Pişik v
ə siçan
Biri var idi, biri yox idi.
Dünyada insanlar yox ik
ən pişiklər var idi.
Xoruzlar dünyanı oyadır,aslanlar bütün
heyvanları qoruyur,itl
ər ev tikir, qurbağalar
kitab oxuyur,hörümç
əklər kilim toxuyurdu.
Bel
əcə, hər heyvanın gördüyü bir iş vardı,
amma hamısı da pişikd
ən qorxardı, cünki pişik
h
əm aslanın yaxın qohumu, həm də pələngin
n
əvəsi idi.
Pişiyin iti ğözl
əri,ox kimi
kipikl
əri, biz-biz tükləri, qorxulu pəncələri
var idi, g
əl görəsən. Pəncələri elə böyük,
dırnaları el
ə iti ki, bütün böcəkləri, siçanları
asanlıqla tutardı. Bu pişiyin adı-sanı h
ər
yana yayılmışdır. Onun adı Tufan idi.
Günl
ərin bir günü özünə ov axtaran Tufanın
gözün
ə bir siçan dəydi. Amma bu siçan çox
balaca idi. Onun dişinin dibind
ə qalardı.
Aclığa dözm
əyən Tufan onun üstünə atıldı. Bu
zaman balaca siçan pıqqıldayıb gülm
əyə
başladı. Tufan t
əəccüblənib soruşdu:
-Ay siçan, s
ən gülürsən, yoxsa
ağlayırsan?
-
Əlbəttə ki, gülürəm.
-Niy
ə?
-S
əni adlı-sanlı Tufan sanıb sevindim ki, sənə
ov olacağam. Özüm
ə gülürəm. Sən Tufan
deyils
ən.
-Nec
ə yani? Tufanam
Siçan daha çox gülm
əyə başlayır və soruşur:
-Bütün heyvanların qorxduğu pişik s
ənsən?
-M
ənəm. Sən məndən
qorxmursan?
-Qorxsam n
ə olacaq ki? Böyüksən,
güclüs
ən,amma heç mədəni deyilsən.
Tufan bu sözə təəcüblənir,bir az da hirslənir.
-Kim deyir?
Siçan gülməyini dayandırmadan:
-Sən bir pəncəni arala, mən səni başa salım.
Mədəniyyət təmizliklə başlayır,- dedi.
-Pişiklər həm mədənidir, həm də təmizdir.
-Ha-ha-ha...
-Niyə gülürsən? Heç ətrafında pişik zibili
varmı? Pişiklər zibillərini torpaqla örtərlər.
Həm də tez-tez əlini üzünü təmizləyərlər. Amma
sən əlinin –üzünün çirkli olmasına baxmayaraq,
məni yemək istəyirsən.
Tufan utanaraq söyləyir:
-Düz deyirsən.
Əl- üzünü təmizləmək üçün pəncəsini siçanın
üstündən qaldırır.
Siçan isə həmin an durmadan qaçır.
Tufan siçanın arxasınca baxa-baxa
aldadıldığını başa düşür və utanır.
Siçan isə hər rast gəldiyinə adlı-sanlı Tufanın
əlindən necə qaçdığını danışırmış. Bu hadisəni
eşidən bütün heyvanlar gülüşərmiş. Axırda
Tufan da başına gələnlərə gülür.
Bütün pişiklər bu işdən özləri
üçün bir nəticə çıxarırlar.
O gündən bu günə qədər pişiklər həm siçan tutur,
həm quş, hətta göldə balıq da tuturlar, heç ac
qalmırlar.
Əl-üzlərini isə yalnız yeməklərini
yeyib qurtardıqdan sonra təmizləyirlər.