həzm traktı
ilə daxil olması bir sıra səbəblərlə
əlaqədar olaraq baş verir.Onlardan ən əsası toksiki maddənin
əsasən toz halında burun-udlaq yollarında çökərək, selikli
qişalarda və yuxarı tənəffüs yollarında ləngiməsidir. Selikli
qişalarda çökmüş toksiki maddələrin bir hissəsi öskürək və
asqırma zamanı kənarlaşır, bir hissəsi isə udularaq mədəyə
22
düşür.Toksiki maddələrin həzm traktına düşməsi şəxsi gigiyena
qaydalarına əməl edilmədikdə, qida qəbulu və tütün çəkmə
zamanı baş verə bilər.Zəhərlərin mədəyə düşməsi selikli qişaların
zədələnməsinə, sekresiyasının pozulmasına səbəb ola bilər.
Zəhərlər mədə-bağırsaq traktından sorularaq, böyük bir hissəsi
vena qapısı sisteminə düşür və qaraciyər baryerindən keçməli
olur. Qaraciyər zəhərlərin zərərsizləşdirilməsində aktiv iştirak
edən orqan olmaqla yanaşı, özü toksiki təsir obyektinə çevrilir.
Toksiki maddələrin dəri vasitəsi ilə orqanizmə daxil
olması təkcə dəri səthlərinin toksiki maddələrin məhlulları və
tozları ilə çirklənməsi ilə deyil, havada toksiki qazların və
buxarların olması zamanı onların həm dəridən sorulması və həm
də dərinin tənəffüs prosesindəki iştirakı zamanı da orqanizmə
daxil ola bilir.
Bundan başqa toksiki maddələr havadan dəri səthinə
düşərkən tərdə və dərinin piy örtüyündə həll olunmaqla, dəri
səthindən sorulma qabiliyyətinə malikdir. Yağlarda və
liposidlərdə həll olunan toksiki maddələrin, o cümlədən,
karbohidrogenlər, aromatik aminlər, benzol, anilin, efir tipli
birləşmələrin orqanizmə daxil olması üçün dəri yolu xüsusi
əhəmiyyət kəsb edir.
Zəhərlərin orqanizmdə aqibəti.
Toksiki maddənin daxil olduğu
toxumalarda və qanda fiziki və kimyəvi proseslər baş verərək
zəhərlərlə hüceyrə membranları, zülal quruluşları, digər hüceyrə
komponentləri və toxuma mühiti arasında qarşılıqlı təsir əlaqələri
gedir.
Qeyri-elektrolit zəhərləri orqanizmə daxil olan kimi qanla
bütün orqanizmə yayılır və orqanlarda, toxumalarda qanın təchiz
olunduğu qədər toplanır. Sonra toksiki maddələrin ayrı-ayrı orqan
və toxumalarda onların sorbsiya olunma qabiliyyətindən asılı
olaraq paylanması baş verir .Belə ki, lipotrop maddələr , yağlarda
yaxşı həll olunmaqla, sinir hüceyrələrində , sümük iliyində ,
dərialtı piy hüceyrələrində toplanırlar.Sink, xrom, manqan əsasən
qaraciyərdə və böyrəklərdə toplanaraq depo əmələ gətirirlər.
23
Qurğuşun, uran, radium, barium, fosfor və kalsiumla əlaqəyə
girərək sümüklərdə yığılır.Bu proseslərin bioloji istiqaməti
zəhərləri müxtəlif yollarla zərərsizləşdirməkdir.
Dostları ilə paylaş: |