11
uyğun aparmalıdır:
-
Nəbz bazu arteriyasının üzərində aydın təyin edilmirsə və ya dəqiqədə 60-dan azdırsa ÜAR-ı iki xilasedici ilə 15:2
nisbətində başlayın.
-
İki nəfər olduqda döş qəfəsinin kompressiyası iki baş barmaqla “döş qəfəsini əhatə etmə texnikası”na uyğun aparılır. Döş
qəfəsi kiçik olan körpələrdə baş barmaqlar üst-üstə qoyula bilər.
G.
YENİDOĞULMUŞLARA ÜAR-ın APARILMASI
Keyfiyyətli və uğurlu reanimasiya üçün, adətən iki və ya üç xilasedici tələb olunur.
Yenidoğulmuşlarda ürəyin qəfləti dayanması adətən asfiksiya (boğulma) nəticəsində baş verir. Buna görə, ürək
fəaliyyətinin pozulması halları istisna olmaqla, onlarda ürək-ağciyər reanimasiyasını (ÜAR) apardıqda
ABC alqoritmindən
istifadə edilməsi məsləhətdir (A – açıq tənəffüs yolları; B – birbaşa nəfəs; C – canlandırma). Yenidoğulmuşlarda ürək
vurğularının dəqiqəlik sayını (ÜVS) bilmək üçün nəbzi bazu arteriyasının üzərində 6 saniyə ərzində sayıb 10-a vurmaq lazımdır
(bax: “Yenidoğulmuşların ilkin reanimasiyası”).
Yenidoğulmuşların reanimasiyasında asfiksiyanı aradan qaldırmaq, tənəffüs yollarının keçiriciliyini bərpa etmək – ilk və
mühüm addımdır.
1.
A
–
açıq tənəffüs yolları.
Tənəffüsü bərpa etmək
ilk və mühüm addımdır
: qurulamaq və isti saxlamaq; möhtəviyyatı
tənəffüs yollarından təmizlə- mək; uşağa düzgün vəziyyət vermək – çiyinlərinin altına təqribən 2,5 sm qalınlıqda
bükülmüş mələfə qoymaq; tənəffüsün taktil (toxunma ilə) stimul- yasiyasını aparmaq (ayaqlarının altı əllə yavaş
döyəclənir, kürək sümükləri arası sahə ehtiyatla əllə və ya isti salfetlə silinir). Bu tədbirlər başlayandan 30 saniyə sonra 6
saniyə reanimasiya tədbirləri dayandırılır və əgər tənəffüs
sərbəst
, ürəyin
dəqiqəlik
vurgularının sayı 100-dən çoxdursa
və dəri örtü- yü çəhrayı rəngə çalırsa, deməli tənəffüs bərpa olunub, asfiksiya aradan götürülüb və ya götürülmək üzrədir.
2.
Dostları ilə paylaş: