TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə2/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   2   3   4   5   6   7   8   9   ...   141
DƏRSLİK

A.
 
TƏHLÜKƏSİZLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ 
Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında birinci “D” 
mərhələsi – Diqqət təhlükə (Danger!) – Təhlükəsizliyin qiymətləndirilməsidir. 
DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və 
təhlükəni aradan qaldırmaq. Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan 
qaldırın → növbəti addıma keçin. 
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər 
hərəkətə keçin. 
1.
 
Xilasedicinin təhlükəsizliyi (Rescuer Safety) 
Xilasetmə əməliyyatlarını həyata keçirərkən ən vacibi xilasedicinin ikinci qurbana çevrilməməsidir

Xəstələrə və zərərçəkənlərə ilk yardım göstərən insan (bundan sonra – xilasedici) özü də təhlükəyə məruz qala bilər. 
Təhlükə riski xilasedicini hər an izləyir. 
Buna görə də yardım göstərməzdən əvvəl hadisənin şahidi olub-olmamağınızdan asılı olmayaraq, öz təhlükə- sizliyinizi, 
sonra isə zərərçəkənin təhlükəsizliyini təmin edin. Hadisənin şahidi olduqda belə, tələsmədən öz təh- lükəsizliyinizə (elektrik 
xətti, zəhərləyici maddə, ilan, əqrəb və s. ola bilər) əmin olduqdan sonra yardım göstərin. 
* Hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi 
Xilasedicinin təhlükəsizliyi hadisə yerinin və onun ətrafının (hadisə yeri, yol hərəkəti, hava, elektrik xətləri, ildırım) 
qiymətləndirilməsi ilə başlayır. Xilasedici 
hadisə yerinə daxil olmamış 
hadisə yeri haqqında məlumat toplamalıdır. 
Xilasedici üçün ən vacibi özünün sağlamlığı və təhlükəsizliyidir. Hadisə yerində zərərçəkənə yaxınlaşmağın təhlükəsiz 
olub-
olmadığını əvvəlcədən bilmək lazımdır. 
Hadisə yerində iki və daha çox huşsuz vəziyyətdə zərərçəkən olduqda (zəhərləyici qaz, toksiki maddə və s.), həmin 
əraziyə xüsusi qeyimlə daxil olmağınız məsləhətdir. 
Bəzi hallarda hadisə yerinə daxil olmaq təhlükəlidir: əraziyə qaz sızması; toksiki maddələrlə təmas (sintetik materialların 
yanması nəticəsində əmələ gələn toksiki maddələr, tüstü, zəhərləyici qazlar və s.); dağıntıların başver- mə təhlükəsi; kəsici 



alətlərin olması; elektrik cərəyanı təhlükəsi; yanğın; partlayıcı əşyaların olması; ağır avadanlıq və texnikanın istifadəsi ilə 
aparılan xilasetmə əməliyyatları; zərərçəkən tərəfə gedən yol örtüyünün təhlükəli olması (su, buz, sürüşkən yer, qeyri-sabit yol, 
bataqlıq, palçıq və s.); nəqliyyat vasitələrinin intensiv hərəkəti; hava şəraiti; elektrik xətlərinin mövcudluğu; ildırım; qablardan 
(butulka, şüşə, plastik qab və s.), nəqliyyat vasitələrindən (çən) zəhərləyici kimyəvi materialların və toksiki maddələrin tökülüb 
ətrafa yayılması; yol-nəqliyyat vasitəsinin qeyri- stabil (aşma təhlükəli) olması və s. 
Hadisə yerində üzərində xəbərdaredici nişan olan hər hansı bir çənə, konteynerə, alovun, tüstünün olmasına, şübhəli 
mayenin yerə tökülməsinə fikir vermək və hər zaman diqqətli olmaq lazımdır. Bəzi hallarda xilasedicilərin təhlükəsizliyini təmin 
etmək üçün müvafiq xidməti qurumlara müraciət edilməlidir. Xilasedicinin təhlükəsizliyi təmin olunduqdan sonra o, hadisə yerinə 
daxil olub yardım göstərə bilər. 
Tüstü və ya kimyəvi maddələr havada olan oksigeni əvəz etdiyinə və özünə birləşdirdiyinə görə oksigen çatışmazlığı 
yarada bilər. Bu da xilasedici üçün çox təhlükəli hesab olunur. Hətta cinayət törədilən hadisə yerində xilasedici təcavüzə məruz 
qala bilər. Ona görə zərərçəkənə yaxınlaşmazdan əvvəl hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinin təhlükəsizliyini 
təmin etməlidirlər. 
*
 
Ağır əşyaların və zərərçəkənlərin qaldırılması zamanı təhlükəsizliyin qiymətləndirilməsi 
Xilasedicilər ağır əşyaların və zərərçəkənlərin qaldırılması və yerdəyişməsi zamanı lazımi üsullardan istifadə etmədikdə 
müxtəlif xəsarətlər ala bilərlər. Ən ağır xəsarət onurğanın zədələnməsidir. Ağırlıq qaldırarkən əsas güc onurğa sütununa (belə) 
yox, ayaqlara düşməlidir. Yükün ağırlıq mərkəzi mümkün qədər xilasedicinin bədəninə ya- xın olmalıdır. Yerdəyişmə zamanı 
dönmə hərəkəti ayaqlarla həyata keçirilməlidir (gövdəni, onurğanı çevirmədən). Əgər yükün ağırlıq mərkəzi xilasedicinin 
belindən aşağı və ya çiynindən yuxarı düşərsə, xəsarət alma riski artar. İmkan olan yerdə yükü dartmaq yox, itələmək 
məqsədəuyğundur. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin