Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


diferensial yaxud fərq rentası



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə146/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   160
Mikroiqtisadiyyat (1)

diferensial yaxud fərq rentası 
adlanır. 
Diferensial rentanın əmələ gəlməsini şərtləndirən amillər: 
a)torpaq sahələrinin münbitliyinin bir-birindən fərqli ol-
ması; b)bu sahələrin satış bazarından yaxın-uzaq yerləş-
məsi; c)həmin torpaqlardan müxtəlif intensivliklə istifadə 
edilməsi; ç)torpaqdan istifadəçinin şəxsi bacarıq və təşki-
latçılıq qabiliyyətidir.
 
İqtisadi nəzəriyyədə diferensial rentanın iki forması 
vardır: 
I diferensial renta 
- müəyyən torpaq sahəsinin təbii 
xüsusiyyətləri, münbitliyi, satış bazarına yaxın-uzaq yer-
ləşməsi şərtləri ilə əlaqədardır. Aydındır ki, bu amillərin 
hər biri ayrı-ayrılıqda və kompleks halında, torpaqdan isti-
fadə edən fermerlərə, icarədarlara əlavə gəlir (renta) əldə 
etməyə real imkanlar açır. 
II diferensial renta 
- konkret torpaq sahəsinə əlavə 
kapital qoyuluşu, müxtəlif xərclər çəkilməsi, suvarma sis-
temi yaradılması, aqrotexniki tədbirlərin həyata keçirilmə-


255 
si, torpağın şoranlaşmasının və münbitliyinin azalmasının 
qarşısının alınması hesabına əldə edilir. İcarədarın şəxsi 
təşəbbüsü və işgüzarlıq istedadı sayəsində əldə olunmuş 
əlavə gəlir torpaq mülkiyyətçisinə deyil, icarədara çatır. 
Torpaq rentasının 
hasilat, mədən, tikinti 
kimi müx-
təliflikləri vardır ki, bunları diferensial rentanın konkret 
təzahür formaları adlandırmaq olar. 
Torpaq sahələrinin istifadəsi ilə bağlı əmələ gələn 
rentanın bir forması da 
inhisar rentasıdır. 
Təsərrüfatçılıq 
təcrübəsindən məlumdur ki, bəzi kənd təsərrüfatı məhsul-
larının, məsələn zəfəranın, şampan növ üzümün, müxtəlif 
ədviyyatın, yüksək keyfiyyətli çayın, kofenin, balın yetiş-
dirilib hazırlanması üçün bir sıra xüsusi təbii şərtlərin ol-
ması zəruridir. Ona görə də, nadir və aztapılan kənd təsər-
rüfatı məhsulları sırasına aid edilən bu əmtəələr, daxili-
xarici bazarlarda 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin