TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə7/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   2   3   4   5   6   7   8   9   10   ...   141
DƏRSLİK

1.
 
Zərərçəkən huşunu itiribsə ilk növbədə əlavə kömək çağırın, təcili tibbi yardım xidmətini aktivləşdirin, defibrilyatoru əldə 
edin. 
*
Əlavə kömək çağırmaq 
Huşunu itirmiş, qıcıqlara cavab verməyən zərərçəkən nəfəs almır, normal nəfəs almır və ya boğulursa, “sağ- qalma 
zənciri”nin tələblərinə uyğun olaraq yardım göstərin. 

Böyük yaş qrupuna (böyüklərə) aid olan zərərçəkən olduqda, qışqıraraq kömək çağırın: “
Kömək 
edin
! “
Kömək edin
!”. 

Uşaqlar qrupuna aid olan zərərçəkən olduqda, ilk növbədə qeyri-ürək mənşəli səbəbləri araşdırıb, qabaqlayı- cı 
(profilaktik) tədbirlər görüb (
ilk yardım göstərib
), kömək çağırın: “Kömək edin! “Kömək edin!”. 
*
Təcili tibbi yardım xidmətini aktivləşdirin (zəng edin) 
112 və ya 103 nömrələrinə zəng edən aşağıdakı məlumatları verməlidir: 
» 
hadisə baş verdiyi ərazinin ünvanı, oriyentirləri (səmti); 
» 
hansı fəlakət növü baş vermişdir (yol nəqliyyat hadisəsi, dağıntı, suda bədbəxt hadisə və s.); 
» 
hadisənin xarakteri və miqyası (əhatə dairəsi); 
» 
hadisə yerinə çatmaq üçün yaxın və maneəsiz yol; 
» 
hadisənin baş verdiyi vaxt (gün, saat, dəqiqə); 
» 
zərərçəkənlərin dəqiq və ya təxmini sayı (özünün, qonşuların, şahidlərin və digər mənbələrin məlumatı əsasında); 
» 
zərərçəkənlərin vəziyyəti; 



» 
xilasetmə əməliyyatının həcmi (ehtiyacın miqdarı – tibb işçiləri, nəqliyyat vasitələri, avadanlıq və s.); 
» 
xilasetmə əməliyyatının əsas istiqaməti (yol nəqliyyat vasitəsindən və ya dağıntılar altından zərərçəkənlərin çıxarılması 
və s.); 
» 
olduğu yer haqqında məlumat; 
» 
digər lazımi məlumatlar; 
» 
məlumat verənin soyadı, adı və telefon nömrəsi. 
Defibrilyatoru əldə edin 
Bəzi ölkələrdə avtomatik eksternal (xarici) defibrilyator (AED) aeroportlarda, vağzallarda, marketlərdə, tak- sofon 
(avtomat telefon) yanında quraşdırılır. Sadəcə onları olduğu yerdən götürüb, zərərçəkənin yanına gətirmək lazımdır. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin