3
Mikrobların yayılmaması üçün ilk yardım göstərməzdən əvvəl və sonra əllərinizi yuyun. Əlləri azı 20 saniyə axar su
altında sabunla yuyub yaxalayın. Əllərin təkrarən çirklənməməsi üçün əllərinizi təmiz dəsmal, salfetlə, quruducu cihazla və s.
qurutduqdan sonra kranı kağız salfetlə bağlayın. Sabun olmadıqda əvəzinə müxtəlif dezin- feksiyaedici
məhlullardan istifadə
edin.
Xilasedici ilk yardım göstərərkən xalat, əlcək, gözlük (eynək) və maskadan istifadə etməlidir. Əllərinizdə sıyrıntı, çat və ya
kəsik olarsa mütləq əlcək geyinin. Əlcək olmadıqda sukeçirməyən material (polietilen paket) geydikdən sonra zərərçəkənə
yardım göstərin. Qoruyucu vasitə olmadıqda yaranı sarıdıqdan sonra əllərinizi təmiz yuyun. Doğuş zamanı və ya çoxlu ifrazat
olduqda (qan, nəcis, qusuntu və s.) xalatdən istifadə etmək məsləhətdir. Üz maskası isə həmişə lazım olan qoruyucu vasitədir.
*
Aseptika və antiseptika
Antiseptika
– yaraya düşmüş mikrobların müxtəlif üsullarla məhv edilməsidir.
Aseptika
– yaraya mikrobların düşməsinin qarşısını almaq üçün görülən profilaktik tədbirlər sistemidir.
Yaraların mikrobla çirklənməsinin qarşısının alınmasında antiseptika və aseptikanın əhəmiyyəti böyükdür.
İlk yardım mərhələsində yaraya mikrobların düşməsinin qarşısını almaq üçün yara ilə təmasda olan bütün vasitələrin
təmiz olması vacibdir. Sarğı materialının yara ilə təmasda olan hissəsinə əl və digər vasitələrlə toxunma- yın. İmkan olduqda
steril əlcəkdən istifadə edin və əllərinizi təmiz yuyun. Maska olmadıqda yardım göstərərkən, ağızdan yaraya mikrobların
düşməməsi üçün yaranın üzərinə danışmayın, öskürüb-asqırmayın.
Zərərçəkənə yardım göstərdikdən sonra istifadə olunmuş ləvazımatlar – əlcəklər də daxil olmaqla, polietilen paketlərə və
ya tullantılar üçün nəzərdə tutulmuş xüsusi konteynerlərə atılmalıdır. Hadisə yerində tapılan
odlu silah, kəsici-deşici alət və
vasitələri hüquq-mühafizə orqanının nümayəndəsi gələnə qədər olduğu kimi saxlayın.
*
Geyim ləvazimatlarının soyunma qaydaları
Əlcəklər bilək nahiyəsindən tutulub tərs üzünə çevirməklə çıxarılır. Əlcəyi manjet tərəfindən tutub çıxarın və əlcəkli
əlinizdə saxlayın. Əlcəksiz əlinizin iki barmağını əlcəkli əlinizin manjetinin içərisinə yerləşdirin. Birinci
əlcək ikinci əlcəyin
içərisində qalmaq şərti ilə onu əlinizdən çıxarın. İşlənmiş əlcəkləri xüsusi konteynerə (bioloji təhlükəli tullantılar qutusu) qoyun.
Konteyner olmadıqda, bioloji təhlükəli tullantılar üçün ayrılmış yerə qablaşdı- rın.
Maska və xalat mədə, qan və s. möhtəviyyatla bulaşdıqda eyni qayda tətbiq olunur (tərs üzünə çevirməklə soyunmaq
lazımdır). Xilasedicilərin bəzi xəstəliklərə (tetanus, hepatit-B, vərəm və s.) qarşı peyvənd olunması məsləhət görülür.
Dostları ilə paylaş: