11
(iqtisadi artım, yığım norması, yeni iş yerləri açılması)
birmənalı qarşılanmır, müxtəlif qrupların yaxud şəxslərin
maraqlarına toxunur.
Tarixən bəşəriyyətin keçdiyi inkişaf yolu boyunca
mövcud olmuş cəmiyyətlərin həyatı, ictimai-siyasi, iqtisa-
di-sosial və mədəni-əxlaqi sahələrin vəhdəti kimi səciyyə-
lənir. Doğrudur, qarşılıqlı əlaqə və təsir nəticəsində tam
bir sistem kimi fəaliyyət göstərən cəmiyyət həyatında bu
cəhətlərin hansınınsa çatışmaması, yaxud nöqsanı,
bütöv-
lükdə cəmiyyət həyatına öz təsirini göstərəcəkdir. Deməli,
bütün cəhətlərin normal və ahəngdar fəaliyyəti sahəsində
iqtisadi sistem yaşayıb inkişaf edə bilər.
Lakin bu da danılmaz faktdır ki, cəmiyyət həyatının
sahələri arasında iqtisadiyyat, həyatın davamı və insanla-
rın yaşayıb inkişaf etməsi üçün həqiqətən həlledicidir.
İqtisadiyyat anlayışı geniş mənada cəmiyyət həyatının tə-
məlini təşkil etdiyindən, iqtisad elmi də bütün iqtisadi
bilik dairələrini əhatə edir. İlk
mərhələdə təsərrüfat və
onun idarə olunması qanunları mənasını daşıyan bu anla-
yış, hazırda mürəkkəb, habelə çoxcəhətli bir fəaliyyət
dairəsini, yəni bütövlükdə iqtisadiyyatı əhatə edir.
Məlumdur ki, insan cəmiyyəti formalaşdığı ilk ad-
dımlarından başlayaraq indiyədək həmişə iqtisadiyyatla,
təsərrüfatla bağlı olmuşdur. Vaxtilə yalnız təbiətin hazır
məhsullarından, təbii nemətlərindən istifadə etməklə kifa-
yətlənmiş insanlar, tədricən əkinçilik və maldarlıqla məşğul
olmuş, sənətkarlıq şeyləri hazırlamış,
müxtəlif emalatxa-
nalar təşkil etmiş, fabrik və zavodlar tikmiş, nəqliyyat vasi-
tələrini təkmilləşdirmiş, elektrik və atom enerjisindən isti-
fadə etməyi öyrənmiş, kosmosu fəth etməyə başlamışlar.
İnsan cəmiyyəti və onun yaşayışının əsası sayılan tə-
12
sərrüfat həyatı sahələri genişləndikcə, iqtisadiyyatı daha
səmərəli yollarla inkişaf etdirmək üçün elmi-nəzəri bilik-
lərə ehtiyac artmışdır. Həyat irəliləyib inkişaf etdikcə, in-
sanların təsərrüfat əlaqələri genişləndikcə, ayrı-ayrı ölkə-
lər arasında ticarət münasibətləri yeni sahələri əhatə etdik-
cə, şübhəsiz bu proseslər haqqında olan iqtisadi nəzəriyyə-
lər də dəyişmişdir.
Müxtəlif məktəb və istiqamətlərindən asılı olmadan,
ölkənin və dünyanın təsərrüfat həyatındakı iqtisadi artım,
yığım
və istehlak, tələb və təklif, qiymət və rəqabət, in-
flyasiya və işsizlik, maliyyə və pul-kredit sistemi, büdcə
və
vergilər, investisiya və xarici borclar, başqa ölkələrlə
xarici iqtisadi-ticarət əlaqələri və beynəlxalq valyuta-kre-
dit münasibətləri, inteqrasiya və qloballaşma proseslərinin
sosial-iqtisadi nəticələri kimi aktual problemlər həmişə
iqtisadi nəzəriyyənin diqqət mərkəzində durmuşdur.
b)
Mürəkkəb və ziddiyyətli dəyişikliklərlə səciyyə-
lənən müasir cəmiyyət həyatının
real sosial-iqtisadi pro-
seslərinin hərtərəfli öyrənilib dərk olunması, eyni zaman-
da baş verən yeni meyllərin gələcək nəticələrinin obyektiv
elmi-nəzəri prinsiplər mövqeyindən qiymətləndirilməsi
zəruriliyi, iqtisadi nəzəriyyəyə olan marağı getdikcə artır-
maqdadır. Tarixi baxımdan bütün dövrlərdə bu elmin qar-
şısında duran əsas məsələ, dünyanın və cəmiyyətin iqtisadi
quruluşu, onun səmərəliliyi məsələlərinin araşdırılması ol-
muşdur.
İqtisadi nəzəriyyənin öyrənilməsində əsas məqsəd
Dostları ilə paylaş: