249
ləri, yaxud onun müəyyən ünsürləri, əslində işçilərin sağ-
lamlığının pozulması, fiziki-mənəvi imkanlarının tükən-
məsi, nəhayət işçinin texniki proseslərin "mexaniki əlavə-
sinə" çevrilməsi prinsipi üzərində qurulmuşdu.
Təsadüfi
deyildir ki, əmək haqqının yüksəldilməsinə yönəldilmiş
sistemlər, onun həvəsləndirici vasitələri, "tərtökdürücü"
sistem adını almışdı.
XX əsrin ikinci yarısından etibarən,
az səmərəli və
işçini (insan amilini) istehsal vasitələrinin adi əlavəsinə
çevirməyə yönəlmiş əmək haqqının bu sistemləri, yeniləri
ilə əvəz olunmağa başlamışdı. Müasir mərhələdə, işçinin
istehsal-xidmət sahələrindəki şəxsi marağını artırmaq və
onu həvəsləndirmək üçün yeni
vasitələrdən istifadə olu-
nur. Həmin vasitələr arasında işçilərin şirkətin səhmlərinə
sahib olmaqla onun "mülkiyyətçisinə" çevrilməsi ("iqtisa-
di demokratiya"); onların şirkətin maliyyə-təsərrüfat
fəaliyyətinə cəlb olunması ("mənfəətdə və nəzarətdə işti-
rak"); şirkətin vəziyyəti haqqında işçilərə ətraflı məlumat
verilməsi ("analitik təhlil") işçilərin peşə-sənət hazırlıq
səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi ("əməyin
humanistləşdirilməsi") sistemləri mühüm yer tutur.
c)
Bəşəriyyətin həyatı və çoxcəhətli təsərrüfat fəaliy-
yəti həmişə torpaqla, onun yeraltı-yerüstü
sərvətləri ilə
bilavasitə yaxud dolayı yollarla bağlı olmuşdur. Qədim
dövrlərdən əsas istehsal vasitəsi sayılan
Torpaq,
müqəd-
dəslik rəmzi kimi
Ana
və
Vətən
anlayışları ilə eyni məna-
da işlənmişdir. Təsadüfi deyildir ki, klassik siyasi iqtisad
məktəbinin banilərindən U.Pettinin "sərvətin atası əmək,
anası isə torpaqdır" fikri müdrik aforizmə çevrilmişdir.
Nadir və bərəkətli təbii sərvət olan torpağı yaratmaq,
artırmaq, təkrar istehsal etmək mümkün deyildir. Planetin
250
1/3 hissəsini təşkil edən quru ərazilərin heç də hamısı
təsərrüfatçılıq fəaliyyəti üçün əlverişli hesab olunmur.
Xüsusilə son 200 ildə dünya əhalisi sayının 7 dəfə artması
və yeni şəhərlərin salınması, sənaye obyektlərinin tikilmə-
si, magistral yolların
çəkilməsi, istehsal-xidmət təyinatlı
geniş infrastruktura şəbəkəsinin yaradılması nəticəsində,
ümumiyyətlə torpaq sahələrinin, o cümlədən də əkin-biçin
üçün yararlı, münbit torpaqların azalması meyli bəşəriy-
yəti düşündürməyə bilməz. İlkimiz və sonumuz,
qida və
xammal mənbəyimiz, havamız və suyumuz, həyatımız və
rifahımız sayılan Torpağın qədri bilinməli, əvəzsizliyi
dərk
edilməli, qayğıkeşliklə istifadə olunmalı, hər qarışı
qeyrət-şərəflə qorunmalıdır. Müdriklər demişlər ki, torpa-
ğı əkib-biçməsən qorumağa və qorumasan əkib-becərmə-
yə dəyməz...
Milli iqtisadiyyatın ən mühüm sahələrindən biri –
torpaq və onunla istifadə ilə bağlı
Dostları ilə paylaş: