17
Səs tellərini vizualizasiya etmək üçün daha sonra larinqoskop yuxarıya doğru qaldırılır. Bu manevr zamanı tiyənin yuxarı
alveolar çıxıntıya vurulmasından ehtiyatlanmaq lazımdır.
Müvafiq ölçüdə endotraxeal boru dölün təxmin edilən çəkisi və hestasiya yaşına uyğun olaraq seçilir. Yenidoğulmuşlar
üçün nəzərdə tutulmuş endotraxeal borular manjetsiz olmalıdır. Endotraxeal boru sağ
əllə tutularaq sağ tərəfdən
yenidoğulmuşun ağzına daxil edilir. Bu üsulla yeritmə zamanı boru səs yarığını görməyə mane olmur. Endotraxeal
borunun ucu səs tellərindən 1-2 sm distal keçənədən yeridilməlidir. Əksər borularda bunu qeyd edən xüsusi markirovkalar
olur.
Stilet borunu sərtləşdirir və intubasiyanı rahatlaşdırır. İstifadə edildikdə stilet endotraxeal boru ilə tam örtülmüş vəziyyətdə
olmalıdır ki, körpənin tənəffüs yollarını zədələməsin. Stiletlə birgə endotraxeal boru səs tellərindən keçdikdən sonra stilet
dərhal çıxarılmalıdır. Boru düzgün yerləşdirildikdən sonra ya aspirasiya (sovurma)
başlana bilər, ya da ona ventilyasiya
kisəsi qoşula bilər. Əgər boru ventilyasiya
üçün yerləşdirilibsə, onun düzgün vəziyyətinin təsdiq edilməsi üçün ürək
döyüntülərinin yaxşılaşmasının müşahidəsi və ya CO2 (karbon dioksid) detektorundan istifadə edilir. Qeyd edilməlidir ki,
CO2 detektorunun istifadəsinə üstünlük verilir. Endotraxeal borunun səs tellərindən keçərək traxeyaya daxil olmasını
görməklə, döş qəfəsi divarının simmetrik
hərəkətini müşahidə etməklə, döş gilələlərini birləşdirən xətt üzərində aparılan
auskultasiya zamanı bərabər tənəffüs küylərinin eşidilməsi ilə və endotraxeal borunun divarlarının tərləməsini izləməklə
borunun düzgün yerləşdirilməsini təyin etməyə yardım edə bilər. Endotraxeal borunun düzgün
yerləşdirilməsi təsdiq
olunduqdan sonra onun xüsusi tibbi leykoplastrla bərkidilməsi təmin edilir. Borunun yekun vəziyyətini təyin etmək və
sənədləşdirmək üçün döş qəfəsinin rentgen filmi əldə edilir.
Dostları ilə paylaş: