243
XXI əsrin əvvəllərinə dünyanın müxtəlif ölkələrində 1
saatlıq əmək haqqının orta məbləği
(dollarla)
Ölkələr
1 saatlıq əmək haqqının
orta məbləği
Almaniya
22,5 dollar
Danimarka
21 dollar
Isveçrə
20,5 dollar
ABŞ
20 dollar
Yaponiya
18 dollar
Isveç
17 dollar
İngiltərə
16 dollar
Fransa
16 dollar
Kanada
15 dollar
Avstraliya
13 dollar
Koreya
8 dollar
Rusiya
7 dollar
Tayvan
6 dollar
Meksika
3 dollar
Azərbaycan
3 dollar
Eyni zamanda müxtəlif ölkələrdə ayrı-ayrı
peşə və
sənət sahiblərinin ümumi gəlirlərinin
konkret bir hissəsi
sayılan
əmək haqqı dərəcələri
xeyli fərqlidir.
Hətta eyni
peşə-sənət üzrə çalışan işçilərin cinsinə, irqinə, etnik xüsu-
siyyətlərinə və digər əlamətlərinə görə də fərqləndirilməsi
hallarına rast gəlinir.
Ölkələrin əmək bazarında tələblə təklifin qarşılıqlı
əlaqəsi əsasında formalaşan əmək haqqının
səviyyəsinə
işçinin yüksək peşəkarlığı, təhsili,
əməli təcrübəsi böyük
təsir göstərir.
Təbiidir ki,
beyində mürəkkəb cərrahiyə
əməliyyatı aparan
həkimlə taksi sürücüsünün,
bank qul-
luqçusu ilə dülgərin, zərgərlə daşyonanın, aktyorla bərbə-
244
rin, mühəndislə restoran xidmətçisinin əmək haqqı dərəcə-
ləri və səviyyələri arasında müəyyən fərq olmalıdır.
İqtisadi nəzəriyyədə iş verən, işə götürən (prinsipial);
işə qəbul olunan, işə götürülən (agent); əmək haqqı dərə-
cəsi; minimum əmək haqqı; nominal əmək haqqı; real
əmək haqqı anlayışları vardır.
Dostları ilə paylaş: