Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


 PEŞƏ ZƏHƏRLƏNMƏLƏRİNİN PROFİLAKTİKASI



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə23/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

 
4. PEŞƏ ZƏHƏRLƏNMƏLƏRİNİN PROFİLAKTİKASI 
Sənayenin inkişafı, yeni kimyəvi maddələrin kəşf 
olunması, işçilərin sağlamlığının sənaye zəhərlərindən 
mühafizəsi üçün profilaktik tədbirləri müəyyənləşdirilməlidir. 
Bu tədbirlər bir neçə istiqamət üzrə bölünür: 


34 
Texnoloji və texniki tədbirlər
toksiki maddələrin 
istehsalatdan kənarlaşdırılmasına yönəldilmişdir.Bu zaman 
toksiki maddələrin az toksiki maddələr ilə əvəz edilməsi 
mümkündür və yaxud yeni texnologiya tətbiq edilməklə, işçi 
zonası havasının toksiki maddələrin xaric edilməsini aradan 
qaldırılmalıdır. 
Məsələn, metalların yüksək tezlikli
cərəyanla qurğuşun 
vannaları ilə birlikdə bərkidilməsində qurğuşunlu ağardıcı 
rəngdən istifadə edilməsi qadağan olunmuşdur, ayaqqabı, 
poliqrafiyada və başqa sənaye sahələrində istifadə olunun 
benzolun, az toksiki maddələrlə və onların homoloqları ilə 
(ksilol, toluol) əvəz edilməsi, kibrit isatehsalında fosforun, xəz-
dəri , metal lif istehsalında, civənin kənarlaşdırılması kimi 
tədbirlər həyata keçirilməlidir.Bundan əlavə anilin boyasından 
betanaftilamin konserogen maddə kimi, poliqrafiyadan 
qurğuşunun plastmasla əvəz edilməsi məqsədəuyğun hesab edilir.
Maşınqayırma sənayesində maşın və dəzgahların 
pulverizasiya 
yolu ilə rənglənməsi zamanı havanın intensiv 
şəkildə həlledicilərlə və rəngləyici aerozollarla çirklənməsinin 
qarşısının alınması üçün, onun elektrostatik sahədə rənglənməsi 
məqsədə uyğun sayılır. 
Müasir texnoloji peoseslər kimya və başqa sənaye 
sahələrində bir qayda olaraq avtomatlaşdırılmışdır ki, bu da 
toksiki maddələrin təsirinə məruz qalan işçilərin sayının 
azalmasına səbəb olur.Bu zaman idarəetmə prosesləri distansion 
olaraq pultla həyata keçirilir.Belə halda uzaqdan idarəetmə 
pultları toksiki maddələr xaric olunan mənbələrdən uzaqda 
yerləşdirilməlidir. 
İstehsalat 
proseslərinin 
mexanikləşdirilməsi 
əl 
əməliyyatlarını aradan qaldırmaqla, hava mühitinin vəziyyətini 
çox 
zaman 
yaxşılaşdırır 
və 
toksikantlarla 
təması 
məhdudlaşdırır.Buna misal olaraq kimya zavodlarında yükləmə,
filtrasiya, qurutma işlərini, o cümlədən, mettallurgiya 


35 
sənayesində 
donma 
peçlərinin 
doldurulmasını 
mexanikləşdirilməsini və s. göstərmək olar. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin