251
Torpaq üzərində ağalıq
və mülkiyyət hüququ məsə-
ləsi həmişə insanların, sosial qrupların, hətta dövlətlərin
mənafeyi ilə
bağlı olmuşdur.
Ona görə də torpaq və ona
sahib olmaq uğrunda aşkar-gizli mübarizə təkcə ayrı-ayrı
şəxslər arasında deyil, hətta dövlətlər arasında da uzun
mübahisələrə, diplomatik danışıqlara,
gərgin münaqişələ-
rə, qanlı müharibələrə səbəb olmuşdur.
Torpaq üzərində mülkiyyətin -
dövlət, xüsusi, bələ-
diyyə
kimi əsas formaları
ilə
yanaşı, eyni zamanda
şərikli,
kollektiv, payçı, ictimai
kimi törəmə formaları da vardır.
İbtidai icma cəmiyyətində torpaq üzərində ümumi mülkiy-
yət olduğundan, heç kəs müəyyən sahəni özününkü hesab
edib, tam istifadəsinə keçirə bilməzdi. Lakin ictimai əmək
bölgüsü nəticəsində, cəmiyyətdə qeyri-bərabərlik meylləri
yarandıqca, insanların torpağa
olan münasibətləri də də-
yişmişdir.
Quldarlıq və feodalizm cəmiyyətlərində torpaq üzə-
rində quldarın, feodalın tam ağalığı
yaxud mülkiyyətçisi
hüququ hökm sürmüşdü. Qul öz əməyinin məhsulunun ha-
mısını, kəndli isə öz məhsulunun müəyyən hissəsini "ağa
torpağının" haqqı kimi feodala, mülkədara, xana, bəyə
verməyə məcbur idi.
Sərbəst rəqabət bazarı şəraitində, cəmiyyət həyatının
bütün sahələrində alqı-satqı münasibətləri
adi hala çevril-
dikdən sonra, torpaqla bağlı əvvəlki
Dostları ilə paylaş: