Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


Tələbələrin ilkin bilik səviyyəsinin yoxlanılması üçün suallar



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

Tələbələrin ilkin bilik səviyyəsinin yoxlanılması üçün suallar

1)Mənşəyinə, zərərlilik və toksikilik dərəcəsinə görə istehsalat 
faktorlarının təsnifatı. 
2)istehsalat zəhərləri barədə anlayış. 
3)zəhərlərin orqanizmə daxil olma yolları. 
4)İstehsalat zəhərləri ilə kəskin və xroniki zəhərlənmə. 
5)toksikoloji müayinə metodları. 


10 
6)işçi zonası havasınına aid YVK və TTTS anlayışları. 
7)peşə zəhərlənmələrinin profilaktikasına yönəldilmiş tədbirlər. 
8)sənaye toksikologiyası sahəsinə aid əsas normativ sənədlər. 
Hazırki suallar üzrə tələbələrdə çətinlik yaranarsa, onlar 
təklif olunan ədəbiyyatlara müraciət edə bilərlər. (hazırki 
tövsiyyə üzrə 
səh. 50) 
Tələbənin auditoriya üzrə sərbəst işləri 
1) Zəhərli maddələrin toksikometriya parametrləri, peşə 
zəhərlənmələrinin profilaktikası üzrə əsas məlumatlarla tanışlıq 
(mühazirə materialı və hazırki tövsiyyələr üzrə bölmə 3 
səh.10-
36

2) 
Normativ 
metodik 
sənədlərin 
öyrənilməsii(paylanan 
materiallar, təqdim edilən bölmə siyahısı üzrə səh.9) 
3) 
Öz-özünə nəzarət üçün verilmiş suallara cavab 
verilməsi(hazırki vəsait 
səh.37
4) 
Öyrənilmiş 
materialın 
möhkəmləndirilməsi 
və 
mənımsənilməsi məqsədi ilə hazırki mövzu üzrə lazım olan test 
tapşırıqlarının və situasiya məsələlərinin həll etməklə (hazırki 
vəsait üzrə səh.38-49), təklif ounan mövzu üzrə qısa məlumatın 
hazırlanması.
2. İSTEHSALAT ZƏHƏRLƏRİ
2.1.TERMİNLƏR VƏ TƏRİFLƏR 
Kimyəvi maddələrin işçi orqanizminə təsiri bir çox 
istehsalat fəaliyyətləri zamanı (təbii xammalların alınması və 
yenidən alınması, sənaye məhsullarının hazırlanması,
nəqliyyatda, kənd təsərrüfatı və s. işlərdə) mümkün olur. Ən çox 
təmas kimya sənayesində müxtəlif maddələr ola bilər ki, bunlar 
ilkin xammal, aralıq birləşmələr və son məhsullar şəklində 
işçilərin sağlamlığına zərərli təsir göstərər bilərlər. 
Dağ mədən, maşınqayırma, neft, yüngül sənaye və bir 
sıra başqa sənaye sahələrində bir çoxistehsalat sahələri vardır ki,
orada kimyəvi
maddələr ya 
istifadə edilir və yaxud ayrı-ayrı iş 
əməliyyatları zamanı onlar ayrılaraq, işçi orqanizminin daxilinə 


11 
düşür və yaxud dəri səthini çirkləndirərək zəhərlənmə törədə 
bilər. Məsələn neftçıxarma və neftin ilkin emalı zamanı hidrogen 
sulfid və karbohidrogenlərlə, dağ – mədən və kömür sənayesində 
- karbon dioksid və kükürd qazı ilə, bir sıra metalların buxarları 
ilə, maşınqayırma sənayesində, sianid birləşmələri ilə, turşu 
buxarları, həlledicilərlə, nəqliyyatdaxili yanma mühərriklərinin 
işlənmiş qazları ilə; kənd təsərrüfatında – zəhərli kimyəvi 
birləşmələrlə, gübrələrlə və b. göstərmək olar. 
Sənayedə, kənd təsəsrrüfatında, nəqliyyatda və başqa 
sahələrdə işçilərin sağlamlıq vəziyyətinə zərərli təsir göstərən 
zərərli 
maddələrə peşə və yaxud istehsalat zəhərləri
kimi baxmaq 
lazımdır. Bunlara ilkin xammal şəklində, aralıq və yaxud hazır 
məhsul kimi istehsalat şəraitində istifadə olunduğu zaman 
orqanizmə daxil olaraq, patoloji dəyişiklik törədir . İstehsalat 
zəhərləri kəskin peşə xəstəliyinə gətirib çıxarmaqla, müvəqqəti 
kompensasiya olunan pozğunluqlara, ümumi periferik 
xəstəliklərə, qeyri-spesifik xəstəliklərin artmasına və ətraf 
mühitə qarşı orqanizmin rezistentliyinin azalmasına gətitib çıxara 
bilər. 
Zəhərlər 
–orqanizmə düşərək, toxumalarla kimyəvi və 
yaxud fiziki-kimyəvi qarşılıqlı əlaqəyə girərək müəyyən şəraitdə 
orqanizmin sağlamlığının pozulmasını törədir. Bəzi birləşmələr 
təkcə intoksikasiya törətmir, həm də digər formalı toksiki 
prosesləri təhrik edərək (orqanizmin bioloji sistemlərində,
hüceyrə səviyyəsində), prosesi daha da gücləndirir ki, bunu ifadə 
etmək üçün –
toksikant termini
işlənir. Praktiki olaraq istənilən 
kimyəvi birləşmə orqanizmin zədələnməsinə və yaxud ölümünə 
səbəb olursa, onlar

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin