2. Canlandırma –
döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı) -
Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (uşaq- larda azı 5 sm
) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına)
imkan verilməlidir.
Xilasedicilər iki nəfər və çox olduqda ÜAR uşaqlarda 15:2 nisbətində aparılır. -
İntubasiya etdikdən sonra da ÜAR-ı 15:2 nisbətində davam edin.
-
Kiçik yaş qrupuna (1–3 yaş) aid olan və fiziki cəhətdən zəif uşaqlarda döş qəfəsinin kompressiyası bir əllə (ovcun
proksimal (biləyə yaxın) hissəsi ilə), digərlərində isə iki əllə aparılır.
-
Döş qəfəsinin 15 kompressiyasını təxminən 9 saniyə və ondan az müddətdə etmək lazımdır.
Üç dəfə döş qəfəsini sıxaraq “ƏSGƏR” sözünü təkrarlayıb ritmi tutun və sayla 4, 5, 6 ... davam edin.
3. Açıq tənəffüs yolları –
tənəffüs yollarının keçiriciliyinin bərpası İkinci xilasedici birinci ilə üzbəüz (dizi üstə) durub, zərərçəkənin tənəffüs yollarını açır.
4. Birbaşa nəfəsvermə –
ağciyərlərin süni ventilyasiyası İkinci xilasedici tənəffüs yollarını açıb, hər 15 kompressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs verir. Bunu Ambu
kisəsi ilə həyata keçirmək daha məqsədəuyğundur. Hər 5 dövrdən (iki dəqiqədən) bir, yardım göstərənlər uzağı 5 saniyə
ərzində yerlərini və funksiyalarını dəyişməlidir.
5. Defibrilyasiya –
defibrilyatorla elektrik cərəyanı (elektroşok) verməklə, ürək fəaliyyətinin bərpası Defibrilyator əldə edilən kimi onu istifadə edin.
Diqqət! (1) Əgər zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edilirsə və tənəffüsü bərpa olunubsa ona sol və ya
sağ tərəfi üstə “bərpa vəziy- yəti” verin.
(2) Nəbz aydın təyin edilirsə və ya nəbzin sayı dəqiqədə 60-dan çoxdursa, lakin sərbəst tənəffüsü yoxdursa, təcili tibbi
yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb, yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran)
nəfəs verin (dəqiqədə 10–12 nəfəs).