Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə139/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   160
Mikroiqtisadiyyat (1)

Prinsipial 
- iş verən sahibkar və hər hansı bir isteh-
sal-xidmət sahəsində fəaliyyət göstərən şirkətdir, müəssi-
sədir, təşkilatdır. 
Agent - 
işə qəbul olunan yaxud götürülən işçidir
qulluqçudur. 
Prinsipial - agent münasibətləri şifahi razılaşma və 
rəsmi əmək müqaviləsi əsasında formalaşıb, müəyyənləş-
dirilə bilər. 
Əmək haqqı dərəcəsi - 
vaxt vahidi (saat, gün, həftə, 
ay, il) ərzində işçinin əməyindən (iş qüvvəsindən) istifadə-
nin qiymətidir. 
Minimum əmək haqqı - 
əmək haqqı səviyyəsinin 
ən aşağı dərəcəsidir ki, ölkə qanunvericiliyinə əsasən iş 
gününün hər saatı, həmin həddən aşağı məbləğdə ödənilə 
bilməz. Bu məbləğ isə ölkədəki orta aylıq əmək haqqının 
35-50 faizi həcmində müəyyənləşdirilə bilər.
Nominal əmək haqqı - 
işçinin və qulluqçunun 
müəyyən vaxt (saat, gün, ay, il) vahidi ərzində öz zəhməti-
nə görə aldığı pulun konkret məbləğidir. Təhsil, ixtisas, 
bacarıq və şəxsi qabiliyyəti səviyyəsində, eyni zamanda 
müəyyən şərtlər-hüdudlar dairəsində çilingərin, poladəri-
dənin, sürücünün, müəllimin, şirkət başçısının bir-birindən 
fərqli nominal əmək haqqı alması, tamamilə təbiidir.
Dünyanın müxtəlif ölkələrində təşkil olunan və fəaliy-
yət göstərən həmkarlar təşkilatları işçilərin hüquqlarını 


245 
müdafiə edərək, onların nominal əmək haqqının yüksəldil-
məsi, yaşayış səviyyəsinin yaxşılaşdırılması, sahibkarlarla 
işçilər arasında baş verən münaqişələrin nizama salınma-
sında mühüm rol oynayırlar. Həmkarlar təşkilatları müəy-
yən istisnalarla ölkəyə xaricdən iş qüvvəsi axınını məh-
dudlaşdıran qanunları dəstəkləyir, kiçik yaşlı uşaqların 
əməyindən istifadənin əleyhinə çıxır, müəyyən yaş həd-
dində işçinin-qulluqçunun pensiyaya çıxmasını nəzərdə 
tutur, iş həftəsinin qısaldılması istiqamətində səy göstərir-
lər. Öz
 
üzvlərinin mənafeyini qorumağa xidmət edən həm-
karlar təşkilatları bu yolda müxtəlif üsul və taktikalardan
o cümlədən 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin