8
-
Hər bir elektroşokdan qabaq və dərhal sonra döş qəfəsinin kompressiyası əsas olmaq şərti ilə ÜAR-ı təcili yenidən
başlamaq lazımdır. Nəbzi və ritmi yoxlamağa vaxt sərf etməyin.
-
ÜAR zamanı defibrilyatoru söndürməyin, elektroşok vermək yenə də lazım ola bilər.
-
Əlləri döş qəfəsindən götürən kimi 8 saniyə müddətində defibrilyatorla analiz edib elektroşok verin.
-
Döş qəfəsinin kompressiyası əsas olmaqla, ürək-ağciyər reanimasiyasını (ÜAR) davam etdirin. Sonra yenə defibrilyatoru
işə salıb, defibrilyatorun göstərişlərinə əməl edin.
-
Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz aydın təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər,
tənəffüs yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs).
Zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edildikdə və tənəffüsü bərpa olunduqda, ona sol və
ya sağ
tərəfi üstdə “bərpa vəziyyəti” verin.
Dostları ilə paylaş: