Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

toksikologiya elmi
toksiklik və toksiki proseslər 
zamanı- kimyəvi maddələrlə, bioloji obyektlərin qarşılıqlı təsiri 
zamanı qeydə alınan fenomenləri təyin etməyə imkan verir.
İstehsalat toksikologiyası
 
- əmək gigiyenasının bir 
bölməsi olub, istehsalat şəraitində rast gəlinən kimyəvi 
maddələrin orqanizmə təsirini öyrənir. 
Toksikologiyanın məqsədi
 
- insan fəaliyyəti sahəsində 
ayrı-ayrı şəxslərin, kollektivlərin və bütövlükdə əhalinin 
gündəlik kimyəvi maddələrlə təması şəraitində və fövqalədə 
hallarda onların həyatlarının, saglamlıqlarının və peşəkar iş 
qabiliyyətlərinin qorunub, saxlanmasının təmin edilməsi üçün 
tədbirlər sistemini, vasitə və metodları təkmilləşdirməkdən 
ibarətdir. 
 İstehsalat toksikologiyasının vəzifələri: 


13 
-yeni 
sənaye 
birləşmələrinin 
toksikoloji 
cəhətdən 
qiymətləndirilməsi və onların reqlamentləşdirilməsi ; 
-Toksiki təsirə malik olan- müxtəlif kimyəvi maddlələrin toksik 
təsir mexanizmlərinin toksiki prosesin formalaşması və təzahür 
qanunauyğunluqlarına əsasən öyrənilməsi; 
-toksikantların 
orqanizmə nüfuz etməsi, paylanması,
metabolizmi və xaric olunma
Mexanizm və qanunauyğunluqlarının izah edilməsi; 
-toksiki 
maddələrin və başqa istehsalat mühiti faktorlarının birlikdə 
təsirinın tənzimlənməsi; -toksiki maddələrin uzaq təsir 
aspektlərinin öyrənilməsi; -sənaye toksikantlarının miqdarının 
gigiyenik 
normallaşdırılması; 
-xammalların 
gigiyenik 
standartlaşdırılması; -sənaye zəhərlərinin toksikokinetikası və 
toksikodinamikasının öyrənilməsi, sənaye toksiki maddələrin 
kombinəedilmlş, 
müştərək və kompleks təsirlərinin 
tənzimlənməsi; -istehsalat zəhərlərinin orqanizmə spesifik 
təsirlərinin, o cümlədən sensiblizəedici (həssaslaşdırıcı),
kansergen, qonadotrop, embriotrop, teratogen, mutagen,
kardiovaskulyar, sklerotik və b. təsirlərinin öyrənilməsi,
- heyvanlar üzərində aparılmış eksperimental məlumatların və 
yaxud bilavasitə riyazi, modelləşdirmə, həmçinin maddənin 
kimyəvi quruluşu üzrə və onun fiziki xassəsinə görə alınmış 
nəticələrin insan orqanizmi üzərinə köçürülməsi; -xammalların,
aralıq məsullarının və hazır məmulatlarin tərkibində toksiki 
qarışıqların orqanizmə qeri-qənaətbəxş təsir səviyyələrini 
məhdudlaşdırmaqla, 
gigiyenik standartlaşdırılması. Bu 
müayinələrin aparılması hal hazırda mütləqdir ona görə ki,
istehsal olunan hər hansı məhsulun gigiyenik keyfiyyət sertifikatı 
olmalıdır. Standartlaşdırmanın həyata keçirilməsi üzrə 
cavabdehlik istehsalçı müəssisənin üzərinə düşür. Zərərli 
maddələrin təsirinə məruz qalanlarla əlaqədar olaraq bütün qeyd 
olunan məsələlər heyvanlar üzərində aparılan eksperimental 
müayinələrə əsasən, insanların kəskin və xroniki 
zəhərlənmələrinin 
müalicə 
prosesi 
klinika 
şəraitində,


14 
epidemioloji müayinələr peşə qrupları arasında öyrənilməklə həll 
edilir. İstehsalat zəhəri daha geniş anlayışda “
zərərli maddə
” 
termini ilə əvəz edilir ona görə ki, bu söz zəhər və fibrogen təsirli 
aerozolların təsirini özündə birləşdirir. 
DÜST 12.1.007-76 görə 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin