8-ci cədvəl
*
№
ġəxsin adı
Haradan gəlmiĢdir
YaĢı
MəĢğuliyyəti
1.
Ramazan Məhəmmədov
Şamaxı
40
ticarətlə məşğul olur
və can vergisi verir
a)
qardaşı Qurban Əli
-
38
b)
qardaşı İbrahim
-
25
c) oğlu Əhməd
-
2
2.
Hacı İsmayıl Sarı Əhməd
Şamaxı
55
ticarətlə məşğul olur
və can vergisi verir
a) oğlu Ağa Mirzə
-
22
b) oğlu İbrahim
-
18
c) oğlu Akşin
-
20
3.
Səfər Hacı Qulamov
Dərbənd
32
muzdurluq edir
a) oğlu Həmid
-
3
b)Yarməhəmməd
-
1
4.
Şaban Abdulhəmidov
Dərbənd
52
Xırda ticarətlə
məşğul olur, can
vergisi verir
a) oğlu Malik
-
26
b) oğlu Məhəmməd Hüseyn
-
6 ay
5.
Məhəmməd Əli Sadıqov
Dərbənddən 1714-cü
ildən gəlmişdir
70
Ticarətlə məşğul
olur və can vergisi
368
PSZRİ, t. 12, № 8919, səh. 77-78;
82
a) oğlu Şaban
-
19
verir
b)Şabanın oğlu
İsmayıl
-
5 ay
*
QAAO, fond 394, siyahı 1, iş 1025 (1744 q.)
9-cu cədvəl
*
№
ġəxsin adı
Haradan gəlmiĢdir
YaĢı
MəĢğuliyyəti
1.
İsmayıl Əbdül Əziz
Şamaxı
50
Ticarətlə məşğul
olurlar
a) qardaşı Yaqub və ögəy atası
tacir Mövlad Verdi
Şamaxı (Həştərxana
1743-cü ildə
gəlmişdir)
12ay
28
2.
Məhəmməd İbrahim
Şamaxı
19
muzdurluqla dolanır
a)qardaşı Şaban
-
15
b)qardaşı Məhəmməd
-
10
3.
Qasım İmambəyov
Təbriz (Həştərxana
1738-ci ildə gəlmişdir)
30
xırda alverlə
məşğuldur
a) oğulluğu Məhəmməd
-
4
4.
Məhərrəm Bayramov
Dərbənd
25
muzdurluqla dolanır
a)qardaşı İsa
-
19
b)qardaşı Musa
-
23
c)Musanın oğlu
Mustafa
-
3
ç)qaynı Həsən Camalov
-
25
5.
Musa Həsənbəyov
Dərbənd
24
tacirdirlər
a) qardaşı Mustafa
-
16
6.
Səfərəli Şıxməmmədov
Dərbənd (Həştərxana
1714-cü ildə
gəlmişdir)
54
Əvvəllər ticarət
edərdi, indi isə
muzdurluqla
məşğuldur.
a)
Oğlu Kərimbəy
-
4
*
QAAO, fond 394, iş 1025 (1744 q.)
1747-ci ildə Nadir şah öldükdən sonra onun qılınc gücü ilə saxladığı və
onsuz da parçalanmaqda olan dövlətinin tənəzzülü daha da sürətləndi. Nəticədə
İranın əyalətləri hesab edilən bir çox ölkələr, o cümlədən Azərbaycan İran
boyunduruğundan xilas olub müstəqillik əldə etdi. Lakin tarix səhnəsində bu
zaman Azərbaycan vahid bir dövlət kimi deyil, müstəqil və yarımmüstəqil
xanlıqlar halında çıxış etdi
369
. Həmin dövrdən başlayaraq Azərbaycanın Rusiya ilə
siyasi və iqtisadi əlaqəsi daha da möhkəmləndi. Artıq təkcə ayrı-ayrı azərbaycanlı
tacirlər deyil, eyni zamanda bir çox feodallar da rus dövləti ilə yaxından əlaqə
369
F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, səh. 3.
83
saxlamaq siyasəti yürüdürdülər
370
. Bu, o demək idi ki, Azərbaycan xalqının bir çox
nümayəndələri İranın hədə-qorxusuna baxmadan Rusiya ilə yaxınlıq etmək
istəyirdilər. Bunu bir sıra arxiv sənədləri də sübut edir. Doğrudur, əldə olan
sənədlər Quba, Şamaxı və Bakı xanlıqlarına aiddir, lakin şimali-şərqi
Azərbaycanın bu başlıca xanlıqlarındakı əhval-ruhiyyə Rusiyaya qarşı olan
təmayülü aydın göstərmək üçün kifayət edər.
1749-cu ilin əvvəllərində Bakı, Quba, Dərbənd xanlıqlarında olmuş rotmistr
A. Çerneski həmin il aprel ayının 8-də Həştərxanda olarkən rus ordusunun kapitanı
Konıtovskiyə Azərbaycanda ona, rus dövlətinin nümayəndəsi kimi göstərilən
hörmət haqqında yazılı surətdə məlumat vermişdir. A. Çerneski yazırdı ki, Bakıya
gələn kimi general-leytenantın göndərdiyi məktubu Bakı xanı Mirzə Məhəmməd
xana verdim. Xan mənim gəlişimlə sevindi, mənə çox hörmət edərək bildirdi ki,
əgər yoluma davam etməliyəmsə, o, məni məmnuniyyətlə müşayiət edə bilər, sonra
o atı olmayan ruslara öz atlarından verdi və məni dənizin sahilinə qədər yola saldı.
Sahildə rus gəmisində Çerkasov məni gözləyirdi. O, tez mənim üçün qayıq
göndərdi və mən Çerkasovla görüşüb, onun üçün göndərilən məktubu ona verdim.
Mən Bakıda on gün qaldım. Bakı xanı kazaklara mənzil verdi, onları ərzaqla və
atlarını arpa-samanla təmin etmək üçün üç nəfər ayırdı. Mənim özümü isə xan öz
sarayında saxladı. Mən Bakıdan gedənə kimi sarayda yaşadım
371
.
Rotmistr A. Çerneski Bakıdan sonra Dərbənd və Qubada olmuşdur. Onun
yazdığına görə, Quba xanı Hüseyn Əli xan demişdir ki, İran hücum edərsə o, və
Bakı xanı İrana tabe olmayacaqlar
372
. Sonra Quba xanı A. Çerneskidən xahiş
etmişdir ki, o, general-leytenanta bildirsin ki, əgər Rusiyadan İrana iş dalınca
getmək istəyən olsa, Quba hakimi heç bir zərər toxundurmadan məmnuniyyətlə
onları qəbul edib, yola salmağa hazırdır. Hazırda yollarda ruslar üçün heç bir
təhlükə yoxdur
373
.
Bakı, Quba, Şəki və b. xanlıqlar ilə Rusiya arasında iqtisadi əlaqələrin
olması haqqında da arxiv sənədlərindən hələlik az da olsa maraqlı məlumat əldə
edilmişdir.
1749-cu ildə Bakı xanlığını İran hücumu hədələdiyi bir zamanda Bakı xanı
öz şimal qonşusu Rusiyaya müraciət edərək bildirmişdi ki, Bakı qalasında
müqavimət göstərmək üçün taxıl azuqəsi yoxdur. Odur ki, xan öz qiymətində Bakı
əhalisinə çata biləcək
374
taxıl göndərməyi və əgər dövlətin taxılı olmasa, o zaman
rus tacirlərinə satmaq üçün Bakıya un aparmaqlarına icazə verməsini xahiş
370
H. B. Abdullayev. Из истории Северо-восточного Азербайджана в 60-80-х гг. XVIII в., Баку.
1958.
371
QAAO, fond 394, iş 32 (1749), vərəq 204.
372
Yenə orada, vərəq 205.
373
QAAO, fond 394, iş 32 (1749 q.), vərəq. 205.
374
Sənəddə taxılın miqdarı göstərilmir.
84
etmişdir
375
. Xan göstərmişdir ki, Bakıya un gətirən rus tacirləri öz mallarını
istədikləri qiymətə sata bilərlər
376
.
Qızlar şəhərindən karvan yolu ilə Azərbaycanda ticarət etmək üçün Qubaya
gələn rus təbəələri qubalı Hüseyn Əli xan tərəfindən nəzakətlə qarşılanmış və xan
onların təhlükəsizliyini təmin etmək üçün onlara silahlı dəstələr də qoşmuşdur.
Hüseyn Əli xan Qızlar şəhərinin komendantı general-leytenant Devizə yazdığı
məktubunda bildirmişdir ki, o, rus tacirlərini keşikçi dəstələri ilə təhlükəsiz yolla
öz dostu Hacı Çələbinin vilayətinə, yəni Şəki xanlığına göndərmişdir, onlar
Şəkidən Şirvana, Şirvandan isə yenə də Qubaya qayıdacaqlar. Məktubun sonunda
xan bildirmişdir ki, o, rus tacirlərini bir qonaq kimi qarşılamış və onları lazım olan
hər bir şeylə təmin etmişdir
377
.
Beləliklə, XVIII əsrin birinci yarısında Azərbaycanın iqtisadiyyatı ümumi
tənəzzül dövrü keçirdiyi bir zamanda ticarətin arası uzun müddət kəsilməmişdir.
Hətta XVIII əsrin ikinci rübündə Azərbaycanın Xəzər boyu əyalətləri Rusiyanın
himayəsi altına keçdikdən sonra burada ticarət sahəsində müəyyən canlanma da
hiss olunmuşdur. Doğrudur, bu zaman müvəqqəti olaraq Türkiyənin hakimiyyəti
altına düşən Azərbaycan vilayətləri türk feodalları tərəfindən işğal edilmiş və xalq
qarət olunmuşdur. Lakin bu Azərbaycan tacirlərinin Xəzər boyu əyalətlərinə
gedişinə və ticarət etmələrinə tam mane olmamışdır. XVIII əsrin ikinci rübündə
Azərbaycanın tranzit və xarici ticarətində əmələ gələn canlanmada Rusiyanın
rolunu xüsusilə qeyd etmək lazımdır. Rusiyanın Azərbaycanla ticarət etməsi eyni
zamanda rus tacirlərini uzaq Hindistana aparıb çıxarırdı. Həştərxanda və xüsusilə
Abşeronda yurd salan hindlilər Rusiya və Azərbaycanın mallarını Hindistana aparır
və oradan yerli mallar gətirirdilər.
Azərbaycan-rus ticarət münasibətləri siyasi əlaqələrin yaranmasına və
Azərbaycanın inkişafına müsbət təsir göstərirdi. Ticarət rus və Azərbaycan xalqları
arasında qarşılıqlı əlaqənin yaranmasında və hər iki xalqın yaxınlaşmasında böyük
rol oynamışdır. Buna görə də təsadüfi deyildir ki, Azərbaycan tacirləri qonaqpərvər
rus xalqı ilə bir ölkədə — Rusiyada yaşamaq üçün buraya, hətta öz ailələri ilə
axışıb gəlirdilər. Rus xalqının səmimiyyəti azərbaycanlılar arasında onlara hədsiz
hüsn-rəğbət qazandırdı.
IV FƏSĠL
375
QAAO, fond 394, iş 90 (əlavə
),
vərəq 461.
376
Yenə orada.
377
Yenə orada, vərəq 306.
85
XƏZƏR TĠCARƏTĠ UĞRUNDA RUSĠYA ĠLƏ ĠNGĠLTƏRƏ
RƏQABƏTĠ VƏ AZƏRBAYCAN
XVIII əsrdən hələ xeyli əvvəl ingilislər xam ipək mənbələrini ələ
keçirməyə, hazır mallar üçün yeni əlverişli bazar tapmağa və Şərq ilə Qərb ölkələri
arasında ən rahat yol sayılan Volqa-Xəzər ticarət yolunda hakim mövqe tutmağa
can atır, rus tacirləri ilə ciddi rəqabət aparırdılar.
Azərbaycan və İran xam ipək mənbələri ilə çox zəngin idi. Əsas xam ipək
mənbələri Gilan, Şamaxı, Gəncə, Şəki, Təbriz və Astrabadda yerləşmişdi.
Azərbaycanın qədim şəhərləri — Təbriz, Şamaxı, Gəncə, Bakı, Ərdəbil
Şərq ilə Qərb arasında əlverişli coğrafi mövqe tuturdu. Bu isə həmin şəhərlərin
tranzit ticarətindəki rolunu və beynəlxalq bazar kimi əhəmiyyətini çoxaldırdı.
Volqa — Xəzər ticarəti yolunda Azərbaycanın liman şəhərləri olan
Dərbənd, Nizabad, Bakı və Lənkəranın əhəmiyyəti az deyildi.
Bütün bunları nəzərə alaraq, Rusiya ilə İngiltərə arasında Xəzər ticarəti
uğrunda aparılan rəqabətdə Azərbaycanın əsas mübarizə obyektlərindən biri
olduğunu qeyd etmək lazımdır.
İngilislər hələ XVI əsrdə Arxangelsk limanı vasitəsi ilə Volqa—Xəzər
ticarət yolundan istifadə etməyi qərara almış və bu məqsədlə də ticarət şirkəti təsis
etmişdilər
378
.
XIX əsr tarixçisi S. Bronevskinin yazdığına görə, ingilislərin hələ o zaman
əsas məqsədi İranla, xüsusilə Şirvan əyaləti və onun zəngin bazara malik olan
Şamaxı şəhəri ilə ticarət aparmaqdan ibarət idi
379
.
Şirvanın ingilislər üçün Xəzər dənizi ticarətində nə kimi böyük əhəmiyyətə
malik olmasını C. Hanvey də qeyd edir: «O vaxt bizim şirkətin yeri Şirvan idi və
bir çox ingilis təbəələri də elə bu idarədə işləyirdilər
380
.
Qeyd etmək lazımdır ki, dəniz ticarətində təcrübəli olan ingilisləri Rusiyada
və eləcə də Xəzər dənizində ticarət aparmağa I Pyotrun özü dəvət etmişdi.
Şübhəsiz, bu da səbəbsiz deyildi. Bunu, hər şeydən əvvəl, Rusiyada sənayenin,
xüsusilə toxuculuğun inkişafı tələb edirdi. Məhz buna görə də I Pyotr ingilislərə
Gilan, Şirvan və Ərəşdən aldıqları xam ipəyi yalnız Volqa—Xəzər yolu ilə
aparmaq şərti ilə Rusiyadan getməyə icazə vermişdi
381
. Bununla da I Pyotr xam
ipəklə aparılan ticarəti Volqa—Xəzər yoluna köçürməklə Rusiyanın toxuculuq
sənayesini zəruri xammalla təmin etmək, xarici tacirlərdən toplanılan gömrük
hesabına dövlətin qazancını çoxaltmaq və ən nəhayət, dəniz texnikasında təcrübəli
378
C. Hanvey. Göstərilən əsəri, səh. 1.
379
С. Броневский. Новейшие географические и исторические известия о Кавказе, II cild, М., 1823,
səһ. 190.
380
C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 5.
381
Yenə orada, səh. 8; M. Çulkov. Göstərilən əsəri (müqəddimə), səh. 82.
86
olan ingilislərdən gəmiçilik işlərində istifadə etmək məqsədlərini güdürdü. Məlum
olduğu kimi, I Pyotrun hakimiyyətinin ilk çağlarında Rusiyanın dənizçilik
texnikası Qərbi Avropa ölkələrinə, xüsusilə İngiltərəyə nisbətən aşağı səviyyədə
idi. Buna görə də rus dənizçiləri Xəzərdə uzaq səfərlərə çıxmaqdan ehtiyat edərək
çox zaman Nizabad limanından uzağa getmirdilər.
XVIII əsrdə ilk dəfə Azərbaycan şəhərlərində Con Bel olmuşdur. O, I
Pyotrun İrana göndərdiyi səfir A. P. Volınskinin dəstəsində həkim sifəti ilə
çalışarkən Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Dərbənd, Nizabad,
Şamaxı, Təbriz, Lənkəran, habelə Muğanda olmuşdur. Con Bel ikinci dəfə
Azərbaycana 1722-ci ildə I Pyotrun qoşunlarının tərkibində gəlmişdir. Həmin
səyahətlər zamanı C. Bel Azərbaycanın şəhərləri və iqtisadiyyatı haqqında zəngin
məlumat toplamışdır
382
.
I Pyotrun qoşunlarının tərkibində H. P. Bryus adlı başqa bir ingilis zabiti də
var idi. Bryus, həmçinin 1723-cü ildə Matyuşkin tərəfindən Bakının alınmasında
da iştirak etmişdir. O da Bel kimi, olduğu yerlər haqqında iqtisadi vəziyyətə dair
məlumat toplamışdır
383
. Daha sonra Xəzər boyu əyalətlərdə olmuş Cems Spilman
öz xatirələrində Azərbaycanın ticarətindən bəhs etmişdir
384
. Beləliklə, qeyd edilən
müasirlərin təsərrüfat və ticarət haqqındakı məlumatları ingilislərin Xəzər
ticarətinə olan marağını daha da artırdı.
1723-cü ildə Rusiyada Azərbaycan və eləcə də İranla ticarət edən tacirlərin
şirkəti təşkil edildi.
Həmin şirkətin üzvləri üçün hər biri 150 manata bərabər olan 400 aksiya
tərtib edildi. Bu şirkət 40 il fəaliyyət göstərdi
385
.
1721 - 1725-ci illər arasında Rusiyada Xəzər dənizi üçün onlarca gəmi
quraşdırıldı
386
.
Lakin qeyd etmək lazımdır ki, sonralar rus dövləti Xəzər dənizindəki
fəaliyyətini xeyli zəiflətdi. Xəzər dənizi üçün Kazan və Nijni Novqorodda
tikilməkdə olan gəmilər yarımçıq qaldı. A. Ştılko rusların Xəzər ticarətinin I
Pyotrdan sonrakı dövrü haqqında yazır ki, Pyotr öldükdən sonra elə bir dövlət
xadimi tapılmadı ki, onun Xəzərdə başladığı işləri davam etdirsin. Gəmi tikilməsi
üçün buraxılan 147.000 manat puldan yalnız 80.000 xərclənmişdi
387
. I Pyotrun
təklifi üzrə Xəzər dənizinin şimalında yerləşən «Четыре угол» adasında tikilən
liman yarımçıq qalıb, ləpələr altında məhv olub getmişdi
388
.
382
C. Bel. Göstərilən əsəri.
383
S. B. Aşurbəyli. Göstərilən məqaləsi, səh. 63.
384
C. Spilman. Göstərilən əsəri, səh. 10 və b.
385
S. Bronevski. Göstərilən əsəri, II cild, səh. 208.
386
F. Veselaqo. Göstərilən əsəri, səh. 55; А. Штылко. Волжско-Каспийское судоходство в старину,
СПб, 1896, səһ. 40
387
А. Штылко. Волжско-Каспийское судоходство в старину, səһ. 40.
388
Н. Попов. В. К. Татищев и его время, СПб, 1896, səһ. 378.
87
İmperatriça Anna İvanovna hökumətinin siyasəti onun Xəzər ticarəti və
Xəzər boyu əyalətləri haqqında olan laqeydliyini tamamilə biruzə verdi. 1732-ci il
Rəşt, 1735-ci il Gəncə müqavilələrinə əsasən Rusiya hökuməti vaxtı ilə I Pyotrun
Rusiyaya birləşdirdiyi Xəzər boyu əyalətlərdən də əl çəkməli oldu. Bununla
əlaqədar olaraq Xəzər üçun nəzərdə tutulan gəmilərin hazırlanması da yarımçıq
qaldı. Anna İvanovna hökümətinin İrana güzəştə getməsini görən şah, hətta
Rusiyadan Həştərxan limanındakı gəmiləri İrana satmağı və İrana gəmiçilik
ustalarının göndərilməsini kobudcasına tələb etmişdi
389
.
Yeri gəlmişkən göstərmək lazımdır ki, bu tələbləri İran özü deyil, bilavasitə
ingilislərin təkidi ilə edirdi. Xam ipək mərkəzlərində gözü olan ingilislər rusları
İran və Azərbaycandan sıxışdırıb çıxarmaq məqsədi ilə «düşməni başqasının əli ilə
vur» — siyasətini yürütməyə başladılar. İngilislər İran hökümətini tədricən öz
təsirləri altına alaraq, iranlıların köməyi ilə ruslara qarşı mübarizəyə başladılar.
İngiltərə ilə Rusiya arasında Xəzər ticarəti uğrunda rəqabət başladı. Lakin
bu mübarizə əvvəlcə birtərəfli idi. İngilislər Londonda, Peterburqun özündə və
İranda rus ticarətinə qarşı qəsd hazırladıqları halda, siyasətdə çox sadəlövh olan
Anna İvanovna höküməti Rusiyanın Şərq ticarətinə dəyəcək zərbəni hiss etmədi və
əksinə, Rusiyada ticarət edən və ya Rusiyadan keçib İran, Zaqafqaziya və sair Şərq
ölkələrinə mal aparan ingilis tacirləri üçün hər cür şərait yaratdı. İngiltərə həmin
dövrdə Rusiyanın Qərbi Avropa ölkələri ilə ticarətində əsas yerlərdən birini
tuturdu
390
. Rusiyanın xarici ticarətində belə bir mövqe tutmaları ingilislərə 1734-cü
ildə Rusiya ilə yeni ticarət müqaviləsi bağlamağa imkan verdi
391
. Həmin
müqavilənin 8-si bəndi ingilislərin Rusiya ərazisindən keçib, İranla ticarət etmələri
məsələsinə həsr edilmişdi. P. A. Ostrouxov yazır ki, ingilislər düz 150 ildən artıq
bir müddət ərzində belə bir hüquq qazanmaq üçün can atırdılar
392
.
Bu müqavilə Rusiyaya tranzit ticarətdən böyük qazanc əldə etmək ümidi
verirdi. Digər tərəfdən rus tacirləri ingilislərin köməyi ilə xam ipəyin Volqa —
Xəzər yolu ilə Rusiyaya daşınmasına ümid bəsləyirdilər.
1739-cu ildə Həştərxandan cənuba İngiltərənin nümayəndəsi C. Elton yola
düşmüşdür.
Tarix elmləri namizədi S. Aşurbəyli vaxtı ilə Rusiyada xidmət edən C.
Eltonun 1740-cı ildə Nadir şah tərəfindən İrana dəvət olunduğunu və şahın təklifi
üzrə onun İran üçün donanma yaratdığını öz qısa və ümumi məqaləsində qeyd edir
və göstərir ki, Elton və onun yoldaşı kapitan Vudrufun hərəkətləri rus dövlətinin
389
А. Штылко. Волжско-Каспийское судоходство в старину, səһ. 46.
390
С. А. Покровский. Внешняя торговля и внешнеторговая политика России, М., 1947, səһ. 99.
391
Yenə orada
.
392
П. А. Остроухов. Англо-русский торговый договор 1734 г.. СПб, 1914, səһ. 109; В. Лебедев.
Русско-английские торговые отношения и договор 1734 г., «Ученые записки МГУ им. М. В.
Ломоносова кафедра истории СССР», вып. 167, səһ. 126.
88
narazılığına səbəb olmuş və nəticədə «Rusiya kompaniyasının» əleyhinə bir sıra
tədbirlər görülmüşdür
393
.
Bu məsələni bir qədər dəqiqləşdirmək və genişləndirmək lazım gəlir.
Rusiya ilə rəsmi müqavilə bağladıqdan sonra İran, Zaqafqaziya, Hindistan
və Çinə Rusiya ərazisindən daha rahat, ucuz və yaxın yol axtaran İngiltərə 1735-ci
ildə özünün məxfi agentini, dəniz kapitanı C. Eltonu Rusiyaya göndərmişdi. O, bir
neçə il rusların Orta Asiyaya göndərdikləri ekspedisiyalarda iştirak etmişdi. C.
Elton ekspedisiya zamanı yerli şəraiti, həmçinin Kama, Volqa və b. çayların
xüsusiyyətini öyrənmiş və hətta həmin yerlərin coğrafi xəritəsini də tərtib etmişdir.
Qazağıstan və Orta Asiya tərəfindən əlverişli yol olmadığına bir daha əmin olan C.
Elton yeganə rahat ticarət yolu olan Xəzər dənizinə çıxmağı qərara almışdır. C.
Hanveyin yazdığına görə, C. Eltonun məqsədi guya yalnız Astrabaddan Buxaraya
getmək idi
394
. Əslində isə C. Elton Xəzər dənizi ticarətini qaydaya salmaq və İranı
Rusiyanın əleyhinə qaldırmaqla rusları Xəzər dənizindən sıxışdırmaq məqsədi ilə
İngiltərədən göndərilən rəsmi bir şəxsiyyət idi
395
.
C. Elton 1738-ci ildə Orenburq ekspedisiyasından sonra Peterburqa
qayıtmış və İngiltərə tacirləri ilə müəyyən danışıqlar apardıqdan sonra Munqo
Qrem adlı bir ingilis taciri ilə Moskvaya gəlmiş, 1739-cu il martın 19-da
Moskvadan çıxaraq, Həştərxana yola düşmüşdür. C. Elton özü yazır ki,
Həştərxandan Rəştə tezliklə gəmi getmədiyi üçün biz 3 həftə burada qalmalı olduq.
Bu müddət ərzində biz İran ticarətinin xarakterini və bu ticarətdə rus və erməni
tacirlərinin iştirakını öyrəndik. Erməni tacirləri məqsədimizi duyub, bizə məlumat
vermək istəmədilər
396
.
Lakin bununla belə C. Elton Xəzər ticarətinin müəyyən məsələləri ilə tanış
oldu. C. Elton Rəştə gəldikdən sonra mustofi
397
ilə söhbət zamanı bildirmişdir ki,
o, bura yalnız ticarət xatirinə gəlmiş və özü ilə bir qədər ingilis mahudu gətirmişdir
ki, onu yaxşı sata bilsə, şahın qarşısında İranda öz şirkətlərini təsis etmək
məsələsini qoysun
398
.
C. Elton həmçinin bildirmişdir ki, onu eyni zamanda həm Xəzər dənizinin
sahilləri və həm də bu dənizdə üzən İran gəmiləri maraqlandırır. Əgər gəmilər
yararsız olarsa, o zaman onlar İran üçün gəmi də tikə bilərlər
399
.
Onu da qeyd etmək lazımdır ki, Nadir şah dövlətin gəlirini çoxaltmaq,
müharibələrin xərcini ödəmək məqsədi ilə zorakılıqla həyata keçirdiyi bir çox
tədbirlərlə yanaşı, İranın başqa ölkələrlə ticarət etməsi üçün də şərait yaratmaq
393
S. Aşurbəyli. Göstərilən əsəri, səh. 69.
394
C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 9; P. Butkov. Göstərilən əsəri, I cild, səh. 221.
395
QAAO, fond 394, iş 871 (1743 q.), vərəq 68-70.
396
C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 11
397
İstifadə edilən mənbədə Mustofinin adı qeyd edilməmişdir.
398
Bax: C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 15.
399
K. Əşrəfyan. Göstərilən əsəri, səh. 184.
89
fikrində idi. Məhz bu məqsədlə də şah İranla ticarət edən bir çox ölkələrə
imtiyazlar vermişdi.
Nadir şahın xarici ölkələrlə ticarətə müsbət münasibət bəsləməsi C. Eltonun
ümidlərini qanadlandırdı. Lakin C. Elton birdən-birə Nadir şahla görüşə bilmədi.
Şah hərbi səfərdə olduğu üçün onu Məşhəd şəhərində oturan oğlu Rza Qulu Mirzə
əvəz edirdi. Odur ki, C. Elton vaxt itirmədən şahzadəyə müraciət etdi. C. Elton M.
Qremlə birlikdə Böyük Britaniyanın tacirlərinə də İranda imtiyazla ticarət etmək
üçün səlahiyyət verilməsi haqqında 10 bənddən ibarət xahişnamə tərtib edib,
Məşhəddəki şahzadə Rza Qulu Mirzəyə göndərdi
400
.
Həmin xahişnamənin birinci bəndi İngiltərənin Xəzər dənizində nə kimi
siyasət yürütmək istədiyini açıqdan-açığa göstərir: «Britaniya şirkətinin üzvlərinin
hər zaman və məhdudlaşdırılmadan öz mallarını şahın bu dənizdə olan hər hansı
bir limanına aparmağa ixtiyarları olmalıdır» və s.
401
Rza Qulu Mirzə ingilislərə müsbət cavab göndərdi. Doğrudur, C. Elton ilə
Rza Qulu Mirzənin məktublarında bilavasitə Azərbaycandan danışılmırdı. Lakin C.
Elton sonrakı məktublarında İranda ingilis tacirlərinin maraq göstərdikləri üç xam
ipək mərkəzlərindən bəhs edərkən bunlardan ikisinin — paytaxtı Şamaxı olmaqla
Şirvanı və Ərəşi göstərirdi
402
.
Rza Qulu Mirzədən müsbət cavab aldıqdan sonra C. Elton M. Qremi Rəştdə
qoyaraq, tezliklə özünu Peterburqa yetirdi. Burada onun səfərinin müvəffəqiyyətlə
başa çatması xəbəri bütün ingilis tacirlərinin sevincinə səbəb oldu. C. Elton öz
təkliflərini İngiltərənin Peterburqdakı səfiri E. Fincə yazılı surətdə bildirdi. C.
Elton məktubunda yazırdı ki, ingilislər Xəzərdə möhkəmləndikdən sonra Hindistan
və Çinlə də yaxından əlaqə saxlaya bilərlər
403
.
C. Elton gəmiçilik sahəsində Xəzər dənizinin əhəmiyyətini
404
və ingilislərin
bu ticarətdə güclü rəqiblərinin olmamasını göstərirdi
405
. O yazırdı ki, ingilislərdən
başqa, heç bir xalq buranı külli miqdarda və ucuz qiymətə parçalarla təmin edə
bilməz və eyni zamanda heç kəs buradan aldığı xam ipəyə bizim qədər qiymət verə
bilməz
406
. Hərçənd erməni tacirlərinin nümayəndəsi patriarx bizə verilən
güzəştlərin ləğv olunmasını xahiş etdi, lakin Rza Qulu Mirzə bu xahişi qəbul
etmədi
407
. Britaniya tacirləri yəqin etdilər ki, nə qədər Rusiya imperiyasının
400
C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 17.
401
Yenə orada.
402
C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 23; Донесения и другие бумаги антлийских послов,
посланцев и резидентов при русском дворе с 1740 по 3 марта 1741 года; Донесение Ед. Финча
лорду Гаррингтону 1740 г. (приложение «В»), СИРИО, т. 85, səh. 129; P. A. Ostrouxov. Göstərilən
əsəri, səh. 114; C. Spilman. Göstərilən əsəri, səh. 58.
403
C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 24.
404
Yenə də orada, səh. 24; müqayisə et: C. Spilman. Göstərilən əsəri, səh. 39.
405
C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 24.
406
C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 24.
407
Yenə orada.
90
ərazisindən keçməyə və Xəzər dənizində azad üzməyə icazə verilir, onları heç vaxt
bu ticarətdən sıxışdırmaq mümkün olmayacaqdır. Xəzər dənizi ticarətinin
üstünlüyündən və bu ticarətdən alınacaq mənfəətdən bəhs edən C. Elton yazır ki,
Gilan və Şirvan vilayətlərinin dəniz kənarında olması bizim üçün mənfəətlidir
408
.
Mənə elə gəlir ki, dünyanın heç bir yerində qazanc barəsində başqa belə bir
ticarətin mövcud olmasını təsəvvür etmək mümkün deyildir. İpək emal edən
sənaye böyük gəlir verəcəkdir və bu ticarətin nəticəsində qızıl, qaş-daş, pambıq,
zərif yun və s. qiymətli mallar əldə etmək mümkün olacaqdır
409
.
Daha sonra C. Elton səfir E. Fincə bildirmişdi ki, o, iranlılarla türklərin
arasında gedən rəqabətdən istifadə edərək İran və Azərbaycan ipəyinin Türkiyənin
ərazisindən deyil, Xəzər vasitəsi ilə Rusiyadan Londona aparmaq üçün Rza Qulu
Mirzənin razılığını almışdır
410
.
C. Elton məktubunun sonunda bildirmişdir ki, rusların Rəştdə konsulxanası
olduğu kimi, ingilislər də Məşhəddə öz ticarət məntəqələrini təsis etməlidilər
411
.
Britaniyanın səfiri E. Finc C. Eltonun yazılı təkliflərini öz məktubu ilə
birlikdə Britaniyanın dövlət katibi hersoq Nyukestelə göndərmişdir. Hətta Finc
bildirmişdir ki, İrandan xam ipək alan bir ingilis taciri onu Amsterdamda sataraq
80 faiz mənfəət götürmüşdür
412
. İngiltərədən Moskvaya gətirilib, arşını 1 manat 40
qəpiyə satılan mahudu erməni tacirlərindən biri 1 manat 90 qəpiyə alıb, İrana
aparmış və ingilis tacirinə 35 faiz gəlir vermişdi
413
. Beləliklə, həm idxal, həm də
ixracetmə ingilislərə əhəmiyyətli qazanc əldə etməyə ümidlər verirdi. Hersoq
kralın əmri ilə həmin təklifləri iri ticarət nümayəndələrinin müzakirəsinə vermişdir.
Bütün tacirlər qərara alıb krala bildirmişlər ki, bu ticarət Böyük Britaniya üçün
Türkiyə ərazisindən aparılan ticarətə nisbətən iki qat mənfəətlidir. Yəni bu ticarətin
xərci ingilislərə 50 faiz ucuz başa gələcəkdir. Xəzər ticarətinin ingilislər üçün
başqa bir üstünlüyü də var idi
414
. İspaniya və ya Fransa ilə münasibətlərin hər
zaman pozulması İngiltərənin toxuculuq sənayesini xammalsız qoya bilərdi. Məhz
buna görə də ingilislər belə bir vəziyyətin qarşısını almağı yalnız Volqa —Xəzər
ticarət yolunun istifadəsində görürdülər
415
. İngilis tacirləri bu yolun əhəmiyyəti
haqqında İngiltərə kralına yazmışdılar ki, «əgər həmin yoldan keçməyə icazə
verilməsə, biz belə bir (mənfəətli) ticarətdən tamamilə məhrum olacağıq»
416
.
408
Yenə orada, səh. 23.
409
Yenə orada.
410
Yenə orada, səh. 26.
411
Yenə orada, müqayisə et: Донесение Ед. Финча лорду Гаррингтону, 1740 г. (приложение «В»),
СИРИО, т. 85, səһ. 129, 140.
412
SİRİO, t. 85, səh. 69, 362.
413
P. P. Ostrouxov. Göstərilən əsəri, səh. 116
414
C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 32.
415
Yenə orada. səh. 33.
416
Yenə orada.
91
Xəzər dənizi ilə aparılan ticarətin bütün üstünlüyünü qeyd etməklə bərabər,
C. Elton yazır ki, bu ticarəti aparmaq üçün bizə ilk növbədə heç olmasa bir və ya
iki gəmi lazım gələcəkdir. O, bu gəmilərin Kazan şəhərində quraşdırılması təklifini
vermiş və göstərmişdir ki, ingilis tacirləri üçün rus dövlətində belə gəmilərin
quraşdırılması üçün icazə almaq onlar üçün çox çətin olacaqdır
417
.
Peterburqla London arasında aparılan danışıqların nəticəsində ingilis
tacirlərinə Xəzər dənizində sərbəst üzməyə və xam ipək məhsullarını Rusiya
ərazisindən İngiltərəyə aparmağa icazə verildi.
İlk baxışda C. Eltonun təklifləri həm Rusiya və həm də İngiltərə üçün
əlverişli idi. Odur ki, ingilislər Kazan şəhərində gəmi quraşdırmaq icazəsi almaq
istədikdə rus hökuməti heç bir tərəddüd etmədən onlara razılıq verdi
418
. Lakin rus
höküməti hiss etmədi ki, o, belə bir hərəkət etməklə özünün Xəzər ticarətinə ağır
zərbə endirəcək və bir neçə ildən sonra bu ticarətdə ingilislərin simasında güclü
rəqiblərlə qarşı-qarşıya durmalı olacaqdır. Çox güman ki, rus çinovniklərinin bəzisi
belə vəziyyəti bəlkə də hiss edirlərmiş. Çünki C. Hanveyin yazdığına görə, onlar
ikinci belə bir gəminin quraşdırılması üçün çox çətinliklə razılıq almağa müvəffəq
oldular. Göründüyü kimi, çar hökuməti burada öz siyasi kütlüyünü büruzə
vermişdir.
Kazan şəhərində quraşdırılmaqda olan iki gəmi hazır olduqdan sonra C.
Elton Həştərxandan İrana yola düşdü
419
. Onu da qeyd etmək lazımdır ki, ingilis
tacirləri əsasən rus gəmilərində Xəzər boyu əyalətlərə mal aparırdılar.
Çox keçmədən ingilislər Xəzər ticarətində böyük fəallıq göstərməyə
başladılar. Rus tacirlərinin əldən-ələ alıb Şamaxı, Təbriz, Bakı və yaxud da Rəşt
bazarlarında üzərinə bir qədər də qoyub satdıqları ingilis və ya holland mahudunu
indi artıq ingilis tacirləri özləri həmin bazarlarda satırdılar. İngilis mallarına İran
bazarlarında daha çox ehtiyac hiss olunurdu. Təkcə bunu qeyd etmək kifayətdir ki,
1742-ci ildə rus tacirləri Xəzər boyu əyalətlərə 29.685 manatlıq mal gətirdikləri
halda, ingilislər həmin ildə Xəzər sahillərinə 230.592 manatlıq mal
çıxartmışdılar
420
.
Maraqlı burasıdır ki, ingilis tacirlərinin Həştərxandan cənuba dörd ilin
ərzində (1741, 1742, 1743, 1744-cü illər) ixrac etdikləri malın ümumi məbləği
rus tacirlərinin 8 il ərzində (1737, 1738, 1739, 1740, 1741, 1742, 1743, 1744-cü
illər) ixrac etdikləri malın ümumi məbləğdən 262.128 manat artıq idi
421
. Həmin
rəqəmlər özü-özlüyündə 40-cı illərdə ingilislərin Xəzər ticarətində rus tacirlərini
sıxışdırmalarını göstərən təkzibedilməz dəlildir. İngilis tacirlərinin Rusiya
417
Yenə orada.
418
Yenə orada, səh. 30; P. Sayks. Göstərilən əsəri, səh. 364; V. V. Lebedyev. Göstərilən əsəri, səh. 126.
419
А. Штылко. Волжско-Каспийское судоходство в старину, səһ. 47.
420
Ведомость об отпускных из России в Персию и о привозимых из России в Персию товаров.
Письма и указы государей: ... Левашову, səһ. 91; P. Butkov. Göstərilən əsəri, I cild, səh. 222.
421
Yenə orada.
92
ərazisindən keçib cənuba mal aparmaları tezliklə rus və erməni tacirlərinin ciddi
etirazına səbəb oldu. Lakin ilk vaxtlar hökumət buna əhəmiyyət vermədisə də bir
qədərdən sonra rus tacir və matroslarının Həştərxana gətirdikləri xəbərlər rus
hökumətini narahat etməyə başladı.
Alınan məlumatlara görə, C. Elton İranda Nadir şahla yaxınlaşmış, Xəzərin
Qafqaz və s. sahillərində İran qoşunlarını lazım gəldikdə azuqə və hərbi
ləvazimatla təmin etməyə və hətta İran üçün ticarət və hərbi gəmilər tikməyə söz
vermişdir
422
.
Belə bir məlumatın, əlbəttə, əsası var idi. Dövrün şahidi olan C. Hanveyin
özü bunu etiraf edir. O yazır ki, 1741-ci ildə Nadir şah Şirvanda olarkən onun
qoşunları demək olar ki, tamamilə azuqəsiz qalmışdı. Şirvan iranlılar tərəfindən o
dərəcədə talan edilmişdir ki, ordunu yemək ilə təmin etmək iqtidarında deyildi.
Karvan yollarından istifadə etmək qeyri-mümkün idi. Buna görə də Nadir
Dərbəndə tərəf hərəkət etdi. Burada o, gəmilərə nə qədər ehtiyacı olduğunu hiss
etdi. Nadirin gəmiləri olsaydı öz ordusunu dəniz vasitəsi ilə gətirilən azuqə ilə
təmin edər və yerli xalqın müqavimətini qıra bilərdi. Məhz Nadir şahın belə bir
arzusu bilavasitə C. Eltonun əsil məqsədinə uyğun gəldi
423
.
C. Elton Xəzərdə tutduğu bütün işlərin əsil mahiyyətini gizlədib bəzi kütbaş
məmurları aldadır, öz pozucu fəaliyyətini «ticarətin inkişafı» pərdəsi altında
genişləndirirdi.
Rus dövləti ingilislərə verdiyi səlahiyyət üçün peşiman oldu. İngilislərin
Xəzər dənizində fəaliyyət göstərmələri Rusiyanın dəniz ticarətinə ağır zərbə
endirdi. Bu münasibətlə Peterburqda uzun-uzadı götür-qoydan sonra Həştərxan
qubernatoru V. İ. Tatişşevə 1742-ci il noyabrın 23-də göstəriş verildi ki, vaxt
itirmədən Xəzər dənizi üçün yeni gəmilər tikdirsin
424
.
Tezliklə on gəmi hazırlanıb suya salındı. Bundan əlavə, Kazan şəhərində
daha üç gəminin quraşdırılması qərara alındı
425
.
Lakin bu gəmilər say etibarilə I Pyotrun dövründə Xəzərdə üzən rus
gəmilərinin onda bir hissəsini ancaq təşkil edirdi. Bu, bir tərəfdən Rusiyanın I
Pyotrun ölümündən sonra Xəzər ticarətinə az əhəmiyyət verdiyini, digər tərəfdən
hökumətin yenidən Xəzərdə fəaliyyətə başlamaq təşəbbüsündə olduğunu göstərir.
Lakin bu barədə ingilislərlə iranlılar heç də ruslardan geridə qalmırdılar.
Əksinə, başda C. Elton olmaqla İranda ingilis mütəxəssislərinin rəhbərliyi altında
422
Н. Попов. Göstərilən əsəri, səһ. 384-385; А. Штылко.Волжско-Каспийское судоходство в
старину, səһ. 47; А. П. Соколов. Астрахань о ее прошлом и настоящем. Государственный архив
Астраханской области, инв. 29832, səһ. 72.
423
C. Hanvey. Göstərilən əsəri, II cild, səh. 209.
424
N. Popov. Göstərilən əsəri, səh. 378.
425
Yenə orada.
93
sürətlə gəmilər tikilirdi
426
. C. Eltonun xidmətində iranlılardan başqa, çar
mütləqiyyətinin zülmündən qaçıb özünə xoş güzəran axtaran rus ustaları, dülgərləri
və matrosları da var idi. Əldə edilən məlumatlara görə, hətta bir neçə rus təbəəsi
müsəlmanlığı qəbul edib, İranda yaşamışdır
427
. Lakin tezliklə ruslar, hətta
iranlıların çoxu ağır istismara dözməyib C. Eltonu tərk etdilər. C. Elton isə
sözündən çıxanları qulaqlarından mıxlatdırır, döydürür və işgəncə verdirirmiş
428
.
C. Eltonun gəmilərində işləyən rus matros və muzdurları Rusiyanın İrandakı
konsulu Arapova müraciət edərək şikayətlənmişlər ki, dənizdə üzərkən C. Elton
onlara içməli suyu belə doyunca vermirdi, onları yerli-yersiz döydürtdürürdü və
s.
429
.
İngilislərin aktiv fəaliyyəti Rusiya hökümətini daha çox təşvişə saldı və
Xəzər ticarətinin müqəddəratı haqqında ciddi tədbirlər görməyə məcbur etdi.
Çünki, sonralar məlum olmuşdur ki, C. Elton İrana ticarət mallarından əlavə, tikinti
və digər strateji əhəmiyyəti olan mallar da daşıyırmış. 1742-1743-cü illər arasında
C. Elton Rəştə hər biri 12 pud ağarlığında olan 15 sal qalay, hər biri 20 pud
ağırlığında içində naməlum mal olan 40 çəllək çıxarmış və şaha göndərmişdir
430
.
Belə fəaliyyəti ilə Nadir şahın etimadını qazanan və ona arxalanan C. Elton
Rusiyanın qəzəbindən ehtiyat etmirdi. Rus konsulu Arapov Peterburqa bildirmişdir
ki, C. Elton İranda ticarət edən rus tacirləri ilə çox kobud rəftar edir və onları
İrandan sıxışdırıb çıxarmaq üçün rus tacirləri ilə iranlıların arasını vurur
431
. Daha
sonra Arapov bildirmişdir ki, C. Elton üç ilin ərzində Nadir şah üçün hərəsi 34
arşın uzunluğunda olan gəmi tikəcək və İran gəmiləri üçün lövbər hazırlayacaqdır.
Bu münasibətlə şah ona ildə 2.000 manat pul verməyi vəd etmişdir
432
. Peterburqa
həmçinin xəbər gəlib çatmışdır ki, C. Elton İranın hərbi xadimlərini Xəzərin
sahillərini öyrənmək üçün tez-tez öz gəmilərində gəzdirir.
Rusların Dərbənddəki rezidenti Bratişşevin yaranan vəziyyət haqqında
Rusiyaya göndərdiyi məktubları Peterburqda daha artıq narahatlığa səbəb oldu. O
yazırdı ki, İranda dörd rus ticarət gəmisi müsadirə edilmişdir
433
. Konsul Arapovun
Bratişşevə yazdığı məktubda eyni zamanda deyilirdi ki, C. Elton öz xüsusi
gəmisini İrana satmaq fikrindədir
434
. Əlbəttə, «satmaq» məsələsinin özü C. Eltonun
fırıldaqlarından biri idi. Bu, bir daha göstərir ki, C. Elton əsil düşmən fəaliyyətini
426
А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh. 47; M. S. İvanov. Göstərilən əsəri,
səh. 100-101.
427
А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh. 47.
428
П. Юдин. Россия и Персия в конце 1712 года (из писем переводчика Братищева к канцлеру
князю Черкасскому) «Российский архив» № 3, 1899, səh. 384; N. Popov. Göstərilən əsəri, səh. 285.
429
N. Popov. Göstərilən əsəri, səh. 385.
430
Yenə orada.
431
N. Yudin. Göstərilən əsəri, səh. 384.
432
N. Popov. Göstərilən əsəri, səh. 386.
433
N. Yudin. Göstərilən əsəri, səh. 384.
434
Yenə orada.
94
pərdələyir və İran üçün hazırladığı gəmiləri öz adından guya İrana satırmış kimi
qələmə verir.
Şübhəsiz, Peterburqda belə xəbərlər nəticəsiz qala bilməzdi. Tezliklə rus
höküməti rəsmi surətdə İngiltərənin Peterburqdakı səfarətxanasına müraciət edərək
C. Eltonun geri çağırılmasını və həbs edilməsini tələb etdi.
Əks təqdirdə rus höküməti ingilislərin fəaliyyətini məhdudlaşdıracağını
bildirdi. Peterburqdan V. N. Tatişşevə tapşırılmışdı ki, C. Elton iş dalınca
Həştərxana gəlmiş olsa, onu o saat həbs etsin
435
. Əgər C. Eltonun özü Həştərxana
gəlməsə, onu müxtəlif yollarla ora çağırsın və ələ keçirsin
436
.
İranda olan rus konsulu Arapov da öz növbəsində bu barədə Dərbənddəki
Bratişşevə tapşırıq vermişdi ki, C. Elton Dərbəndə gəldikdə onu müxtəlif üsullarla
Həştərxana göndərməyə çalışsın
437
. Peterburqda, hətta C. Eltonu tutub dövlətə
təhvil verən adam üçün mükafat da ayrılmışdı
438
.
Lakin rus hökumətinin məqsədindən xəbərdar olan C. Elton artıq bir daha
Həştərxana qayıtmadı. V. N. Tatişşevə isə yalnız C. Eltonun hərəkətlərini izləmək
və ya müşahidə etmək qaldı. Bu sahədə heç bir müvəffəqiyyət əldə etməyən rus
hökuməti ingilislərin şirkətini sıxışdırmağa başladı. Artıq Rusiyanın ərazisindən
İrana gedən gəmi ustalarına xaricə getmək üçün pasport verilmirdi. Nəhayət,
məsələ o yerə qalxdı ki, ingilislər öz parlamentlərinə müraciət etməli oldular.
Tezliklə Londondan Peterburqa Vıq (Wyah) adlı bir nümayəndə göndərildi. Vıq
Peterburqdan Rəştə öz agentlərindən birini göndərməli idi. Agent guya C. Eltonun
fəaliyyətini təftiş etməli və onun mədaxil və məxaric dəftərini yoxlamalı idi. Vıq
bunun üçün Peterburq kabinəsindən icazə aldıqdan sonra 1743-cü ildə tarixdə çox
zaman səyyah kimi qələmə verilən ingilis ticarət kompaniyasının agenti C.
Hanveyi Həştərxana göndərdi
439
.
V. N. Tatişşev C. Hanveylə şəxsi söhbət zamanı bildirmişdir ki, əgər C.
Elton həqiqətən Nadir şahın xidmətinə keçmişsə, onun bu hərəkəti Xəzər
ticarətində ingilislərə çox baha oturacaq və Peterburq sarayının qəzəbinə səbəb
olacaqdır. V. N. Tatişşev eyni zamanda C. Hanveyə məsləhət görmüşdü ki, C.
Eltonu İrana xidmət etmək fikrindən yayındırsın
440
. V. N. Tatişşev C. Hanveyə
İranın donanmaya sahib olmasının rusların Xəzər ticarəti üçün nə kimi qorxu
törədəcəyini bildirdikdə, C. Hanvey cavabında demişdir: «Bu vaxtı ilə isveçlərin
Baltik dənizində Rusiyanın donanmaya malik olmasına razılıq verməmələrinə,
435
N. Popo v. Göstərilən əsəri, səh. 385.
436
А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh. 47.
437
P. Yudin. Göstərilən əsəri, səh. 47; N. Popov. Göstərilən əsəri, səh. 385.
438
А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh. 47.
439
N. Popov. Göstərilən əsəri, səh. 386; P. Sayks. Göstərilən əsəri, səh. 364-365; tarix elmləri namizədi
S. Aşurbəyli yazır ki, ingilis taciri C. Hanvey ticarət məqsədi ilə Rusiyadan keçib İran və Azərbaycana
getmişdir. Bax: S. Aşurbəyli. Göstərilən əsəri, səh. 69.
440
N. Popov Göstərilən əsəri, səh. 387.
95
buna mane olmalarına bənzəyir» və əlavə etmişdir ki, çox güman ki, Nadir şahla
C. Eltonun Xəzər dənizindəki fəaliyyəti bir neçə gəminin tikilməsi ilə
məhdudlaşacaqdır, halbuki, ruslar hər bir zaman onlarca belə gəmi quraşdıra
bilərlər
441
. Müxtəlif yollarla öz nümayəldələrinin əsil təxribatçı fəaliyyətini ört-
basdır etməyə çalışan C. Hanvey, nəhayət, bildirmişdir ki, C. Elton haqqında
söylənilənlərin əksəriyyəti həddən artıq şişirdilmişdir və çox güman ki, bütün
bunların hamısı rus konsulu Arapovun C. Eltona qarşı olan şəxsi-qərəzliyindən
irəli gəlmişdir
442
.
İrana yola düşən C. Hanveydən V. İ. Tatişşev eyni zamanda tələb etmişdir
ki, o, yazılı surətdə söz versin ki, İranda olan ingilislərin heç biri şahın xidmətinə
keçməyəcəkdir
443
.
S. Hanvey yola düşdükdən sonra da İrandan C. Eltonun haqqında gələn
şikayətlərin ardı kəsilmirdi. Məktublarının birində rus konsulu V. İ. Tatişşevə
bildirirdi ki, matroslarından aldığı xəbərə görə, C. Elton bu yaxınlarda Xəzər
dənizinin ətraflarını öyrənmək üçün çıxdığı səfərdən qayıtmışdır
444
. Buldan xəbər
tutan C. Hanvey V. İ. Tatişşevə bildirmişdir ki, C. Elton bu səfərə yalnız ticarət
xatirinə çıxmışdır və bunun İran şahına heç bir dəlaləti yoxdur
445
. Həmin məlumatı
eşidən V. İ. Tatişşev tezliklə bu barədə Peterburqa xəbər vermişdir. V. İ. Tatişşevin
Peterburqdan aldığı cavab məktubunda deyilirdi ki, C. Hanvey də C. Elton kimi
eyni «ticarət şirkətinə» xidmət edir. Odur ki, onların hərəkətlərində heç bir fərq
olmayacaq, C. Hanvey də C. Elton kimi fırıldaqçıdır
446
.
C. Hanveyin açıqdan-açığa C. Eltonun tutduğu işləri ört-basdır etməsi bir
daha göstərir ki, C. Elton İran dövlətinə özbaşına deyil, bilavasitə Londonun
göstərişi ilə xidmət edirdi. Şübhəsiz, İngiltərə təkcə Xəzər ticarətini ələ keçirmək
məqsədini güdmürdü. İngilislər eyni zamanda Rusiyaya siyasi cəhətdən də zərbə
vurmaq niyyətində idilər. Həmin məsələləri mərhum tarixçi A. Əbdürrəhmanov
tədqiq etdiyi üçün onun üzərində dayanmaq lazım gəlmir.
Rus hökuməti C. Eltonun tutduğu işlərdən əbəs yerə narahat olmurdu.
İrandan alınan xəbərlərdən məlum olurdu ki, 1742, 1743 və 1744-cü illərdə C.
Elton adını çəkdiyimiz başqa bir ingilis mütəxəssisi Vudruf ilə birlikdə Xəzər
dənizinin butün sahillərini gəzmiş, öyrənmiş və həmin dənizin xəritəsini tərtib
etmişdir
447
. Başqa bir məlumatda deyilir ki, C. Elton Həştərxandan gizli surətdə
441
N. Popov. Göstərilən əsəri, səh. 388.
442
Yenə orada.
443
Yenə orada, səh. 389.
444
Yenə orada.
445
Yenə orada.
446
Yenə orada.
447
P. Butkov. Göstərilən əsəri, I cild, səh. 221.
96
İrana çoxlu miqdarda gəmiçilik alətləri, rus fabriklərində toxunulmuş yelkən
avadanlığı və s. aparmışdır
448
.
Məhz buna görə də Peterburqdan V. İ. Tatişşevə tapşırılmışdı ki, o, C. Elton
və digər ingilislərin hərəkətinə dəqiq nəzarət etsin və Rusiyanın mənafeyini
qorumaq məqsədi ilə hər cür bəhanə gətirib, Həştərxandan ingilis ustalarının İrana
getməsinə mane olsun və həmçinin lövbər, kanat, yelkən, qatran, kanifas, bez,
habelə dənizçiliyə lazım olan bu və ya digər materialların heç birini Həştərxandan
İrana buraxmasın
449
.
Əldə edilən məlumatlardan belə qənaətə gəlmək olar ki, ingilislərin Xəzər
dənizində aşkar fırıldaq işlətmələrilə baxmayaraq, Rusiya İngiltərə ilə
münasibətlərini açıqdan-açığa pozmaq fikrində deyildi. Bu da təsadüfi deyildir.
Qeyd edildiyi kimi, bu, hər şeydən əvvəl, Rusiyanın Qərbi Avropa ölkələri ilə
ticarətində ingilislərin əsas rol oynamasından irəli gəlirdi. Digər tərəfdən Rusiya
ingilislərin Şirvan, Ərəş və Gilandan aldıqları xam ipəyi Volqa — Xəzər yolu ilə
deyil, Hələb — İzmir yolu ilə Qara dəniz və yaxud da İran körfəzi ilə
aparmalarından ehtiyat edirdi. Bu isə Rusiyanın xammala ehtiyacı olan sənayesinə
zərər vura bilərdi.
Rusiya ingilislərlə mübarizə aparmağı ilk vaxtlarda Həştərxan qubernatoru
V. İ. Tatişşevə və Rusiyalın İrandakı konsulu Arapova həvalə etmişdi. V. İ.
Tatişşev ingilislərin İrana getmələrinə maneçilik törətdiyi kimi, Arapov da
İranda C. Eltonun fəaliyyətinə az maneçilik törətmirdi. Axırda məsələ o yerə çatdı
ki, C. Eltonun özü Rusiyaya məktub yazaraq Arapovdan şikayətlənməyə başladı.
C. Elton yazırdı ki, Arapov ingilislərln gəmilərində işləyən rus matroslarını dilə
tutaraq yoldan çıxarır, onun əleyhinə qalxmağa və yaxud da onu tamamilə tərk
etməyə çağırır
450
. C. Eltonun yazdığına görə, Arapov ingilis gəmilərində işləyən
rus matroslarını qanunsuz olaraq tutub saxlayır və onlar üçün C. Eltondan
müəyyən məbləğ istəyir və hətta ekipajların böyük hissəsini ruslar təşkil etdiyi
üçün C. Eltonun gəmilərinin ona tabe olmasını tələb edir. C. Eltonun yazdığına
görə, Arapov İrandakı ingilisləri qıracağı ilə onu hədələmişdir və s.
451
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ingilislərin Xəzər dənizində
möhkəmlənmələri eyni zamanda yerli tacirlərin mənafeyinə də toxunurdu. Onların
xaricdən gətirdikləri və baha qiymətə satdıqları malları indi ingilislər ucuz qiymətə
satırdılar. Odur ki, Xəzər əyalətlərinin ticarət mərkəzlərində ingilislərə qarşı
müsbət rəğbət oyanmamışdı. Rus dövləti yerli tacirlərin ingilislərə olan pis
münasibətindən hər vasitə ilə istifadə edirdi. Bunu yenə də C. Eltonun
məktubundan müəyyən etmək olar. O yazırdı ki, Dərbəndə yan alan ingilis
gəmisindən mal boşaldan matroslar yerli tacirlər tərəfindən bərk döyülmuşlər. C.
448
N. Popov. Göstərilən əsəri, səh. 389.
449
Yenə orada.
450
Yenə orada, səh. 390.
451
Yenə orada, səh. 390, 391, 392.
97
Eltonun yazdığına görə, onları Bratişşev öyrətmişdi
452
. C. Elton eyni zamanda
bildirmişdi ki, Bratişşev Dərbənd limanında dayanan ingilis gəmilərinə gələrək öz
adamlarına ingilis bayrağını gəmidən çıxarmağı və qırıb dənizə atmağı əmr
etmişdir
453
.
C. Elton məktubunun sonunda bildirmişdir ki, Peterburqda yaşayan ingilis
tacirləri İsveç kralına tabe olmadıqları kimi, o da Britaniya təbəəsi kimi özunün və
ona tabe olanların hərəkətinə görə yalnız dövlətlərində yaşadığı şah və həmçinin öz
kralı qarşısında məsuliyyət daşımalıdır
454
.
C. Elton rusların ingilislərlə açıqdan-açığa mübarizəyə başlamalarından çox
ehtiyat edirdi. Odur ki, ingilislərin Xəzərdəki fəaliyyətini Rusiyanın nəfinə olan
siyasi məsələlərlə bağlamağa çalışırdı. O, məktublarından birində V. İ. Tatişşevə
yazırdı ki, Türkiyənin Şərqdəki təsirinə zərbə endirmək üçün Rusiyaya mütləq
başqa Avropa ölkələrinin köməyi lazımdır. Məhz bunu nəzərə alaraq mərhum
imperatriçə Anna İvanovnanın nazirləri şüurlu surətdə ingilislərə Xəzər dənizində
hüquq vermişdilər. Ümidvaram ki, hazırki imperatriçə də mənim İngiltərə — İran
ticarətinə göstərdiyim xidmətə görə yenə də bizə belə bir icazəni verəcəkdir, çünki
Xəzər ticarətinin güclənməsinin Rusiya üçün də xeyiri vardır
455
.
Beləliklə, C. Elton İranda Nadir şah üçun gördüyü işləri, həmçinin İranı
Rusiyanın əleyhinə qaldırmaq üçün göstərdiyi cəhdləri ticarət və yaxud Türkiyəni
Şərqdən sıxışdırmaq bəhanəsi altında pərdələyirdi. Bunu, C. Hanveyin V. İ.
Tatişşevə yazdığı məktub da bir daha təsdiq edir. C. Hanvey V. İ. Tatişşevi
inandırmağa çalışırdı ki; «o, (Elton) ticarətin xatiri üçün şahla yaxınlıq aparır»
456
.
Sonra C. Hanvey öz məktubunda bildirirdi ki, əgər Rusiya ingilislərin Xəzər
ticarətinə maneçilik törətsə, onlar bu ticarəti «başqa yollarla» aparmağa məcbur
olacaqlar. İpək ticarətindən əldə etdiyi gəliri itirməsindən və ümumiyyətlə, xam
ipəkdən məhrum olmasından ehtiyat edən Rusiya C. Eltonun əl-ayağını dolayı
vasitələrlə yığışdırmağa çalışırdı. Peterburqdan verilən əmrə görə rusların
Londondakı konsulu Britaniyanın Xarici İşlər Nazirliyinə müraciət edib, C.
Eltonun yaramaz hərəkətlərindən uzun-uzadı danışdıqdan sonra Rusiyanın adından
C. Eltonun İrandan İngiltərəyə geri çağrılmasını tələb etdi
457
. Lakin konsula
İngiltərə nazirliyində müəyyən cavab verilmədi. Buna görə də rus hökuməti İ. V.
Tatişşevə ciddi surətdə tapşırdı ki, Rusiyanın ərazisindən Həştərxan vasitəsi ilə C.
Eltonun adına göndərilən malların heç birini İrana buraxmasın və ümumiyyətlə,
452
N. Popov. Göstərilən əsəri, səh. 392.
453
Yenə orada.
454
Yenə orada, səh. 393.
455
Yenə orada, səh. 396.
456
Yenə orada, səh. 397.
457
N. Popov. Göstərilən əsəri, səh. 396; А. П. Соколов Астрахань о ее прошлом и настоящем,
ЖМВД, ч. 12 СПб 1845. Səһ. 72.
98
ingilislərin Xəzər dənizindəki gəmiləri ilə heç bir işgüzar əlaqə yaratmasın
458
.
Lakin çox keçmədi ki, Rusiya bununla kifayətlənmədi. Yeni qərara görə ingilis
gəmilərində yalnız komandirlər ingilislərdən ibarət olmalı idi və bu gəmilərdə
yalnız elə ruslar matros sifəti ilə işləyə bilərdilər ki, onların Rusiyada arvad-
uşaqları qalmış olsun və bununla da onlar nə C. Eltona, nə də şaha satıla
bilməsinlər
459
.
Rusiya dövləti bununla da kifayətlənmədi. Peterburqun göstərişi ilə
Bratişşev və Arapov ingilislərin ticarətini məhdudlaşdırmaq məqsədi ilə öz
adlarından çıxış edərək belə təklif irəli sürdülər ki, ingilislərin Gilana yazda bir,
yayda bir, payızda iki, qışda isə Bakı limanına yalnız bir ticarət gəmisi yanaşa
bilər. Daha sonra V. İ. Tatişşev Dərbənd, Bakı şəhərlərinə və Mazandarana
Rusiyanın ticarət agentlərinin
460
göndərilməsini təklif etdi. Onun fikrincə, bu
agentlər ingilislərin hər bir fəaliyyəti haqqında yaxından məlumat toplayıb,
Peterburqa çatdırmalı idilər.
Rusiyanın ingilis tacirlərinə göstərdiyi təzyiq nəticəsində, nəhayət,
İngiltərənin Xarici İşlər naziri lord Travley rus hökumətinə bildirdi ki, kralın
razılığı ilə C. Elton İrandan geri çağrılacaq, hətta onun adına Rusiyanın ərazisindən
keçmək üçün pasport da hazırlamışdır
461
. Lakin İrandan nə C. Elton və nə də onun
həmrəyi Braun qayıtmadı. Onların əvəzinə, 1743-cü ilin axırında Həştərxana C.
Hanvey qayıtdı. İrandan gələn C. Hanveyi V. İ. Tatişşev çox soyuq və pis qarşıladı.
Həmin hadisədən sonra C. Elton artıq açıqdan-açığa İranın himayəsinə
keçib Nadir şaha xidmət etməyə başladı
462
. Bratişşev bu barədə V. İ. Tatişşevə
yazırdı ki, eşitdiyimə görə Nadir şah C. Eltona hörmətli adamlara bəxş edilən
xələtlərdən bağışlamış, onu İranın Xəzər donanmasının baş komandanı təyin etmiş
və ona iranlılara dənizçiliyi öyrətməyi tapşırmışdır
463
. Çox güman ki, C. Elton İran
üçün gəmiləri Gilandan başqa, Bakı limanında da hazırlayırmış. Çünki Bratişşav
V. İ. Tatişşevə bildirirdi ki, əgər Həştərxandan onun üçün iki silahlandırılmış
qekbot göndərilərsə, o, Abşerona gedib, gəmi quraşdıran C. Eltonu tuta bilər
464
.
Xəzər dənizində İran sahillərinin gəmi quruculuğu üçün yararsız olduğu haqqında
C. Elton özü söhbət əsnasında demişdir ki, ora nəinki böyük gəmilər, hətta kiçik
şxerbotlar qurmaq üçün də yararlı deyildir
465
.
Amsterdamda çıxan qəzetlərdən birinin 1743-cü il sentyabr nömrəsində
dərc edilən məlumatdan aydın olmuşdur ki, C. Elton şahdan ildə 2.000 manat
458
N. Popov. Göstərilən əsəri, səh. 397.
459
Yenə orada.
460
Yenə orada, səh. 398.
461
Yenə orada, səh. 399.
462
N. Butkov. Göstərilən əsəri, I cild, səh. 222; N. Popov. Göstərilən əsəri, səh. 389, 400.
463
N. Yudin. Göstərilən əsəri, səh. 385; N. Popov. Göstərilən əsəri, səh. 389.
464
N. Popov. Göstərilən əsəri, səh. 389.
465
Yenə orada, səh. 394.
99
məvacib almış, bundan əlavə, şah ona ilin müxtəlif vaxtlarında 1.500 manatlıq
mükafat vermişdir. Bunun müqabilində C. Elton Nadir şah üçün bir hərbi gəmi
tikmişdir
466
.
Lakin ikinci dəfə Britaniyadan İrana C. Eltonun işlərini təftiş etmək adı ilə
yola düşən C. Hanvey V. İ. Tatişşevə göndərdiyi məktubunda yenə də C. Eltonun
İrandakı fəaliyyətini ört-basdır etməyə çalışaraq yazırdı ki, C. Eltonun üzərinə
qoyulan bütün bu təqsirlərin hamısı erməni tacirlərinin uydurulmuş
böhtanlarıdır
467
.
Beləliklə, Rusiyanın dolayı yollarla ingilisləri Xəzər dənizindən çıxarmaq
üçün gördüyü tədbirlər gözlənilən nəticəni vermədi. İngilis gəmiləri Xəzərdə üzür.
İran dövlətinin hərbi gəmiləri də tikilirdi. Bu isə Rusiyanı həddən artıq narahat
edirdi. Rusiya nəyin bahasına olursa-olsun İranın hərbi donanmasını məhv etmək
üçün tədbirlər görürdü. 1744-cü ilin yayında Xəzər dənizinin cənub-qərb
sahillərində baş vermiş şiddətli tufan nəticəsində Ənzəli limanında bir neçə rus,
ingilis və İran gəmiləri fəlakətə uğrayaraq qərq olmuşdu. Lakin ingilis
gəmilərindən birisini dalğalar sahilə atmışdı. Arapovu əvəz edən rus konsulu
Bakunin həmin gəmini zəbt edib, içindəki rus matroslarını öz tərəfinə çəkmişdi
468
.
Gəminin komandirləri Bleer və Braun buna qəti etiraz edərək öz tacirləri
Tomson vasitəsi ilə Həştərxanda V. İ. Tatişşevə və İngiltərənin Peterburqdakı
konsulu Bulf vasitəsi ilə Rusiya Xarici İşlər Kollegiyasına şikayətlə müraciət
etdilər. Rusiya isə bunun cavabında Londona müraciət edərək Bleerin, Braunun və
Eltonun İrandan İngiltərəyə geri çağırılmasını tələb etdi. Eyni zamanda
Peterburqdan V. İ. Tatişşevə gizli surətdə bildirildi ki, ingilis losmanlarını satın
alıb, onların gəmilərini hiylə ilə Həştərxana cəlb etsin. Burada isə onları müsadirə
edib, ya rus tacirlərimə satsın və yaxud da sadəcə olaraq gizli surətdə yandırsın.
Lakin Hanveyin verdiyi məlumata görə, V. İ. Tatişşev buna etiraz edərək Peterburq
kabinəsinə bildirmişdi ki, ingilis tacirləri ilə belə sərt rəftar edilərsə, bu, Rusiyanın
şöhrətini azaldar və ingilislərin ruslara qarşı ittiham yürütmələrinə səbəb ola
bilər
469
.
Beləliklə, Rusiyanın ingilis tacirlərinin köməyi ilə rus — İran ticarətini
canlandırmaq ümidi gözlənilən nəticəni vermədi. İngilislərin Volqa — Xəzər
ticarəti yolundan istifadə etmələrinin müəyyən dərəcədə xeyri də oldu. Xəzər
dənizində İran üçün Avropa texnikası ilə bir neçə gəmi tikilib silahlandırıldı.
Müasirlərin yazdığına görə, həmin gəmilər Xəzərdə o qədər azğınlaşmışdı ki, hətta
466
Yenə orada.
467
Yenə orada. Lakin ingilislərin əli Xəzər ticarətindən çıxandan sonra C. Hanveyin özü etiraf edir ki,
C. Eltonun fırıldaqları «ingilislərin Xəzərdəki ticarətinə sağalmaz yara vurmuşdur». Bax: C. Hanvey.
Göstərilən əsəri, II cild, səh. 409.
468
İ. Lerx. Göstərilən əsəri (ikinci səyahət), səh. 98.
469
C. Hanvey. Göstərilən əsəri, II cild, səh. 410.
100
rus gəmilərindən onları salamlamağı tələb edir və ruslara hər cür maneə
törədirdi
470
.
Rus höküməti heç bir dolayı yol ilə ingilislərin əl-ayağını yığa
bilməyəcəyini görüb, 1746-cı ildə onları Rusiya ərazisindən keçib İrana və Şərq
ölkələrinə getmək hüququndan məhrum etdi
471
.
Rus hökumətinin tədbiri ingilis ticarətinə dəyən yeganə zərbə deyildi. 1747-
ci ildə Nadir şahın ölümü, ondan sonrakı feodal hərc-mərcliyi də ingilis ticarət
şirkətinə ağır zərbə endirdi.
Nadir şahın ölümündən sonra İranda hakimiyyət üstündə qanlı mübarizələr
başladı. İran taxtı əldən-ələ keçdikcə onsuz da siyasi və iqtisadi cəhətdən
sarsıdılmış İran dövləti zəiflədi və sarsıldı. Bütün bu hadisələr İranın xarici
ölkələrlə olan ticarətinə də ağır zərbə vurdu. Bir çox ingilis, rus və b. ölkələrin
tacirləri ölkədə başlayan üsyan və feodal ara vuruşmalarının qurbanı oldular.
İran və Azərbaycanda baş verən ən böyük üsyanlardan biri özünü II Şah
Təhmasibin oğlu kimi qələmə verən dəmirçi Sam Mirzənin adı ilə bağlıdır
472
.
Qısa müqavimətdən sonra Sam Mirzənin adamları Rəştə daxil oldular. İ.
Lerx yazır ki, üsyançılar Rəşt şəhərində konsulxanada gizlənən rus tacirlərinə
toxunmadılarsa da ingilis tacirlərinin mallarını qarət etdilər. İngilislərin Rəştdə iki
mal anbarını qarət edən üsyançılar əllərinə keçəni ucuz qiymətə satırdılar.
Beləliklə, ingilislər Rəştdə 50.000 manatlıq mal itirdilər
473
. İ. Lerxin yazdığına
görə, Rəşt şəhərində azdan-çoxdan qarət olunmalı anbarlar ingilislərə məxsus
idi
474
. Şübhəsiz, İ. Lerx burada mübaliğəyə yol vermişdir
475
.
İ. Lerxin yazdığına görə, üsyançılar ingilisləri rusların rezidentinin gözü
qarşısında qarət etdikləri zaman rus tacirləri bundan mütəəssir olmaq əvəzinə
sevinirdilər. Çünki ingilislərin Xəzər ticarətindəki əməliyyatı ruslara nisbətən xeyli
artıq idi. İngilis tacirlərinin qarət olunmaları bir yana dursun, üsyançılar onlardan
Nadir şahın dövründə İran hökumətinin almadığı gömrük pullarını da tələb
edirdilər. İngilislər buna qəti surətdə etiraz etdikdə, şəhərin hakimi Ağa Həsən
bildirmişdir ki, rəsmi müqaviləyə əsasən yalnız rus tacirlərinə gömrüksüz ticarət
etmək icazəsi verilmişdir
476
.
470
A. Ştılko. Göstərilən əəsri, səh. 47.
471
P. A. Ostrouxov. Göstərilən əsəri, səh. 140; P. S. Sayks. Göstərilən əsəri, səh. 365; A. V. Lebedev.
Göstərilən əsəri, səh. 127; А. П. Соколов. Астрахань о ее прошлом и настоящем, ЖМВД, ч. 12,
СПб, 1845, səh. 72. S. Bronevski həmin hüququn 1747-ci ildə ləğv edilməsini iddia edir.
472
İ. Lerx. Göstərilən əsəri, səh. 101. Sam Mirzənin şəxsiyyəti hələ müəyyən edilməmişdir.
473
İ. Lerx. Göstərilən əsəri, səh. 101-102.
474
Yenə orada.
475
İ. Lerx. Göstərilən əsəri, səh. 106. Lakin arxiv sənədlərində 1745-1748-ci illərdə rus tacirlərinə də
maddi cəhətdən xeyli zərər toxunması haqqında məlumat verir. Kopıtopskinin verdiyi xəbərə görə, rus
tacirlərinə həmin illərdə 158.079 manatlıq zərər dəymişdir. А. Юхт. Торговля России с Закавказьем
и Персией во второй четверти XVIII в., журн. «История СССР», № 16, 1961, səһ. 133-134.
476
İ. Lerx. Göstərilən əsəri, səh. 103.
101
Həm Rusiya tərəfindən 1734-cü ildə ingilislərə verilən imtiyazların ləğv
edilməsi və həm də yerli bazarlarda ingilis ticarət şirkətinə bir-birinin ardınca
endirilən zərbə ingilislərin Volqa — Xəzər ticarət yolundan gələcəkdə istifadə
etmək ümidlərini qırdı. Bu hadisədən sonra ingilislərin Rəştdəki şirkəti tamamilə
dağıldı. Şirkətin başlıca üzvlərindən Mirons və Karl Tomson 1748-ci ildə
İngiltərəyə qayıtmalı oldular. Daha sonra öz borclarını toplamaq məqsədi ilə İranda
qalan digər ingilislər də Rusiyadan keçib, İngiltərəyə geri döndülər
477
. İngilislərdən
təkcə C. Elton inad göstərib İranda Lənkərud şəhərində qalmaqda idi. Çox güman
ki, o, İngiltərəyə Volqa— Xəzər dəniz yolu ilə qayıtmaqdan ehtiyat edirdi, digər
tərəfdən İran dövlətində baş verən feodal ara vuruşmaları, üsyan və qiyamlar C.
Eltona qısa müddət ərzində İranda topladığı var-dövləti Fars körfəzi və ya Qara
dəniz vasitəsi ilə İngiltərəyə aparmağa imkan vermirdi. Odur ki, C. Elton
soyuqqanlıq göstərərək İranda qalmalı oldu. Lakin 1750-ci ildə o, sui-qəsd
nəticəsində öldürüldü
478
.
İ. Lerxin yazdığına görə, Nadir şahın ölümündən sonra İranda baş vermiş
feodal ara vuruşmaları, özbaşınalıq, həmçinin Rusiyanın ingilisləri Volqa — Xəzər
yolundan istifadə etmək hüququndan məhrum etməsi, nəhayət, ingilislərin Xəzər
boyu əyalətlərdən geri dönmələri İranın ticarətinə böyük zərbə endirdi. Lakin bu
zərbə əsasən ingilis tacirlərinə də dəymişdi.
Yeri gəlmişkən göstərmək lazımdır ki, ingilislərin şirkəti təsis ediləndən
sonra İrana 172.623 funt-sterlinq məbləğində mal gətirilmiş və 93.375 funt-sterlinq
məbləğində mal ixrac edilmişdi. Nadir şahın ölümündən sonra baş verən qarətlər
nəticəsində 80.000 funt-sterlinq miqdarında mal itmişdi
479
.
Bundan sonra rus gəmiləri Xəzər dənizində daha artıq fəaliyyət göstərməyə
başladı. İ. Lerx rus gəmilərinin Gilana, Bakı və Dərbəndə çoxlu mal gətirdiyinin
şahidi olmuşdur
480
.
Beləliklə, yuxarıda şərh edilən materialların əsasında belə bir qənaətə
gəlmək olar ki, XVIII əsrin birinci yarısında Xəzər dənizi ticarəti uğrunda Rusiya
ilə İngiltərə arasında aparılan rəqabət, nəhayət, ingilislərin məğlubiyyəti ilə
nəticələnmişdir.
477
C. Hanvey. Göstərilən əsəri, I hissə, səh. 349-350.
478
İ. Lerx. Göstərilən əsəri, səh. 12; А. Штылко. Волжско-Каспийское судоходство в старину, P.
Butkov. Göstərilən əsəri, I cild, səh. 22.
479
C. Hanvey. Göstərilən əsəri, səh. 350; P. Sayks. Göstərilən əsəri, səh. 365; C. Hanveyin yazdığına
görə, ingilislərə 1744-cü ildə də böyük zərbə dəymişdi. Həmin il ingilis tacirlərinin Astrabaddan
Məşhədə gedən zəngin karvanları qarət olunmuşdu. C. Hanvey. Göstərilən əsəri, II cild, səh. 108.
480
İ. Lerx. Göstərilən əsəri, səh. 108; А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh.
47.
|