Təbriz bazarında hər 10 manata 30 qəpik mizan haqqı
da verməli idi
177
.
Rəştdən Təbrizə gedən başqa yollarda da bu qayda ilə gömrük alınırdı.
Rəşt-Lameşadan - Kesmə — Kəskərə məntəqələrində, yuxarıda qeyd edildiyi kimi,
qoyulan qayda üzrə rahdari gömrüyü verən tacir Qirufda
178
da parça ilə yüklənmiş
at və qatır yükünə görə 20 qəpik, eşşək yükünə görə 10 qəpik, çəkilməli mallar
üçün isə müvafiq olaraq 15 və 10 qəpik həcmində rahdari verməli idi
179
. Təbrizdə
də tacir yuxarıda göstərilən qayda üzrə yenidən gömrük verməli olurdu.
Azərbaycanın başqa şəhərlərində də, demək olar ki, gömrük bu qayda üzrə
alınırdı. Şamaxıda, məsələn, ipək və pambıq parçalarla yüklənmiş dəvə yükündən
1 manat 50 qəpik, başqa çəkilməli mallarla yüklənmiş dəvə yükündən 60 qəpik,
öküz yükündən isə 30 qəpik həcmində rahdari alınırdı
180
.
«Laşemadan» sözü də təhrif olunmuş «Lahican» sözündən götürülmüşdür. «Kesmə» yer adının mənası
hələ müəyyən edilməmişdirsə də həmin sözün Azərbaycan sözü olmasına əsaslanaraq, bu yerin
Azərbaycanda yerləşdiyini iddia etmək olar.
174
В. Чирикеев. Ведомость сколько и чего и в которых местах в Персии берется пошлин или
вместо оных рахдаров, АВПР, ф. Сношении России с Персией, 1745, iş 18,vərəq 773-776. Bu
sənəd M. Arunova və K. Əşrəfyanın göstərilən əsərində də büsbutün dərc edildiyi üçün biz həmin əsərə
də istniad edirik. Bax: Göstərilən əsər. səh. 265.
175
«Bəndlər» məntəqəsinin yeri hələ müəyyən edilməmişdir. Lakin bu yerin həqiqətən məntəqə
olmasını «Bənd» sözündən və bu sözün Azərbaycan sözü olmasından isə «Bəndlərin» Azərbaycanda
yerləşməsini müəyyən etmək olar.
176
V. Çirikeyev. Göstərilən əsəri, səh. 265.
177
V. Çirikeyev. Göstərilən əsəri, səh. 267.
178
«Qiruf» sözünün məntəqə, keçid, şəhər və yaxud kənd adı olduğu hələ müəyyən edilməmişdir.
Müvafiq lüğətlərdə bu barədə bir məlumat olmadığı üçün, ehtimal etmək olar ki, bu söz tamamilə təhrif
olunmuş bir yerin adıdır.
179
V. Çirikeyev. Göstərilən əsəri, səh. 267.
180
Yenə orada, səh. 268.
39
Bakıda isə dəvə yükündən 52 qəpik, öküz yükündən isə 20-25 qəpik
həcmində rahdari alınırdı. Şamaxıdan Dərbəndə mal aparılarkən bütün yol uzunu
dəvə yükündən 1 manat 30 qəpik, at və öküz yükündən isə 1 manat rahdari alınırdı.
Dərbəndin özündə isə hər dəvə yükündən 1 manat 2 qəpik, at və öküz yükündən isə
1 manat həcmində rahdari alınırdı
181
.
Təkcə karvan yolları ilə deyil, dəniz vasitəsi ilə gətirilən mallardan da
rahdari gömrüyü alınırdı. Lakin bu gömrüyün həcmi ilə karvan vasitəsi ilə gətirilən
mallardan alınan gömrüyün həcmi arasında fərq vardı. Bu fərq birincinin çoxluğu
ilə ifadə olunurdu. Əvvəllər Bakı körpüsundə bir tay mahud üçün 25 və ya 35
manat gömrük alınırdısa, 1740-cı illərdə həmin yük üçün 45 manat alınırdı. Digər
mallardan isə 1000 manata 50 manat rahdari verilirdi
182
.
Əgər tacirin gətirdiyi malın hamısının qiyməti 1000 manata çatmırdısa, o
zaman hər bir malın üzərinə ayrılıqda gömrük qoyulurdu. Bir neçə şəhərdən keçib
rahdari gömrüyü verən tacir axırıncı məntəqəyə çatıb, karvansaraya düşən kimi
gömrükxana məmurları o saat tacirin malını yoxlayır və hər bir dəvə, at, qatır
yüklərini və s. malları ayrılıqda gözdən keçirib, müvafiq gömrük alırdılar
183
.
Rahdari gömrüyü başqa vergilərlə yanaşı, şahın xəzinəsinə toplanılan
184
ən
gəlirli vergi maddələrindən biri idi. Maraqlı burasıdır ki, rahdari gömrüyü
əvvəllər yalnız yol və sərhədlərin keşikçilərinin xeyrinə olaraq yığılırdı
185
. Lakin
sonralar dövlətin pula ehtiyacı artdıqca bu gömrüyün həm miqdarı, həm də
gömrükalma məntəqələrinin sayı çoxaldı. Şübhəsiz, belə tədbir yalnız şəhərlər
arasında qızğın ticarət getdiyi bir zamanda həyata keçirilə bilərdi. Sonralar yerli
hakimlər rahdari gömrüyündən daha geniş istifadə etməyə başladılar. XVIII əsrin
birinci yarısında artıq təkcə tacirlərdən deyil, eyni zamanda səyyahlardan, ziyarətə
gedənlərdan də rahdari gömrüyu alınmağa başlanıldı
186
. Lakin Nadir şahın
hakimiyyəti dövründə bir şəhərdən digərinə gedərkən təkcə rahdari gömrüyü
vermək kifayət etmirdi. Məsələ burasındadır ki, yuxarıda qeyd edildiyi kimi,
ölkədə mövcud olan hərc-mərclik üzündən bir çox şəxslər, xüsusilə tacirlər ticarət
bəhanəsi ilə getdikləri qonşu ölkələrdən bir daha geri dönmək istəmirdilər. Bunun
qarşısını almaq məqsədi ilə hökumət tezliklə tədbir görməli oldu. Nadir şahın
hökmünə görə ticarət üçün səfərə çıxan tacir yerli hakimlərə müraciət etməli və
yalnız onlardan vəsiqə - icazə aldıqdan sonra şəhərdən çıxmağa ixtiyarı vardı
187
.
Beləliklə, şəhərlər arasında olan sərbəst gediş-gəliş dövlət tərəfindən
məhdudlaşdırıldı. Bu məqsədlə karvan yollarında və sərhədlərdəki rahdarlara
181
Yenə orada.
182
V. Çirikeyev. Göstərmlən əsəri, səh. 268.
183
Korneli de Bruin. Göstərilən əsəri, səh.16.
184
Təskirət əl-mulük (fars mətni), səh. 67.
185
Təskirət əl-mülük (V. F. Minorskinin ingiliscə kommentariyası), səh. 180.
186
Matenadaran, sənəd 482.
187
C. Hanvey. Göstərilən əsəri, səh. 413.
40
tapşırılmışdı ki, pasportu - yəni icazəsi olmayan bir kəs şəhərdən və sərhəddən
xaricə buraxılmamalıdır
188
. C. Hanvey yazır ki, həmin şəxslər hər bir nəfər üçün
məsuliyyət daşıdıqlarına görə öz vəzifələrinə çox ciddi yanaşırdılar
189
. Şübhəsiz,
feodal mülkiyyətinin hər yerində olduğu kimi, rahdarlar da onlara verilən
səlahiyyətdən istifadə edərək, açıqdan-açığa qarətlə məşğul olub, öz ciblərini
doldururdular. Məhz buna görədir ki, bir çox tacirlər bəzən əsas karvan yollarını
qoyub mallarını bir şəhərdən başqa şəhərə dolayı vasitələrlə aparırdılar
190
. Belə
hallar XVIII əsrin ikinci yarısında da tez-tez baş verirdi
191
.
Rahdari gömrüyünün ağırlığı və həmçinin ölkədə baş verən bir çox siyasi
çaxnaşmalar ticarətin gedişinə mane olurdusa da, Azərbaycanın şəhərlərində yenə
də qızğın ticarət aparılırdı. 1733-cü ilə aid olan tarixi sənədlərin birində Şamaxı
şəhərinin ticarəti haqqında yazılmışdır ki, «Şamaxının zəbt olunması və İran
qiyamçıları
192
tərəfindən dağıdılması onun ticarətinin böyük bir hissəsinin Gilana
keçməsinə və rus hakimiyyəti dövründə Gilanda (ticarətin) çiçəklənməsinə
baxmayaraq, Şamaxı hazırda yenə də öz əhəmiyyətini saxlamaqdadır»
193
.
Səyyah Avril Filip Gəncə bazarını belə təsvir edir: «Şəhərin mərkəzində
yerləşən bazar mənim Şərqdə gördüyüm bütün bazarlar arasında ən yaraşıqlısı və
böyüyüdür»
194
.
Şamaxı, Bakı, Təbriz və b. şəhərlərin bazarlarının zənginliyi haqqında da
mənbələrdə məlumat vardır. İ. Lerx yazır ki, İranda hərc-mərclik zamanı Rəştə heç
bir şəhərdən mal gətirilmədiyi bir zamanda oraya Təbrizdən ticarət karvanı
gəlmişdi
195
.
Azərbaycan şəhərlərində də ticarət həm topdansatış və həm də başqa Yaxın
Şərq ölkələrində olduğu kimi, pərakəndə alver şəklində aparılırdı. Topdansatışla
əsas etibarı ilə iri və gəlmə tacirlər məşğul olurdular.
Gəlmə tacirlər adətən karvansaralarda yaşayırdılar. Onlardan gündəlik və
yaxud da ay hesabı karvansara haqqı alınırdı
196
. Karvansaralarda yaşayan tacirlərə
bir sıra imtiyazlar verilirdi. Belə tacirlərə yerli tacirlərdən birinin borcu olduğu
halda, onu qaytarmaqdan imtina etsəydi, həmin tacir bu barədə yerli hakimlərə
şikayətlə müraciət edə bilərdi. Burada şikayətçinin borcunun ümumi məbləğinin iki
faizini dövlət hesabına mənimsəmək şərti ilə borcun alınması və qaytarılmasında
188
C. Hanvey. Göstərilən əsəri, səh. 413.
189
Yenə orada.
190
Azərb. SSR MDTA, fond 24, sənəd 155, vərəq 11, müqayisə et: M. M. Altman. Göstərilən əsəri,
səh. 43.
191
F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, səh. 112.
192
Burada müşkürlü Hacı Davud və qazıqumuxlu Surxay xanın dəstələri tərəfindən 1721-ci ildə Şamaxı
şəhərinin zəbt edilməsi nəzərdə tutulmuşdur.
193
И. Г. Гербер. Замечания..., səh. 287.
194
Avril Filip. Göstərilən əsəri, səh. 2; S. Spilman. Göstərilən əsəri, səh. 39.
195
İ. Lerx (ikinci səyahət), səh. 84.
196
M. Çulkov. Göstərilən əsəri, II cild, II kitab, səh. 599.
41
ona kömək edirdilər
197
. Digər tərəfdən əgər şəhər bazarında münasib yer
olmadıqda
198
belə, tacirlərə yer pulu vermək şərti ilə elə karvansarada ticarət etmək
ixtiyarı verilirdi
199
. Lakin əsas ticarət adətən bazar meydanında aparılırdı. Hər
böyük şəhərdə əsasən bir bazar olurdu. Belə bazarlara dörd tərəfdən küçələr
uzanırdı. Bəzən belə küçələrin bazara yaxın hissələrində də ticarət aparılırdı. Bu
növ küçələrin çox zaman üstü örtülü olardı
200
.
Bazar şəhərin ticarət mərkəzi olmaqla yanaşı, eyni zamanda onun ictimai
həyatının mərkəzi idi
201
. Burada çərgə ilə tacir və sənətkarların dükanları
düzülürdü. Əhalinin kişi qisminin əksəriyyəti günün çox hissəsini bazarda
keçirirdi. Bazarlarda ölkədə baş verən bir çox yeniliklər haqqında məlumat, son
xəbərlər eşitmək olardı. Bazar meydanında camaata carçılar vasitəsi ilə şəhər
hakiminin, bəylərbəyinin və hətta şahın əmrləri çatdırılırdı.
Şəhərlərdə adətən bir əsas bazar olurdu. Nisbətən böyük şəhərlərdə ticarət
eyni zamanda karvansara və məhəllənin əhəmiyyətli bazarlarında da aparılırdı.
Əsas bazardakı qiymətlər başqa kiçik bazar və karvansaralar üçün məzənnə
barəsində əsas olardı. Kiçik bazarlar ya əsas bazardan xeyli uzaqda olan
məhəllələrin mərkəzində və yaxud da şəhərin kənarında yerləşər və əsasən yerli
əhalinin ehtiyacını ödəyərdi. Belə bazarlarda bir neçə sənətkar və tacir dükanı
olurdu.
Əsas bazar adətən şəhərin mərkəzində yerləşməklə bərabər, böyük bir
sahəni əhatə edirdi. Lakin dəniz kənarında mövcud olan şəhərlərdə isə əsas bazar
elə dənizə yaxın sahədə yerləşirdi. Bazarlar adətən üstü örtülü və hasara alınmış
olurdu. Bazarın böyüklüyü tacir və sənətkarların sıra ilə düzülmüş dükanlarının
sayından asılı idi. Tacir dükanları çox da böyük olmayıb, adətən iki otaqdan ibarət
olurdu. Qabaqkı otaqda tacir otururdu. Burada onun satdığı malların nümunələri
qoyulardı. Daldakı otaqda mallar saxlanılırdı.
Bazardakı sənətkar dükanları da müxtəlif idi. Nisbətən iri və varlı
sənətkarların dükanları bəzən bir neçə otaqdan ibarət olurdu. Otaqların birində mal
istehsal edildiyi halda, digərində həmin mal satılırdı. Bu sözləri bütün sənətkarlar
haqqında söyləmək olmaz. Bir çox sənətkar dükanlarında yalnız tacirlərin sifarişi
yerinə yetirilirdi. Keçmiş dükanların izləri indi də bəzi şəhərlərdə qalmaqdadır.
Tarix elmləri namizədi T. Musəvinin verdiyi məlumata görə, müasir Təbrizin bir
sıra bazarlarında bəzi dükanlar keçmişdə olduğu kimi, iki mərtəbədən ibarətdir.
Yuxarı mərtəbədə mal istehsal edilir (çəkmə, papaq və s. tikilir), aşağı mərtəbədə
isə hazır mallar satılır.
197
Yenə orada.
198
F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, səh. 107.
199
C. Bel. Göstərilən əsəri, səh. 60.
200
«Выдержки...», səh. 24.
201
Р. Карф. Очерки Персии, ч. II, СПб, 1876, səh. 26-27.
42
Respublikamızın Lahıc kəndində də keçmişdən qalmış bir dabbaq dükanı
vardır. Dükan əsasən üç otaqdan ibarətdir. Vaxtı ilə birinci otaqda gön, dəri və s.
müxtəlif çənlərdəki xüsusi məhlullarda isladılır, ikinci otaqda dəri, gön və s.
cilalanır, üçüncü otaqda isə satılırdı.
Bazarda ticarət və sənətkar cərgələrn malların növü və istehsalına görə
yerləşirdi
202
.
Azərbaycan şəhərləri arasında, qeyd edildiyi kimi, Şamaxı, Gəncə, Bakı və
xüsusilə Təbriz bazarları daha zəngin idi. Bazarlar yerli sənətkarların hazırladıqları
gümüş qablar, qiymətli parçalar, o cümlədən atlas, tafta, ipək parçalar, xam ipək,
qaş-daş, ədviyyat və bu kimi şeylərlə yanaşı, xarici ölkə tacirlərinin gətirdikləri
mallarla da dolu olardı. Hər bir malın xüsusiyyətindən asılı olaraq bazarlarda
xüsusi cərgələr ayrılmışdı. Taxta, odun, kömür və ya köhnə paltar və s. bazar
meydanının kənarında satılardı. Bazar meydanında həmçinin qəssab dükanları, diri
mal-qara və quş satanlar cərgəsi, daha sonra səbzəvat, müalicə otu və kökləri
satanlar gəlirdilər. Silah, o cümlədən ox, yay, qılınc və s. satanlar üçün xüsusi
cərgələr ayrılırdı. Bazarlarda həmçinin şüşə və saxsı qablar, müxtəlif ölçüdə
qıfıllar, at yəhəri, üzəngisi və s. satılırdı
203
.
Bütün yerli tacirlər və sənətkarlar öz günlərini bazar və karvansaralarda
keçirirdilər. Burada gün çıxandan gün batana qədər həyat qaynayırdı. Yay
aylarında bazar daha tez açılırdı. Qaş qaralanda bazar da bağlanırdı. Bazar
darğasının carçıları hamıya bazarın bağlanılması xəbərini verirdilər. Bu vaxt
bazarda hamı əl-ayağa düşür və dükanını bağlamağa tələsirdi. Carçılardan təqribən
yarım saat sonra bazarın darvazaları bağlanırdı. Bazarda yalnız keşikçilər və itlər
qalırdı
204
.
Yuxarıda qeyd edildiyi kimi, bazara gətirilən hər bir maldan xüsusi gömrük
alınırdı. Bazar vergisi dövlət xəzinəsinə axıb gələn ən gəlirli vergilərdən biri idi.
Məhz buna görə də təsadüfi deyildir ki, yerli hakimlər ticarətin genişlənməsi üçün
müəyyən tədbirlər görürdülər.
Nadir şah geniş ticarət vasitəsi ilə boşalmış dövlət xəzinəsini doldurmaq,
apardığı qanlı müharibələrin xərcini qismən ödəmək məqsədini güdürdü. Bu
barədə fransız dilindən ruscaya tərcümə edilmiş mənbələrin birində belə
yazılmışdır: «...padşah ölkənin varlanması üçün ticarətdən əlavə başqa bir yol
tapmadığına görə tacirlərə hələ Şah Abbasın vaxtında verilən səlahiyyəti bərpa
etməklə bərabər, daha bir sıra güzəştlərə getdi; tacirlərnn üzərinə qoyulan bir çox
vergiləri ləğv etdi, xarici ticarətlərdən alınan gömrüyü azaltdı və onların malları
üçün mağaza və anbarlar tikilməsini əmr etdi»
205
. Lakin Nadir şah Hindistana
yürüş etdiyi zaman dövlət işlərini oğlu Rza Qulu Mirzəyə (1737-1739) həvalə
202
Avril Filip. Göstərilən əsəri, səh. 1; M. Çulkov. Göstərilən əsəri, səh. 599-600.
203
M. Çulkov. Göstərilən əsəri, səh. 599-600.
204
Доктор Уильс. Современная Персия, перевод с англ., М., səһ. 228.
205
История о персидском шахе Тахмас Кули-хане..., səһ. 281.
43
etdiyi zaman şahzadə ölkədə törətdiyi bir çox özbaşınalıqla yanaşı
206
, bazarlarda
xam ipəyə göstərilən marağı və bu ticarətdən götürülən böyük gəliri nəzərə alaraq
bütün ölkədə xam ipəklə ticarəti özünün inhisarına çevirdi
207
. Bundan sonra heç
kəsin nə xam ipək satmağa və nə də şahzadənin adamlarından başqa kənar
şəxslərdən xam ipək almağa ixtiyarı var idi
208
. Şahzadənin əmrinə görə 1739-cu
ildən etibarən daxili bazara gətirilən hər hansı malı da ilk növbədə onun adamları
almalı, yerdə qalanı isə bazarda satılmalı idi. Beləliklə, şah (şahzadə) daxili bazara
gətirilən malların da yeganə alıcısı oldu
209
. Əvvəllər tacirlər öz mallarını istədikləri
qiymətə satırdılar. 1717-ci ildə Şamaxıda olmuş A. P. Volınski orada ipək üçün
dəqiq nırx olmadığı və xam ipəyin batmanının 8, 9 və 10 manata satıldığı haqqında
məlumat verir
210
. Lakin indi qiymətləri də şahzadənin adamları təyin edirdilər.
Əgər onların qoyduqları qiymət gəlmə tacirləri təmin etməsəydi, onlara öz
mallarını başqa bazarlara aparmağa ixtiyar verilmirdi
211
.
Göründüyü kimi, şah və ya şahzadə ticarət əməliyyatını özlərinin dəllalları
vasitəsi ilə həyata keçirirdilər
212
. Lakin dəllallara verilən səlahiyyət o qədər geniş
idi ki, onlar özlərini bazar meydanlarında tamamilə sərbəst aparırdılar. İ. Lerx yazır
ki, şahın dəllalları o qədər azğınlaşmışdılar ki, ayrı-ayrı tacirlərə nahaqdan böhtan
ataraq, onların şaha borcları olduqlarını güclə boyunlarına qoyurdular. Belə
hallarda həmin tacir dinmədən tələb olunan məbləği şahın dəllallarına verməli idi.
Yox əgər tacir sübut üçün onlardan qəbz tələb etsəydi, şahın dəllalları onu
vəhşicəsinə döydürtdürərdilər. Odur ki, tacirlər işgəncədən yaxa qurtarmaq üçün
tələb olunan məbləği verməyə məcbur olurdular
213
.
Şahın dəllalları çox zaman düyü və digər kənd təsərrüfat məhsulları ucuz
olan rayonlardan mal alıb, ölkənin bahalıq olan vilayətlərinə aparıb sataraq gəlir
əldə edirdilər. Şahın inhisarına qəsd edənlərə ağır divan tutulurdu
214
.
İpək ticarətinin şah hökuməti tərəfindən inhisara alınması, şübhəsiz, ticarət
aləmində güclü rəqabətin olmasını göstərir. Təəssüf ki, hələlik, bu barədə konkret
faktlara təsadüf edilməmişdir. Lakin rəqabətin mövcud olmasının özü daxili
bazarların nə qədər zəngin və əhəmiyyətli olmasını göstərən dəlillərdəndir.
Şahın dəllallarının özbaşınalığı ticarətin gedişinə böyük maneə törədirdi.
Lakin bazarda ticarətin normal gedişinə mane olan daha bir sıra səbəblər də var idi.
206
В. Братишев. Известия о происшедших между шахом Надиром и старшим его сыном Рза-
Кули Мирзою печальных приключений в Персии в 1741 - 1742 годов, СПб, 1763, səһ. 3.
207
C. Spilman. Göstərilən əsəri, səh. 27.
208
C. Hanvey. Göstərilən əsəri, səh. 13.
209
C. Spilman. Göstərilən əsəri, səh. 29.
210
L. P. Volınskinin jurnalı, səh. 11.
211
C. Hanvey. Göstərilən əsəri, səh. 13.
212
M. Çulkov. Göstərilən əsəri, səh. 598.
213
İ. Lerx (ikinci səyahət), səh. 64.
214
K. Əşrəfyan. Göstərilən əsəri, səh. 185.
44
Bu, hər şeydən əvvəl, bazar meydanlarındakı pul, çəki və ölçü vahidlərinin
müxtəlifliyindən irəli gəlirdi
215
.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ölkə siyasi və iqtisadi cəhətdən
parçalandığı bir halda, Səfəvi dövlətinin bir çox vilayətləri əfqan, türk və rus
dövlətlərinin üsulu ilə idarə edildiyi bir zamanda, şübhəsiz, ölkədə vahid pul
dövriyyəsindən bəhs etməyə də dəyməz. Adları çəkilmiş dövlətlər tərəfindən zəbt
edilmiş yerlərdə, əsasən, həmin dövlətlərin pulları da dövriyyə edirdi. Şübhəsiz,
belə vəziyyət hər kəsdən çox tacir və sənətkarların və eləcə də kəndlilərin
vəziyyətini daha da ağırlaşdırırdı
216
.
XVIII əsrin birinci yarısında Səfəvi dövlətinin bir çox şəhərlərində, o
cümlədən İsfahanda, Təbrizdə Gəncədə, Naxçıvanda, İrəvanda və b. şəhərlərdə
metal pullar zərb edilirdi
217
. M. Çulkov yazır ki, İran gümüş pulları təmiz və
yüksək əyarlı gümüşdən sikkə olunurdu. Lakin həmin pullar zərbxanadan çıxıb
saxta pul kəsənlərin əlinə düşən kimi onu mislə əridib qəlb pul zərb edirlər və
yaxud da ölkədən xaricə aparırlar
218
.
Tacirlər öz pullarını metaldan olduğuna görə kiçik pul kisələrində
saxlayırdılar. M. Çulkov belə kisələrin adətən 50 tümən və yaxud da 2.500 abbası
tutduğunu və hər bir abbasının 18 dinara bərabər olduğunu qeyd edir. M. Çulkovun
tacir pul kisələri haqqında verdiyi məlumatı nə qədər həqiqətə uyğun olsa da, onun
kisələrdəki pulların, həmçinin abbası və yaxud dinarın nominal dəyəri haqqındakı
məlumatı bir o qədər həqiqətdən uzaqdır. Məlum olduğu kimi, abbası 4 şahıya və
şahı isə əlli dinara bərabərdir
219
. Deməli, M. Çulkovun yazdığı kimi abbası on
səkkiz dinara deyil, iki yüz dinara bərabər olmuşdur. Pullar əsasən metaldan
olduğuna görə, xüsusən topdansatış ticarəti zamanı tacirlər adətən, kisədəki
pulların hesablanması və sayıl-ması çox vaxt apardığına görə, kisələri tərəzilərdə
çəkirdilər. Belə hallarda vəzncə yüngül olan qəlb pulları asanlıqla seçmək mümkün
olurdu
220
.
Qəlb gümüş pulların bazarda dövriyyə etməsi ticarətə ağır zərbə endirirdi.
Məhz buna görə də tacirlər «gümüş» pullara etibar etmədən çox vaxt alıcıdan mis
pulları qəbul edirdilər. M. Çulkov məsələni bir qədər şişirdərək yazır ki, əgər
avropalılar bazarlarda öz pullarını işə salmasaydılar, İranın ticarəti çoxdan sönmüş
olardı
221
.
215
Е. А. Пахомов. Монетные клады Азербайджана и Зaкaвкaзья, «Изв. общ. обследования и изуч.
Азербайджана», вып. III, Bakı, 1926, səһ. 33.
216
А. М. Раджaбли. Из истории монетного дела в Сефeвидском государстве, Труды Музея
истории Азербайджана, т. IV, səһ. 59.
217
А. М. Раджaбли. Атерскии клад, ДАН, № 6, 1961, səһ. 548.
218
M. Çulkov. Göstərilən əsəri, səh. 609.
219
А. М. Раджaбли. Из истории монетного дела в Сефeвидском государстве, səh. 63 -64.
220
M. Çulkov. Göstərilən əsəri, səh. 609.
221
Yenə orada, müqayisə et: Ə. M. Rəcəbli. Göstərilən məqaləsi, səh. 59.
45
Ən kiçik gümüş pul «şahı» adlanırdı. İki «şahı» bir «mahmudiyyə»yə, dörd
«şahı» isə bir «abbası»ya bərabər idi
222
. Mis pul «qazbeki» adlanırdı
223
. Bu pul
şahının
1
/
10
hissəsinə bərabər idi
224
.
Lakin qeyd edildiyi kimi, bazarlarda yerli pullarla yanaşı, xarici ölkələrin
225
,
o cümlədən holland, ispan, rus və b. ölkələrin pulları da işə gedirdi. Lakin şahın
sərrafları xarici ölkə pullarını dərhal abbasıya çevirib, bu işdən gəlir əldə
edirdilər
226
.
Bazarlarda ölçü vahidi də müxtəlif idi. Bu da ölkədə vahid ölçü sisteminin
olmamasından irəli gəlirdi. A. P. Volınski Təbriz, Şamaxı və İsfahanın
bazarlarındakı arşını rus arşını ilə müqayisə edərək yazmışdır: «İsfahanda şah
arşını rus arşınından 6
1
/
2
qarış, Təbriz arşını 8
1
/
2
, Şamaxı arşını isə 6 qarış qədər
uzundur». Çox güman ki, digər şəhərlərdə də vəziyyət belə imiş. Ölçülərin
müxtəlifliyi ticarətin gedişinə pis təsir göstərməyə bilməzdi. Həqiqətən ticarət
zamanı qızğın mübahisələr baş verirdi. Hər kəs alıb satdığı malın mənfəətindən
asılı olaraq, necə deyərlər, «öz arşını ilə ölçürdü».
Bəs çəki vahidləri nə vəziyyətdə idi? Ümumiyyətlə, istər İran və istərsə də
Azərbaycanın bazarlarında əsas çəki vahidi batman və ya man hesab olunurdu
227
.
Lakin hər şəhərin özünəməxsus arşını olduğu kimi, batmanı da var idi. Şahın
batmanı başqalarına nisbətən hamısından ağır idi. Şübhəsiz, şahın dəllalları bu
batmanı yalnız mal aldıqları zaman işə salırdılar. A. P. Volınski çəki vahidlərini də
rus çəkiləri ilə müqayisə etmişdir. Onun yazdığına görə, şah batmanı 14 rus
funtuna, Şamaxı batmanı 9
1
/
2
Təbriz batmanı isə 7
1
/
2
rus funtuna bərabər idi
228
.
Batmandan sonra çox işlənən ölçu vahidi stil idi
229
. 24 stil 9 funtluq
batmana bərabər idi. Ən kiçik ölçü vahidi misqal hesab olunurdu. Misqal təqribən
5 qrama bərabərdir. 33 misqal bir stilə bərabər idi
230
.
Pul və ölçü vahidlərinin müxtəlifliyi eyni adlı malların müxtəlif qiymətə
satılmasına gətirib çıxartdığı kimi, ticarətin normal surətdə aparılmasına da çox
maneçilik törədirdi. Lakin buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi,
Azərbaycanın əlverişli coğrafi mövqeyi, təbii sərvətləri, bacarıqlı sənətkarlarının
hazırladıqları mallar şəhər bazarlarında həmişə qızğın ticarətin getməsinə səbəb
222
M. Çulkov. Göstərilən əsəri, səh. 609.
223
Yenə orada; Ə. A. Əfəndiyev, Образование Азербайджанского государства в нач. XVI века,
Bakı, 1961, səh. 126.
224
M. Çulkov. Göstərilən əsəri, səh. 609.
225
Е. А. Пахомов. Монетные клады Азербайджана, «Изв. обт. обсл. и изуч. Азербайджана», вып.
3, Bakı, 1926, səһ. 33.
226
M. Çulkov. Göstərilən əsəri, səh. 609.
227
Yenə orada.
228
A. P. Volınskinin jurnalı, səh. 11.
229
«Stil» çox güman ki, satıl sözündəndir. Ehtimal etmək olar ki, mal satılarkən (düyü, buğda, un və s.)
çəkilmədən satılvarı qablarla ölçülürmüş.
230
A. P. Volınskinin jurnalı, səh. 11.
46
olmuşdur. Söz yox ki, başqa bir siyasi şəraitdə Azərbaycan şəhərlərinin bazarları
daha da zəngin ola bilərdi. Yeri gəlmişkən qeyd edilməlidir ki, daxili bazarlarda
təkcə yerli tacir və sənətkarların sayəsində iş getmirdi. Bu sahədə eyni zamanda
xarici ölkələrdən gələn tacirlərin fəaliyyəti də az deyildi. Bu barədə xarici
ticarətdən bəhs olunduqda danışılacaqdır.
Dostları ilə paylaş: |