Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə137/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   160
Mikroiqtisadiyyat (1)

a)
 
"İşləməyən dişləməz" və "əməyin, zəhmətin, iş 
qüvvəsinin haqqı ödənilməlidir" - fikirləri hələ qədim 
dövrlərdən başlayaraq bizim günlərimizə qədər müxtəlif 
mənbələrdə, ayrı-ayrı ölkələrin Konstitusiyalarında bu 
yaxud digər şəkildə öz ifadəsini tapmışdır. 
Hər gün dünyanın 200-dən artıq ölkəsinin 4 milyard 
nəfərə yaxın fəhləsi, fermeri, mühəndis-texniki işçisi, alimi, 
müəllimi, qulluqçusu, yaradıcı peşə sahibləri, elm və 
mədəniyyət sahəsinin adamları öz peşələrinə uyğun işə 
yollanırlar. Həyat - iş və fəaliyyətdir, ən mükəmməl texni-
ka belə insan əməyi, onun iştirakı, idarəediciliyi olmadan 
səmərəsizdir, bəzən isə ümumiyyətlə mümkün deyildir. 
Bazar münasibətləri iqtisadi sistemində, insanın şü-
urlu və məqsədyönlü əqli-fiziki qabiliyyətlərinin toplusu 
sayılan əmək fəaliyyətinin konkret ifadəsi kimi iş qüvvəsi 
alınıb-satılır, onun dəyəri (qiyməti) vardır. Bu isə öz əksi-
ni müxtəlif ölkələrin ümumi inkişaf səviyyəsi, keçdiyi 
iqtisadi-sosial tərəqqi yolu, milli xüsusiyyətləri ilə bağlı 
formalaşmış fərqli əmək haqqında tapır. 
Əmək haqqı, işləyən (çalışan, fəaliyyət göstərən) hər 


242 
bir adamın öz fiziki, əqli, intellektual səviyyəsinə görə al-
dığı müəyyən məbləğdə puldur. Bəzi hallarda əmək haqqı 
pulla deyil, məhsul-xidmətlərlə də, yəni natural formada 
da ödənilə bilər. Əmək haqqına belə təriflər də verilir: 
"əmək haqqı və ya əmək haqqı dərəcəsi, əməyin istifadəsi 
üçün ödənilən qiymətdir", yaxud "əmək haqqı - vaxt vahi-
di (saat, gün, həftə, ay, il) ərzində başqasının əməyindən 
istifadə üçün ödənilən qiymətdir". 
Real həyatda və gündəlik təsərrüfatçılıq təcrübəsində 
əmək haqqı - mükafat, qonorar, peşkeş formalarında da 
verilə bilsə də, bunları əmək haqqı kimi yox, "gəlir", ya-
xud "qazanc" kimi səciyyələndirmək elmi cəhətdən daha 
doğrudur. Ona görə ki, əmək haqqı və onun fərqli dərəcə-
ləri rəsmi qayda-qanunlar, hüquqi aktlar əsasında müəy-
yənləşdiyindən, onu "qazanc, gəlir" kimi səciyyələndir-
mək olmaz. Çünki, əmək haqqı hər bir insanın məqsəd-
yönlü surətdə öz iş qüvvəsinin sərfi əvəzində, onun əldə 
etdiyi müəyyən məbləğdir (maaşdır, məvacibdir, zəhmət 
haqqıdır). 
Əmək haqqının səviyyəsi həm ayrı-ayrı ölkələr, həm 
ölkə daxilindəki müxtəlif bölgələr (regionlar), həm də 
peşə-sənətlər üzrə fərqlənir. Məsələn, ABŞ-da istehsal-
xidmət dairəsində çalışanların orta aylıq əmək haqqı, baş-
qa ölkələrdə eyni sahələrdə çalışanlarla müqayisədə xeyli 
yüksəkdir. Yüksək inkişaf etmiş ölkələrdə fəhlə-qulluqçu-
ların əmək haqqı, inkişaf etməkdə olan və postsosialist 
məkanındakı ölkələrdən əhəmiyyətli dərəcədə fərqlidir. 
Bunu aşağıdakı rəqəmlərdən görmək olar: 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin