2. Tənəffüsün normal və ya qeyri-normal olduğunu müəyyən edin Zərərçəkənin çiyinlərindən silkələyib, “Sizə nə olub?” – soruşmaqla eyni zamanda tənəffüsünün normal/qey- ri-normal
olduğuna görə dəyərləndirin: zərərçəkən nəfəs almır; normal nəfəs almır; yalnız boğulur və ya aqonal tənəffüsdür.
Bəzi hallarda zərərcəkəndə aqonal tənəffüs müşahidə olunur. Aqonal (can vermə) tənəffüs normal tənəffüs sayılmır.
Aqonal tənəffüs reflektor olaraq havanın acgözlüklə udulması – ürəyin qəfləti dayanmasından dərhal sonra baş verir. Aqonal
tənəffüsdə ağız açıq qalır, boyun və döş əzələləri tənəffüsdə iştirak edir. Zərərçəkən sürəkli “hava udmağa” çalışır, tənəffüs
xırıltılı və fasilələrlə müşayiət olunur.
Aqonal tənəffüs, qıcıqlara cavab verməyən zərərçəkəndə ürək dayanmasının əlamətidir və belə halda döş qəfəsinin
kompressiyası əsas götürülərək, ÜAR-ı başlayın.
3. Nəbzin olub-olmadığını müəyyən edin Diqqət! Qıcıqlara cavab reaksiyasını, tənəffüsü və nəbzi eyni zamanda – 10 saniyə ərzində qiymətləndirin.
Qıcıqlara cavab reaksiyası verməyən zərərçəkənin tənəffüsündə hansısa bir problem olarsa, vaxt itirmədən onun nəbzini
yoxlayın.
Nəbz böyüklərdə və uşaqlarda yuxu və ya bud (körpələrdə bazu) arteriyasında 5–10 saniyə ərzində təyin edilmirsə, döş
qəfəsinin kompressiyası (ürəyin qapalı masajı) əsas götürülərək, ürək-ağciyər reanimasiyasına başlayın.
4. Yardım göstərmək üçün zərərçəkənə münasib vəziyyət verin Onurğada, xüsusilə də boyun nahiyəsində travmaya şübhə olduqda, zərərçəkəni yerindən tərpətməyin. Yalnız
zəruri hallarda, təcili tibbi yardım briqadası gələnə qədər zərərçəkən başqa yerə köçürülə bilər. ÜAR aparıldıqda
isə baş, boyun və bədən bir xətt boyu saxlanılmalıdır.
-
Qıcıqlara cavab verməyən (huşunu itirmiş) zərərçəkən klinik ölüm vəziyyətində olduqda, onu arxası üstə çevirib kürəyi
bərk və hamar müstəvi səth üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq lazımdır.
-
Qıcıqlara cavab verməyən (huşunu itirmiş) zərərçəkən sağ olduqda, ona “bərpa vəziyyəti” (“Recovery position”)
verilməlidir.