TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə22/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   18   19   20   21   22   23   24   25   ...   141
DƏRSLİK

H.
 
REANİMASİYA TƏDBİRLƏRİNİN DAYANDIRILMASI 
Reanimasiya tədbirlərinin düzgün aparılmasına baxmayaraq, hər zaman müsbət nəticə alınmır və ürək fəaliyyəti 
dayanmış bir çox zərərçəkənləri həyata qaytarmaq mümkün olmur. Reanimasiyanın dayandırılması mövcud qanunlara uyğun 
olaraq həyata keçirilməli və təcili tibbi yardım briqadası gələnə qədər yalnız aşağıdakı hallarda təxirə salına bilər: 

böyüklərdə və uşaqlarda 30, yenidoğulmuş uşaqlarda isə 10 dəqiqə müddətində aparılan fasiləsiz və keyfiyyətli 
reanimasiyadan sonra həyat əlamətləri olmadıqda; 

defibrilyasiya 
aparılmadıqda; 

ürəyin qəfləti dayanması sizin yanınızda baş vermədikdə; 

zərərçəkəndə bioloji ölüm əlamətləri olduqda (zərərçəkənin həddindən artıq soyuması və isitmədən sonra həyat 
əlamətlərinin olmaması, ölüm ləkələrinin və meyit qacımasının müşahidə olunması); 

zərərçəkən aydın şəkildə ölümcül zədə aldıqda (ətrafların itirilməsi ilə ağır qan itkisi); 

xilasedici yorulduqda. 
YENiDOĞULMUŞLARIN REANiMASIYASI 
 
Bu hissədə yenidoğulmuşların reanimasiyasında tətbiq edilən əsas üsul və yanaşmanın icmalı verilir. Təsvir edilən 
qaydalar həm yenidoğulmuşlar, həm də bir neçə aylıq körpələrin reanimasiyasında istifadə edilir. Burada tənəffüs yollarının 
sərbəst keçiriciliyinin təmin edilməsi, müsbət təzyiqli (oksigen kisəsi və maska, Ambu kisəsi) ventilyasiya və endotraxeal 
intubasiya texnikası və mekoniumun təmizlənməsinə dair təsvir edilmiş protokollar Amerika Pediatrya Akademiyası və 


12 
Amerika Ürək Assosiasiyasının 2011-ci ildə çap olunmuş Neonatal Reanimasiya Proqramının 6-cı nəşrində yer almış 
təlimatlar və qaydalara əsaslanır.
Qeyd olunmalıdır ki, Mamalıqda Təkmilləşdirilmiş Təxirəsalınmaz Yardım (ALSO) proqramı çərçivəsində aparılan tədris 
Neonatal Reanimasiya Proqramı əsasında aparılan daha irəliləmiş və sertifikatlaşdırılmış təlim kursunu əvəz etmir. 
Beləliklə, neonatal reanimasiyaya dair daha təkmilləşdirilmiş bilik və bacarıqların əldə edilməsi üçün Neonatal 
Reanimasiya Proqramı üzrə təlim keçmək tövsiyə olunur.
Tibb elminin ən qürurverici hallarından biri sağlam körpənin doğulması prosesində iştirak etməkdir. Xoşbəxtlikdən, doğulan 
körpələrin 90%-dən çoxu problemsiz doğulur və dərhal analarına verilir. Lakin doğulan hər 10 körpədən birində uşaqlıqdan 
(ana bətnindən) kənar həyata keçiddə müəyyən çətinliklər yaranır. Həmin körpələrin yarısında səbəbkar risk faktorları 
məlum olsa da, digərlərində səbəb qeyri-müəyyən qalır. Buna görə də, hər bir körpənin doğuşu zamanı onun reanimasiya 
tədbirlərinə ehtiyac duyacağını güman edərək hazırlıqlı olmaq tələb olunur. Yenidoğulmuş və distresdə olan körpənin 
reanimasiyası çox çətin görünsə də, tibb personalı bilməlidir ki, bir neçə sadə və qeyri-farmakoloji tədbirlərin tətbiqi ilə 
yenidoğulmuşların reanimasiyası, adətən, uğurlu nəticələr verir. Buna görə də, həmin üsullara yiyələnməklə, tibb personalı 
distresdə olan əksər yenidoğulmuşlara effektiv yardım göstərə bilər. Daha ağır vəziyyətdə olan körpələrdə sadə və qeyri-
farmakoloji müdaxilələr uğursuz ola bilər. Belə ki, distresdə olan körpələrin təxminən 1%-də reanimasiya tədbirləri zamanı 
müvafiq dərman preparatlarının istifadəsi tələb olunur.
Uşaqlıqdaxili həyatdan uşaqlıqdankənar həyata keçid bir çox mürəkkəb fizioloji hadisələrin gedişatından asılıdır. Bu 
hadisələr oksigen təzyiqinin dəyişməsi və körpə tərəfindən ilk effektiv nəfəsalma bacarığı ilə müəyyən edilir. Əgər körpənin 
tənəffüs yolları selik və ya mekoniumla tıxanıbsa və ya tam yetişmədiyindən və ya mekonium səbəbindən ağciyərlərin 
elastikliyi zəifdirsə, bu zaman ventilyasiya və oksigenasiya effektiv olmaya bilər. Buna görə də, tənəffüs yollarının sərbəst 
keçiriciliyinin təmin edilməsi və körpənin tənəffüsünün bərpa edilməsi yenidoğulmuşların reanimasiyasının əsasını təşkil 
edir. Reanimasiya zamanı üstünlüyün məhz tənəffüs yollarına çıxışın əldə edilməsinə (tənəffüs yollarının keçiriciliyinin 
təmin edilməsinə) verilməsi yenidoğulmuşların reanimasiyasını böyüklərin və digər pediatrik xəstələrin reanimasiyasından 
fərqləndirir. Belə ki, böyük yaşlı və pediatrik xəstələrin reanimasiyasında son klinik protokollar əsasında hazırda üstünlük 
qan dövranının (sirkulyasiyanın) təmin edilməsinə verilir (
eng
. Circulation-Airway-
Breathing və ya Sirkulyasiya-Tənəffüs 
yolları-Nəfəsalma).

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin