4
Bu mərhələdə xilasedici tərəfindən aşağıdakı tədbirlər görülməlidir:
»
huşun olub-olmamasını (qıcıqlara cavab reaksiyasını) yoxlamaq;
»
zərərçəkən huşunu itiribsə (qıcıqlara cavab vermir), ilk növbədə kömək çağırıb təcili tibbi yardım xidmətini aktivləşdirmək
və defibrilyatoru əldə etmək;
»
tənəffüsün normal və ya qeyri-normal olduğunu müəyyən etmək;
»
yuxu və ya bud arteriyasında nəbzin olub-olmadığını müəyyən etmək;
»
yardım göstərmək üçün zərərçəkənə münasib vəziyyət vermək;
»
yardım göstərərkən özü üçün münasib vəziyyət seçmək.
Qıcıqlara cavab reaksiyasını yoxlamaqla huşun olub-olmadığını müəyyən edin
Qıcıqlara cavab reaksiyası, zərərçəkənin huşunun olub-olmadığını göstərir. Qıcıqlara cavab reaksiyası iki üsulla
müəyyən edilir. Verbal (şifahi) – soruşmaqla və taktil – toxunmaqla.
Uzanıqlı və ya oturaq vəziyyətdə olan zərərçəkənin huşunun özündə olub-olmadığını yoxlamaq üçün əvvəl yüksək səslə
soruşun: “Sizə nə olub?”. Cavab olmadıqda isə çiyinlərindən ehtiyatla silkələməklə onun cavab reak- siyasını yoxlayın.
Zərərçəkəndən yüksək səslə “Sizə nə olub?”
–
soruşub, ehtiyatla çiyinlərindən silkələməklə eyni zamanda tənəffüsün
və nəbzin olub-olmadığı müəyyən edilməlidir.
Zərərçəkənin qıcıqlara cavab reaksiyası olmadıqda o, HUŞUNU İTİRMİŞ və ya ÖLMÜŞ hesab olunur.
Dostları ilə paylaş: