1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

191


ƏLAVƏ 

 

YENİ QƏBUL EDİLMİŞ NATO ÖLKƏSİNDƏ MİLLİ  

HAKİMİYYƏTLƏRİN SƏLAHİYYƏTLƏRİ VƏ ÖHDƏLİKLƏRİ

151


 

 

BİR MODEL HESABATININ NÜMAYİŞİ 

 

Milli Parlament: 



Nədir: Silahlı qüvvələr üzərində siyasi rəhbərlik və nə-

zarət edən  əsas orqan, ya birbaşa ya da nəzarətində olan 

hökümət tərəfindən həyata keçirilir. 

 

Qəbul edir: Hüquqi və konstitusiya maddələrinə əsasən;     



 Silahlı qüvvələrlə bağlı qanunlar; Milli Təhlükəsizlik 

Konsepsiyası və Hərbi Doktrina; 

Nəzarət edir: Hökümətin addımlarını, o cümlədən parla-

ment sorğuları vasitəsilə; müdafiə büdcəsinin formalaşdı-

rılması  və  xərcləri, silahlı qüvvələrin həcmi, strukturu və 

şəxsi heyətin sayı; 

Elan edir: Müharibə və Sülh, ölkə ərazisində Hərbi Və-

ziyyət və ya Fövqaladə Vəziyyət; xaricə qüvvə göndərmək 

və istifadə etmək; ölkənin ərazisinə xarici qüvvələrin gir-

məsi və qalması; 

Ratifikasiya edir: Beynəlxalq müqavilələri( siyasi xa-

rakterli hərbi məsələləri) 

Milli Təhlükəsizlik üzrə Parlament Komitəsi: 

Funksiyası: hökümətin icra qolunun təsisatları ilə mü-

qavilələri işləmək və məsləhətləşmələr aparmaq. 

Prezident ( silahlı qüvvələrin baş komandanı kimi) 

Bəyənir: silahlı qüvvələrin strateji planları; 

Təyin edir: (və vəzifələrindən azad edir) silahlı qüvvə-

lərin  ali komanda heyətini; 

Sədrlik edir: Milli  Təhlükəsizlik üzrə  Məsləhət  Şurası-

na; 

 Milli Parlament sessiyada deyilsə, müharibə elan etmə-



                                                            

151


 Compiled by Ghebali and Lambert, op. cit, pp. 387-9. 

 


 

192


yə,hərbi vəziyyət və ya başqa fövqaladə vəziyyət elan et-

məyə səlahiyyətlidir. 

Hazirlər Kabineti: 

Həyata keçirir: silahlı qüvvələrin ümumi funksiyası 

üzərində  ən yaxın nəzarəti. Parlament qarşısında dövlətin 

müdafiə və təhlükəsizlik siyasətinə cavabdehdir. İcra haki-

miyyətinin mərkəzi orqanı olaraq müdafiə  və  təhlükəsiz-

liklə bağlı  özünün tabeçiliyində olan orqanları koordinasi-

ya edir. Konstitusiya ictimai qayda və qanunu və milli təh-

lükəsizliyi təmin etməkdə və silahlı qüvvələrə rəhbərlik et-

məkdə hökümətin səlahiyyətlərini aydın  şəkildə müəyyən 

edir. Müdafiə Qanununa uyğun olaraq hökümət: 

Qəbul edir: müdafiə məsələləri üzrə normativ aktlar 

Bəyənir: ordunun strukturunu 

Təklif edir: Prezidentin ali komandanlıq üzvlərini təyi-

natlarını 

 

Milli Təhlükəsizlik Şurası:



152

  

 



Rəhbərlik edilir: Milli Təhlükəsizlik üzrə  məsləhət or-

qanı kimi Baş Nazir  tərəfindən; 

Təmin eidr:  Nazirlər Şurasına dəstək  

Təşkil olunur: Xarici İşlər Naziri və müavini,Müdafiə 

Naziri və müavini,Daxili İşlər Naziri və Nazirliyin Baş 

Katibi, Silahlı Qüvvələrin Baş Qərargah Rəisi, Milli Kəş-

fiyyat Xidmətinin Direktoru, Milli Təhlükəsizlik Xidməti-

nin Direktoru; 

Cəmləşdirir: analizləri və milli təhlükəsizliyə mümkün 

risklərlə bağlı əldə olunan bütün informasiya əsasında ye-

kun nəticələrə gəlir və mümkün addımlar təklif edir. Təh-

lükəsizlik Şurasının qərarları Baş Nazir tərəfindən təqdim 

oluna bilər və normativ akt qəbul etməyə ehtiyac olur-

sa,hökümət tərəfindən qəbul edilə bilər. 

Qarşılıqlı  əlaqədə olur:milli təhlükəsizliklə bağlı  səla-

hiyyətləri olan digər orqanlarla, ölkənin milli təhlükəsizli-

                                                            

152


 Hökümət tərəfindən Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq təsis edilmişdir. 

 


 

193


yinin vəziyyəti haqqında hökümət tərəfindən illik Hesabat 

hazırlandığı halda. Əlbəttə,Təhlükəsizlik Şurasının işi kon-

sensus  əsasında gedən mülki-hərbi qarşılıqlı  əlaqədır və 

bohran hallarında təsirli demokratik nəzarət alətidir. 

 

Müdafiə Maziri : 



 

Kimdir: mülkidir; 

Yerinə yetirir: qanunla ifadə olunmuş demokratik haki-

miyyət 


Vəzifədədir:  müdafiə siyasətini yerinə yetirmək üçün; 

Ifa edir: silahlı qüvvələr üzərində ümumi rəhbərlik; 

Cavabdehdir: silahlı qüvvələrin kadr siyasətinə; 

Təyin edir: tərxis edir,hərbi xidmətdə olan zabitlərə rüt-

bə verir və ordudan xaric  edir; 

Ayırır: hərbi büdcə 

Hazırlayır: müdafiə nazirliyinin ümumi iqtisadi və sosi-

al siyasətini. 

 

Baş Qərargah Rəisi: 



 

Kömək edir: Müdafiə Nazirinə onun müavini ilə birlik-

də öz vəzifələrini yerinə yetirmək üçün. 

Müdafiə Şurası:  

Rəhbərlik edilir: müdafiə naziri tərəfindən; 

Hərəkət edir:  məsləhət orqanı kimi nazirlik səviyyəsin-

də konsensus əsasında qərar -vemə  

Konstitusiya Məhkəməsi:  

Yerinə yetirir: silahlı qüvvələrlə  əlaqədar konstitusiya 

qanununu interpretasiya edərək öz qərarları vasitəsilə mül-

ki nəzarət. 

 

  

 

 

 


 

194


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

195


5-ci Fəsil 

Təhlükə və Təhlükəsizlik 

Dr.Jan Arveds Trapans 



 

 

Giriş 

Bu fəsil milli təhlükəsizliyin inkişaf etdirilməsini,təhlükələri ayırd etmək,risklə-

ri qiymətləndirmək və strategiyalar qurmaq yolu ilə müzakirə edir. Ardıcıllıq,daha 

çox, hərbi məqsədlər üçün prosedurun necə yerinə yetirildiyini və hazırlandığını 

göstərir, və hələ də o öz yaranma əlamətlərini daşıyır. Digər tərəfdən bu hərbidən 

kənara çıxan qayğılar üçün də istifadə oluna bilər və olur. O qeyri-hərbi təhlükələ-

rə, geniş miqyaslı təbii fəlakətlərə də tətbiq edilir; hətta özəl sektor bu yanaşmadan 

istifadə edib rabitə sistemlərinə potensial təhlükələri araşdırmaq və ona qarşı müba-

rizə aparmaq üçün istifadə edir. 

Biz üç səbəbə görə təhlükə analizinə prosesin hərbi tərəflərini açıqlayaraq baxa-

cağıq. Birincisi, o bizə, informasiyadan başlayaraq, təhlükə qiymətləndirilməsinə 

keçərək  və strategiyalarla yekunlaşdıraraq prosesin daha tam yuvarlaqlaşdırılmış 

versiyasını verir. Bu cür əlverişli vəziyyətdə,metodologiyaya daxil olan ayrı-ayrı 

hissələr çox aydın şəkildə müəyyənləşə bilər. İkincisi,avtoritar sistemlərdən və in-

zibati amirlik iqtisadiyyatından demokratik sistemlərə və azad bazar iqtisadiyyatına 

doğru uzaqlaşan ölkələr təhlükəsizlik və müdafiə plandaşdırması üçün yeni yanaş-

ma qəbul etməlidirlər. Üçüncüsü, daha dar, lakin mühüm olan təhlükələrin analiz 

edilməsinin xüsusi metodları və təhlükəsizlik və müdafiə strategiyalarının qurulma-

sı “keçid ölkələrində” olan siyasətçilər üçün,xüsusilə də NATO və AB-ə girməyə 

ümidli olanlar üçün elə  məsələlərdir ki, onların bu ideyaları tutmaq,öyrənmək və  

öz ölkələrinin və  cəmiyyətlərinin siyasi və  hərbi davranışına inteqrasiya etmələri 

gözlənilir. 

Strategiyaya bu günkü demokratik yanaşma,Soyuq Müharibə dövründə təhlükə-

lər və riskləri ayird etmək və məşğul olmaq üçün metod kimi hazırlanmışdır. “Qərb 

... Milli Təhlükəsizlik Konsepsiyası hazırladı və orada deyilir ki,ölkənin təhlükəsiz-

liyinə müdafiə daxildir,lakin o, təkcə hərbi güc üzərində qurulmamışdır. Bu, iqtisa-

diyyat,cəmiyyət və hərbi güc əsasında tarazlıq yaratmaq cəhdidir. O, həmçinin, xal-

qla məsləhətləşmələrə hədsiz dərəcədə ehtiyac olduğunu və qonşuların münasibət-

lərini nəzərə almağın vacıb olduğunu qəbul edir”. Çünki hər bir ölkə öz təhlükəsiz-

lik strategiyasını uzun-müddət oturuşmuş siyasi adətlərə uyğun  şəkildə hazırlayır 



 

196


və sənədləşdirir, heç bir vahid Qərb forması və plan və proqramı yoxdur.Lakin il-

kin zəruri predmetlər –ölkənin strateji mühiti, onun beynəlxalq təşkilatlarla müna-

sibəti,onun xarici siyasəti və iqtisadi imkanları-hər bir ölkədə konseptual özəyi for-

malaşdırır. 



 

İnformasiya və Kəşfiyyat

 

Prosesin birinci mərhələsi informasiya və kəşfiyyatı əhatə edir. Bu iki söz, “in-

formasiya” və “kəşfiyyat” oxşardır, lakin müdafiə və hərbi planlaşdırmaya gəldik-

də  fərqli məna daşıyır.  İnformasiya çöxlu sayda təşkilatlardan,çoxlu mənbələrdən 

yığılır. İnformasiya toplayanlar, bir qayda olaraq,kəşfiyyat orqanlarıdır. Alınan in-

formasiya qiymətləndirilir və analiz edilir və nəticədə o “ağıla” çevrilir. Kəşfiyyat 

qiymətləndirilən materialın canıdır, etiabarlı  və faydalı olacağı  dəyərləndirilir. O 

yığılır,yekunlaşdırılır və siyasətçilər siyasət müəyyən etmək üçün əsas kimi istifadə 

edirlər. Bu təhlükələri müəyyənləşdirmək və riskləri qiymətləndirmək üçün vasitə-

lərdir. 


Kəşfiyyat müxtəlif yollarla qruplaşdırıla bilər. Dövləti və  cəmiyyəti qorumaq 

üçün daxili təhlükəsizlik qüvvələri; xarici risklər, qorxular və təhlükələr və ona ox-

şar hadisələrlə məşğul olan xarici kəşfiyyat; xarici kəşfiyyat əməliyyatlarının qarşı-

sını almaq üçün və son dövrlərdə yeni terror təhlükələrinə qarşı yönələn əks-kəşfiy-

yat. Kəşfiyyat xidmətləri xammal informasiyanı alır və qiymətləndirir; analiz edir 

və kəşfiyyata çevirir; onu vəziyyətlə bağlı hesabatlara, qiymətləndirmələrə, fərziy-

yələrə və brifinqlərə salır. Kəşfiyyatı ayırmanın digər yolu onu strateji və əməliyyat 

kəşfiyyatına bölməkdir. Əməliyyat kəşfiyyatı, proqram və ya əməliyyatın mövcud 

olan və layihələşdirilən imkanlarının cari əsasda müəyyən edilməsində istifadə olu-

nur və uzun-müddətli layihələşdirmələrə aparmır. Hərbi komandirin istədiyi və əl-

də etdiyi elə budur. Strateji kəşfiyyat, siyasətçilərə uzun müddət  əhəmiyyəti olan 

milli siyasət və ya qərarlar qəbul etmək üçün informasiyalar verir. Tipik olaraq, o, 

zaman keçdikcə  dəyişir və  kəşfiyyat araşdırmaları  və mühakimələrinin inkişafına 

gətirir. O,siyasətlə,hərbi işlərlə, iqtisadiyyatla, cəmiyyətin qarşılıqlı əlaqəsi və tex-

noloji inkişafla bağlı informasiyaları bir yerə yığır.  

Təhlükə  xəbərlərinin necə idarə olunmasını başa düşmək çox mühümdür.  Üç 

cür metod vasitəsilə toplanan informasiya-insan,texniki və açıq kəşfiyyat mənbələ-

ri- kəşfiyyat hesabatına yığılır və onların bir qismi siyasətçilərə və hökümətin ida-

rələrinə göndərilir. Hesabatların həcmi geniş olduğundan, ali rəhbərliyə ancaq onun 

kiçik bir hissəsi gedib çıxır. Onların bir qismi gizli olduğundan yayılması məhdud-

laşdırılır. Buna baxmayaraq,Hökümət rəsmiləri,Konqres üzvləri, mülki qulluqçqla-

rın bir qismi və hətta dövlət sirlərinə çıxışı olan bir çox dövlət idarələrinin üzvləri 

bu məlumatların hamısına yox, bir qisminə  çıxışları olur. Beləliklə “kəşfiyyat ic-

ması” ümumi təhlükə mühitindən xəbərdardır. 



 

197


Təhlükəsizlik və müdafiə planlaşdirması üzrə Qərb araşdırmaları “kəşfiyyat təş-

kilatları” və “kəşfiyyat icması” haqqında danışırlar.  Hər bir ölkənin müxtəlif fun-

ksiyaları və ümumi qanuni hüquqları olan bir sıra kəşfiyyat təşkilatları vardır. Yeni 

risklərin yarandığı və yayıldığı müasir təhlükəsizlik mühitində, kəşfiyyat təqibinə 

qoşulan hökümət təşkilatlarının ümumi sayı sürətlə artır. Bu cür yaradılan təşkilat-

ların  ən böyük sayı Amerika Birləşmiş  Ştatlarındadır və son hesablamalara görə 

onların sayı 15-dir. Onların bir çoxu özlərinin bütün səylərini istisna olaraq kəşfiy-

yat və təhlükəsizlik təqibinə yönəldirlər, digərlərinin bu işlə məşğul olan hər hansı 

xüsusi bölmələri və ya birlikləri ola bilər, amma onların hamısı kəşfiyyat icmasına 

aiddir.Bir çox təşkilatlar var ki, onlar baxmayaraq ki, tam olaraq Hökümət tərəfin-

dən maliyyələşdirilmir, amma sərbəst şəkildə işləyirlər və onlar “kəşfiyyat icması”-

nın fövqaladə əhəmiyyətli və nüfuzlu üzvləridir və onların təcrübəsindən təhlükə-

sizlik və müdafiə analizi üçün istifadə edilir və onun bir qismi yüksək dərəcədə 

gizlidir.( RAND korporasiyası çox yaxşı məlumdur). Beləliklə, “kəşfiyyat icması” 

rəsmi “kəşfiyyat təşkilatlarından” və digər başqalarından təşkil olunur. 

İnformasiya, kəşfiyyat və təhlükə aydınlaşdırılması prosesi dəqiq olaraq işləmir, 

tam pozula da bilər. Amerika Birləşmiş  Ştatlarının Qaçılmaz Terrorçu Hücumlar 

ilə bağlı Milli Komissiyası özünün Yekun Hesabatında son, fövqaladə  fəlakətli 

uğursuzluğu, və ya 9/11 Komissiya Hesabatını araşdırmışdır. O, Hökümətin nə et-

diyi bütün məsələləri, idarələr-arası işləri, kəşfiyyat xəbərlərini, təhlükə aydınlaşdı-

rılmasını  və tövsiyə edilən  əks-tədbirləri gözdən keçirmişdır. Hesabatın diqqətlə 

öyrənilməsi vacibdir. 



 

Təhlükə Analizi: Proses 

Təhlükə analizi oturuşmuş,rəsmiləşmiş metoddur. O sxemli olaraq düstur kimi 

tez-tez təqdim və izah edilə bilər və edilir. Onun elementləri təhlükə,zəif nöqtə-

lər,gətirdiyi nəticə və riskdən ibarətdir. Hər hansı zaman intervalında qorxulu hadi-

sə baş verdiyi halda təhlükə ehtimalı olur. Hədəfin təhlükəyə qarşı müdafiə olunma 

dərəcəsi var, ya da yox. Zəif nöqtələr, təhlükə olduğu halda, məsələn hərbi hücum 

olarsa uğur qazanılacağının göstəricisidir.Nəticə,ölkənin təhlükəsizliyinə,iqtisadiy-

yatına və ya əhalisinə  dəyən zərərin təqribi hesablanan ölçüləridir. Təhlükə, zəif 

nöqtələr və  nəticələrin toplamı Riskdir. Risk,onu azaltmaq üçün hökümətə  tədbir 

görməyə, addımlar atmağa istiqamət verir. Bi bir hesablamadır, elə bir şeydir ki, 

hökümət bunu qəbul edib riskə qarşı çıxar və ya əks tədbirlər görməklə onu mini-

muma endirə bilər,lakin o digər riskləri artıra bilər. Hökümət çox baha başa gələn 

geniş kütləvi silahlı qüvvələrlə bağlı çatışmazlıqlarını kompensasiya etmək üçün 

nüvə çəkindirməsi haqda qərar verə bilər (NATO Soyuq Müharibə zamanı belə qə-

rara vermişdi). 

Lakin, adi hərbi qüvvələr müəyyən dərəcəyə qədər azaldıla bilər,çünki onun zə-



 

198


ifliyi hətta məhdud dairədə hücum olduğu zaman zəif müdafiəyə  gətirər və digər 

risk forması yarada bilər. Riskin ölçülməsi çox mürəkkəbdir,ona görə ki,o təhlü-

kə,zəif nöqtələr və xərclərlə əlaqəlidir və onlar da təqribi hesablamalardır. Təhlükə-

lər “konkret hadisələrdir” və onlar ehtimallarla məhdudlaşır; zəif nöqtələr də “ehti-

mallardır”; nəticələr həm insan, həm də maddi baxımdan hesablanır; və onların ha-

mısının nəticəsi riskdir, praktiklərin istifadə etdikləri “adətən hərbi hadisə kimi gö-

rünən (baxmayaraq ki, hərbi hadisə olmaya da bilər) təhlükəli hadisələr fövqündə 

əlverişsiz  nəticə ehtimalı” kimi terminologiyada ifadə olunur. Təhlükə və risk qiy-

mətləndirməsi prosesi və bu prosesin hansı nəticəyə aparacağı ilə bağlı iki nümunə 

veriləcək, biri nəzəri və digəri isə konkret.  

Nəzəri nümunə üçün, biz Kanada Müdafiə Nazirliyi tərəfindən təqribi edilmiş 

sadə nəzəri analizdən istifadə edəcəyik. Bu təhlükə ssenarisi əsasında hazırlanmış-

dır və Amerika Birləşmiş Ştatlarının öz cəbbəxanasında olan bütün silahlardan və 

qüvvələrdən, nüvə  və adi silahlardan,quru, dəniz və hava qüvvələrindən istifadə 

edən geniş miqyaslı hücum ssenarisidir. Aydındır ki, Kanada bu cür hücumun qar-

şısını ala bilməz. Hərbi müqavimət çox qısa ola bilər. Ölkəyə və cəmiyyətə vurulan 

zərərin ölçüləri çox böyük olar. Lakin bu cür hücumun olması perspektivi və ehti-

malı sıfra bərabərdir. Ona görə də, Kanada üçün də risk sıfra bərabərdir. Onun heç 

bir əks-tədbir görməsinə ehtiyac yoxdur. Kanada Müdafiə Nazirliyinə Silahlı Qüv-

vələri gücləndirmək, qüvvələrin tərkibini dəyişmək,uyğun müdafiə planları qurmaq 

və parlamentə müdafiə büdcəsini artırmaq haqqında müraciət etmək planları hazır-

lamaq ehtiyacı yoxdur. Parlament, təhlükə  və risk analizinə baxan son orqan-

dır,çünki yekun qərar xərclər ilə bağlıdır və Soyuq Müharibə zamanı, o, ən azı xari-

ci təhlükələrə qarşı müdafiə xərcləri kimi qəbul edilirdi. 

Hərbi planlayıcılar az-az hallarda əlverişli vəziyyətlərdə olurlar və o zaman on-

lar təhlükənin və ya təhlükə ehtimalının sıfra bərabər olduğunu və ya sıfra yaxın ol-

duğunu güman edirlər. Məsəslən, NATO-nun 1999-cu ildə Vaşinqtonda qəbul edil-

miş son Təhlükəsizlik Strategiyasında deyilir: “Strateji mühitdə müsbət dəyişiklik-

lərə və müttəfiqlərə qarşı geniş-miqyaslı təcavüz ehtimalının çox az olmasına bax-

mayaraq, qarşıdakı uzun dövr örzində bu cür təhlükənin yaranması mümkünlüyü 

mövcuddur”. Beləliklə,Strateji Konsepsiya hazırlanan zaman belə təhlükənin olma-

si ehtimalının çox az olduğu deyilirdisə, bunun zaman keçdikcə yenidən olması 

mümkünlüyü göstərilir. Ona görə  də, təhlükəsizlik mühiti periodik olaraq icmal 

edilməli  və uzun vadidə təhlükələrin meydana gələcəyi və ya gəlməyəcəyi aydın-

laşdırılmalıdır. 

Beləliklə, bunun hamısı  məlumatlı fikir yeridilməsinə  gətirir. Heç bir zaman 

tənha risk olmur: onlar dəst şəklində olur. Müasir təhlükəsizlik mühitində onlar da-

ha çox peyda olmuşlar: ən təhlükəlisi və kinlisi terrorçulardır. Təhlükə geriyə ge-

dən iqtisadi,siyasi və sosial vəziyyətlərdən doğur və onlar bir-birini sürətləndirirlər. 


 

199


Ekstremist siyasi təşkilatların cinayətgar təşkilatlarla  əlaqəli olduğu məlum olur. 

Onlar ölkədə sabitliyi pozur,sərhədlərdən kənara çıxır və bölgəyə təhlükə gətirirlər.  

Risklərin bütöv yığımının qiymətləndirilməsinə ehtiyac duyulur: 

•  Təsirli informasiya toplanması  və onların qiymətləndirilməsinin 

obyektiv prosesi; 

•  Kəşfiyyat yaradan məlumatlarla analiz prosesinə fayda

•  Analizləri etmək üçün tələblərə cavab verən və ekspert heyəti; 

•  Siyasətçilərə  təhlükə analizini təmin edən prosedurun müəyyən 

edilməsi. 

 

Təhlükə analizi təhlükəsizlik strategiyalarını hazırlamaq üçün istifadə edilir və 



müəyyən edilmış nümunəyə əsasən Qərb planlaşdırma prosesində aparılır. Təhlükə 

analizləri var ki, onlar riskləri,milli təhlükəsizlik strategiyalarını( və ya konsepsiya-

larını), sonra gələn milli müdafiə siyasətini və sonra milli hərbi strategiyanı qiy-

mətləndirir. Biz Amerika Birləşmiş  Ştatlarında indi nə baş verdiyi prosesi təsvir 

edəcəyik. 

 

Planlaşdırma İerarxiyası və Yeni Təhlükələr  

Amerika Birləşmiş Ştatları 2001-ci ilin Sentyabrında yeni və çox ağrılı təhlükə 

ilə üzləşdi. Bundan sonra o terrora qarşı qlobal müharibə elan etdi və Əfqanıstanda 

və  İraqda iki müharibədə vuruşdu. Burada bizim məqsədimiz təhlükə analizi və 

strategiya formalaşdırılması baxımından nə baş verdiyini təsvir etməkdir. Milli Ko-

missiya tərəfindən hazırlanan təhlükə qiymətləndirilməsi haqda qeyd edilmişdir. 

Digər tərəfdən, Amerika Birləşmiş  Ştatları üç əsas sənəd ilə, Milli Təhlükəsizlik 

Starategiyası, Milli Müdafiə Starategiyası və Milli Hərbi Starategiyası ilə özünün 

strateji planlaşdırmasını nəzərdən keçirdi və təftiş etdi. 

Ağ Ev, Milli Təhlükəsizlik Starategiyasını 2002-ci ildə elan etdi. Əsas qayə o 

idi ki, “terrora qarşı müharibə” və yeni Strategiya daxili təhlükəsizliyi,risklərə qarşı 

ən birinci prioritet kimi müəyyənləşdirdi. O transnasional terror şəbəkələrinə, küt-

ləvi qırğın silahlarına sahib olan və ya onları əldə etməyə çalışan yaramaz ölkələrə 

və təcavüzkar dövlətlərə qarşı fəal hücum xəttləri tələb edirdi. Strategiya,Amerika 

Birləşmiş Ştatlarına qarşı yönələn hücumların qarşısını almaq üçün imkanların tək-

milləşdirilməsini,başqa ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsini 

və Amerikanın milli təhükəsizlik təsisatlarının transformasiya edilməsinin zərurəti-

ni vurğulayır. 

Daha ətraflı əsas sənəd Müdafiə Naziri tərəfindən hazırlanan və 2004 –cü ildə 

son variantı formalaşdırılan Milli Müdafiə Strategiyasıdır. Milli Təhlükəsizlik Stra-

tegiyasına dəstək olaraq, Müdafiə Strategiyası Müdafiə nazirliyinin təhlükəsizlik 

fəaliyyətlərinə və onun məqsədlərinə rəhbərlik edən çox əhatəli müdafiə məqsədlə-



 

200


ri siyahısını müəyyən edir, hərbi fəaliyyətlər arasında və hökümətin digər qolları 

arasında körpu rolunu oynayır. Müdafiə Strategiyasına Müdafiə Nazirliyinin “müt-

təfiqləri və dostları  əmin edən,potensial rəqibləri fikrindən döndərən, təcavüzdən 

çəkindirən və  məcburetməyə qarşıduran və  rəqibləri məğlub edən”  tədbirlərdən 

ibarət fəaliyyətlər daxildir. Müdafiə Nazirliyinin təhlükəsizlik fəaliyyətləri dörd 

əsas hərbi məqsədlər üzərində qurulur.  Onlar aşağıdakılardır: Amerika Birləşmiş 

Ştatlarının birbaşa hücuma məruz qalmamasını təmin etmək, strateji məhsullara çı-

xışı təmin etmək və fəaliyyət üçün qlobal sərbəstlik saxlamaq, əlverişlı beynəlxalq 

qaydaya yardım edən  təhlükəsizlik şərtləri qurmaq və ümumi təhdidlərlə mübarizə 

aparmaq üçün ittifaqları və tərəfdaşlıqları möhkəmləndirmək. Müdafiə Strategiyası 

təbiəti etibarı ilə həm siyasidir, həm də hərbi. 

Ücüncüsü,Baş  Qərargah Rəisi tərəfindən 2004 –ci ildə hazırlanan Milli Hərbi 

Strategiya da vardır. O,Prezidentin Milli Təhlükəsizlik Strategiyasının məqsəd və 

və vəzifələri əsasında yazılmışdır və Müdafiə Naziri tərəfindən Milli Müdafiə Stra-

tegiyasının yerinə yetirilməsinə xidmət edir. O Silahlı Qüvvələrin yaxın vadidə 

hərbi vəzifələrini açıqlayır  və onların gələcəkdə qətiyyətli qalması üçün baxışla tə-

min edir. Milli Hərbi Strategiya uyğun hərbi xidmətlərin komandirləri üçün bir sıra 

qarşılıqlı bağlı  hərbi vəzifələr müəyyən etməklə  hərbi fəaliyyətləri fokuslandırır; 

arzu olunan imkanları və funksiyaları aydınlaşdırır-güc işlədilməsi; hərbi imkanla-

rın yeridilməsi və saxlanılması;döyüş məkanının təmin edilməsi; və qərar vermədə 

alilik qazanılması. Ayrıca, düşmən ölkələrin və terrorçuların ixtiyarında olan və 

Birləşmiş Ştatların üzləşdiyi ən böyük təhlükəsizlik təhdidlərini təmsil edən -nüvə, 

bioloji və kimyəvi silahlara qarşı Kütləvi Qırğın Silahları ilə Mübarizə üzrə Milli 

Strategiya da vardır. Bu təhlükəyə qarşı durmaq üçün geniş strategiya Amerika Bir-

ləşmiş Ştatlarının Milli Təhlükəsizlik Strategiyasının tərkib hissəsidir. 

Bu strategiyalar sıx surətdə uzlaşmalıdırlar.Planlaşdıma ierarxik məsələdir, 

ümumi,geniş milli strategiyadan başlayaraq daha da məhdud müdafiə strategiyası-

na və sonra spesifik,ətraflı hərbi strategiyaya doğru hərəkət edir. Milli strategiyanın 

böyük rolu fırlandığı halda o müdafiə strategiyasındakı daha geniş mexanizmləri 

hərəkətə gətirir və ondan sonra ən azı nəzəri cəhətdən hərbi strategiyadakı daha ki-

çik dişləri hərəkətə gətirir. Praktiki olaraq,proses və nəticə baxımından,iş necə ge-

dir və sonda o nəyə  gətirir,başqa məsələdir. Strateji planlaşdırmanın aparatı heç 

vaxt dəqiq işləmir. Mexanizm davamlı olaraq təmir tələb edir və orada siyasi palçıq 

var və ordu da ona bulaşıb və onun təbiəti müxtəlif ölkələrdə fərqlidir. Buna bax-

mayaraq, yuxarıdakı təsvir onun necə işlədiyi haqda bizə ümumi anlayış verir. 

Demokratik ölkələrdə,parlamentlər təhlükəsizlik haqqında daha çox sözə sahib-

dirlər; yeni demokratik ölkələrə  də milli təhlükəsizlik strategiyalarının parlament 

tərəfindən müzakirə edilməsi və qəbul edilməsi məsləhət edilir. ABŞ fərqli yanaş-

ma seçmişdir. Milli Təhlükəsizlik Strategiyasını Prezident bəyənir və Konqresin 


 

201


birbaşa təsiri olmasa da,büdcə  qəbulu və komitələrin nəzarət mexanizmləri,dinlə-

mələr və başqa prosedurlar vasitəsilə onun üzərində böyük təsiri vardır. Digər tə-

rəfdən, Konqres Müdafiə Nazirliyindən hər dörd il ərzində  Dördillik Müdafiə 

İcmalı alır və orada ordunun həcmi və strukturu izah edilir.  Konqres güclüdür,mə-

lumatlıdır və hər şeyi bilmək istəyir. Hərbi strategiyaya baxsaq, mülki və hərbi sə-

lahiyyətlər aşağıdakı xətlər üzrə bölünür. 

•  Milli təhlükəsizliyə hansı risklər var?  

(Əsasən hərbi məsələdir,mülki baxış ilə) 

•  Ölkə riskləri necə yumşalda bilər? 

(Əsasən hərbi məsələdir,hərbi məsləhət ilə) 

•  Təhlükə baxımından ölkənin hərbi gücü nə qədər böyük olmalıdır? 

(Əsasən mülki məsələdir,hərbi məsləhət ilə) 

•  Ordunun tərkibi necə olmalı,quru,dəniz,hava qüvvələrinin,onların 

güc tərkibi? 

(Əsasən hərbi məsələdir,mülki baxış ilə) 

Hal-hazırda Konqres son hərbi strategiyanın törətdiyi çətinlikləri araşdı-

rır. Terror təhlükəsinə mübarizədən daha ciddi işlər var; üç ayrı, güclü ha-

disə  özündə onu daşıyır. Birincisi, Soyuq Müharibə bitmişdir və Birləşmiş 

Ştatların təhlükəsizlik şəraiti və güc tərkibi dəyişmişdir. İkincisi, hərbi iş-

lərdə inqilab olmuşdur və onun mərkəzində kompyuterləşmiş müharibə du-

rur. Silahlı qüvvələr gələcəyə körpü olan yüksək texnologiyalı qüvvələrə 

keçməyi planlayır. Ücüncüsü,əlbəttə terrora qarşı müharibə gedir. Bütün üc 

amil son hərbi strategiyanın tərkib hissələridir və o risklərə qarşı əsas plan 

kimi Konqres tərəfindən gözdən keçirilir. Burada, hətta əldə olan bu məsə-

lələrin mürəkkəbliyini göstərmək üçün yer yoxdur-həm də ümumiyyətlə 

ehtiyac yoxdur. Bütün strategiyalara,analizlərə,xərclərin hesablanmasına 

və ekspert qiyməyləndirmələrinə həm cap, həm də elektronik formada açıq 

çıxış var. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin