Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


sinergizm -bu zaman bir maddə digər bir maddələrin  təsirini gücləndirir;  antoqonizm-



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

sinergizm
-bu zaman bir maddə digər bir maddələrin 
təsirini gücləndirir; 
antoqonizm-
bir maddə digər maddənin 
təsirini zəiflədir;
summasiya
-bu zaman maddələrin təsiri 
toplanır.Bir çox hallarda zəhərlər summasiya tipli təsir 
göstərirlər.Hava 
mühitinin 
gigiyenik 
cəhətdən 
qiymətləndirilməsi zamanı bunu bilmək vacibdir. 
Qazların additiv təsiri şəraitində hava mühitinin gigiyenik 
qiymətləndirilməsi üçün formul təklif olunmuşdur: 
C1
YVK1
+
C2
YVK2
+
C3
YVK3
+... ≤ 1 
İstehsalat şəraitində müştərək və kompleks təsirlər də 
mümkündür. 
Kombinə olunmuş təsir
-eyni zamanda eyni təbiətli 
faktorların(məsələn, bir neçə kimyəvi maddələrin, səs-küy və 
vibrasiyanın və b.) birgə təsiridir. 
Müştərək təsir-
eyni zamanda müxtəlif təbiətli faltorların 
(məsələn, səs-küy və kimyəvi maddələr) təsiridir. 
Kompleks təsirlər
-eyni zamanda kimyəvi maddələrin bir 
neçə yolla(məsələn, havadan, qida məhsulları ilə, yeməklə, dəri 
vasitəsi ilə sorulmaqla və s.)daxil olmasına deyilir. 
Nəhayət, istehsalat zəhərləri orqanizmə politrop təsir 
göstərir, yəni eyni toksiki agent müxtəlif orqan və sistemləri 


26 
zədələyə bilər.Məsələn, qurğuşun praktiki olaraq bütün orqan və 
sistemlərə toksiki təsir göstərir.Baxmayaraq ki, ən ağır pozğunluq 
sinir və ürək-damar sistemlərində, qan sistemində, qaraciyər və 
bağırsaqlarda aşkar edilir.Qurğuşun depo əmələ gətirməsi əsasən 
sümüklərdə olur. 
Toksiki effekt, yuxarıda qeyd edildiyi kimi zəhərlərin 
istehsalat şəraitində mikroiqlim parametrlərinin, fiziki faktorların 
orqanizmlə qarşılıqlı əlaqəsinin nəticəsində baş verir.Zəhərin 
toksikliyi havanın temperaturunun yüksəlməsi, eləcə də azalması 
zamanı dəyişilir.Havanın temperaturunun yüksəlməsi zəhərlərin 
uçuculuğunu artırır və onun konsentrasiyasını işçi zonası 
havasında artırır.Havanın yüksək temperaturu zamanı toksiki 
təsirin güclənməsi bir sıra uçucu maddələrdə:benzin, azot 
oksidləri, civə buxarları, karbon oksidləri, xlorofos və b. qeydə 
alınır.Bu səbəblər nəticəsində orqanizmin vəziyyətindəki 
dəyişikliklər:termorequlyasiyanın pozulması, güclü tərləmə 
zamanı su itkisi, maddələr mübadiləsində dəyişikliklər və bir çox 
biokimyəvi proseslərin sürətlənməsi baş verir. 
Zəhərlə birlikdə eyni zamanda orqanizmə səs-küy və 
vibrasiyanın təsiri zamanı zəhərin təsir gücünün artdığı barədə 
ədəbiyyatda məlumatlar vardır.Bunun səbəbi mərkəzi sinir və 
ürək-damar sisteminin funksional vəziyyətində baş verən 
dəyişikliklərlə əlaqədardır. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin