TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə29/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   25   26   27   28   29   30   31   32   ...   141
DƏRSLİK

ENDOTRAXEAL İNTUBASİYA 
Dölətrafı suları (amniotik maye) mekoniuma bulaşmış respirator çatışmazlığı olan yenidoğulmuşda traxeyanın aspirasiyası 
üçün endotraxeal intubasiya istifadə edilir. Endotraxeal intubasiyaya digər göstərişlər aşağıdakılardır: 

uzun müddətli süni tənəffüsün (ventilyasiyanın) aparılması,

müsbət təzyiqli ventilyasiya effektiv olmayan hallarda daha irəliləmiş süni tənəffüs üsulu kimi,

diafraqma yırtığının olduğu güman edilən körpənin ventilyasiyası üçün.
Endotraxeal intubasiyanın aparılması üçün iki nəfər tələb olunur ki, bunlardan biri intubasiya və ventilyasiyanı aparır, digəri 
isə tələb olunan avadanlıq və ləvazimatları təmin etməkdə yardım göstərir.
Endotraxeal intubasiya üçün kisə və maska ilə ventilyasiyanın aparılmasında olduğu kimi körpəyə eyni vəziyyət verilir. 
Körpə düz səth üzərində uzadılır, baş orta xətt üzrə tutulur, boyun bir qədər arxaya doğru əyilir. Rahat olsun deyə, baş və 
boyunun həmin vəziyyətdə saxlanması üçün çiyinlər altına kiçik yastıq və ya dəsmaldan hazırlanmış mütəkkə qoyula bilər. 
Bu cür “qoxulama” pozası traxeyanı optimal vəziyyətə gətirir. Belə ki, traxeya səs yarığı ilə bir xətt üzərində yerləşir və 
nəticədə larinqoskopun düzgün yeridilməsindən sonra optimal görüntü təmin olunur. Bir daha xatırladılmalıdır ki, boyun 
arxaya həddən artıq əyilməməlidir, çünki bu səs yarığının görüntüdən yuxarı səviyyəyə çıxmasına və traxeyanın 
daralmasına səbəb olacaqdır.
Larinqoskopun işığı yandırılır və baş və birinci iki (şəhadət və orta) yaxud üç (plyus adsız) barmaq vasitəsilə sol ələ 
götürülür. Həddən artıq qüvvənin tətbiqi səbəbindən körpənin zədələnməsinin qarşısını almaq üçün larinqoskopun yumruq 
içində tutulması tövsiyə edilmir.
Bu zaman larinqoskopun tiyəsi əks istiqamətə yönəlməlidir. Körpənin başını sabit vəziyyətdə saxlamaqla, dili ağızın sol 
tərəfinə itələyərək larinqoskopun tiyəsi dilin sağ tərəfindən keçirilir və tiyənin ucu ilə dilin kökünün arxasındakı çuxura 
düşənədək irəli hərəkət etdirilir. Beləliklə, larinqoskopun tiyəsi hipofarinksin (udlağın qırtlaq hissəsinin) ön divarı və 
epiqlottis arasında yerləşən vallekulaya yerləşdirilir. Digər alternativ üsul isə larinqoskopun tiyəsinin dilin orta xətti ilə ağız 
boşluğuna yeridilməsidir. Körpənin ağzını açmaq və larinqoskopun yeridilməsini asanlaşdırmaq məqsədilə sağ əlin 
şəhadət barmağından istifadə etmək lazım gələ bilər.


17 
Səs tellərini vizualizasiya etmək üçün daha sonra larinqoskop yuxarıya doğru qaldırılır. Bu manevr zamanı tiyənin yuxarı 
alveolar çıxıntıya vurulmasından ehtiyatlanmaq lazımdır.
Müvafiq ölçüdə endotraxeal boru dölün təxmin edilən çəkisi və hestasiya yaşına uyğun olaraq seçilir. Yenidoğulmuşlar 
üçün nəzərdə tutulmuş endotraxeal borular manjetsiz olmalıdır. Endotraxeal boru sağ əllə tutularaq sağ tərəfdən 
yenidoğulmuşun ağzına daxil edilir. Bu üsulla yeritmə zamanı boru səs yarığını görməyə mane olmur. Endotraxeal 
borunun ucu səs tellərindən 1-2 sm distal keçənədən yeridilməlidir. Əksər borularda bunu qeyd edən xüsusi markirovkalar 
olur.
Stilet borunu sərtləşdirir və intubasiyanı rahatlaşdırır. İstifadə edildikdə stilet endotraxeal boru ilə tam örtülmüş vəziyyətdə 
olmalıdır ki, körpənin tənəffüs yollarını zədələməsin. Stiletlə birgə endotraxeal boru səs tellərindən keçdikdən sonra stilet 
dərhal çıxarılmalıdır. Boru düzgün yerləşdirildikdən sonra ya aspirasiya (sovurma) başlana bilər, ya da ona ventilyasiya 
kisəsi qoşula bilər. Əgər boru ventilyasiya üçün yerləşdirilibsə, onun düzgün vəziyyətinin təsdiq edilməsi üçün ürək 
döyüntülərinin yaxşılaşmasının müşahidəsi və ya CO2 (karbon dioksid) detektorundan istifadə edilir. Qeyd edilməlidir ki, 
CO2 detektorunun istifadəsinə üstünlük verilir. Endotraxeal borunun səs tellərindən keçərək traxeyaya daxil olmasını 
görməklə, döş qəfəsi divarının simmetrik hərəkətini müşahidə etməklə, döş gilələlərini birləşdirən xətt üzərində aparılan 
auskultasiya zamanı bərabər tənəffüs küylərinin eşidilməsi ilə və endotraxeal borunun divarlarının tərləməsini izləməklə 
borunun düzgün yerləşdirilməsini təyin etməyə yardım edə bilər. Endotraxeal borunun düzgün yerləşdirilməsi təsdiq 
olunduqdan sonra onun xüsusi tibbi leykoplastrla bərkidilməsi təmin edilir. Borunun yekun vəziyyətini təyin etmək və 
sənədləşdirmək üçün döş qəfəsinin rentgen filmi əldə edilir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin