TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


ÜRƏK-AĞCİYƏR REANİMASİYASININ (ÜAR) APARILMASI



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə10/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   6   7   8   9   10   11   12   13   ...   141
DƏRSLİK

ÜRƏK-AĞCİYƏR REANİMASİYASININ (ÜAR) APARILMASI 
A.
Böyüklərə xilasedici tək olduqda ÜAR-ın aparılması 
B.
Bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlara xilasedici tək olduqda ÜAR-ın aparılması 
C.
Körpələrə (yenidoğulmuşla bir yaş arasında olan uşaq) xilasedici tək olduqda ÜAR-ın aparılması 
D.
Böyüklərə xilasedicilər iki nəfər və çox olduqda ÜAR-ın aparılması 
E.
Bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlara xilasedicilər iki nəfər və çox olduqda ÜAR-ın aparılması 
F.
Körpələrə xilasedicilər iki nəfər və çox olduqda ÜAR-ın aparılması 
G.
Yenidoğulmuşlara ÜAR-ın aparılması 
H.
Reanimasiya tədbirlərinin dayandırılması 
Həyat üçün ən təhlükəli hal ürəyin qəfləti dayanmasıdır. Hadisə qəfləti baş verdiyi üçün zərərçəkənə ilk yar- dımı ətrafda 
olan insanlar göstərməlidirlər. Sizin yanınızda kimsə özünü pis hiss edib, qəfləti huşunu itirərək yerə yıxılır və ya oturacaqda 
oturduğu halda birdən tənəffüsü məhdudlaşır, nəfəs almır və ya qeyri-normal nəfəs alır (o cümlədən aqonal tənəffüs), boğulur, 
təngnəfəs olur və qıcolmalar baş verirsə – bu, ürəyin dayanmasından və ya dayanması təhlükəsindən xəbər verir. Qıcolmalar 
ürək dayanmasının tez-tez təsadüf edilən nəticəsidir. 
A.
 
BÖYÜKLƏRƏ xilasedici TƏK OLDUQDA ÜAR-ın aparılması 
Böyüklər qrupuna – yeniyetmələr (cinsi yetkinlik yaşından yuxarı uşaqlar) və böyüklər daxildir. DRCABD 
alqoritminin yerinə yetirilmə ardıcıllığına riayət edin. 
DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və 
təhlükəni aradan qaldırmaq. Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan 
qaldırın → növbəti addıma keçin. 
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər 
hərəkətə keçin. 
1. 
Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin