13
qlobal miqyasda həyata keçirilən
obyektiv-subyektiv sə-
bəblərlə bağlı iqtisadi siyasətin mahiyyətini aydınlaşdır-
maqdır.
Deməli iqtisadi nəzəriyyənin bir elm kimi
məqsədi
iqtisadi qanunları (qanunauyğunluqları,
prinsipləri, meyl-
ləri) öyrənmək və onlardan təcrübədə səmərəli istifadə
olunması mexanizminin işlənib hazırlanmasıdır. Daha ge-
niş
anlamda
məqsəd,
dünyanın və milli təsərrüfatların
keçdikləri sosial-iqtisadi inkişaf yolunun təhlili əsasında,
bütövlükdə ictimai istehsalın səmərəli fəaliyyətinin təşki-
lini elmi-nəzəri cəhətdən əsaslandırmaqdır.
Bu mənada, təsərrüfat həyatının
istehsal, bölgü, is-
tehlak dairəsində iqtisadi nəzəriyyənin prinsiplərinə, qa-
nunlarının fəaliyyət mexanizminin
xüsusiyyətlərinə bələd
olmaq təkcə iqtisadçılar və siyasi xadimlər üçün deyil,
həm də işgüzar
bizneslə məşğul olanlar, fermerlər, bank
işçiləri, tələbələr, dövlət məmurları, evdar qadınlar və adi
vətəndaşlar üçün faydalıdır. Çünki, “yalnız
iqtisadi nəzə-
riyyənin əsas məsələlərindən başı çıxan insan, qarşılaşdığı
problemlərə dair müstəqil fikir söyləyə bilər” (L.Mizes).
Həmin məqsədə çatmaq üçün iqtisadi nəzəriyyə bir
elm kimi
dərketmə, proqnozlaşdırma, təcrübi, ideoloji,
metodoloji
vəzifələri yerinə yetirir. Bunun üçün cəmiyyət
ilk növbədə hansı məhsullardan və nə qədər istehsal edilə-
cəyini; həmin məhsulların hazırlanacağı iqtisadi resursları
və texniki-texnoloji bazanı; istehsal olunacaq məhsul xid-
mətlərin kim üçün nəzərdə tutulduğunu müəyyənləşdirmə-
lidir.
Cəmiyyətin iqtisadi həyatı və orada fəaliyyət göstə-
rən obyektiv qanunlar, insanlar tərəfindən
dərketmə
funk-
siyası
vasitəsilə öyrənilərək, onların gələcək işlərində nə-