4
Dərsliyi iqtisad elmləri doktoru, professor Q.Y.Əbdülsəlim-zadə
və iqtisad elmləri doktoru, professor İ.M.Abbasov hazırlamışlar.
Redaktor: iqtisad elmləri doktoru,
professor A.T.Əhmədov
Rəyçilər: iqtisad elmləri doktoru,
professor
iqtisad elmləri doktoru,
professor
İqtisadi nəzəriyyə (Mikroiqtisadiyyat). Dərslik. 2012. Səh.
Dərslikdə iqtisadi nəzəriyyə kursunun tərkib hissəsi və bölməsi sayılan
mikroiqtisadiyyatın ev təsərrüfatları, müəssisələr, şirkətlər, korporasiyaların
timsalında, bazar münasibətləri iqtisadi sistemi şəraitində tələb, təklif,
qiymət, rəqabət, xərclər, əmək haqqı, mənfəət kimi məsələləri cəmiyyətin,
tələbatlarının
sonsuzluğu, iqti¬sa¬di resursların məhdudluğu reallığında,
daha yüksək səmərəliliyə nail olmaq istiqamətində şərh olunmuşdur.
Qrifli nəşr
Bakı Biznes Universiteti nəşriyyatı - 2012.
5
Ön söz
“İqtisadi nəzəriyyə kursunun tərkib hissəsi sayılan
“Mikroiqtisadiyyat” dərsliyi, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin “Ali ixtisas təhsilinin Dövlət Standart-
ları bakalavr hazırlığının məzmununa və səviyyəsinə qo-
yulan minimum dövlət tələbləri”nə
uyğun olaraq, “İİ
010000 – Ümumi iqtisadiyyat” istiqaməti üzrə ali baza
təhsil proqramına daxil edilmiş bu fənnin (kod İÜ NF B
04) tədrisinə dair metodik tövsiyələrinə uyğun hazırlan-
mışdır.
Müasir inteqrasiya prosesləri nəticəsində qloballaşan
dünyanın mürəkkəb və ziddiyyətli proseslərin hərtərəfli
öyrənib təhlil etmək, habelə onun gələcək perspektivlərini
müəyyənləşdirmək üçün iqtisadi nəzəriyyə kursunun mik-
roiqtisadi, makroiqtisadi
səviyyələrdə tədrisi, tələbələrin
ümumi elmi-nəzəri dünyagörüşünün formalaşmasında
mühüm rol oynayır.
“Təhlil və fikir kimi iki hissəyə ayrılan iqtisad elmi”
(J.Şumpeter) həmişə “insan fəaliyyətinin normal həyat
fəaliyyətinin öyrənilməsi” (A.Marşall) istiqamətində “nə,
necə, kim üçün istehsal etməli” (P.Samuelson)
prinsipləri
əsasında daha səmərəli son sosial-iqtisadi nəticələrə nail
olmağı nəzərdə tutur.
Bakı Biznes Universitetinin özəl təhsil xüsusiyyətlə-
rini nəzərə alan “Mikroiqtisadiyyat” dərsliyi müəyyən
olunmuş 90 saatlıq (60
saat mühazirə, 30 saat məşğələ)
tədris yükünə uyğunlaşdırılaraq 15 mövzuda şərh edilmiş,
zəruri ədəbiyyat siyahısı göstərilmiş imtahan sualları və
dərs saatlarının bölgüsü verilmişdir.
Dərslikdə məntiqi və tarixi ardıcıllıqla kursun məq-
6
səd və vəzifələri; iqtisadi fikir və biliklərin meydana çıxıb
formalaşması mərhələləri; kursun predmet və metodları;
təsərrüfat fəaliyyətinin ictimai tipləri və onun təşkili; iqti-
sadi sistem
və mülkiyyət münasibətləri; əmtəə, dəyər və
pul nəzəriyyələri; istehsal və onun amilləri; bazarın yaran-
ması və tarixi təkamülü; bazarın müxtəlif formaları, onun
fəaliyyət mexanizminin xüsusiyyətləri və modelləri; isteh-
sal xərcləri, əmək haqqı, renta, faiz və mənfəət, habelə di-
gər məsələlər işıqlandırılmışdır.
“Mikroiqtisadiyyat” dərsliyinin gələcəkdə daha da
təkmilləşdirilməsi istiqamətindəki tənqidi qeydlər, işgüzar
məsləhətlər, konkret tövsiyələr böyük razılıq
və minnət-
darlıqla nəzərə alınacaqdır. Qədim yunan müdriklərinin
dedikləri kimi “hər şeyin axıb dəyişdiyi” bir reallıqda “nə
mümkünsə etdik və başqaları daha yaxşı etsinlər”.