Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə144/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   160
Mikroiqtisadiyyat (1)

məcburi, qeyri-iqti-
sadi hökmranlıq və şəxsi asılılıq münasibətləri 
aradan 
qaldırıldı. Azad sahibkarlıq fəaliyyəti mühitində, torpaq da 
digər əmtəələr kimi bazarda yaranmış tələb və təklif me-
yarlarına uyğun, alınıb-satılmağa başlandı. Eyni zamanda 
torpaq üzərində mülkiyyət hüququ qalmaqla, onun müəy-
yən müddətə və konkret şərtlər əsasında icarəyə verilməsi 


252 
geniş yayılmışdı

Deməli, bazar münasibətləri iqtisadi sis-
temi şəraitində, torpaq bir təsərrüfat obyekti kimi hüquqi 
cəhətdən öz mülkiyyətçisinin tabeliyində qalsa da, həmin 
torpaq sahəsinin əsl istifadəçisi və müvəqqəti də olsa "sa-
hibi" icarəyə götürən şəxs sayılır. Bu proses, iqtisadi nə-
zəriyyədə mülkiyyətin öz əsl sahibindən yaxud mülkiyyət-
çisindən "ayrılması" kimi səciyyələndirilir. Buna səbəb əsl 
torpaq mülkiyyətçinin sahəsinin genişliyi, torpaqdan isti-
fadə imkanlarının məhdudluğu, pula olan ehtiyacı, başqa 
işlə məşğul olması, nəhayət öz torpağını becərməklə deyil, 
onu icarəyə verməklə, 
renta 
hesabına yaşamaq arzusudur. 
Bazar münasibətləri mühitində ayrı-ayrı torpaq sahə-
ləri kəmiyyət və keyfiyyətindən, satış bazarlarına yaxın-
uzaqlığından, münbitlik göstəricilərindən asılı olaraq, müx-
təlif şərtlərlə, fərqli qiymətlərlə alınıb-satılır. Öz torpaq 
sahələrini satıb, mülkiyyət hüququnu itirmiş
 
dünənki 
kəndlilər isə ya
 
şəhərlərə üz tutub muzdlu işçilərə çevrilir, 
ya da
 
iri torpaq sahiblərinin yanında çalışmağa məcbur 
olurlar. Eyni zamanda yaranmış yeni şəraitə uyğunlaşan 
müəyyən qrup işgüzar adamlar, xüsusi mülkiyyətə əsasla-
nan ailə və fermer təsərrüfatlarını formalaşdıraraq, aqro-
biznes fəaliyyəti yolu ilə getmişlər. 
Sosializm cəmiyyətində, torpağın milliləşdirilməsin-
dən başlayaraq, sonralar kolxoz, sovxoz, aqrar-sənaye bir-
likləri kimi müxtəlif təsərrüfatçılıq formalarının meydana 
çıxmasına baxmayaraq, iqtisadi maraq, şəxsi təşəbbüs, rə-
qabət prinsiplərinin pozulduğu bir sistemdə, aqrar müna-
sibətlər iflasa uğradı. Həmin iqtisadi sistem dağıldıqdan 
sonra postsosialist və
 
postsovet məkanında formalaşmış 
yeni müstəqil dövlətlərdə, o cümlədən də Azərbaycan 
Respublikasında həyata keçirilən aqrar islahatları nəticə-


253 
sində torpaq sahələri kənd əhalisinə paylandı. 
ç) "Renta" 
alman sözü olub, müəyyən torpaq sahə-
sindən istifadə edən hər hansı bir şəxsin, yaxud torpağı 
icarəyə götürənin əldə etdiyi gəlirin müəyyən hissəsinin, 
həmin torpağın mülkiyyətçisinə verdiyi haqdır. Geniş mə-
nada 
renta 
məhdud iqtisadi resurslardan və torpaqdan isti-
fadə üçün ödənilən qiymətdir. Əgər torpaq sahəsini onun 
öz mülkiyyətçisi (əsl sahibi) əkib becərirsə, təbiidir ki, 
əldə olunan gəlir torpağın mülkiyyətçisinə çatır. Torpaq 
sahəsi dövlətindirsə, o zaman renta dövlətə, bələdiyyəyə 
məxsusdursa bələdiyyə, şirkətindirsə həmin şirkətə, müəy-
yən ictimai təşkilatın yaxud qurumundursa, ona çatır.
Rentanın tarixi tipləri kimi 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin