TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə12/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   8   9   10   11   12   13   14   15   ...   141
DƏRSLİK

2. 
Canlandırma 
– 
döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı) 

Döş qəfəsinin mərkəzinə (döş sümüyünün aşağı hissəsinə) iki əllə 
fasiləsiz rejimdə sərt və tez-tez 
– dəqiqədə 
100
–120 arası tezliklə sıxmağa başlayın. 

Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (böyüklərdə 5 sm-dən 
artıq, 6 sm-dən çox olmamaq şərti ilə) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən 
genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin. 
Böyüklərə yardım göstərənlər tək, iki nəfər və daha çox olduqda da ÜAR 
30:2 nisbətində aparılır 
– 
30 kompressiya 2 tənəffüs. 

30 kompressiyanı təxminən 18 saniyə və daha az müddətdə etmək lazımdır. Kompressiyaları bərkdən sayın. 
Döş qəfəsinin sıxılma ritmi 
“ƏSGƏR” 
sözünün dəfələrlə təkrarına uyğundur. 
Üç 
dəfə döş qəfəsini sıxaraq “ƏSGƏR” sözünü təkrarlayıb, ritmi tutun və sayla 4, 5, 6 ... davam edin. 30 
kompressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs verin. 

Döş qəfəsi kompressiyalarını yerinə yetirərkən hər 30 kompressiya arasındakı fasilə 10 
saniyədən artıq olmamalıdır. 
3. 
Açıq tənəffüs yolları 
– 
tənəffüs yollarının keçiriciliyinin bərpası 
Dil ilə tutulan tənəffüs yolu iki üsulla açılır: 
» 
“bаş аrхаyа, alt çənə irəli” – bаşı аrхаyа əyib

alt 
çənəni irəli çəkmək (əsas üsul); 
» 
“alt çənə irəli” – başı arxaya əyməyib, alt çənəni irəli çəkmək. 
4. 
Birbaşa nəfəsvermə 
– 
ağciyərlərin süni ventilyasiyası 
Hər 30 kompressiya etdikdən sonra, mümkündürsə, zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini 
qaldıran) süni tənəffüs verin. Hər nəfəs vermənin müddəti bir saniyədən artıq olmalıdır. Döş qəfəsi- nin qalxmasını izləyin 
və artıq havalandırmaya yol verməyin. 
Diqqət! 
Süni tənəffüs bir çox üsullarla aparılır: birbaşa – “ağızdan-аğızа” və yа “аğızdan-buruna”; sədd vasitə ilə – “ağızdan-
аğızа”; ağız-udlaq və burun- udlaq hava ötürücüləri ilə, ağız mаskаsı vasitəsilə “ağızdan-аğızа”; АMBU kisəsi vasitəsilə. 
Süni tənəffüs verərkən bütün hallarda 
bioloji substan- 
siyalardan və yoluxucu xəstəliklərdən 
qorunun. İlk fürsətdə çalışın 
birbaşa “ağızdan-аğızа” və yа “аğızdan-buruna” nəfəs verməni sədd vasitəsilə, ən yaxşısı isə tək olduqda ağız mаskаsı, 
iki 
nəfər və çox olduqda isə özüdüzələn Ambu kisəsi ilə əvəz edin (bax: “Ağciyərlərin süni ventilyasiyası”). 
Kompressiya edərkən tənəffüs vermək üçün fasiləyə və kompressiyalar arası əlavə nəfəs verməyə ehtiyac yoxdur. 
Kompressiyalardan sonra tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu süni tənəffüs verib, yenə də kom- pressiyalara 
qayıtmağa 10 saniyədən artıq vaxt itkisinə yol verməyin. 

Ağızdan-ağıza (аğızdan-buruna) süni nəfəsin verilməsi mümkün olmadıqda (xəsarət nəticəsində sifətin eybəcər hala 
düşməsi səbəbindən, gigiyena baxımından və s.) döş qəfəsinin kompressiyasını (sıxılmasını) fasiləsiz rejimdə kömək 
gələnə qədər və ya defibrilyatoru istifadə edənə qədər davam edin (tənəffüs vermə- dən “yalnız əllərlə” – “Hands-Only” 
alqoritmi). 
Tək olduqda, zərərçəkənin yaşından asılı olmayaraq ürəyin qəfləti dayanması zamanı 
bütün zərərçəkənlərdə (yenidoğulmuşlar istisna olmaqla), döş qəfəsinin kompressiyası əsas götürülərək, 
ürək-ağciyər reanimasiyası 30:2 nisbətində (30 kompressiya 2 tənəffüs) CAB ardıcıllığı ilə aparılır. 
Diqqət! 
Yenidoğulmuşlarda ürəyin qəfləti dayanması adətən asfiksiya – boğulma (toxumalarda oksigenin azalması və karbon 
qazının çoxalması) nəticəsində baş verdiyinə görə onlarda 
ilk və mühüm addım 
asfiksiyanı aradan qaldırmaq, tənəffüs 
yollarının keçiriciliyini bərpa etməkdir. Buna görə, ürəyin funksiyasının pozulması halları istisna olmaqla, 
yenidoğulmuşlara ÜAR-ı apardıqda ABC alqoritmindən istifadə edin. 

30 kompressiya 2 tənəffüs (30:2 nisbəti) və 
uşaqlarda xilasedici iki nəfər və çox olduqda 
15 kompressiya 2 tənəffüs (15:2 nisbəti) 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin