30
eksperimental heyvanların 100%-nin ölümünə səbəb olur.Bu
miqdar orqanizmin fərdi həssaslığı nəticəsində geniş hədd
daxilində tərəddüd edir.Ona görə də toksikliyi ifadə edərkən tez-
tez orta öldürücü doza və konsentrasiya göstərilir ki, bunların
statistik metodlarının işlənməsi nəticəsində orta ölüm dozası və
konsentrasiyası təyin edilir.
2. Orta ölüm konsentrasiya (CL
50
)
-Toksikantın elə
konsentrasiyası və ya dozasıdır ki, onun 14 gün, 2-4 saat
orqanizmə təsiri müddətində təcrübə heyvanlarının (ən çox ağ
siçan
və
ağ
siçovullar)
50%-nin
ölümünə
səbəb
olsun.Konsentrasiya mq/
𝑚
3
və yaxud mq/l-lə ölçülür.
3. Orta ölüm dozası(DL
50
)
-Toksikantın elə dozasıdır ki,
onun 14 gün ərzində birdəfəlik mədəyə və yaxud qarun boşluğuna
yeritməklə, təcrübə heyvanlarının 50%-nin ölümünə səbəb
olur.Ölçü vahidi olaraq mq/kq-la ifadə edilir.Orta ölüm dozası və
konsentrasiyası yeni kimyəvi maddələrin təhlükəliliyinin
qiymətləndirilməsi, istehsalatda kəskin zəhərlənmə imkanının
müəyyən edilməsi üçün və hesablama metodları ilə təhlükəsiz
konsentrasiyanın və digərlərinin təyin edilməsi üçün
lazımdır.Nəzərə almaq lazımdır ki, kimyəvi maddələrin toksikliyi
və təhlükəliliyi müxtəlif anlayışlardır.
Zəhərin təhlükəliliyi
-
təkcə maddənin toksikliyindən
deyil, həm də onun digər xassələrindən, hər şeydən əvvəl onun
uçuculuğundan asılıdır.Az toksiki, lakin yüksək uçucu maddə
daha çox təhlükəli ola bilər, nəinki maddə yüksək toksiki, lakin
az uçucu olsun.
Dostları ilə paylaş: