11
düşür və yaxud dəri səthini çirkləndirərək zəhərlənmə törədə
bilər. Məsələn neftçıxarma və neftin ilkin emalı zamanı hidrogen
sulfid və karbohidrogenlərlə, dağ – mədən və kömür sənayesində
- karbon dioksid və kükürd qazı ilə, bir sıra metalların buxarları
ilə, maşınqayırma sənayesində, sianid birləşmələri ilə, turşu
buxarları, həlledicilərlə, nəqliyyatdaxili yanma mühərriklərinin
işlənmiş qazları ilə; kənd təsərrüfatında – zəhərli kimyəvi
birləşmələrlə, gübrələrlə və b. göstərmək olar.
Sənayedə, kənd təsəsrrüfatında, nəqliyyatda və başqa
sahələrdə işçilərin sağlamlıq vəziyyətinə zərərli təsir göstərən
zərərli
maddələrə peşə və yaxud istehsalat zəhərləri
kimi baxmaq
lazımdır. Bunlara ilkin xammal şəklində, aralıq və yaxud hazır
məhsul kimi istehsalat şəraitində istifadə olunduğu zaman
orqanizmə daxil olaraq, patoloji dəyişiklik törədir . İstehsalat
zəhərləri kəskin peşə xəstəliyinə gətirib çıxarmaqla, müvəqqəti
kompensasiya olunan pozğunluqlara, ümumi periferik
xəstəliklərə, qeyri-spesifik xəstəliklərin artmasına və ətraf
mühitə qarşı orqanizmin rezistentliyinin azalmasına gətitib çıxara
bilər.
Zəhərlər
–orqanizmə düşərək, toxumalarla kimyəvi və
yaxud fiziki-kimyəvi qarşılıqlı əlaqəyə girərək müəyyən şəraitdə
orqanizmin sağlamlığının pozulmasını törədir. Bəzi birləşmələr
təkcə intoksikasiya törətmir, həm də digər formalı toksiki
prosesləri təhrik edərək (orqanizmin bioloji sistemlərində,
hüceyrə səviyyəsində), prosesi daha da gücləndirir ki, bunu ifadə
etmək üçün –
toksikant termini
işlənir. Praktiki olaraq istənilən
kimyəvi birləşmə orqanizmin zədələnməsinə və yaxud ölümünə
səbəb olursa, onlar
Dostları ilə paylaş: