TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə30/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   26   27   28   29   30   31   32   33   ...   141
DƏRSLİK

MEKONİUM 
Mekoniuma bulaşmış amniotik maye (dölətrafı sular) doğuşun geniş yayılmış ağırlaşmasıdır. Mekoniumun ağciyərlərə 
aspirasiyası çox ciddi və hətta ölümlə nəticələnə bilən ağciyər çatışmazlığına səbəb ola bilər. Mekoniumla aspirasiya 
hallarının əksəriyyəti in utero və ya ana bətnində baş verir və buna görə də qarşısı alına bilən deyildir. Endotraxeal 
intubasiyanın aparılması ilə səs tellərindən aşağıda mekoniumun ağciyərlərdən aspirasiyası (sovurulması) yalnız 
mekoniuma bulaşmış amniotik maye ilə yanaşı distressi olan (tənəffüs çatışmazlığı və ya tənəffüsün olmaması, ürək 
döyüntülərinin sayının dəqiqədə 100-dən aşağı və ya əzələ tonusunun aşağı olması) körpələrdə tətbiq edilməlidir. 
Larinqoskop və endotraxeal boru hazırlanmalı, mümkün olduqda sovurma aparatı (aspirator) isə doğuşdan əvvəl 
birləşdirilməli və onun işlək vəziyyətdə olduğu yoxlanmalıdır. Endotraxeal boruya birləşdirildikdən sonra sovurmaya 
(aspirasiya) start verilməlidir.
Doğuşdan sonra klinik vəziyyəti ağır olan və dölətrafı sular mekoniuma bulaşmış körpələrin mümkün qədər tez bir 
zamanda (ilk tənəffüsünü alanadək) intubasiyası aparılmalıdır. Aspirasiya (sovurma) endotraxeal boru vasitəsilə aparılır və 
aspiratda heç bir mekonium olmayanadək təkrar edilir. Əgər səs tellərindən aşağıda mekoniumun olduğu təsdiqlənərsə
mekoniumun aspirasiyası səbəbindən respirator distress, hipoksemiya və ya pnevmoniya əlamətlərinin erkən müəyyən 
edilməsi məqsədilə həmin körpələrin yaxından davamlı müşahidəsi təmin olunmalıdır.
Doğuşdan əvvəl mekoniuma bulaşmış amniotik mayenin olduğu müəyyən edilərsə, bu haqda körpənin valideynlərinə 
məlumat vermək və onları körpədə aparılma ehtimalı yüksək olan təxirəsalınmaz endotraxeal intubasiyaya hazırlamaq 
məqsədəuyğundur. Valideynlərə məlumat verilməlidir ki, endotraxeal intubasiya əsasən doğuşdan sonra aktivliyi olmayan 
və ya çox zəif aktivliyə malik olan körpələrdə aparılır.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin