Azərbaycan Respublikası Təhsil Nazirliyi azərbaycanda ali pedaqoji TƏHSİLİn məzmununun təKMİLLƏŞDİRİLMƏSİ



Yüklə 268,65 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix22.10.2023
ölçüsü268,65 Kb.
#159811
növüTədris planı
  1   2   3   4   5   6
jrn2017 169



Azərbaycan Respublikası Təhsil Nazirliyi
AZƏRBAYCANDA ALİ PEDAQOJİ TƏHSİLİN
MƏZMUNUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Şiruyə Azadəliyeva,
pedaqogika iızrə fəlsəfə doktoru, dosent
Açar sözlər: təhsilin məzmunu, ali pedaqoji təhsil, tədris planı, pedaqoji kadr
hazırlığı, ali təhsil müəssisəsi.
Ключевые слова: содержание образования, высшее педагогическое образова­
ние, учебные планы, подготовка педагогических кадров, высшее учебное заведение.
Key words: the content o f education, higher teacher training, curriculum, training
o f teaching staff, higher education.
Təhsilin məzmunu təlim prosesində 
tələbələrə öyrədilən bilik, bacarıq və 
vərdişlər sisteminin məcmusundan ibarətdir. 
Məzmun pedaqoji prosesin əsas kompo­
nentlərindən biri olmaqla bütün prosesin 
gedişinə həlledici təsir göstərir. Təhsil 
cəmiyyətin sosial-iqtisadi, elmi-mədəni 
həyatı ilə bilavasitə bağlı olduğundan o daim 
təkmilləşməlidir. XX əsrin 20-ci illərində 
Azərbaycanda pedaqoji sahədə təhsil alan 
tələbələrin sayı artdıqca, onların sosial və 
milli tərkibi dəyişdikcə təlimin məzmunu da 
təkmilləşdirilir və zənginləşdirilirdi. O 
dövrdə ali pedaqoji kadr hazırlığını həyata 
keçirən müəssisələrdə istifadə olunan tədris 
planları, proqramları və dərsliklərin təhlili 
bunu 
deməyə 
əsas 
verirdi. 
Təhsilin 
məzmunu təkmilləşdirildikcə təlimin metod­
ları, pedaqoji təcrübənin keçirilməsi metodi­
kası keyfiyyətcə dəyişir, məzunların hazırlıq 
səviyyəsi yüksəlir, professor-müəllim kadr­
larının tərkibi yaxşılaşır. Təhsilin məzmu­
nunu əks etdirən sənədlərin təhlili ali peda­
qoji təhsil müəssisələrinin ayrı-ayrı inkişaf
mərhələlərində onlarda aparılan dəyişik­
liklər haqqında tam təsəvvür yaradır.
XX əsrin 20-ci illərində və 30-cu 
illərinin əvvəllərində pedaqoji ali təhsil 
müəssisələrinin tədris planları bir neçə dəfə 
dəyişdirilmişdir. Bu elə bir dövr idi ki, həm 
ümumtəhsil, həm də ali məktəblərin tədris 
planları tez-tez dəyişirdi. Azərbaycan SSR 
Xalq M aarif Komissarlığı Kollegiyası 
tərəfindən 13 iyun 1921-ci ildə təsdiq edil­
miş ilk tədris planı üç ildə ali məktəbdə 
tədrisi nəzərdə tutulan fənləri və pedaqoji 
təcrübənin təşkilini özündə ehtiva edən 
mühüm dövlət sənədi idi. Azərbaycan SSR 
Xalq M aarif Komissarlığının kollegiyası 
tərəfindən 14 sentyabr 1924-cü ildə Ali 
Pedaqoji İnstitut üçün yeni tədris planı 
təsdiq edildi. Bu tədris planı əvvəlkilərdən 
fərqlənirdi. Əvvəlki tədris planları ilə 
müqayisədə müsbət məziyyətlərinə görə 
seçilən yeni tədris planları daha keyfiyyətli 
müəllim kadrları hazırlığını nəzərdə tuturdu. 
Gələcək müəllimlərin elmi-metodik, ixtisas 
hazırlığı ilə yanaşı siyasi mövqeyinin forma­
28


laşmasına xüsusi diqqət yetirilirdi. Tədris 
planlarının təkmilləşdirilmiş variantı respub­
likanın orta məktəbləri üçün yüksək təhsilli 
və praktiki cəhətdən yaxşı hazırlanmış peda­
qoji kadrların geniş hazırlığının əsasını 
qoydu.
Universitetin pedaqoji fakültəsinin 
tədris planının təhlili göstərir ki, o, digər 
tədris planları ilə müqayisədə bir sıra 
üstünlüklərə malik idi. Belə ki, universitetin 
pedaqoji fakültəsinin tədris planı respublika­
nın iqtisadi və mədəni tələbatları ciddi 
nəzərə alınmaqla tərtib edilmişdi.
Tədris planında məşğələlər dekada­
lar üzrə bölünmüşdü. Ümumtəhsil fənləri -
rus dili, bədən tərbiyəsi, hərbi təlim dekada­
da 8 saat təşkil edirdi ki, bu da ümumi saat­
ların 16,6% -ni təşkil edirdi. İctimai-siyasi 
fənlər (təşkilati-metodiki və ictimai-tarixi 
fakültələr istisna olunmaqla) hər dekadada 
10-12 saat idi, bu da ümumi saatların 20- 
22%-ni təşkil edirdi. Pedaqoji fənlərə 
gəldikdə isə hər fakültə üzrə dekadada 12 
saat nəzərdə tutulurdu, bunlardan 6-8 saatı 
praktik məşğələlərə ayrılırdı. Bu tədris plan­
larında pedaqoji fənlər 20-22% təşkil edirdi. 
Beləliklə, hər dekadada 48-50 saatdan 28-30 
saatı ümumtəhsil, pedaqoji və siyasi fənlərə, 
18-20 saat xüsusi fənlərə (təşkilati-metodiki 
fakültədən başqa) ayrılırdı. Bu da ümumi 
tədris yükünün 37-40%-ni təşkil edirdi. 
Tədris planında pedaqoji-psixoloji fənlərə 
ayrılan saatlar gələcək müəllimlərin peşə 
hazırlığı üçün tam kifayət edirdi.
Ali pedaqoji institutun tədris planı­
nın müsbət cəhəti nəzəriyyə ilə təcrübənin 
sıx əlaqələndirilməsi ilə bağlı idi. Demək 
olar ki, bütün fakültələrdə pedaqogika 
fasiləsiz pedaqoji təcrübə və ixtisasın tədrisi 
metodikası ilə vəhdətdə öyrənilirdi.
Tədris planında pedaqoji və siyasi
fənlərin xüsusi çəkisi nisbətən yüksək idi. 
Bütün fakültələrdə tələbələr eyni səviyyədə 
həm pedaqoji, həm də ictimai-siyasi fənləri 
öyrənirdilər.
1940-1950-ci illərdə Azərbaycanda 
ali 
pedaqoji 
təhsilin 
məzmununun 
təkmilləşdirilməsi prosesi davam etdirildi. 
1936/1937-ci dərs ilinin tədris planlarının 
əsasını təşkil edən prinsiplər sonrakı illərdə 
də saxlanıldı, universitetin tədris planlarında 
pedaqoji fənlərin tədrisi genişləndirildi. 
Tədris planlarında çoxfənlilik kəskin şəkildə 
ixtisar olundu.
1949/1950-ci tədris illərində univer­
sitetlərin tədris planlarında, 1951/1952-ci 
tədris illərində isə pedaqoji ali məktəblərin 
tədris planlarında əsaslı dəyişikliklər edildi. 
Universitetin 1949/1950-ci tədris illərindəki 
tədris planında tələbələrin peşə-pedaqoji 
hazırlığı zəif əks olunmuşdu. Müharibəyə 
qədər və müharibə ərəfəsində olduğu illə 
müqayisədə tədris planında pedaqoji fənlərə 
ayrılan saatların miqdarı kəskin şəkildə azal­
dılmışdı.
1950/1951 -ci dərs ilinin stabil tədris 
planı ümumtəhsil silsiləli bəzi fənlərin tədris 
planından çıxarılması hesabına müəllimlərin 
praktiki hazırlığını müəyyən qədər güclən­
dirdi. Lakin bu tədris planlarında tarix və 
öyrənilən dilin coğrafiyası fakültativ fənlərə 
çevrildi, ümumi ədəbiyyat, rus və sovet ədə­
biyyatı fənləri isə tamamilə çıxarıldı. Bunu 
isə müsbət hal kimi qiymətləndirmək olmaz. 
Sonrakı illərdə tədris planında prinsipial 
xarakter daşımayan cüzi dəyişikliklər edildi.
Respublikanın pedaqoji ali təhsil 
müəssisələrinin tədris planlarına 29 may 
1954-cü ildə qəbul edilmiş “Respublikanın 
pedaqoji ali təhsil müəssisələrində müəl­
limlərin peşə hazırlığının vəziyyəti və yaxşı­
laşdırılması haqqında” qərar əsasında köklü

Yüklə 268,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin