Qender və Ətraf təBİİ MÜHİt ekologiya və qenderin qarşılıqlı təsir problemləri Qadınlar və ətraf təbii mühit



Yüklə 103,09 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü103,09 Kb.
#15882

QENDER VƏ ƏTRAF TƏBİİ MÜHİT 

 

Ekologiya və qenderin qarşılıqlı təsir problemləri 

Qadınlar və ətraf təbii mühit 

Qanun və hər iki cinsin sağlamlığının mühafizəsi 

 

Bütün postsovet məkanında ekoloji və səhiyyə probelmləri prioritetli problemlər sayılmırdı. İnsan və 



onun rifahı  ən mühüm dəyərlər kimi qiymətləndirilsə  də, bu yalnız ideoloji bəyanat idi, praktikada isə 

belə deyildi. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin 

nəzarətsiz istismarının get-gedə artması bir dövrü kimi qiymətləndirmək olar. Hal-hazırda keçmişdən 

çoxlu ekoloji problemlər miras qalmışdır, keçid dövründə bunlar ciddi şəkildə  kəskinləşmişdir. Bunun 

səbəblərindən biri bu problemlərin həlli üçün vəsaitin olmamasıdır.  

Keçmişdə respublikamızın xarakterik xüsusiyyətlərindən biri cəmiyyətin həyatının bütün 

sahələrində dövlət planlaşdırılması idi. Sosialist iqtisadi inkişafının bazası  ağır sənaye idi, bu da ətraf 

mühit üçün ağır nəticələrlə müşayiət olunurdu. İqtisadiyyatın daha aşağı  səviyyədə olduğu müasir 

dövrdə  ətraf mühitin çirklənmə  dərəcəsi azalmışdır. Lakin bu «müsbət ekoloji effekt» təbiəti qoruma 

siyasətinin nəticəsi deyildi. Bu o deməkdir ki, artıq  ətraf mühitin vəziyyəti dəyişməsi baş vermişdir, o 

özünün böhranlı  və deqradasiya həddinə çatmışdır və biosfer artıq özünütənzimləmə prosesini təmin 

edə bilmir. Biz bu gün onun da şahidiyik ki, öz fəaliyyəti ilə  ətraf mühitə neqativ təsir edən bir çox 

müəssisə, ucuz işçi qüvvəsi və ətraf mühitin, sağlamlığının qorunması üzrə daha aşağı standartları olan 

ölkə tapmaq məqsədilə inkişaf etmiş ölkələrdən keçid iqtisadiyyatı olan ölkələrə köçürülür. 

Azərbaycanda  ətraf mühitin sağlamlığa təsiri dərəcəsi, su və havanın çirklənməsi ilə bağlıdır. Son 

vaxtlar Sumqayıt  şəhərinin çirklənməsinin illik göstəricisi ümumiyyətlə  aşağı düşsə  də, yığılmış 

tullantılar insan sağlamlığı üçün yüksək təhlükə yaradır. Başqa  şəhərlərdə havanın, xüsusilə  bərk 

cişimlərlə çirklənməsi tənəffüs yollarının xəstələnməsinə  səbəb olur. Son illər istifadə edilən suyun 

keyfiyyətinin pis olması, habelə  səhiyyə xidmətinin aşağı düşməsi ilə bağlı su ilə yayılan bəzi 

xəstəliklərin sayı artmışdır. İnsan sağlamlığı üçün potensial təhlükə sayılan, lakin az qeyd edilən civə ilə 

çirklənmiş sahələr, zəhərləyici və radioaktiv tullantılar saxlanılan yerlərdir. 

Azərbaycanın hava hovzəsinin çirklənməsi əsasən elektrik stansiyalarının fəaliyyəti, habelə sənaye və 

nəqliyyat faktorları ilə bağlıdır. 2003-ci ilin statistikasına görə Azərbaycanda zərərli maddələrin 

tullantıları 425,9 min tonn miqdarında qiymətləndirilmişdir. Böyük şəhərlərdən havanın keyfiyyəti 

barədə alınmış  məlumatlara görə  1990-ci ildən 2003-ci ilə kimi əksər çirkləndirici maddələrin qatılığı 

səviyyəsi 5 dəfə azalıb (1990-cı ildən 2105,5 2003-ci ilə kimi 425,9 min t.). Bu müddətdə  sənaye 

istehsalının çox böyük həcmdə azalması bir çox sənaye müəssisələrinin tullantılarının azalmasına səbəb 

olsa da, şəhər avtomobil hərəkatının intensivliyinin artması bu sahədə  hər hansı bir əhəmiyyətli 

irəliləyişə gətirib çıxarmadı.  

Azərbaycanın  şəhərlərində çirkləndirici maddələrin qatılığı  səviyyəsinin müşahidə edən 

Ümumdünya Səhiyyə Təşkilatı (UST) göstərir ki, hazırda havanın bərk hissəciklərlə çirkləşməsi əhalinin 

səhhəti üçün kügürd qazından da təhlükəlidir.  

Dövlət statistika komitəsinin məlumatına görə,  ən böyük şəhərlər  1.839min nəfər  əhalisi olan Bakı, 

hərəsində 303,1 min nəfər olan Sumqayıt və 290,7 min nəfər – Gəncədir.  

Sağlamlığa olan mənfi təsir əhalisinin sayına görə hər şeydən əvvəl bu şəhərlərdə hiss olunacaqdır, 

lakin bir sıra kiçik şəhərlərdə  də iri çirklənmə  mənbələri olduğundan burada da havanın çirklənməsi 

problem olaraq qalır. 

Bərk hissəciklərlə havanın çirklənməsinin Azərbaycanın  əhalisinə göstərəcəyi təsir hesablanmış  və 

aşağıdakı 1 №-li cədvəldə verilmişdir:  

 

Cədvəl 1. Azərbaycan əhalisinin sağlamlığına havanın çirklənməsinin ilbəil təsiri.

1

 

 

(RP 10) Hissəciklər 100 



mikroqram /m

3

 

Adamların və ya xəstələnmə 

hallarının sayı 

Cəmiyyətin itkisi 

                                                 

1

 Национальный план действий по охране окружающей среды. Госкомитет по экологии и контролю за природопользованием 



Азербайджанской Республики. – Б., 1998, с. 17 

Vaxtından əvvəl ölüm  

1450-3800 33-83 

RXH 

1900 


İKM 3700  1 

Böyüklərdə QFG 

600 000 


18 

Uşaqlarda ATYX 

95000 



Astma tutması 



500 000  

Böyüklərdə RXS 



1900000 

10 


Xroniki bronxit 

9800 


Cəmi  


 

120-170 


YDM % 

 

3-4% 



Azərbaycanın yaş normalarına uyğunlaşdırılaraq RM-10-a görə vaxtından  əvvəl ölüm (diametri 10 

mikrometrdən az olan hissəciklər) Dokeri və həmmüəlliflərinin (1993), habelə Pop və həmmüəlliflərinin 

(1995) hesablanmalarına əsaslanır. Bütün qeyri koeffisiyentlər Ostronun (1994) işlərindən götürülmüşdür. 

Respiratorlu xəstələnmələrdə hospitallaşma – RXH; İlk kömək məntəqəsinə gediş  (İKM); Qısaldılmış 

fəaliyyət günləri (QFG); Aşağı  tənəffüs yollarının xəstəlikləri (ATYX); Respiratorlu xəstəliklərin 

simptomları (RXS). 

Bu hesablamalar ABŞ  və Avropa məlumatlarından ekstrapolyasiya edilərək  100 mikroqram 1m

3

-a 



bərabər və  əhalisinin sayı 2 mln. adam olmaqla – yəni Bakı, Sumqayıt və  Gəncə  şəhərlər  əhalisinin 65-

75%-nə bərabər yığılmasının illik orta hesablanmasıdır. 

Hesablamlar göstərir ki, havanın bərk hissəciklərlə çirklənməsi  1450-3800 nəfərin vaxtından  əvvəl 

ölümə,  əlavə olaraq 980 xroniki bronxitlə  xəstələnməyə  və  hər il başqa respiratorlu xəstəliklərlə 

xəstələnməyə səbəb olur.  

Sağlamlığa dəyən zərər üzündən cəmiyyətin itkisi təxminən 3-4% BBN edir. Ekoloji və qender 

problemlərinin qarşılıqlı əlaqəsi çoxaspektli xarakter daşıyır.  

Ekologiyanın qender problemlərinə  təsirinə tibbi nöqteyi-nəzərdən baxmaq olar. Aparılan 

tədqiqatlara görə son on ildə qadınların onkoloji, vərəm xəstəlikləri ilə  xəstələnmələri artmış, onlarda 

cinsi mühitin pozulması müşahidə olunur, reproduktivlik problemləri də son yerdə deyildir. Qadınlarda 

doğum səviyyəsi aşağı düşmüşdür, statistik məlumatlara görə müsəlman ailələrinə 2,5 uşaq, Avropa 

mənşəli ailələrə isə 1,5 uşaq düşür. Ətraf mühitin zərərli təsiri altında kişilərdə, buna meyllik olmasa da, 

vaxtından əvvəl erkən impotensiya baş verir.  

Beləliklə, ekoloji strategiyanın qlobal məsələlərini həll edərkən, iqtisadi inkişafla bərabər, sırf texniki, 

təbiəti mühafizə tədbirləri ilə yanaşı, əhalinin sağlamlığına yönəldilmiş tədbirlər də nəzərdə tutulmalıdır, 

belə tədbirlər cəmiyyətin rifah halının ən başlıca meyyarıdır.  

Ekoloji problemləri ilə sağlamlığın vəziyyəti arasında olan səbəb-nəticə  əlaqəsi bir neçə faktorlar 

üçün kifayət qədər aydınlaşmışdır – bu su və hava faktorudur. Başqalarının, məsələn iqlimin 

dəyişməsinin, tullantıların – bunların sağlamlığa təsiri ya yavaşıdılmış effektlə və ya da bir çox, ola bilsin 

ki, çox da əhəmiyyətli olmayan ekoloji faktorların cəmindən əmələ gəlir.  

Məlumatların yığılması, hesabatların hazırlanması, işlənməsi, informasiya mübadiləsi üzrə 

aparılan işlər hazırda bir-biri ilə  əlaqələndirilmədiyindən razılaşdırılmadığından müxtəlif Avropa 

ölkələrində ekoloji sağlamlıq barədə  təhlilin keçirilməsində çətinlik yaradır. Bu problemi nəzərə alaraq, 

ÜST-nin Avropa şöbəsi sağlamlığa təsir edən bütün əsas ekoloji riskləri  əhatə edən ekoloji sağlamlığın 

indikatorlarının Pan-Avropa sisteminin testləşdirilməsini işləyib həyata keçirir. Sistemin əsas göstəricilər 

qrupunun həyata keçə bilməsi və  məqsədyönlü olması  təhlil edilərək, AŞ-nin  14 ölkəsində ayrı-ayrı 

regionlarda tətbiqi üçün seçilmişdir. Sistem, qoşulandan sonra müqayisəli təhlil aparmaq və milli 

təşəbbüsləri dəstəklənmək üçün ekoloji sağlamlıqda olan dəyişiklikləri izləmək mümkün olacaqdır. Bu 

davamlı inkişaf üzrə hesabatların genişlənməsinə şərait yaradacaqdır.  

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə (WHO 2001) riskin əsas faktorlarından biri 

əhalinin ən zəif qrupuna aşağıdakı kimyəvi çirkləndiricilərin təsir etməsidir:  

 

Sağlamlığa təsiri Zəif qrup 



Əsas kimyəvi çirkləndiricilər 

Onkoloji xəstəliklər 

Qender-asılılı, yaşlılar, qadınlar 

(döşün süd vəzinin xərcəngi) və 

uşaqlar (leykoemiya) 

Asbest, nitro-Paq, benzol, bəzi 

metallar, rodon, dioksinlar, endorkin 

sistemin pozulmasına səbəb olan 



maddələr 

Ürək-damar xəstəliklər 

Əsasən yaşlılar 

Tənəffüs yolu ilə daxil olan 

zərrəciklər, karbonun monooksidi, 

mışyak (arsen preparatı) qurğuşun, 

kadmiy, kobalt 

Respiratorlu xəstəliklər Astma 

ilə xəstələnmiş uşaqlar 

Tənəffüs yolu ilə daxil olan 

zərrəciklər, azotun dioksidi, ozon, 

karbohidrogen, əridicilər 

Allergiya və yüksək həssaslıq Uşaqlar  

Tənəffüs yolu ilə daxil olan 

hissəciklər, xrom, nikel, ozon 

Reproduktiv sistemin xəstəliyi Döl, 

gənclər 

RXB, DDT, dioksinlər, ftalatlar, 

qurğuşun, civə 

Əsəb sisteminin pozulması Döl, 

uşaqlar 

Civənin metili, qurğuşun, marqanes, 

allüminium, üzvi həlledicilər, 

dioksinlər, RXB 

Osteoporoz Yaşlılar  

Qurğuşun, kadmiy, alüminium, 

selen, endokrin sistemini pozan 

maddələr 

 

Əsrlər boyu kişilər qadınlardan çox yaşamışdır. Nisbətən az inkişaf etmiş  bəzi ölkələrdə kişilərin 



gözlənilən yaşama müddəti qadınlarınkındən üstündür. Ritual kəsilmə, hamiləlik, doğuş, təcrid edilmə 

və zorlanma – bütün bu faktorlar indiyə qədər qadınların ömrünü qısaldır. Ayrı-ayrı mədəniyyətlər\də 

qadın cinsindən olan uşaqların, yaxud da yaşlı qadınların öldürülməsi yalnız onların cinsi 

mənsubiyyətinə görə baş verirdi. Beləliklə, qadınlar üçün gözlənilən daha qısa ömür müddəti – bu sırf 

sosial hadisədir.  

Həqiqətdə isə kişilərə nisbətən qadınlar uzun ömürlü olmağa daha şanslıdırlar. Müəyyən edilmişdir 

ki, eyni şərait yaradılarsa, qadınlar kişilərdən orta hesabla 2 il çox yaşaya bilər.  İki il çox yaşama 

üstünlüyü bioloji faktorlarla izah olunur: Bu xromosomların məxsusi qender quruluşu və neyro-endokrin 

funksiyası ilə bağlıdır. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə kişilərlə müqayisədə gözlənilən uzun 

ömürlülüyə görə qadının üstünlüyü 2 ildən çox təşkil edir. 

1990-cı ilin ortalarında bu fərq 13 ilə yaxın idi. Görünür ki, ömür uzunluğu göstəricilərində 2 ildən 

çox olan qender fərqi sosial faktorların təsiri altında yaranmışdır.  

Sosial dəyişikliklər dövründə Azərbaycanda kişilərin gözlənilən ömür uzunluğu ciddi surətdə 

azalmışdır. Praktiki olaraq, keçmiş Sovet İttifaqının bütün bölkələrində 90-cı illərin ortalarından ömür 

uzunluğu göstəriciləri 63 ildən də az olmuşdur. Xüsusilə kişilərdə yüksək ölüm səviyyəsi 45-60 

yaşlarında müşahidə edilirdi. Bu dövrdə qadınların gözlənilən ömür uzunluğunda dəyişiklik daha az 

müşahidə edilirdi. 1990-cı ilin birinci yarısında Azərbaycanda qadın ömür uzunluğu 2 il azalsa da, 1990-

cı ilin ortalarında qadınlar üçün gözlənilən ömür uzunluğu 73,5 yaşa çatırdı. 

Şərq və  Qərb ölkələri arasında ölüm göstəricilərində  fərq həmişə olmuşdur. Bu fərq qadınlara 

nisbətən kişilərdə daha çox idi. Azərbaycanda kişilər Qərb ölkələrinin kişiləri ilə müqayisədə 10 il daha 

az yaşayırlar. Azərbaycanda qərb ölkələri ilə müqayisədə gözlənilən ömür uzunluğuna görə bu fərq 

qadınlarda 9 ilə çatır.  

Beləliklə, görürük ki, Qərb ölkələrinin kişiləri və qadınları ilə müqayisədə Azərbaycanın kişi və 

qadın əhalisində yüksək ölüm göstəriciləri vardır və ömür uzunluğu müddəti də azalmışdır. Görünür ki, 

bunun səbəblərindən biri respublikada əlverişsiz ekoloji mühitin olmasıdır. Belə ki, 2001-ci ildə toz və 

qazın yüksək qatışığı olan iş şəraitində işləyən qadın və kişilərin sayının təhlilinə görə bunlar 2001-ci ildə 

7226 nəfər olub, onların 6122 nəfəri sənayedə, 228-i tikintidə, 656-sı nəqliyyatda və 120-i rabitədə işləyib 

(bax 2 №-li cədvəl). 

 

Sədvəl 2. Toz və qazın yüksək qatılığı şəraitində işləyən kişi və qadınların sayı 

 

 

Sənaye Tikinti Nəqliyyat Rabitə 

Kişi 

6122 228  656  120 



Qadın 

1999 -  196 35 

 


Ətraf mühitin çirklənməsi, müharibə, bioloji sərvət olan təbii ehtiyatların tükənməsi bizim 

cəmiyyətdə insanın həyat fəaliyyətinə  təsir edir. Miqrasiya problemləri başqa ölkələrdə  işin 

axtarılmasına, bu da öz növbəsində qadınların işçi qüvvəyə çevrilməsinə səbəb oldu. Buraya qadınların 

uşaq tərbiyəsində, ailədə olan fəal rolunu da əlavə etsək, o zaman qadınların sosial vəziyyətinin 

pisləşdiyini xüsusi qeyd etmək lazımdır. Qadın orqanizminə mənfi ekoloji təsiri altında psixi-emosional 

və fiziki təzyiqlər də gündən-günə artır. 

Ətraf təbii mühitin çirklənməsi, kontakt reaksiyalardan (allergiya, zəhərlənmə və s.) əlavə, qadınların 

immun sisteminə təsir edərək, onların reproduktivliyinin gözlənilməz dəyişikliyinə səbəb ola bilər.  

Əlverişsiz ekoloji faktorlar (radioaktiv birləşmələr, bioloji sintez məhsulları, kimyəvi birləşmələrin 

parçalanması  nəticəsində  əmələ  gələn məhsullar, gidaya əlavələr) təbiətə kanserogen, mitagen təsirlər 

göstərir.  

Əlverişsiz təbii mühit faktoru bir tərəfdən mutasiyaların (mutageneffekt) yaranmasına, o biri 

tərəfdən isə, irsiyyətin dəyişməsinə (ekogenetik effekt) şərait yaradır. Əksər hallarda mutagen proseslərin 

müəyyən edilməsi üçün uzun müddət lazım olur. Yuxarıda göstərilənlərin nəticəsi respublikada 

sonsuzluq, hamiləliyin ağır keçməsi, özbaşına abortlar, ölü və qüsurla doğulan uşaqların sayı 

çoxalmışdır. Misal olaraq, kimya sənayesinin mərkəzi olan Sumqayıt  şəhərində  1991-ci ildə  1 yaşına 

qədər olan uşaqların 3%-də müxtəlif defektlər aşkar edilmişdir.  

Bu gün Qəbələdə radiolokasion qurğuların yerləşdiyinə görə, əlverişsiz ekoloji zona yaranıb. Burada 

ölü doğulan, defektlə doğulan,  1 yaşına qədər tez-tez xəstəliyə duçar olan uşaqların say göstəricisi 

yüksəkdir.  

Respublikada yod çatışmazlığı olan zonaların olması, qadın orqanizminə və gələcək nəslə mənfi təsir 

göstərərək, hamiləliyin ağır keçməsinə, uşaqlarda əqli zəifliyin inkişafına səbəb olur.  

Azərbaycanda  ətraf təbii mühitin çirklənməsinə  sənaye tullantılarından  əlavə  təbiətdə  zəhərləyici 

birləşmələrin olması da səbəb olur. Məsələn, dəniz heyvanların orqanizmində civə birləşmələrinin olması 

insanların zəhərlənməsinin mənbəyi ola bilər. Sənayedə istifadə edilən bəzi ağır metallar da insanların 

sağlamlığına mənfi təsir göstərə bilər. Neft və qazın emalından sonra əmələ gələn göllərin sularında olan 

radionukleidlər radioaktivliyi artırır və bunlar da öz növbəsində ekoloji problemləri yaradır.  

Hazırda ekoloji problemlərin  ən vacibi Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasıdır. 

Dənizdən qazın və neftin çıxarılması yerli və xarici kompaniyaların məsuliyyətini artırır. Bundan əlavə 

dənizin səviyyəsinin qalxması  təsərrüfatlara da mənfi təsir göstərmişdir. Məsələn, Lənkəran zonasında 

100 hektar əkin sahəsi su altında qalmışdır. Artan buxarlanma havanın nəmliyini artırır, suyun keyfiyyəti 

dəyişir, bütün bunlar insanların sağlamlığına mənfi təsir göstərir. Ekoloji faktorların qadının 

sağlamlığına ağır təsiri, onların reproduktiv funksiyalarına da özünü təsirin göstərir. Beləliklə, qadının 

sağlamlığının zəifləməsi, sonsuzluq, gözlənilməyən abortlar, pis xassəli  şişlər, başqa xəstəliklər 

cəmiyyətdə qender assimmetriyasını artırır. Gözlənilməyən uşaq saldırması, xəstə uşaqların doğulması – 

bütün bunlar ərlər və onun qohumları tərəfindən günahlandırılır və qadınlarda müəyyən ekoloji ağırlıq, 

depressiyalar yaradır.  

Ekoloji problemlərə olan maraq yalnız qadınlara aid olan rollara daxil edilmir. 60-70-ci illərdə ilk dəfə 

olaraq qadının kənd təsərrüfatındakı rolu təsdiqləndikdən sonra, onun kənd sektorundakı iştirakı, bunun 

hesabatının aparılması, qadının ailə  təsərrüfatındakı  iştirakı, daha çox əhəmiyyət kəsb etməyə başladı. 

Qadının kənd təsərrüfatında «görünməməsi» barədə stereotip «torpağın durmadan təzələnən ehtiyatları» 

barədə olan əsatir (mif) kimi tədricən dəyişməyə başladı. Meşələrin məhv edilməsit ekoloji 

deqradasiyaya uğrama simptomu kimi xoşa gəlməyən cəhətdən məşhurlaşmışdı. Bunun parlaq 

nümunəsi kimi gündəlik məişət həyatında odunun çatışmazlığı oldu. Qadınların onların üzərinə düşən 

funksiyaları yerinə yetirmək üçün sərf etdikləri vaxtı göstərmək üçün yalnız yeməyi hazırlamaq üçün 

odun axtarılması onların neçə saat, neçə gün sərf etdikləri hal dəhşətli aydınlıqla açıqlanmışdır.  

Ailə  təsərrüfatında məhsuldar fəaliyyətin digər növləri, eyni dərəcədə  təbii ehtiyatların azalması 

faktorunun təsirinə məruz qalmışdır. Xüsusən quraqlıq keçirən rayonlarda ev heyvanları üçün otlaqların 

məhsuldarlığı  aşağı düşmüşdür. Ailə  təsərrüfatı üçün lazım olan suyun axtarılıb tapılması  və onun 

istifadəsinə nəzarət bir çox rayonlarda əsas problemlərdən biri olaraq qalmaqdadır. Meyvə, lif, dərman 

preparatları  və başqa məhsulları verən meşə örtüyünün azalması, həm ailə  təsərrüfatının tələbatlarının 

ödənilməsinə, həm də kiçik kənd müəssisələrinə ciddi mənfi təsir göstərmişdir. 



Göründüyü kimi, cəmiyyətin  ən zəif sektorları, təbii ehtiyatları  əldə etməkdən mərhum oldular. 

Bunlar  ən  əvvəl ailə  təsərrüfatını  təchiz etməyə  və geniş  təminatçı  vəzifələri olan qadınlardır: meşədə 

yaşayan və meşə məhsullarını satmaqla özünə yemək məhsullarını, buna görə də meşə mühitindən asılı 

olan adamlardır; torpaqları olmayan, yaşamaq üçün vəsait əldə etmək məqsədilə ümumi mülkiyyətdən 

və  əmək haqqından asılı olan adamlardır. Birmənalı demək lazımdır ki, təbii ehtiyatlardan düzgün 

istifadə edilməməsi effektiv hakimiyyətdə olanlara da təsir göstərdi. Bizim qarşımızda elə  məqsəd 

qoyulmamışdır ki, yalnız qadınlar təbii ehtiyatları idarə etməkdə konstruktiv addımlar ata bilər fikrini 

sübut edək. Lakin təbii ehtiyatlardan istifadə etmək üçün vəzifə bölqüsünə qadınların fəal cəlb edilməsi 

üzrə praqmatik addımların atılması  cəhdləri artıq müşahidə edilir. Onlar artmaqda olan qender 

müxtəlifliyi və uyğunsuzluğu barədə fikirləri, sosial və texniki vərdişlərin yenidən hazırlanmasını 

nəzərdə tuturlar. Yalnız kişilərin ailə  təsərrüfatından kənarda ehtiyatları idarə etmək barədə bütün 

dünyada yayılmış nöqteyi-nəzərə yenidən baxılması barədə qərar qəbul edilmişdir.  

İndiyə qədər qadınların ətraf mühitin mühafizəsi sahəsində siyasətin işlənilməsi, planlaşdırılması və 

realizə edilməsində iştirakı çox aşağı səviyyədədir. Eyni zamanda beynəlxalq birliklər belə bir faktı qəbul 

etmişlər ki, qadınların tam və fəal iştirakı olmadan davamlı inkişafı əldə etmək mümkün deyil. Bu, bütün 

qadınları ekoloji problemlərin həllində fəal iştirak etməyə çağıran Pekin Fəaliyyət Platforması tərəfindən 

də təsdiqlənir. Bu günə kimi təbii ehtiyatlardan istifadə edilməsində maneələr aşkar edilmişdir. Bunlara 

daxildir: texniki təhsilə, treninqə, kreditlərə  əlçatmazlıq; planlaşdırma və  qərarların qəbul edilməsi 

prosesində iştirak edə bilməməsi; mülkiyyət, torpaq hüququnun pozulması; 

Bütün bunlar aşağıdakı nəticələrin və təkliflərin irəli sürülməsinə imkan yaradır: 

1. 

Əlverişsiz ekoloji faktorların aşkar edilməsi məqsədilə ekoloji təhlükəli zonaların 



monitorinqinin keçirilməsi. 

2. Mənfi ekoloji effektlərin profilaktikası mexanizminin işlənilməsində qender münasibəti 

nəzərə alınsın. 

3. Respublikanın ekoloji vəziyyəti barədə əhalinin məlumatı genişləndirilsin.  

4. Qender 

simmetriyasını  nəzərə alan ekoloji məsələlərin öyrənilməsi üzrə  Mərkəz 

yaradılsın.  

Köhnə siyasi və iqtisadi quruluşun dağılması, yeni fundamentin hələ qurulmaması  məqamda 

mövcud keçid dövrü şəraitində ölkəmizdə  həll edilməli olan yoxsulluq problemi daha kritik sosial 

problemlərdən biridir. Yoxsulluq kateqoriyasıyasına aylıq gəliri  120 min manatdan az olan şəxslərə 

aiddir. Bu ölçüyə  əsasən, ölkəmizin 49% əhalisi yoxsulluq həddində yaşayır. Bu gün «yoxsulluq» 

məfhumuna yalnız yaşayış ücün vəsaitin olmaması deyil, əsas sosial sərvətlər sayılan – təhsil, səhiyyə, 

təhlükəsiz içməli suyun əlçatmazlığı,  şəxsi təhlükəsizliyin təmin edilməməsi, buraya həm də siyasi 

proseslərdə və taleyüklü qərarların qəbul edilməsində iştirak etmək səlahiyyətinin olmaması da daxildir. 

Yoxsulluqda yaşayan insanlar üçün ətraf mühitin vəziyyətinin böyük əhəmiyyəti vardır. Onların 

maddi rifahı birbaşa  ətraf mühitin vəziyyətindən asılıdır,  bu  da  öz  növbəsində onların səhhəti, iş 

qabiliyyəti, təhlükəsizliyi, enerci ilə  təchizatı,  əlverişli həyat  şəraitinin olması ilə bağlıdır. Məhz yoxsul 

insanlar suyun və havanın çirklənməsindən  əziyyət çəkirlər. Xəstələnmələrin ümumi sayının beşdə bir 

hissəsi ekoloji faktorlarla bağlı olan xəstəliklərdir. Bir qayda olaraq qadınlar və  uşaqlar çirklənmiş ətraf 

mühitin mənfi təsirinə  məruz qalırlar. Antisanitar şərait, kanalizasiyanın olmaması, gigiyenanın aşağı 

səviyyədə olması, içmək üçün təhlükəli su – bunlar ölümün və  xəstəliyin  əsas səbəbləridir. Öz yaşayış 

yerini ekoloji cəhətdən daha sağlam yerə dəyişə bilməyən yoxsullar üçün çirklənmiş havanın mənfi təsiri 

daha böyükdür. Ekoloji fəlakətlərin nəticələri və ətraf mühitin problemləri ilə bağlı konfliktlərin qurbanı 

ilk növbədə yoxsullar olur.  

Yarımçılıq sosial islahatlar, xüsusilə səhiyyə və təhsil sahələrində, qadınların ənənəvi olaraq əsas işçi 

qüvvəsi sayıldığı bir çox yüngül sənaye müəssisələrinin bağlanılması onların maddi vəziyyətinin və 

səhhətinin kəskin pisləşməsinə səbəb olmuşdur.  

İqtisadi böhran illərində bir çox uşaq bağçaları, körpələr evi bağlanmış, tibbi xidmətin keyifyyəti 

xeyli aşağı düşmüşdür. Bütün bunlar, öz növbəsində, qadınların iş tapmaq imkanlarını azaltmaqla 

yanaşı, sosial və siyasi həyatda fəal iştirak etməsinə mane olur.  

Azərbaycanda mövcud olan Dağlıq Qarabaq yoxsulluq problemini daha da kəskinləşdirmişdir. 

Alçaldan yoxsulluq çox vaxt təbii ehtiyatlardan qeyri-qanuni və dayanıqsız yollarla istifadə edilməsinə 

gətirib çıxarır. Məsələn, bir sıra torpaq sahələri təsərrüfatçılıqdan kənar formada, hətta vəhşicəsinə 


istifadə edilir, məhsuldar,  şumlanmış torpaqşlar otlaq üçün ayrılır və yaxud da tamamilə atılaraq tələf 

olur. Nəticədə təbii ehtiyatların və bütünlüklə ətraf mühitin tənəzzülü baş verir.  

Ölkəmizin hökuməti beynəlxalq təşkilatlarla birlikdə yoxsulluğun ləğvini həyata keçirilmək işində 

hökumət və qeyri-hökumət təşkilatları ilə birgə  işləyəcəklər. Burada Gürcüstanın maraqlı  təcrübəsini 

qeyd etmək lazımdır.  

Nəslin sağlamlığı – cəmiyyətin mövcudluğunun təminatı olmaqla, onun ümummilli ümumxalq 

problemlərinə aiddir və bir qayda olaraq bunların həllində hökumət və qeyri-hökumət strukturları iştirak 

etməlidir. 

İnsanın yaşaması, mövcudluğu, nəslin sağlamlığı ilə bağlı bilavasitə hüquqi məsələlər Azərbaycanın 

qanunvericiliyində, hər  şeydən  əvvəl Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın birinci 

bəndinin 27-ci maddəsində hər kəsin yaşamaq hüququ, birinci və ikinci bəndin 39-cu maddəsi isə – hər 

kəsin ətraf mühit barədə düzgün məlumat toplamaq hüququ təsdiq edilir və ekoloji hüquq pozuntularla 

bağlı onun sağlamlığına və əmlakına dəyən zərərin ödənilməsini tələb etməyə hüququ vardır. 

Azərbaycanın dövlət və hüquqi təşkilatları  tərəfindən hər iki cinsin sağlamlığının qorunması 

Azərbaycan Respublikasının Kodeksinin maddələrində öz əksini tapmışdır. Kodeksin xüsusi maddələri 

vətəndaşların həyatlarına qarşı, sağlamlığına qarşı yönəldilmiş cinayətlərdən və s. qorunması 

tədbirlərinə  həsr edilmişdir. Kodeksin «Ekoloji cinayətlər» adlı 28-ci maddəsi, ekoloji cinayətlərə qarşı 

mübarizə ilə hər iki cinsin sağlamlığının qorunmasına həsr edilmişdir. Həmin fəslin 247-261-ci maddələri 

insan sağlamlığınına və  təbiətə qarşı yönəldilmiş ekoloji cinayətlərin müxtəlif növləri və onların cəza 

ölçüləri ətraflı şərh edilir. Kodeksdə cinayətlərlə əlaqədar insanın fiziki və psixi sağlamlığının müdafiəsi 

ilə bağlı bir çox maddələr daxil edilmişdir 

Qanunda cinayət törətmiş şəxslərin də fiziki və psixi sağlamlığının mühafizəsi nəzərdə tutulmuşdur. 

(I Bölmə, I fəslinin «Humanizm prinsipi» adlı 9-cu maddəsi). Kodeksdə hamilə, kiçik uşaqları olan 

qadınlarla bağlı bir neçə yüngülləşdirən məqamların olmasına baxmayaraq, prinsip etibarı ilə  hər iki 

cinsin qanun qarşısında bərabər olması qeyd edilir.  

Əgər Cinayət Məcəlləsi cinslərin sağlamlığının müdafiəsi məsələsində  əsasən cinslərin 

bərabərliliyindən çıxış edirsə,  Əmək haqqında Qanunlar Kodeksində biz, cinslərə qarşı münasibətdə 

müxtəliflik görürük. Burada bir neçə maddə qadının sosial cins olmaqla, onun fizioloji 

xüsusiyyətlərindən və funksiyalarından çıxış edərək onun sağlamlığının qorunmasına yönəldilmişdir. Bu 

maddələrə  Məcəllənin  174-cü bəndi «Ziyanlı  iş  şəraitində, ağır işlərdə, habelə yeraltı  işlərdə qadın 

əməyindən istifadə edilməsi qadağan edilən işlər» ƏQM-nin «Məzuniyyət haqqında» – qanunun bir çox 

maddələrində radioaktiv şüalanmaya məruz qalmış hər iki cins nümayəndələrinin sağlamlıq problemləri 

öz əksini tapmışdır. 

Sağlamlığın təbii mühitlə əlaqəsi problemi, onun vacibliyi, həll edilməsi yolları Pekin Deklarasiyası 

və fəaliyyət Platformasının həyata keçirilməsi, Sənədinin əsas problemlərindəndir.  

İnsanların sağlamlıq probleminə təsir, qadının sağlamlığı, xüsusilə ana, uşaq, qocalar barədə qayğı, 

qanunlardan  əlavə, Azərbaycan xalqının mentalitetində, tarixi ənənələrində  fəal surətdə  dəstəklənir. 

Beləliklə, qanunvericilik və mentalitet, öz əsasında cəmiyyətin, hər  şeydən  əvvəl qadının sağlamlığının 

müdafiəsindədir, çünki qadının həyat tərzi və funksiyaları, onun sağlamlığı üçün daha çox təhlükə 

yaradır.  

Qadın və kişilərin sağlamlığının müdafiəsi ilə bağlı qanunların və  əxlaqi ölçülərin həyata 

keçirilməsinə nə mane olur? Sağlamlığın ilk şərtlərindən biri maddi rifah səviyyəsi və şəxsiyyətin yaşayış 

mühitin təhlükəsizliyi, ekoloji cəhətdən təmiz qida məhsulları, təmiz içməli su və insanın normal həyatı 

üçün bunların kifayət miqdarda olması, havanın radiasiya çirklənməsinə yol verilməməsi, radiasiya 

fonunun artmaması  və s.-dir. Eyni zamanda sistematik olaraq əhalinin profilaktik tibbi müayinənin, 

vaksinasiyasının keçirilməsi, epudemik xəstəliklərin qarşısının alınması üçün bütün əhalinin lazımi tibbi 

yardım ilə  təmin olunmasıdır. Bu zaman hər iki cinsin tələbatını, onların yaş  və sosial differensiyasını 

nəzərə almaq lazımdır. 

Lakin indi ölkənin sosial iqtisadi inkişafı dövründə atəşkəs fasiləsi ilə müşaiyyət edilən Qarabağ 

müharibəsi,  ərazinin 20%-nin işğal edilməsi, milyona yaxın qaçqın və  məcburi köçkünlər (onların çoxu 

uzun illərdir ki, ekoloji cəhətdən böhranlı  vəziyyətdə olan çadır düşərgələrində, atılmış vaqonlarda 

məskünlaşır, buradakı  əhalinin çoxusu yoxsulluq, hətta yoxsulluqdan da kənar  şəraitdə yaşayırlar), 

burada sağlamlıq və onun ekologiya ilə bağlı problemləri çox böyük təşviş doğurur.  


«Keçid dövrü» adlanan belə bir şəraitdə ölkədə bütünlükdə  cəmiyyətin sağlamlığı üçün lazımi 

şəraitin təmin edilməsinə obyektiv maddi imkanlar yoxdur.  

Ölkədə mövcud qanunların həyata keçirilməsi və onlara kifayət dərəcədə nəzarət edilməsi üçün real 

mexanizm yoxdur, bu sahədə burokratizmin, korrupsiyanın qarşısının alınması üçün təsiredici qanunlar 

yoxdur. Göstərilənləri araşdırmaq, xalqa çatdırması işində KİV-in rolu böyükdür, lakin təəssüf ki, onların 

bu sahədə olan fəaliyyəti yalnız faktların qeyd edilməsi ilə bitir.  

Onların məlumatı müvafiq hökumət və qeyri-hökumət təşkilatları problemin praktiki həlli üçün bir 

göstəriş kimi qəbul edilmir, KİV bu məlumatı vaxtaşırı təkrar etsə də, onun gələcək taleyi barədə heç bir 

xəbər vermir. Məsələn, vaxtı ilə kütləvi informasiya vasitələri tərəfindən geniş  işıqlandırılan Qəbələ 

problemi, oradakı  əhalinin, xüsusilə qadın və  uşaqların problemlərini göstərmək olar. Göstərilənlər, 

ümumixalq miqyasında düşünülmüş qarşıdurma forması deyil, konkret problemlərin həlli ilə bağlı 

strukturların KİV ilə təsirli əlaqəsinin yaradılmasındadır.  

Beləliklə, nəslin sağlamlığı respublikanın ekologiyası ilə bağlı problemlərlə qarşılaşır. Bu 

problemlərin həlli üçün təcili olaraq konkret tədbirlər görülməlidir. 

Hər şeydən əvvəl bizə sosializmdən ağır miras qalmışdır – bu hər iki cinsin səhhətinin, ilk əvvəl kənd 

yerlərində sutkanın, demək olar ki, yarısını  ağır, ekoloji böhranlı  şəraidə, pambıq, çay, və s. 

plantasiyalarda işləyən qadınlardır. Bu plantasiyalarda işləmək onların səhhətinə, ağır təsir etmiş, 

hazırda onların nəslin də  xəstə olmasına səbəb olmuşdur; habelə  xəstə valideynlərdən dünyaya gəlmiş 

övladların da sağlamlığında öz təsirini göstərəcəkdir.  

Sumqayıt, Qəbələ, Bakı  və respublikanın digər  şəhərlərində  əhali, böhranlı  və  ağır ekoloji şəraitdə 

yaşayır. Azərbaycan vətəndaşlarının sağlamlığı ilə bağlı problemlər, habelə yoxsulluğun qlobal 

problemləri, suyun çatışmazlığı, təbii suların – Xəzər, Kür və b.-nın çirklənməsi,  əhalinin sistematik 

disparserizasiyasının aparılmaması, bütün bunlar ciddi narahatçılıq və təşviş doğurur. Belə bir dözülməz 

şəraitdə yaşayan, daim fasilələrlə verilən su, qaz təminatından, heç olmayan, yaxud da həmişə  təmirə 

ehtiyacı olan kanalizasiyadan, yaşayış sahəsini  əhatə edən antisanitariyadan, hətta mərkəzi rayonlarda 

təmirsiz yollardan daim əziyyət çəkən qaçqın və  məcburi köçkünlərin problemlərinə xüsusi diqqət 

yetirmək lazımdır. 

«Ətraf mühitin mühafizəsi haqqında» Qanunun ekspertizası göstərdi ki, qanunda təbiətin fəal 

mühafizəsi siyasətində bütövlükdə qadınlar və onların hüquqlarına dair hər hansı bir pozuntu yoxdur. 

Formal hüquqi nöqteyi-nəzərdən «Ətraf mühitin mühafizə edilməsi» Qanunu kişi və qadını 

fərqləndirmir, burada kişi və qadın arasında bərabərlik prinsipi haqqında danışmaq olar. Belə ki, «Ətraf 

mühitin mühafizəsi sahəsində vətəndaşların hüquq və vəzifələri» barədə olan 6-cı maddədə göstərilir ki, 

oqanunvericilik aktlarında təsdiq edilmiş  təminatlar – qarantiyalar praktikada tam realizə olunmur və 

hüquqi və real bərabərliliyi, hüquq və imkanlar bərabərliyinin arasında fərq mövcuddur. 

 

ƏDƏBİYYAT 

 

«Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat» 2002. Birləşmiş Millətlər Təşkilatının 

İnkişaf Proqramı 



Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. – B., 2000 

«Azərbaycan Respublikasında Pekindən sonrakı dövr» UNFPA. – B., 2002 

Şükürov A. «Qadın və ekoloji proseslər. Qender: qadın problemlərinin yeni mərhələsi». – B., 1998 

Закон  Азербайджанской  Республики  «Об  охране  окружающей  среды».  Бюллетень  бизнесмена.  № 35, 

2003. Законодательство Азербайджанской Республики 



«Национальный план действий по охране окружающей среды». Госкомитет по экологии и контролю за 

природопользованием. – Б., 1998 

“Chose a Future” Issues and Options For Adolescent Girls. The Center for Development and Population 

Activities 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Yoxsulluq 



və ətraf mühitin çirklənməsinin bir-biri ilə qarşılıqlı əlaqəsi necədir?  

2. Cinslərin sağlamlığını ekologiya ilə nə bağlayır?  

3. Azərbaycanın kənd yerlərində qadınlar hansı ekoloji problemlərlə üzləşir? 


4. Azərbycanda kişi və qadınların sağlamlığının qorunması ilə bağlı qanunların və  əxlaqi normaların 

həyata keçirilməsinə nə mane olur?  



 

İş üsulları – diskussiya, kiçik qruplarda iş və «Bizi əhatə edən ətraf mühit» situasiyasının təhlili: 

 

 

 

 

TƏHLİL ÜÇÜN SİTUASİYA: «BİZİ ƏHATƏ EDƏN ƏTRAF MÜHİT» 

 

Tapşırıq: Seminarın sonunda iştiraklılar nəyi bacarmalı: 

-  ötən 10 il ərzində ətraf mühitin dəyişilməsi xüsusiyyətlərini təyin etməli, bu dəyişikliklərin səbəbini 

və cəmiyyətə onların mənfi təsirin göstərməlidirlər. 

 

Material: «Bizim əhatəmiz» anketi: (hər iştirakçıya 3 vərəq kağız verilir, birində «su», digərində 

«torpaq», üçüncüdə isə «hava» sözləri yazılır. 



 

Görülməli işlər: 

1. 


İştirakçılardan «ətraf təbii mühit» ifadəsinin harada, nə zaman eşitdiklərini izah etmələri 

xahiş edilsin.  

2. Onlara 

çatdırın ki, müzakirə onlara lokal ətraf mühit barədə daha çox məlumat verə bilər və 

bu onların həyatına necə təsir etdiyini izah edə bilər.  

3. 


İştirakçıları 3 komandaya bölün. Hər komandaya bu vərəqləri verin: Su, Torpaq, Hava: 

Komandalardan xahiş edin: Ekoloji problemlər insana necə  təsir edir – mövzusunun parodiyasını 

vərəqlərdə açıqlasınlar. Qruplara parodiyaları yartmaq üçün 10-15 dəqiqə vaxt verilsin. Qruplarda 

çətinlik olsa, başqa qrupların işi ilə tanış etmək olar. Məsələn, Hindistanda sağlamlıqla bağlı vərəm 

də daxil olmaqla problemlər müəyyən edilmişdir, bu problemlər havanın avtomobil və  sənaye 

tullantıları çirkləməsi nəticəsində əmələ gəlmişdir. 

4. Hər qrup öz parodiyalarını təqdim edir. Hər parodiya ətrafında diskussiya aparılır: 

5. 


«Bu parodiyada problem nə idi?»  

6. 


İndi başa salın ki, öz cəmiyyətlərində onlar daha çox ekoloji ziddiyyətlərlə qarşılaşacaqlar. 

7. 


İştirakçıları 2 və ya 3 komandaya bölün. Onlara «Bizim ətraf təbii mühit» sorğu vərəqələri 

verin. Başa salın ki, sorğu son 10 ildə olan dəyişikliklər barədə müsahidə üzərində qurulma – lider.  

8. 

İştirakçılar yerlərdə olmaqla sorğu vərəqində qeydlər edə bilər, rəsm çəkə bilər və ya 



müsahibədə etdiklərini qeyd edə bilərlər.  

 

Diskussiyaya rəhbərlik: 

1. 

Komandalar geri qayıdanda, hər komandadan müsahibədə  nədən söhbət getdiyi barədə 



məlumat alın. 

2. Təqdimat mərasimindən sonra soruşmaq lazımdır: 

• 

Müsahibədə ətraf təbii mühitdə olan hansı dəyişikliklər bir dəfədən çox qeyd olundu?  



• 

Onlardan müsbət olanı hansı idi? Nə üçün? 

• 

Onlardan mənfi olanı hansı idi? Nə üçün? Bu dəyişikliklərin səbəbi nədədir?  



1. Bu problemlərdən hansı Sizi daha çox narahat edir? 

2. Ən vacib problemlərin siyahısını tərtib edin. 

3. Seminarın sonunda son 10 ildə ətraf təbii mühitdə baş verən əsas dəyişiklikləri üst-üstə yığın. Başa 

salın ki, ekoloji problemlərin həllinə yönəldilmiş müsbət fəaliyyət cəmiyyətin inkişafına müsbət 

təsir edə bilər və gələcək seminarlarda onlara baxıla bilər.  

 

Düşündürə biləcək ideya: Müəyyən edin: dünya ətraf mühiti barəsində onlar nə düşünürlər? Bu 

ideyalar seminarın əvvəlində necə səslənə bilərdi?  



 

Sorğu vərəqəsi 

«Bizi əhatə edən təbii mühit» 

 

Suallar 10 



il 

bundan 

əvvəl Bu 

gün 

Sular 

Göl, çay, dənizlərin vəziyyəti necədir?  

 

 

Ev üçün içməli suyu haradan alırsınız?  



 

Kənd təsərrüfatında suvarma sistemindən istifadə 

edilirmi?  

 

 



Su ehtiyatları barədə yararlı layihələr varmı?  

 

Torpaq 

Torpağın eroziyasını harada müşahidə etmək olar? 

 

 



Ağac və digər bitkilər harada məhv edilib? 

 

 



Evi qızdırmaq üçün nədən istifadə edir və onu necə 

əldə edirsiniz? 

 

 

Tullantıları necə aradan götürürsünüz? 



 

 

Pestisid və digər kimyəvi maddələr harada və necə 



istifadə edilir? 

 

 



Hava 

Hava necə təmizlənir?  



 

Zavod və avtomobillər havanı necə çirkləndirir?  



 

 

Yüklə 103,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin