TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə17/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   13   14   15   16   17   18   19   20   ...   141
DƏRSLİK

2. 
Canlandırma 
– 
döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı) 

Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (böyük- lərdə 5 sm-
dən artıq) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənmə- sinə (tam yerinə 
qayıtmasına) imkan verilməlidir. 
Böyüklərə yardım göstərənlər tək, iki nəfər və daha çox olduqda da ÜAR 
30:2 nisbətində aparılır 
– 
30 kompressiya 2 tənəffüs. 

Hər 30 kompressiya etdikdən sonra zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini qaldı- ran) süni 
tənəffüs verin (hər nəfəs vermənin müddəti bir saniyədən artıq olmalıdır). 

30 kompressiyanı təxminən 18 saniyə və ondan az müddətdə etmək lazımdır. Döş qəfəsinin kompressiyasını edən 
xilasedici döş qəfəsinə etdiyi təzyiqləri ucadan saymalıdır ki, digər xilasedici süni tənəffüsün başlama vaxtını bilsin. 
3. 
Açıq tənəffüs yolları 
– 
tənəffüs yollarının keçiriciliyinin bərpası 
İkinci xilasedici birinci ilə üzbəüz (dizi üstə) durub, zərərçəkənin tənəffüs yollarını açır. 
4. 
Birbaşa nəfəsvermə 
– 
ağciyərlərin süni ventilyasiyası 

İkinci xilasedici tənəffüs yollarını açıb, 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verir (hər nəfəs vermənin 


10 
müddəti bir saniyədən artıq olmalıdır). Bu zaman döş qəfəsinin qalxmasına diqqət yetirilməli və artıq havalandırmaya yol 
verilməməlidir. Hər 5 dövrdən (iki dəqiqədən) bir, yardım göstərənlər yerlərini dəyişmədən funksiyalarını dəyişməlidir. 

İkinci xilasedici özüdüzələn kisə (Ambu kisəsi) olduqda zərərçəkənin baş tərəfində durub süni tənəffüs verir (30 
kompressiyaya 2 tənəffüs). Hər nəfəsvermə 1 saniyədən artıq müddətdə olmalıdır. Hər 5 dövrdən (iki dəqiqədən) bir, 
yardım göstərənlər uzağı 5 saniyə ərzində yerlərini və funksiyalarını dəyişməlidir. Bunu defibrilyator analiz etdiyi 
müddətdə etmək olar. 

Üç xilasedici olduqda ikisi üzbəüz (dizi üstə) durub bir-birini əvəz edərək döş qəfəsinin kompressiyasını, üçüncü 
xilasedici isə zərərçəkənin baş tərəfində durub tənəffüs yоllаrını, tənəffüsü, yuxu arteriyasında nəbzi yoxlayır və 
özüdüzələn kisə ilə (Ambu kisəsi) süni tənəffüs verir. Üçüncü xilasedici eyni zamanda döş qəfəsinin kompressiyasının 
düzgün aparılmasına nəzarət edir, defibrilyatoru işə salmağa və ya zərərçəkənə intubasiya (xüsusi borunu traxeyaya 
yeritmək) etməyə hazırlaşır. İntubasiyadan sonra ÜAR 30:2 nisbətində davam edilir. 

Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs 
yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 
uğurlu 
(döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Hər 2 
dəqiqədən bir nəbzi yoxlayın. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin