B –
birbaşa nəfəsvermə. Əgər asfiksiya (boğulma) aradan qalxmırsa və ya getdikcə artırsa, bu zaman dəqiqədə 40–60
dəfə ağciyərlərin süni ventilya-siyasını vals ritmində təmin edin (“Bir” sayına nəfəs verilir, “İki – Üç” sayına nəfəsin
buraxılması gözlənilir). Bu tədbirlər başlayandan 30 saniyə sonra 6 saniyə reanimasiya tədbirləri dayandırılır və əgər
yenidoğulmuşun sərbəst tənəffüsü, ürək vurgularının dəqiqəlik sayı 100-dən çoxdursa və dəri örtüyü çəhrayı rəngə
çalırsa, deməli tənəffüsü bərpa olunub, asfiksiya aradan götürülüb və ya götürülmək üzrədir.
3.
C –
canlandırma. Sərbəst tənəffüs bərpa olunmadıqda, dərinin rənginin göyərməsi (sianoz) davam edir və ürək
vurğularının dəqiqədə sayı 60-dan azdırsa, yenidoğulmuşlarda döş qəfəsinin hər 3 kompressiyasından sonra 1 süni
nəfəs verilməlidir (imkan daxilində 100%-li oksigenin verilməsi məsləhət görülür). Dəqiqədə 90 kompressiya və 30 süni
tənəffüs aparılmalıdır. İkinci xilasedici süni tənəffüsün başlama vaxtını bilmək üçün birinci xilasedici döş qəfəsinə etdiyi
təzyiqləri ucadan saymalıdır: “Bir və İki və Üç və Nəfəs və”. Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündür-
lüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalıdır.
4.
30 saniyə ərzində aparılan kompressiya və süni tənəffüsdən sonra ürək döyüntülərinin sayı dəqiqədə 60-dan az olarsa,
adrenalin yeridilir.
30 saniyə ərzində müsbət təzyiq altında süni ventilyasiya və döş qəfəsinin kompressiyasını etdikdən sonra 6 saniyə
ərzində reanimasiya tədbirləri dayandırılır, uşaqda sərbəst tənəffüs, ÜVS (ürək vurğularının dəqiqəlik sayı) və dəri
örtüklərinin rəngi qiymətləndirilir.
Diqqət! (1) 10 dəqiqə keyfiyyətli ÜAR-dan sonra yenidoğulmuşda ürək vurğuları təyin edilmirsə, reanimasiyanı dayandırmaq olar.
Əgər yenidoğulmuşa reanimasiya aparılmasının vacibliyinə dair şübhə varsa, həmişə reanimasiya tədbirlərinə başlamaq
lazımdır.
(2)
Ürək vurğularının dəqiqəlik sayı (ÜVS) 60-dan çoxdursa, ürəyin xarici masajı dayandırılır və sərbəst tənəffüs bərpa
olunana qədər ağciyərlərin süni ventilyasiyasını aparmaq lazımdır.
(3)
Ürək vurğularının dəqiqəlik sayı (ÜVS) 60-dan azdırsa, reanimasiya tədbirləri davam etdirmək lazımdır (ürəyin qapalı
masajı və ağciyərlərin süni ventilyasiyası).