TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə31/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   27   28   29   30   31   32   33   34   ...   141
DƏRSLİK

ÜRƏYİN QAPALI MASAJI 
30 saniyə ərzində aparılmış effektiv müsbət təzyiqli ventilyasiyaya baxmayaraq, ürək döyüntülərinin sayı dəqiqədə 60 
vurğudan aşağı olan körpələrdə qan dövranının təmin edilməsi məqsədilə ürəyin qapalı masajı başlanmalıdır. Ürəyin 
qapalı masajı effektiv oksigenasiya və ağciyərlərə qan axını bərpa olunanadək yenidoğulmuşun sirkulyasiya sistemini 
dəstəkləmək məqsədi daşıyır.
Bir daha xatırladaraq qeyd olunmalıdır ki, ürək əzələsinin fəaliyyəti üçün oksigenasiya tələb olunduğuna görə ürəyin qapalı 
masajına başlamazdan əvvəl effektiv ventilyasiya təmin edilməlidir.
Ürəyin qapalı masajının aparılması üçün ikinci tibb işçisi (reanimasiya komandasının üzvü) tələb olunur. Yadda 
saxlanmalıdır ki, ürəyin qapalı masajı mütləq ağciyərlərin ventilyasiyası ilə eyni vaxtda aparılmalıdır. Buna görə də ürəyin 
qapalı masajını həyata keçirmək üçün iki nəfər tələb olunur - biri döş qəsəfini sıxmalı, o biri isə ağciyərlərin ventilyasiyasını 
(məs., oksigen kisəsi və maska ilə) davam etdirməlidir.
Ürəyin qapalı masajı məqsədilə kompressiyalar (döş qəfəsinin sıxılması) döş sümüyünün aşağı üçdə bir hissəsində 
aparılır. Bu zaman döş sümüyünün xəncərəbənzər çıxıntısını (lat. processus xiphoideus) zədələməməyə çalışmaq 
lazımdır.
Ürəyin qapalı masajını aparmaq üçün iki üsul istifadə edilə bilər. Birinci üsula əsasən qapalı masaj zamanı hər iki əlin baş 
barmağı döş sümüyünə təzyiq edir (döş sümüyünün aşağı üçdə bir hissəsini onurğa sütununa doğru sıxır), yerdə qalan 
barmaqlar isə döş qəfəsini dairəvi şəkildə əhatə edir (Şəkil A). Bu manevr bədəni sabit saxlamağa və onurğa sütununa 
dayaq verməyə yardım edir. Əgər körpənin bədəni böyük, tibb işçisinin əlləri isə kiçikdirsə, o zaman yenidoğulan uşağı 
bərk səth üzərində uzatmaq lazımdır.


18 
İkinci üsula əsasən isə bir əlin orta barmağı ilə ya şəhadət, ya da adsız barmağın ucları döş sümüyünə təzyiq edir, digər əl 
isə körpənin kürəyinə dayaq vermək üçün istifadə olunur (əgər körpə bərk səth üzərində uzadılmayıbsa) (Şəkil B).
“İki baş barmaqla” aparılan kompressiya (döş qəfəsinin sıxılması) üsuluna üstünlük verilir. Ümumiyyətlə, bu üsul nisbətən 
az yorucudur və adətən, döş qəfəsinin kompressiyası (sıxılması) dərinliyinə daha yaxşı nəzarət etməyə imkan yaradır. 
Bundan başqa, bu üsul uzun dırnaqları olan şəxslər üçün daha rahatdır. Həmçinin, “iki baş barmaq” üsulunun tətbiqi daha 
yüksək sistolik və koronar perfuziya təzyiqlərini yaratmağa imkan verir.
Lakin uşaq iridirsə, yaxud tibb işçisinin əlləri kiçikdirsə, o zaman bir əlin iki barmağı ilə qapalı masajın aparılması daha 
rahat olacaqdır. İki barmaq texnikası göbək ciyəsi damarlarından dərman yeridilməsinə ehtiyac yarandığı zaman göbəyə 
maneəsiz yanaşmağa imkan yaradır. Bu səbəbdən də, tibb işçiləri hər iki üsuldan səlist istifadə etməyi bacarmalıdırlar. 
Ümumiyyətlə, əgər körpənin reanimasiyasında bir neçə müxtəlif mütəxəssis (tibb işçisi) paralel olaraq iştirak edir və 
müxtəlif müdaxilələr (məs., dərmanların yeridilməsi, ventilyasiya, göbək venasının kateterizasiyası, sümükdaxili 
kateterizasiya və s.) aparırlarsa, o zaman bir əlin iki barmağı ilə kompressiyanın aparılmasına üstünlük verilməlidir ki, digər 
mütəxəssislərin fəaliyyətinə maneə yaradılmasın.
Ürəyin qapalı masajı zamanı (istənilən üsulla aparıldıqda) döş sümüyünün təxminən döş qəfəsinin ön-arxa ölçüsünün 
üçdə-birinə (1/3) bərabər olan dərinlikdə əyilməsinə kifayət edəcək səviyyədə təzyiqin yaradılması tələb olunur. Bundan 
sonra isə döş sümüyünü sərbəst buraxaraq ürəyin qanla dolmasına imkan verilməlidir. Döş sümüyünün sıxılması dərinliyi 
körpənin bədən ölçülərindən də asılı olacaqdır. Ürəkdən qan vurulmasının maksimal həcmini təmin etmək məqsədilə döş 
sümüyünün aşağıya doğru sıxılmasının davametmə müddəti döş sümüyünün sərbəst buraxılması müddətinə nisbətən bir 
qədər qısa olmalıdır. Sıxılmalar (kompressiyalar) arası dövrdə barmaqlar döş qəfəsindən ayrılmamalıdır.
İlkin ürək-ağciyər reanimasiyası zamanı ürəyin qapalı masajı həmişə müsbət təzyiq altında ventilyasiya ilə müşayiət 
olunmalıdır. Ancaq döş qəfəsinin kompressiyası ilə
eyni vaxtda ventilyasiyanın aparılmasından çəkinmək lazımdır, çünki onlarin biri digərinin effektivliyini azaldacaqdır. Buna 
görə də ürəyin qapalı masajı zamanı hər üç kompressiyadan sonra ventilyasiya üçün kiçik tənəffüs (pauza) verilməlidir. Bu 
yanaşma ilə döş qəfəsinin effektiv kompressiyalarının sürəti dəqiqədə 90 və verilən tənəffüslərin sayı isə dəqiqədə 30 olur. 
Ürəyin qapalı masajı aparılarkən ürək döyüntülərinin sayı hər 45-60 saniyədən bir təkrar qiymətləndirilməlidir. Əgər 
aparılan effektiv ventilyasiya və döş qəfəsi kompressiyalarından 45-60 saniyə sonra ürək döyüntülərinin sayı dəqiqədə 60 
vurğudan azdırsa, o zaman farmakoloji terapiyanın başlanmasına ehtiyac yaranır.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin