TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə4/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   2   3   4   5   6   7   8   9   ...   141
DƏRSLİK

2.
 
Zərərçəkənin təhlükəsizliyi 
Zərərçəkəni yerindən yalnız ehtiyac olduqda tərpədin. Zərərçəkənin vəziyyətinin ilkin qiymətləndirilməsi hadisə yerinin 
qiymətləndirməsindən və xilasedicinin hadisə yerinə yaxınlaşma anından başlayır. Xilasedici hadisə yerinə baxış keçirib, öz 
təhlükəsizliyinə əmin olduqdan sonra, zərərçəkənin və ətrafdakı müşahidəçilərin həyatına əlavə təhlükə olmadığını müəyyən 
edir. 
Əgər ilk yardım yanan evin, elektrik xəttinin yaxınlığında və ya suda göstərilməlidirsə, xilasedici öncə özünə və 
zərərçəkənə təhlükəsiz yer seçməlidir. 
Vaxt itirmədən zərərçəkənə hadisə yerində ilk yardımın göstərilməsi daha səmərəlidir. Yardımın keyfiyyətli göstərilməsi 
mümkün olmadıqda (məsələn suda defibrilyasiyanın aparılması və s.), zərərçəkənin yerdəyişməsini etmək olar. Baş və boyun 
nahiyəsindən travma almış zərərçəkəni tərpətmək və silkələmək olmaz, çünki belə hərə- kətlər onurğa beyninin zədələnməsinin 
ağırlaşmasına səbəb ola bilər. 
Travma almış zərərçəkəni təhlükəsiz ərazidən başqa yerə köçürmək olmaz. Ümumiyyətlə, zərərçəkən nəfəs alırsa, 
qanaxması dayandırılıbsa və başqa təcili ilk yardıma ehtiyacı yoxdursa o, təcili tibbi yardım briqadası gələ- nədək yerindən 
tərpədilməməlidir. 
Kütləvi hadisələrdə (zərərçəkənin sayı üç nəfərdən artıq olarsa) birinci növbədə həyat fəaliyyətinin təmin olunmasına 
ehtiyacı olanlar müəyyən olunmalı və ilk növbədə onlara DRCABD alqoritmi əsasında tibbi yardım göstərilməlidir. Xilasedici 
hadisə yerində qan içində kömək istəyən zərərçəkəni görüb, ona kömək göstərməyə tələsərək özünün və zərərçəkənin 
təhlükəsizliyini təmin etməyi unutmamalıdır. 
Xilasedici ilk növbədə hadisə yerinə ümumi baxış keçirməli və hadisə yerini qiymətləndirərək, bu barədə məlumatı 
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya 
idarəsinə (tel.: 112 qaynar xətt) çatdırmalıdır. 
Hadisə yerinin təhlükəsizliyini müəyyən etdikdən sonra təhlükə olarsa, təhlükəni aradan qaldırmaq və ya zərərçəkəni 
təhlükəsiz yerə keçirmək lazımdır. Məsələn, yanma təhlükəsi olan nəqliyyat vasitəsində xilasetmə işləri yalnız xilasedicilər üçün 
təhlükə olmadıqda həyata keçirilməlidir. Yanma təhlükəsi olan avtomobilin akkumulyato- runun mənfi (–) naqili dərhal ayrılmalı 
və qəzaya uğramış nəqliyyat vasitəsinin stabil (sabit və tərpənməz) vəziyyətdə saxlanması üçün müvafiq tədbirlər görülməlidir. 
Daha sonra zərərçəkən təcili olaraq (ilk yardım göstərilmədən) nəqliyyat vasitəsindən çıxarılmalıdır. Zərər- çəkən 
nəqliyyat vasitəsindən uzaqlaşdırıldıqdan sonra təhlükəsiz yerə aparılmalı və orada ona ilk yardım göstəril- məlidir. İlk yardım 
göstərilərkən meteoroloji amillər (soyuq hava, külək, yağış və s.) nəzərə alınmalıdır, çünki bunlar zərərçəkənin səhhəti üçün 
ciddi problemlər yarada bilər. 
Diqqət! 
Xilasedici üçün hər hansı bir təhlükə olduqda risk etmək məsləhət görülmür. 
Birinci yerdə xilasedicinin, ikinci yerdə zərərçəkənin, üçüncü yerdə digər insanların təhlükəsizliyi durur. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin