18
4.Toksikantların baryerlər vasitəsilə nüfuzetmə qabiliyyətindən
(o cümlədən hematoensofalik).
5.Zəhərlərin bu vəya digər reseptorlar vasitəsilə bu və ya digər
orqanlara təsirinə görə oxşarlığı (tropizm). Belə ki, miokard
hüceyrə reseptorları ürək qlikozidlərinə, ağciyər toxuması isə
aminazinə qarşı daha həssasdır.
Kimyəvi maddələrin toksiki təsir intensivliyi xeyli
dərəcədə onların aqreqat vəziyyətindən və orqanizmə daxil olma
yolundan asılıdır. İstehsalat zəhərləri qazlar, buxarlar, maye,
aerozol, bərk maddə, həmçinin qarışıq şəkildə olmaqla
orqanizmə tənüffüs orqanları, mədə bağırsaq traktı,
zədələnməmiş dəri, bəzi hallarda isə gözün selikli qişası
vasitəsilə daxil ola bilirlər.
Toksiki maddələrin ən çox daxilolma intensivliyi- qaz,
buxar, aerozol və qaz-buxar qarışığı şəklində tənəffüs yolları
vasitəsi ilə olurki, bu da ağciyərlərdən böyük həcmdə havanın
keçməsi ilə, xüsusilə də fiziki gərginlik zamanı ümumi alveol
səthinin (100 m2-dən çox) və ağciyər kapilyarlarından daimi
olaraq güclü qan cərayanı keçməsi ilə şərtlənir. Belə şəraitdə
zəhərlər sürətlə qana daxil olur və bütün orqanizmə yayılır. Bəzi
maddələr məsələn, əksər üzvi həlledicilər, yağ və aromatik sırali
karbohidrogenlərin buxarları qana dəyişilməmiş şəkildə daxil
olduğu halda, digər qrup zəhərlər isə alveollarda dəyişilərək yeni
birləşmələrə çevrilir, sonra qana nüfuz edir və bütün orqanizmə
yayılır.
Buxar və qaz şəklində olan kimyəvi maddələrin
mayelərdə həll olunma əmsalı fiziki-kimyəvi göstərici kimi vacib
əhəmiyyət kəsb edir.Toksiki maddənin suda həll olunma xassəsi
onun havadan qana daxil olma sürətini artırır. Belə ki, müxtəlif
birləşmələrin qanda həll olunma göstəricisi, onların suda həll
olunmasına yaxındır, yəni alveolar havadan qana keçid qazların
diffuziya qanununa uyğun olaraq
Dostları ilə paylaş: