Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


İSTEHSALAT ZƏHƏRLƏRİNİN TOKSİKİ TƏSİR



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

2.4.İSTEHSALAT ZƏHƏRLƏRİNİN TOKSİKİ TƏSİR 
XARAKTERİNƏ VƏ GÜCÜNƏ TƏSİR GÖSTƏRƏN 
AMİLLƏR 
Toksiki təsir müxtəlif zəhərli kimyəvi maddələrin 
orqanizmlə qarşılıqlı təsirindən və ətraf mühit amillərindən 
asılıdır. O, bir çox faktorlardan:növdən, cinsdən, yaş və zəhərə 
qarşı orqanizmin fərdi həssaslığınnan, zəhərin kimyəvi 
quruluşundan və fiziki xassəsindən, orqanizmə düşmüş zəhərin 
miqdarından, daxil olma miqdarından, fasiləsizliyindən, 
istehsalat mühiti faktorlarının kəskinliyindən, temperaturdan,
barometrik təzyiqdən və b. asılıdır. Kimyəvi maddələrin toksiki 
təsir intensivliyi xeyli dərəcədə onun aqreqat vəziyyətindən və 
orqanizmə daxil olma yolundan asılıdır. 
Üzvi maddələrin yağlarda yüksək həll olması qabiliyyəti 
onun zədələnməmiş dəridən nüfuz etməsinə kömək edir, ona 
görədə üzvi həlledicilər 
dəri-rezorbtiv təsir
göstərirlər. 
Yağlarda həll olan birləşmələr həmdə asanca mərkəzi sinir 
sistemi hüceyrələrinə daxil olur və narkotik təsir göstərirlər.Belə 
üzvi həlledicilərə məsələn:benzol, onun xlorlu homoloqları 
(xlorbenzol, dixlorbenzol və b.), karbon sulfid, karbon-4-xlorid, 
dixloretan, trixloretilen və b. aiddir. 
Digər qrup sənaye zəhərləri allergen, teratogen, mutagen,
embriotrop, qonadotoksiki, blastomiogen və digər spesifik 
effektlər törədə bilərlər. 
Zəhərlərin 
toksikliyinə 
təsir 
göstərən 
faktorlara:
zəhərlərin 
fiziki-kimyəvi 
xassəsi, 
dozası, 
konsentrasiyası, daxil olma sürəti, orqanizmə nüfuz etmə yolları, 
yaş, orqanizmin vəziyyəti və zəhərin kumulyasiyası aiddir. 


25 
2.5.İSTEHSALAT ZƏHƏRLƏRİNİN KOMBİNƏ 
OLUNMUŞ VƏ MÜŞTƏRƏK TƏSİRİ. 
İstehsalatda zəhərlərin izolə edilmiş şəkildə, xüsusilə 
kimya sənayesində çox az rast gəlinir.Adətən işçilər bir neçə 
zəhərlərin eyni vaxtda təsirinə məruz qalırlar, yəni zəhərlərin 
kombinə 
olunmuş 
təsiridə 
olur.Məsələn:metallurgiya 
zavodlarında karbon oksidi ilə+kükürd qazının kombinasiyasına, 
şaxtalarda partlayış işlərində karbon oksidi+azot oksidləri və s. 
birgə təsirinə rast gəlinir.İş şəraitində işçi zonası havasında eyni 
zamanda iştirak edən toksiki maddələr xeyli ola bilər. 
Kimyəvi maddələrin üç əsas tipli kombinə olunmuş təsiri 
mümkündür:

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin