12
Amerika Ürək Assosiasiyasının 2011-ci ildə çap olunmuş Neonatal Reanimasiya Proqramının 6-cı nəşrində yer almış
təlimatlar və qaydalara əsaslanır.
Qeyd olunmalıdır ki, Mamalıqda Təkmilləşdirilmiş Təxirəsalınmaz Yardım (ALSO) proqramı çərçivəsində aparılan tədris
Neonatal Reanimasiya Proqramı əsasında aparılan daha irəliləmiş və sertifikatlaşdırılmış təlim kursunu əvəz etmir.
Beləliklə, neonatal reanimasiyaya dair daha təkmilləşdirilmiş bilik və bacarıqların
əldə edilməsi üçün Neonatal
Reanimasiya Proqramı üzrə təlim keçmək tövsiyə olunur.
Tibb elminin ən qürurverici hallarından biri sağlam körpənin doğulması prosesində iştirak etməkdir. Xoşbəxtlikdən, doğulan
körpələrin 90%-dən çoxu problemsiz doğulur və dərhal analarına verilir. Lakin doğulan hər 10 körpədən birində uşaqlıqdan
(ana bətnindən) kənar həyata keçiddə müəyyən çətinliklər yaranır. Həmin körpələrin yarısında səbəbkar risk faktorları
məlum olsa da, digərlərində səbəb qeyri-müəyyən qalır. Buna görə də, hər bir körpənin doğuşu zamanı onun reanimasiya
tədbirlərinə ehtiyac duyacağını güman edərək hazırlıqlı olmaq tələb olunur. Yenidoğulmuş və distresdə olan körpənin
reanimasiyası
çox çətin görünsə də, tibb personalı bilməlidir ki, bir neçə sadə və qeyri-farmakoloji
tədbirlərin tətbiqi ilə
yenidoğulmuşların reanimasiyası, adətən, uğurlu nəticələr verir. Buna görə də, həmin üsullara yiyələnməklə, tibb personalı
distresdə olan əksər yenidoğulmuşlara effektiv yardım göstərə bilər. Daha ağır vəziyyətdə olan körpələrdə sadə və qeyri-
farmakoloji müdaxilələr uğursuz ola bilər. Belə ki, distresdə olan körpələrin təxminən 1%-də reanimasiya tədbirləri zamanı
müvafiq dərman preparatlarının istifadəsi tələb olunur.
Uşaqlıqdaxili həyatdan uşaqlıqdankənar həyata keçid bir çox mürəkkəb fizioloji hadisələrin gedişatından asılıdır. Bu
hadisələr oksigen təzyiqinin dəyişməsi və körpə tərəfindən ilk effektiv nəfəsalma bacarığı ilə müəyyən edilir. Əgər körpənin
tənəffüs yolları selik və ya mekoniumla tıxanıbsa və ya tam yetişmədiyindən və ya mekonium səbəbindən ağciyərlərin
elastikliyi zəifdirsə, bu zaman ventilyasiya və oksigenasiya effektiv olmaya bilər. Buna görə də, tənəffüs yollarının sərbəst
keçiriciliyinin təmin edilməsi və körpənin tənəffüsünün bərpa edilməsi yenidoğulmuşların reanimasiyasının əsasını
təşkil
edir. Reanimasiya zamanı üstünlüyün məhz tənəffüs yollarına çıxışın əldə edilməsinə (tənəffüs yollarının keçiriciliyinin
təmin edilməsinə) verilməsi yenidoğulmuşların reanimasiyasını böyüklərin və digər pediatrik xəstələrin reanimasiyasından
fərqləndirir. Belə ki, böyük yaşlı və pediatrik xəstələrin reanimasiyasında son klinik protokollar əsasında hazırda üstünlük
qan dövranının (sirkulyasiyanın) təmin edilməsinə verilir (
eng
.
Circulation-Airway-
Breathing və ya Sirkulyasiya-Tənəffüs
yolları-Nəfəsalma).
Dostları ilə paylaş: