Normal yerl əşmiş ciftin vaxtından əvvəl ayrılması Hamil
əlik və doğuş zamanı baş verən mamalıq qanaxmalarının səbəblərindən biri də normal yerləşmiş ciftin vaxtından əvvəl
ayrılmasıdır. Normal yerləşmiş cift vaxtından əvvəl ayrıldıqda yaranan qanaxma hamilə, zahı və döl həyatı üçün təhlükə yaradır. Normal
gedişli hamiləlik zamanı cift doğuşun III dövrünə qədər uşaqlığın yuxarı seqmentində birləşmiş qalır. Yalnız döl doğulduqdan sonra
uşaqlığın yığılması və uşaqlıqdaxili təzyiqin enməsi hesabına uşaqlıq divarından ayrılır. Yerləşdiyi yerdən asılı olmayaraq hamiləlik və
doğuşun I və II dövründə ciftin ayrılması, ciftin vaxtından əvvəl ayrılması adlanır. Cift gəlişlərindən fərqli olaraq normal yerləşmiş ciftin
vaxtından əvvəl ayrılması hamiləliyin sonunda və doğuş zamanı baş verir.
Etiologiya v ə patogenezi. Ciftin vaxtından əvvəl ayrılmasına bir çox faktorlar təsir edir. O, çox vaxt hipertenziv sindromla müşayət
olunan x
əstəliklər zamanı baş verir: hamiləlik hipertenziyası, hiperoniya xəstəliyi, xroniki pielonefrit, endokrin pozğunluqlar və s. Qarının
travması da həlledici rol oynayır.
Hamil
əlikdən əvvəl keçirilmiş endometritlər ciftin vaxtından əvvəl ayrılmasına şərait yaradır. Qısa göbək ciyəsi qovulma dövründə cifti
aşağı dartaraq onun ayrılmasına səbəb olur. Döl qişaları qalın olduqda doğulmağa çalışan döl qovuğu özü ilə birlikdə döl qişalarını və
cifti d
ə aşağı doğru çəkir, nəticədə cift ayrılır. Əkizlərdə birinci döl doğulduqdan sonra (bir yumurta əkizləri) cift ayrıla bilər.
Ciftin ayrılması
k ənardan v
ə
m ərkəzdən ola bil
ər. Ayrılma hissəvi və tam olur. Hissəvi cift ayrılması kiçik sahədə olduqda qadın
orqanizmind
ə nəzərə çarpacaq dəyişikliklər yaratmır. Əgər bu kiçik ayrılma doğuşa qədər baş veribsə, hamiləlik başa çata bilər. Belə
halda cift doğulduqdan sonra diaqnoz qoyulur: ciftin ana səthində köhnə qan laxtaları olur.
Cift tam v
ə ya böyük sahədə mərkəzdən ayrıldıqda uşaqlığın divarı ilə cift arasında böyük hematoma əmələ gəlir. Hematoma
böyüdükc
ə, cift daha çox ayrılır. Cift ayrılan hissədə uşaqlıq qabarır. Yığılmış qan uşaqlığın bütün qatlarına hopur. Bu