9
təngnəfəs olan uşaqla rastlaşan zaman, köməyə çağırıb, nəbzi yoxlayın. Nəbz 5–10 saniyə ərzində aydın təyin edilmirsə və ya
sayı dəqiqədə 60-dan azdırsa, əvvəlcə 5 dövr (2 dəqiqə) 30:2 nisbətində ürək-ağciyər reanimasiya- sını (ÜAR) aparın. Sonra
təcili TTYX-ni aktivləşdirmək (zəng vurmaq) və defibrilyatoru əldə etmək üçün uşağı tək qoymaq olar. Bundan sonra uşağın
yanına qayıdıb, təcili tibbi yardım briqadası gələnə və ya defibrilyator əldə edi- lənə qədər ÜAR-ı davam edin. Defibrilyator əldə
edilən kimi onu, mümkün qədər tez istifadə edin.
Diqqət!
(1) Əgər zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edilirsə və tənəffüsü bərpa olunubsa ona sol və ya
sağ tərəfi üstə “bərpa vəziyyəti” verin.
(2) Nəbz aydın təyin edilirsə və ya nəbzin sayı dəqiqədə 60-dan çoxdursa, lakin sərbəst tənəffüsü yoxdursa, təcili
tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb, yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini
qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs).
Dostları ilə paylaş: