264
sayıla bilməz. Bu BMT-nin İnsan Hüquqları Bəyannamə-
sinə və ölkə Konstitusiyasının tələblərinə zidd olardı.
Müəyyən istisnalarla xidmət dairəsi sahələrində əha-
liyə sosial zəmanət verən minimum səviyyədə pulsuz xid-
mətlər göstərilməsi prinsipi, cəmiyyətdə sosial ədaləti qo-
ruyub saxlamaq naminə hamı üçün təmin edilməlidir. Bu
səviyyədə xidmətlərin
göstərilməsini hər bir sivil, demo-
kratik və ədalətli cəmiyyət hökmən öz üzərinə götürmə-
lidir. Eyni zamanda, sosial zəmanət səviyyəsindən əlavə,
cəmiyyət üzvlərinə göstərilən xidmətlər pullu şərtlərlə,
yəni haqqı ödənilməklə yerinə yetirilə bilər.
Bütün dün-
yada əhaliyə sosial xidmət dairəsi dövlətin qayğısı və
nəzarəti altındadır. Əlbəttə, ölkənin iqtisadi yüksəlişi nəti-
cəsində əhalinin hər nəfərinə düşən gəlirlərin miqdarı
artdıqca, insanların rifahı yüksəldikcə, pullu xidmətlərin
dairəsi, şübhəsiz genişlənə bilər. Dövlət büdcəsi vasitəsilə
cəmiyyətin gəlirlərinin düşünülmüş surətdə bölüşdürülüb-
tənzimlənməsi nəticəsində, ölkə əhalisinin zəruri sosial
ehtiyacları onların maliyyə imkanlarına
görə deyil, ölkə
vətəndaşı kimi real surətdə hiss etdikləri ehtiyaclarının
minimum səviyyədə ödənilməsi yolu ilə həyata keçirilmə-
lidir.
Bazar münasibətləri şəraitində, pulsuz sosial xidmət-
lərlə yanaşı, qeyri-istehsal sahəsi obyektlərində, mülkiyyə-
tin özəlləşdirilməsi, müəssisələrin icarəyə verilməsi, koo-
perasiya, fərdi əmək fəaliyyəti, şərikli müəssisələrin geniş-
lənməsi reallığında, haqqı ödənilən xidmətlər də olmalıdır.
Aydındır ki, əhalinin rifahının yaxşılaşdırılması, onların
nominal və real gəlirlərinin durmadan artması,
şübhəsiz
insanların zövq, habelə fərdi arzularına uyğun pullu xid-
mətlər şəbəkəsinin genişləndirilməsini şərtləndirir. Lakin
265
belə bir cəhət unudulmamalıdır ki, xidmət dairəsində pul-
suz və pulla göstərilən xidmətlər arasında elə nisbət və
hədlər olmalıdır ki, əhalinin geniş təbəqələri həqiqətən
azad,
demokratik, ədalətli cəmiyyətdə yaşadıqlarına əmin
olsunlar.
Dostları ilə paylaş: