10
müddəti bir saniyədən artıq olmalıdır). Bu zaman döş qəfəsinin qalxmasına diqqət yetirilməli və artıq havalandırmaya yol
verilməməlidir. Hər 5 dövrdən (iki dəqiqədən) bir, yardım göstərənlər yerlərini dəyişmədən funksiyalarını dəyişməlidir.
-
İkinci xilasedici özüdüzələn kisə (Ambu kisəsi) olduqda zərərçəkənin baş tərəfində durub süni tənəffüs verir (30
kompressiyaya 2 tənəffüs). Hər nəfəsvermə 1 saniyədən artıq müddətdə olmalıdır. Hər 5 dövrdən (iki dəqiqədən) bir,
yardım göstərənlər uzağı 5 saniyə ərzində yerlərini və funksiyalarını dəyişməlidir. Bunu
defibrilyator analiz etdiyi
müddətdə etmək olar.
-
Üç xilasedici olduqda ikisi üzbəüz (dizi üstə) durub bir-birini əvəz edərək döş qəfəsinin kompressiyasını,
üçüncü
xilasedici isə zərərçəkənin baş tərəfində durub tənəffüs yоllаrını, tənəffüsü, yuxu arteriyasında nəbzi yoxlayır və
özüdüzələn kisə ilə (Ambu kisəsi) süni tənəffüs verir. Üçüncü xilasedici eyni zamanda döş qəfəsinin kompressiyasının
düzgün aparılmasına
nəzarət edir, defibrilyatoru işə salmağa və ya zərərçəkənə intubasiya (xüsusi
borunu traxeyaya
yeritmək) etməyə hazırlaşır. İntubasiyadan sonra ÜAR 30:2 nisbətində davam edilir.
-
Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs
yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1
uğurlu
(döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Hər 2
dəqiqədən bir nəbzi yoxlayın.
Dostları ilə paylaş: