32
Maddi kumulyasiyada maddənin özü orqanizmdə toplanması baş
verdiyi halda, funksional kumulyasiyada maddənin toplanması
ilə şərtlənən effekt yaranır. Toksiki agentin kumulyativ xassəsi
kumulyasiya əmsalı göstəricisi ilə ifadə olunur.
7.Kumulyasiya əmsalı (K
kum
)
– təcrübə heyvanlarında
50%-də ölüm effekti törədən (dəfələr təkrar yeridilən) dozasının,
birdəfəlik yeritməklə eyni effekt törədən dozaya nisbəti ilə
hesablanır. Bu aşağıdakı formulla hesablanır:
K
kum
=DL
50
n
/ DL
50
1
burada DL50n təkrar yeritməklə(n) summar orta ölüm dozasıdır.
Sənaye zəhərlərinin kumulyativ xassəsinin şiddəti xeyli
fərqli ola bilər.Belə ki, Kkum=1 olduqda, effekt çox yüksək
kumulyativ, Kkum=1-2.2 olduqda yüksək kumulyativ və
Kkum=2.2-5-ə qədər olduqda orta kumulyativ və Kkum=5-dən
yuxarı olduqda zəif kumulyativ kimi qiymətləndirilir.Təbii olaraq
Kkum nə qədər kiçik olarsa, bu maddənin daha yüksək
kumulyativ xassəyə malik olduğunu göstərir.Bu o deməkdir ki,
xroniki zəhərlənmə zamanı maddə daha daha böyük potensial
təhlükə təşkil edir.
Dostları ilə paylaş: